Microsoft Word Az?rbaycanda su ehtiyatlar?n?n t?s?rrufat v? ekoloji ?h?miyy?t? dissertasiya doc docx



Yüklə 492,88 Kb.
Pdf görüntüsü
səhifə16/20
tarix04.02.2018
ölçüsü492,88 Kb.
#23460
1   ...   12   13   14   15   16   17   18   19   20

olmuşdur.  Aliminium,sink,manqan,tutan  və  bismut  çirkləndirici  elementlərə  

Oxçuçayda daim rast gəlinir. 

Arazın qolları Gilən,Naxçıvan və Paraqa çaylarının sularında misin (10-11 

BHK)  və  fenolların(2-4  BHK)  yüksək  konsentrasiyası  müşahidə  olunur.  Odur 

ki,Araz çayının suyu bütün məntəqələrdə (Xudafərin,Culfa,Saatlı) çirklənmiş və 

çirkli  kimi  qiymətləndirilərək  sularda  misin  və  fenolların  miqdarı  mütəmadi 

olaraq 10-22 və 4-14 BHK səviyyəsində qeydə alınır.Manqanın konsentrasiyası 

2-4  dəfə  normadan  artıq  müşahidə  olunur.  Culfa  və  Saatlı  məntəqələrində  neft 

məhsullarının  miqdarı  çay  sularında  0,11  və  0,21  mq/l,  yəni  normadan  2  və  4 

dəfə artıqdır. Son dərəcə çirklənməyə (zəhərlənməyə) məruz qalan bu çayda heç 

bir  canlı  yaşamır.Onun  suyundan  suvarmada  istifadə  edildiyindən  torpaq  da 

zəhərlənmişdir.  Oxçuçay  qarışandan  sonra  Arazın  zəhərlənməsi  Beyləqan-

Sabirabada  qədər  təsirini  itirmir.  Orta  illik  su  balansı  Arazdan  20 dəfə az  olan 

Oxçuçay Araza qarışandan sonra ,Araz suyunda olan mikroflora 65-80% azalır. 

Ermənistan  AES-nin  fəaliyyəti  bilavasitə  Araz  çayı  ilə  əlaqədardır,  hər 

sutka ərzində Araza 12-16 min m

3

 çirkab axıdılır, onun gələcəkdə Araz və onun 



qolları üçün fəlakətlər törətməsi ehtimalı böyükdür. 

Kür boyu yerləşən Yevlax,Zərdab,Sabirabad,Şirvan,Salyan,Neftçala və b. 

yaşayış məntəqələri Kürə ilboyu aramsız çirkab axıdırlar. Ona görə bu sahələrdə 

Kür  sularında  sanitar-gigiyenik  normalardan    on  min  dəfədən  yüksək  koliform 

qrupuna  aid  bakteriyalar  aşkar  edilmişdir.  Öz  ərazisində  Kür,Araz  və  onların 



yüzlərlə qolları amansız çirklənir. Hövzədə yerləşən yaşayış məntəqələrinin heç 

birində müasir bioloji təmizləmə qurğusu yoxdur. 

Antropogen amillərin təsirinin güclənməsi ilə əlaqədar olaraq Kür və Araz 

çayları və onların qollarının suyunun kimyəvi tərkibində xeyli dəyişikliklər baş 

vermişdir. Son 40 il ərzində Salyan şəhəri yanında Kür çayı suyunun minerallığı 

3 dəfədən çox artaraq 1020 mq/l olmuşdur. Bu dövr ərzində Araz çayının Saatlı 

məntəqəsində suyun minerallaşması 400 mq/l-dən 1300 mq/l-ə qədər artmışdır. 

Ə

vvəllər çayların suyu hidrokarbonat sinfinə və kalsium qrupuna mənsub 



olduğu  halda  ,  hazırda  sulfatlı-natriumludur.Suyun  kimyəvi  tərkibinin  və 

keyfiyyətinin  dəyişməsinin  əsas  səbəbi  Kür-Araz  ovalığında  suvarılan 

sahələrdən  qayıdan  suların  və  kollektor  drenaj  sularının  Kür  çayına  və  onun 

qollarına daxil olmasıdır. 

Son zamanlar Kür-Araz hövzələri ilə əlaqədar olmayan və birbaşa Xəzər 

dənizinə  tökülən  çaylarda  da  (Böyük  Qafqazın  şimal-şərq  hissəsi  və  Lənkəran 

təbii vilayəti çayları) çirklənmə müşahidə olunur. 

