Azərbaycan Dövlət İqtisad Universiteti
AMEA İqtisadiyyat İnstitutu
Dos. Dr. Vidadi Zeynalov
MALİYYƏ BÖHRANI VƏ
ANTİBÖHRAN İDARƏETMƏ
SİYASƏTİ
BAKI-2012
2
BBK 6.1
Z-40
Elmi məsləhətçi: i.e.d., prof. Ş.H.Hacıyev
Elmi redaktor: i.e.d., prof. Z.F.Məmmədov
Rəyçılər : i.e.d., prof. Mirdaməd Sadıqov
Prof.dr. Hasan Selcuk - TC. Marmara Universitetinin
ögretim üyesi
Z-40 Dos. dr. V.Z.Zeynalov. Maliyyə böhranı və antiböhran
idarəetmə siyasəti. Bakı, Azərnəşr. 2012. səh.224.
Qlobal maliyyə böhranı və antiböhran siyasət mövzuları ilə əlaqə-
dar problemləri beynəlxalq elmi ictimaiyyət, özəlliklə ictimai və humani-
tar elmi sahələrində çalışan alimlərin ciddi müzakirə etdiyi mövzudur.
Qlobal maliyyə böhranı hələ də bəzi ölkələrdə davam etməkdədir. Həya-
ta keçirilən antiböhran siyasəti əksər elmi ədəbiyyatlarda təsviri çalışma
səviyyəsində şərh edilir və təbii ki, bu siyasətin mahiyyətinin dərin elmi
analitik şərhə ehtiyacı vardır.
Araşdırmanın məqsədi - qlobal maliyyə böhranının dünya iqtisa-
diyyatına təsirini təhlil və qiymətləndirməklə yanaşı, Azərbaycanda
tətbiq olunan antiböhran siyasət modelinin mahiyyətini elmi cəhətdən
ə
saslandırmaq və konkret təklif və tövsiyələr hazırlamaqdır.
Z-40
© V.Z.Zeynalov, 2012.
©Azərnəşr, 2012.
0601000000
M-651 (07) 2012
qrifli nəşr
3
GİRİŞ
Qlobal maliyyə böhranı və antiböhran siyasət mövzuları ilə
ə
laqədar problemləri beynəlxalq elmi ictimaiyyətin, həmçinin
ictimai və humanitar elmlər sahəsində çalışan alimlərin müzakirə
mövzusudur. Qlobal maliyyə böhranı hazırda hələ də bəzi
ölkələrdə davam etməkdədir. Təbiidir ki, belə bir şəraitdə bunun
səbəb və nəticələrini elmi cəhətdən müzakirə edərək araşdırmaq
çox mühüm əhəmiyyət və həm də zəruriyyət təşkil edir. Digər
tərəfdən dünyanı bürümüş bu maliyyə böhranı şəraitində Azərbay-
canın iqtisadi inkişafı və tətbiq etdiyi antiböhran siyasəti dünya
elmi ictimaiyyətində müəyyən maraq doğurmuşdur.
Buna görə də, qlobal maliyyə böhranı və antiböhran tədbir-
lərin təhlili və qiymətləndirməsi elmi cəhətdən əsaslanmalıdır.
Araşdırmanın məqsədi – qlobal maliyyə böhranının dünya
iqtisadiyyatına təsirini təhlil və qiymətləndirməklə yanaşı, ondan
çıxış yollarını elmi cəhətdən təhlil edərək konkret təklif və
tövsiyələr hazırlamaqdır.
Qlobal maliyyə böhranı şəraitində Azərbaycanda həyata
keçirdiyi antiböhran siyasəti bəzi əsərlərdə adətən təsviri çalışma
səviyyəsində şərh edilir və təbii ki, bu siyasətin mahiyyətinin dərin
elmi analitik şərhə ehtiyacı vardır.
Məlum olduğu kimi 2009-cu il yanvarın 16-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ilin
yekunlarına həsr olunmuş iclasında qlobal dünyada gedən iqtisadi
proseslər kontekstində Azərbaycan iqtisadiyyatındakı vəziyyəti
çox geniş təhlil etmiş və dünya maliyyə böhranının Azərbaycana
təsirini minimuma endirmək vəzifəsini qarşıya qoymuşdu.
Məhz bununla da o zaman ilk dəfə idi ki, Azərbaycanda
dövlət səviyyəsində rəsmi olaraq “antiböhran tədbirlər paketi”
ortaya qoyuldu.
Bu antiböhran tədbirlər paketində hər şeydən əvvəl mövcud
vəziyyət təhlil edilməklə və gələcək işlər üçün hazırlıq planı
4
müəyyənləşdirilirdi. Mövcud vəziyyətin təhlili göstərdi ki, Azər-
baycanda iqtisadiyyat hələ heç də böhran səviyyəsinə enməyib,
amma böhranın təsir kanalları mövcuddur və onu minimuma en-
dirmək üçün müvafiq preventiv tədbirlərin həyata keçirilməsi la-
büddür.
Qlobal böhranın Azərbaycan iqtisadiyyatına təsir kanal-
larından biri neftin və digər qeyri-neft ixrac məhsullarının dünya
bazarında qiymətinin aşağı düşməsi, milli bank sisteminə xarici
kredit axınlarının azalması idi. Bunların qarşısının vaxtında alındı-
ğ
ından Azərbaycan iqtisadiyyatı ciddi ziyan çəkmədi.
Azərbaycan dövlətinin həyata keçirdiyi antiböhran tədbirlər
kompleksindəki istiqamətlər çox şaxəlidir. Bunların içərisində pri-
oritet təşkil edən sahələrdən biri istehlak qiymətlərinin azaldılması
təşkil edir. Məlumdur ki, hələ 2005-ci ildə, Azərbaycan Respubli-
kasının Prezidentinin 31 may 2005-ci il tarixli fərmanı ilə Azər-
baycan Respublikasında anti - inflyasiya tədbirlərinin gücləndiril-
məsi və inflyasiyanın tənzimlənməsi məqsədi ilə kompleks tədbir-
lərin həyata keçirilməsi işinə start verilmişdir.
Digər prioritet sahələrdən biri də bu illər ərzində inhisarçılıq-
la mübarizənin gücləndirilməsi olmuşdur. Belə ki, bu illər əsassız
inhisarçılığa, qeyri-sağlam rəqabətə qarşı mübarizə gücləndirilmiş,
dövlət qurumları tərəfindən qanunsuz müdaxilələrin qarşısının
alınmasına diqqət artırılmışdır.
Çox mühüm prioritet sahələrdən biri də heç şübhəsiz ki, milli
banklara olan dəstək, kreditlərə və faiz dərəcələrinə nəzarəti əhatə
edən maliyyə monitorinqinin tətbiqi olmuşdur ki, bu da öz növbə-
sində maliyyə intizamının möhkəmlənməsinə çox kömək olmuş-
dur.
Bu gün dövlətin həyata keçirdiyi antiböhran tədbirlərin içəri-
sində sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi və
eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər də
çox mühüm əhəmiyyət kəsb edir.
Hazırlanmış antiböhran tədbirlər paketində Azərbaycanın
antiböhran yol xəritəsi müəyyənləşdirilmişdir.
Dostları ilə paylaş: |