Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə6/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   2   3   4   5   6   7   8   9   ...   42

 

 

24



NƏZM VƏ NƏSR  

 

Nəzm və nəsr qədim zamanlardan indiyə qədər bədii və 



elmi yaradıcılıq növlərindən biridir. Belə ki, ədəbi əsərlər ta 

yazının meydana gəldiyi dövrlərdən indiyə kimi ya nəzmlə, 

ya də nəsrlə yazılmışdır. Hətta orta əsrlərdə elmi əsərləri belə 

nəzmlə yazmaq ənənəsi yaranmışdır. Dünya 

ədəbiyyatşünaslığının bir sıra nümunələrinin də  nəzmlə, 

şeirlə yazıldığı məlumdur (Horatsi, Bualo və b.) 

Nəzm və  nəsri bir-birindən fərqləndirən  əsas  şərtlərdən 

biri budur ki, nəsr dilində cümlələrin, sətirlərin işlənməsində 

heç bir şərt qoyulmur. Burada fikrin ifadəsi üçün yazı 

müəllifi tamamilə  sərbəstdir. O, müxtəlif tipli cümlələrdən 

istifadə etməklə fikrini şərh edə bilər. Bu zaman sətirlər 

haqqında, onların işlənilmə intensivliyində  əlavə  tələblər 

qoyulmur. Nəsr dili beləliklə  də tam sərbəst nağıl, təhkiyə 

dili kimi yadda qalır. Sənətkar, müəllif sadə  və mürəkkəb 

sətirlər qurmaqda, onları tamamlamaqda tamamilə sərbəstdir. 

Müəllifin işlətdiyi sətirlər heç bir məcburi, absolyut 

qanunlara, qaydalara tabe olmur. Sətirlər uzun və  qısa ola 

bilər. Lakin bunlar müəllif fikirlərinin açıqlanmasına tabe 

tutulmalıdır. Nəsr sözü ərəbcədən – nisar etmək, səpmək, 

yaymaq deməkdir. Nəsrlə yazılan  əsərlərin dili məhz bu 

prinsipə əsaslanır. 

Nəsr sözü terminoloji cəhətdən  şərh olunarkən də yux-

arıda deyilən xüsusiyyəti özündə  əks etdirdiyini görürük. 

Proza (lat. prosa – birbaşa müraciət olunmuş nitq) ölçülü şeir 

dilindən fərqli olaraq sərbəst  şəkildə  təşkil edilən və adi 

nitqlə verilən bədii əsər».

1

 

                                                           



1

  Л.Тимофеев  и  Н.Венгров.  Краткий  словарь  литературоведческих 

 

 

25



Yaxud da başqa bir ədəbiyyaşünaslıq lüğətində nəsr sözü 

nəzəri-terminoloji cəhətdən aşağıdakı kimi şərh olunur: nəsr 

(lat. Prosa demək olub prosa oratio sözündən götürülüb – 

birbaşa, sərbəst olan, sərbəst hərəkət edən nitq deməkdir) – 

ədəbi yaradıcılığın iki əsas tipindən biridir. Poeziya və nəsr 

söz sənətinin dərinliklərinin müxtəlif sferalarını özündə  əks 

etdirib, öz forma, məzmun və yerinə görə ədəbiyyat tarixində 

bir-birindən fərqli olan yaradıcılıq növüdür».

1

 

Qeyd olunmalıdır ki, nəsr sözü bədii olmayan əsərlərə 



aid edilmişdir. Hətta XIX əsrə qədər ədəbiyyatşünaslıqda çox 

zaman epik poeziya, dramatik poeziya, lirik poeziya 

anlayışlarından istifadə olunmuşdur. Qədim və orta əsərlərdə 

isə əsasən yazı bədii, tarixi-xronika səciyyəli əsərlər, fəlsəfi 

xarakterli dialoqlar, natiqlərin danışıqları, yol qeydləri nəsr 

dilində yazılardı. Bu dövrlərdə aşağı təbəqənin “janrı” hesab 

olunan komik əsərlər, farslar, satiralar da nəsr dilində 

yazılırdı. Onu da əlavə etmək lazımdır ki, erkən əsrlərdə nəsr 

anlayışı da müstəqil ədəbi-nəzəri anlayış kimi ardıcıl şəkildə 

işlənmirdi. Nəsr dili öz formasına görə az-çox şeir dilinə 

yaxınlaşırdı. Nəsrlə yazılan bu əsərlərin dilində, quruluşunda 

ritmika, pauza, bölgü əlamətələri özünü göstərirdi. Demək 

lazımdır ki, bu əsərlər sərbəst nəsr dilində yazılsa da, orada 

misraların sonu da sanki qafiyələnir, qafiyəyə oxşar sözlərlə 

bitirdi. 

Demək olar, sistemli nəsr dili Renessans dövründə yazı-

lan əsərlərdə özün göstərmişdir. Əgər əvvəlki dövrlərdə po-

etik əsərlərə, şeirlərə, poema, nəğmə, şeirlə yazılan dramlara 

                                                                                                                            

терминов. Москва, 1963, с.122  

1

  Словар  литературоведческих  терминов  (тяртиб  едянляр: 



Л.И.Тимофейев вя С.В.Турайев), Москва, 1974, с.296 


 

 

26



üstünlük verilirdisə, bu dövrdən başlayaraq daha çox roman, 

mənsur dram, novella-hekayə yazılmağa başlayır. Yeni 

yaranan bu ədəbi formalar hər  şeydən  əvvəl, dövrün ədəbi 

tələblərindən, yeni dövrün ruhunu, məzmununu ifadə etmək 

zərurətindən yaranırdı. 