Quba-Xaçmaz  bölgəsində  yerləşən  Qusarçay,Qudyalçay,  Vəlvələçay, 

Qaraçay,Ataçay,Gilgilçay,Lənkəran  bölgəsində  yerləşən  Lənkərançay,Viləşçay 

və b. çaylar yaşayış məntəqələri və aqrar-sənaye təsərrüfatları tərəfindən aramsız 

çirklənməyə məruz qalır. 

 

 




3.2.Dəniz sahillərinin və daxili dənizlərin ekoloji problemləri. 

Dəniz  sahilləri  antropogen  təzyiqlərə  daha  çox  məruz  qalan  və  bu 

təzyiqlər  durmadan  artan  şəraitdə  quru,okean  və  atmosferin  qarşılıqlı  əlaqədə 

olan Yer səthinin bir hissəsidir. Bu üç geosferin qarşılıqlı əlaqəsi nisbətən enli 

olmayan  zonası  olmaqla,həm  də  spesifik  sahilyanı  təbii  təsərrüfat  sistemi 

fəaliyyət göstərən enli zolaqdır. 

Dəniz sahilboyu ərazi dedikdə adətən şərti olaraq dəniz səviyyəsindən 200 

m-ə  qədər izogips və  dəniz səviyyəsindən  200  m  qədər  izobat arasındakı  ərazi 

başa düşülür.Dəniz sahilboyu təbii-təsərrüfat sistemi-ekosferin olduqca mühüm 

komponenti  olub  həm  dünya  təsərrüfatına,həm  də  qlobal  təbii  proseslərə  təsir 

göstərir. 

-200  m  ilə  +  200  m  arasında  yerləşən  dəniz  sahili  zonası  aşağıdakı  əsas 

xüsusiyyətləri ilə seçilərək ekosferdəki olduqca mühüm rolunu göstərir. 

-Bu zonada dünya əhalisinin 60%-ə yaşayır. 

-Bu Yer səthinin 18%-ni təşkil edir. 

-Burada dünya əhalisinin 2/3-si yaşayır (1,7 milyard) 

-Burada dünyanın ilkin bioloji məhsulunun 25%-ə qədəri formalaşır. 

-Dünyada  ovlanan  balığın  90%-ə  qədəri  bura  düşür.  Sahil  zonası  Dünya 

okeanının  cəmi  8%-ni  tutur  və  onun  həcmi  0,5  %-ə  qədər  təşkil  edir.  Lakin 



burada  okeanın  bioloji  məhsulunun  18-33%-i  formalaşır.  Sahil  zonası  çayların 

gətirmə  axınlarının  çirkləndirici  maddələrlə  birlikdə  75-90%-ni  qəbul 

edir(udur).Burada  düyadakı  müasir  yumşaq(ovulan)  çöküntülərin  90%-

iakkumulyasiya  olunur.  Burada    həmçinin  karbon  qazının  qlobal  siklinin  aktiv 

hissəsindən ayrılan üzvi maddələrin 80%-i toplanır. 

Yuxarıdakı  məlumatlar  sahil  zonasının  mühüm  ümumdünya  əhəmiyyəti 

olduğunu göstərir. 

qlimin  dəyişməsilə əlaqədar okeanın  səviyyəsinin qalxmasının  sahilyanı 

zolağa təsiri aşağıdakı kimi göstərilir. 

-Dənizin çoxillik orta səviyyəsinin qalxmasi nəticəsində bir başa su basan 

zonalar. 

-Sahillərin dağılması nəticəsində sahil xəttinin geri çəkilməsinin ölçüsü. 

-Fırtına vaxtı su basan zona. 

Dünya  okeanının  səviyyəsinin  2100-cü  ilə  qədər  20-86  sm,  orta  hesabla 

50  sm  qalxması  gözlənilir.Bu  isə  sahilyanı  zonaya  arzuolunmaz  təsir 

göstərəckdir.Artıq XX əsr dövründə suyun səviyyəsinin qalxması dünyanın qum 

sahillərinin 70%-i dağılma vəziyyətindədir. 

Sahilyani ekosistemlər bioloji müxtəlifliyi baxımından dünyada ən zəngin 

ekositemlərdən  olub  dünya  sahillərinin  demək  olar  ki,yarısı  dağılmaq,hətta 

məhv olmaq təhlükəsi qarşısındadır. 




Yüklə 492,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə