5
stər milli, istərsə də qlobal miqyasda maliyyə sistemində
nəzarəti təkmilləşdirmək ən vacib şərtlərdən biri olaraq qəbul
edilməlidir. Böhrandan çıxış yolunun ən optimal yolu mütləq
qaydada iqtisadi və insitutsional islahatları əhatə etməlidir.
Ə
n rasional variant, gözlənilə biləcək böhranların öncədən
təsbit edilməsi və buna qarşı preventiv tədbirlərin alınması ən
doğru siyasət olaraq görülməkdədir.
Beləliklə, xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda sə-
mərəli antiböhran idarəçiliyini həyata keçirməyə imkan verən ən
önəmli amil iqtisadi vahidlər tərəfindən ölkə prezidentinə olan
inam və güvən sistemidir.
6
I FƏS L
MAL YYƏ BÖHRANININ
DEF N S YASI
7
1.1. MAL YYƏ BÖHRANLARININ YAYĞINLAŞMASININ
TAR X NK ŞAFI
Ə
hatə sahəsinə görə böhranlar yerli (milli), regional və
qlobal səviyyədə olur. Belə ki, XIX əsrin ortalarına kimi böhranlar
bir, iki yaxud üç ölkənin hüdudları ilə məhdudlaşırdı, sonralar isə
beynəlxalq xarakterə malik oldular, ilk beynəlxalq böhran 1825-ci
ildə baş vermişdir.
Ə
vvəl bütün iqtisadi sarsıntılar yalnız iqtisadiyyatdan kənar
səbəblərin təsiri ilə, ilk növbədə müharibələr, epidemiyalar, təbii
fəlakətlər və s. ilə, sonralar isə kənd təsərrüfatı məhsullarının tam
istehsal edilməməsi ilə bağlı olmuşlar. XIX əsrin ortalarından eti-
barən böhranların əsas səbəbi sənaye istehsalı ilə ödəmə qabiliy-
yəti tələbi arasında tarazlığın pozulması olmuşdur.
Beləliklə, yeni növ böhranlar XIX əsrdə başlanmış və orta
hesabla hər 8-10 ildən bir təkrarlanırdılar: 1825, 1837, 1847, 1857,
1868-1869, 1873, 1882-1883, 1890-1892, 1900-1902, 1907 və s.
illərdə. Ayrı-ayrı iqtisadi dövrlər müddəti və intensivliyinə görə
bir-birindən əhəmiyyətli dərəcədə fərqləndiyinə baxmayaraq
onların hamısı eyni resesiya azalma, depressiya, canlanma və
yüksəliş fazalarına malik idilər.
lk dövri böhran 1825-ci ildə ngiltərədə baş vermiş, növbəti
böhran 1836-cı ildə ABŞ-da baş vermişdir. 1847-ci ildə böhran
bütün Avropa, Şimali və Cənubi Amerika ölkələrini, 1873 -1878-
ci illərin böhranı isə Avropa ölkələrinin çoxunu və ABŞ əhatə
etmiş və özünün uzun müddətli olması ilə əvvəlkiləri arxada
qoymuşdur.
1825-ci ilin dünya iqtisadi böhranına səbəb- kapitalın Böyük
Britaniyadan Latın Amerika ölkələrinə kütləvi axını və London
birjasında möhtəkar əməliyyatlarının həcmlərinin artması ilə ol-
muşdur. Bu isə ölkənin qızıl ehtiyatlarının kəskin azalmasına və ti-
carət balansının pozulmasına, bu da öz növbəsində kütləvi müflis-
liyə və sonrakı iqtisadi resesiyaya gətirib çıxartmışdır. nvestisiya
8
və ixracatın azalması Latın Amerika ölkələrində büdcə gəlirlərinin
azalmasına yol açmışdır.
1857-ci ilin böhranı eyni zamanda ABŞ, Almaniyanın, ngil-
tərənin və Fransanın iqtisadiyyatına toxunmuşdur. Həmin böhrana
dəmir yolu şirkətlərinin kütləvi müflisliyi və səhmlər bazarının da-
ğ
ılması səbəb olmuş, bu da dünya bank sisteminin iflasa uğraması-
na və istehsalın kəskin aşağı düşməsinə gətirib çıxartmışdır.