Yuxarıda dediyimiz kimi, qədim və orta çağlarda yazılan 

bütün  əsərlər nisbətən qafiyəli, ritmli nəsr dili ilə yazılardı. 

Lakin müxtəlif məzmunu, hadisə  və  əhvalatları  nəsrlə 

vermək sxolastikaya gətirib çıxarırdı. Ədəbiyyatın bədii söz 

sənətinin inkişafı  ləngiyirdi. Doğru deyildiyi kimi: “Orta 

əsrlərdə  və XIX əsrdə  Şərq, o cümlədən Azərbaycan 

ədəbiyyatında bir çox əsərlər qafiyəli nəsrlə yazılmışdır. 

Hekayə, tarixi risalə, məqamə, qüssə, lüğət və s. b. k. forma-

larda olan belə  əsərlər həm orijinal ideya məzmununa, həm 

də dilinin və üslubunun böyük ekspressiv qüvvəsinə görə 

qiymətlidir. Lakin nəsrin bu növündə bir çox müəlliflərin 

qafiyə axtarışları onları bu və ya başqa dərəcədə formalizmə 

aparıb çıxarır. “Nəsrdə qafiyə  kəlamı çiy edir və  zəiflədir” 

deyə qafiyəli nəsr  əleyhinə  çıxan M.F.Axundov yazırdı: 

“…Nəsr  əsərlərində qafiyəyə  əhəmiyyət verilməməlidir, 

çünki qafiyə xatirinə yazılarda artıq sözlər işlənir və vacib 

olmayan mətləblər meydana çıxır” odur ki, “bu qaydanı tərk 

etməyimizin və uşaqcasına işdən əl çəkməyimizin vaxtıdır”.

1

 



Nəsr sözü ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və 

rədifi olmayan bədii  əsər deməkdir.

2

 Lakin yuxarıda de-



                                                           

1

  Бах:  Ядябиййатшцнаслыг  терминляри  лцьяти  (тяртиб  едяни: 



Я.Мирящмядов), Бакы, «Маариф» няшриййаты, 1988, с.165 

2

 Азярбайъан классик ядябиййатында ишлядилян яряб вя фарс сюз-



ляри лцьяти (тяртиб едянляр: А.М.Бабайев, Ъ.Б.Исмайылзадя (Рямзи), 

Бакы, «Маариф» няшриййаты, 1981, с.171 

 

 

27



yildiyi kimi nəsri zorən qafiyələndirmək həqiqətən də dildə 

formalizmə  gətirib çıxarır. Ümumiyyətlə, nəsr dilinin quru-

luşu, strukturu haqqında müxtəlif nəzəri mübahisələr hələ 

qalmaqdadır. Nəsr poetikasından bəhs edən  ədəbiy-

yatşünaslar hətta nəsr dilini adi danışıq dili və insanlar aras-

ında gündəlik yazışmaların dili ilə eyniləşdirirlər. Bir sıra 

nəzəriyyəçilər isə bu fikirdədirlər ki, nəsr əsərlərinin özünün 

də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları 

var. Lakin nəsrin bu ritmik quruluşu onu şeirin ritmikasından 

fərqləndirməklə bərabər, həm də adi danışıq dilinin özündən 

də ayırır. Burada doğru bir həqiqət vardır, ona görə ki, nəsr 

dili nə qədər sərbəst təhkiyə dili olsa da belə, o adi danışıq 

dilinə  bənzəyə bilməz. Nəsr dili müəyyən konkret müəllif 

ideyasının, poetik məzmunun ardıcıl  şəkildə  dərkində 

məqsədyönlü surətdə  işlədilən bir dildir. Nəsrdə  sətirlərin 

uzun və  qısalığından, sadə  və mürəkkəbliyindən asılı olma-

yaraq bədii sistemlilik, ardıcıl məntiq və ritm olmalıdır. 

Nəzmlə yazılan  əsərlər öz dilinə görə yuxarıda qeyd 

etdiyimiz kimi, nəsrdən  əsaslı surətdə  fərqlənir. Nəzm 

anlayışının adından da göründüyü kimi burada müəyyən bir 

qayda, poetexnoloji şərtlər tələb olunur. Çünki nəzmdə 

poetik xüsusiyyətləri gözləməklə yanaşı, texniki tələblərə 

mütlək  əməl olunmalıdır. Nəzmin adından da göründüyü 

kimi, burada sözlərin seçilib işlədilməsində, sətirlərin ölçü-

sündə müəyyən bir nizam-intizama riayət olunur. Nəzm, 

nəzmi-nizam anlayışları da ərəbcədən bu mənanı verir. 

Nəzm-sıra, tərtib, qayda, başqa mənada isə  şeir deməkdir. 

Nəzmi – intizam da ərəbcədən qayda, tərtib, şeir deməkdir.

1

 

                                                           



1

 Азярбайъан классик ядябиййатында ишлядилян яряб вя фарс сюз-

ляри лцьяти. Бакы, 1981, с.170-171 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə