1
Hüseynov smayıl Mikayıl oğlu
“
Bank Uçotu”
Dərslik
2
MÜNDƏR CAT
1 G R Ş......................................................................................................................2
2.Banklarda mühasibat uçotu sistemi…………………………………………..........4
3. Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında
mühasibat uçotunun aparılması …………………………………...............................5
4. Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi
ehtiyatların yaradılması .............................................................................................22
5. Azərbaycan Respublikasının bank sistemində digər aktiv və passivlərin uçotu....29
6. Azərbaycan Respublikasında fəliyyət göstərən banklararasında hesablaş-
maların aparılması..................................................................................................30
7. Banklarda hesabların açılması, aparılması və bağlanması uçotu............................36
8. Azərbaycan Respublikasının bank sistemi üçün hesablar planı və onun
tətbiqinə dair Metodiki Göstərişlər............................................................................47
9. Kommersiya banklarının fəaliyyətinin prinsipləri.................................................93
10. Azərbaycan Respublikasının bank sistemində maliyyə hesabatlarının tərtib
və təqdim olunmas.......................................................................................................95
11. Bankın uçot siyasəti.............................................................................................105
12. Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə
hesabatlarında uçotu...................................................................................................107
13. Azərbaycan Respublikasının bank sistemində balansdankənar əməliyyatların
uçotu........................................................................................................................110
14. Azərbaycan Respublikasında nağdsiz hesablaşmalar və pul köçürmələri...........112
15
Rеспубликадахили вя республикадан кянар идхал аккредитивляринин ачылмасы
v
ə
иcрасы....................................................................................................................136
16. Banklarda “Contact” sistemi vasitəsilə pul köçürmələrinin aparılması...........155
17. X
арижи валйутада мцштяри кючцрмяляринин юлкядян кянара эюндярилмяс
вя гябул едилмяси.......................................................................................158
18. Bank kapitalının və onun adekvatlığının hesablanması qaydası.......................165
19. Azərbaycan Respublikasının Bank sistemində hesablama metodunun uçotu.....171
20. Müştərilərin nağd pulunun mədaxili və məxarici əməliyyatlarının aparılması..172
21. Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta
əməliyyatlarının rejimi.......................................................................................185
22. Azərbaycan Respublikası qeyri-rezidentlərinin hesablarından köçürmələr
Respublika daxilində..................................................................................................190
23. Banklarda risklərin idarə olunması ....................................................................197
24. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən veksellərin yenidən
Uçotu haqqında...........................................................................................................205
25. Kommersiya banklarının depozit əməliyyatlarının məzmunu və rolu............... .209
26. Müştərilərin müddətli depozit əməliyyatlarının aparılması..................................220
3
Giriş
“
Bank Uçotu”
-
Bank sisteminin fəaliyyəti qəbul olmuş “Mərkəzi Bank haqında”, “Bank və bank
fəaliyyəti haqqında” Azərbaycan Resbublikasının qanunları və Mərkəzi Bankın “Bank uçotu ,Aktivlərin
təsnifatı,aktivlər və pasivlər ,hesabların açılması və bağlanması,hesab planlarının uçotu,nəğdli,nəğdsiz
hesablaşmalar ,depozitlərin qəbul edilməsi və uşotu,səhimlər,veksellər” haqqında normativ aktılara
ə
sasən nizamlanır. Mərkəzi Bankın və Kredit Bankların bank uçotunun aparılması qaydası, standar və
qeri-standart, təminatlı,təminatsız aktivlərin uçotu,hesabların açlması və bağlanması qaydaları, hesab
planın akkreditivin aparılması qaydası, bankda depozitlərin qəbul edilməsi, Bankın gəlirləri, kapitalı,
öhtəliklərinin,xərclərinin, mənfəət və zərərlərin uçotu, bank sistemində maliyyə hesabatlarının tərtibi,
uçotu, bank uçotunun siyasəti, Plastik kartlar üzrə əməliyyatların uçotu, bank sistemində balansdankənar
ə
məliyyatların uçotu, nəğdli və nəğdsiz pul köcürülməsi qaydası və onun uçotu, akkreditivlər, Bankda
“Contact” sistemi vasitəsilə pul köçürmələrinin aparılması, Bank kapitalının və onun adekvatlığının
hesablanması, məcmu kapitalın məqsədi və ona yönəldilən tələblər, Bank sistemində hesablama
metodunun uçotu, rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi, Banklarda risklərin idarə
olunması, Mərkəzi Bankı tərəfindən veksellərin yenidən uçotu haqqında ətraflı məlumat verilmişdir.
Mühasibat uçotu sistemi – vəsaitlərin və təsərrüfat əməliyyatlarının dinamikasının pul formasında,
sənədlərə əsaslanan fasiləsiz və bir-biri ilə əlaqəli əks etdirilməsidir. Dövlət idarəetmə orqanları tərəfindən
qanuniləşdirilmiş statistik məlumat massivlərinin formalaşdırılması naminə vahid qayda və formalarda
həyata keçirilir. Mühasibat uçotunun məlumatları əsasında mühasibat hesabatı – bankın hesabat dövrü (ay,
rüb, il) üzrə vəsaitlərinin və maliyyə-təsərrüfat fəaliyyətinin vəsaitlərinin vəziyyətini xarakterizə edən
göstəricilər sistemi tərtib olunur.
Bank öz filiallarını, nümayəndəliklərini, şöbələrini ayrıca balansa ayıra bilər. Bankın uçot
siyasəti dedikdə, onun seçdiyi mühasibat uçotunun aparılması üsullarının cəmi – ilkin müşahidə, dəyər
ə
sasında ölçmə, təsərrüfat fəaliyyəti faktlarının cari qruplaşdırılması və yekun ümumiləşdirilməsi başa
düşülür. Mühasibat uçotunun aparılması üsullarına təsərrüfat həyatının faktlarının qruplaşdırılması və
qiymətləndirilməsi, aktivlərin dəyərinin ödənilməsi, sənəd dövriyyəsinin təşkili üsulları, mühasibat uçotu
hesablarının istifadə üsulları, uçot registrləri sistemi, informasiyanın işlənməsi və digər üsul və metodlar
aid edilir.
Aparılmış təsərrüfat əməliyyatları haqqında qeydlər mühasibat uçotunun registrlərində, qəti olaraq sənədlər
ə
sasında aparılır. Mühasibat uçotunda ilkin sənədlərin yaradılması, qəbul edilməsi və əks edilməsi qaydası
Sənədlər və sənəd dövriyyəsi haqqında Əsasnamə ilə tənzimlənir. lkin sənədlər təsərrüfat əməliyyatının
yerinə yetirilməsi faktını qeydə alır. Onlar səhih məlumatlardan ibarət olmalı və vaxtında, əməliyyat yerinə
yetirilərkən tərtib edilməlidir. Hər bir Bank apardıqları dövriyə və hesabatları uçotu barəsində hər ayın
sonrakı ayın birindən- üçünə kimi Mərkəzı Banka təqdim etməlidir.Mərkəzi Banka təqdim etdikləri
hesabat iki hissədən yəni aktif və pasivlərdən ibarətdir.
Mal və xidmət mübadiləsi, yaradılmış dəyərlərin (gəlirlərin) bölgüsü və təkrar bölgüsü proseslərini təmin
edən pul hesablaşmaları bazar təsərrüfatının ən mühüm elementlərindən biridir. Bütün hesablaşmaları nağd
puldan istifadə etməklə aparmaq mümkün və məqsədəuyğun deyil. Müvafiq olaraq, nağdsız dövriyyə
alətləri problemi yaranır. Nağdsız hesablaşmalar – bankda hesablar üzrə qeydlərin aparılması yolu ilə pul
hesablaşmalarıdır, bu zaman pullar ödəyənin hesabından silinir və alanın hesabına daxil edilir. Ödənişlər
hesab sahibinin razılığı (aksepti) ilə icra olunur, lakin ayrı-ayrı hallarda pulların ödəyənin hesabından
akseptsiz silinməsinə də yol verilir. Belə silinmə tərəflər arasında müqavilə üzrə hesablaşma forması kimi
və qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda istifadə olunur. Bankın nağdsız hesablaşmalarını
tənzimləyən əsas normativ akt “Mərkəzi Bankın kredit təşkilatları arasında nağdsız hesablaşmaların
aparılması haqqında əsasnamə”dir.
Məlumatların müasir texniki işlənmə vasitələri kompüter texnologiyası əsasında, bank
məlumatlarının avtomatlaşdırılmış işlənmə sisteminin (BMA S) yaradılması yolu ilə informasiya
proseslərinin yerinə yetirilməsini təşkil etməyə imkan verir. Bu sistemlərin yaradılmasının əsas məqsədi
Dostları ilə paylaş: |