Latın Amerika ölkələrində kreditlərə artmış tələblər, Alma-
niya və Avstriyanın daşınmaz əmlak bazarında möhtəkar qiymət
artımı ilə nəticələnən hadisələr dünya maliyyə böhranına yol
açmışdır.
1893-cü ildə ABŞ-da başlayan böhranı gümüş bazarında
azad qiymət qoyulmaya yol verən Şermanın Gümüş Paktı qəbul et-
məsi ilə əlaqələndirirlər. nvestorlar bu paktın qəbul edilməsindən
sonra ABŞ-ın “qızıl standartdan” uzaqlaşdığını gözləyərək kapitalı
ölkədən çıxartmağa başladılar. Pul təklifinin azalması və fond
bazarının kollapsı hesablama-ödəniş sistemində, bankların fəaliy-
yətində pozulmalara gətirib çıxarmışdır.
1907-ci ildə ABŞ daha əvvəlki böhranların əlamətlərinə
malik olmuş, lakin miqyas və nəticələri ilə əvvəlkilərdən olduqca
güclü idi. Buna səbəb 1906-cı ildə öz qızıl ehtiyatlarını artırmaq
üçün uçot dərəcəsini 3,5% - dən 6 %-ə qaldıran ngiltərənin bankı
təhrik etmişdir. Bu hadisə ABŞ-dan kapitalların axınına səbəb
olmuş, nəticədə isə iş fəaliyyətinin aşağı salınması və ölkədə
bankların iflasına yol açmışdır. Pul kütləsinin həcminin kəskin
azalması milli ödəniş-hesablaşma sisteminin pozulmasına və uzun
davam edən iqtisadi resessiyaya gətirib çıxarmışdır. ABŞ və
ngiltərədən böhran Fransa, taliya və başqa ölkələrə yayılmışdır.
1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanması ilə
beynəlxalq maliyyə böhranı baş vermişdir.
Dünyada 1900-1903, 1907, 1920-ci illərdə iqtisadi böhranlar
yaşanmış, lakin onların heç biri 1929-1933 illərdə baş vermiş və
bütün kapitalizm dünyasını, iqtisadiyyatın bütün sahələrini əhatə
etmiş dünya böhranı ilə müqayisə edilə bilməzlər. Bu böhran
9
zamanı kapitalist ölkələrinin sənaye istehsalının məcmu həcmi
46%, polad əridilməsi - 62%, kömür hasilatı -31 %, gəmiqayırma
istehsalı - 83%, xarici ticarət dövriyyəsi - 67% azalmış, işsizlərin
sayı 26 mln nəfərə çatmış yaxud istehsalatda işləyənlərin 25%
təşkil etmişdir, əhalinin real gəlirləri orta hesabla 58% azalmışdır.
Böhran, çox saylı müflislik halları ilə müşayiət olundu – və
sadəcə, ABŞ-da 109 min şirkət iflasa uğramışdı
1
.
1929 - 1933-cü illərdə - baş verən böhran müasir tarixdə ən
iri dünya maliyyə böhranı dövrüdür. O, Nyu-Yorkda fond birjasın-
da iflasdan başlamış və bank sistemini, sənayeni və kənd təsərrü-
fatını əhatə etmişdir. Öz xüsusiyyətinə görə bu təkrar istehsalın
böhranı idi, bu zaman əhalinin aşağı alıcılıq qabiliyyəti nəticəsində
tsiklik istehsal olunan mallara tələb azalmışdır. Nəticədə ictimai
təkrar istehsal prosesi pozulmuş, çox saylı ticarət və sənaye
müəssisələri, nəqliyyat şirkətləri, banklar iflas etmişdir. 1932-ci
ildə ABŞ-da sənaye istehsalı, ümumən 46%, məhsulun ayrı-ayrı
növləri üzrə isə olduqca daha çox azalmışdır, məsələn, çuğun -
79%, polad -76% avtomobil -80%. Fəaliyyətdə olan 279 domna
Peçindən yalnız 44 qalmışdır. Böhran iflasın kütləvi dalğasına
səbəb olmuşdur. 1929-1933 illərdə 135 min şirkət və 5760 bank
iflasa uğramışdır. Yalnız 1932-ci ildə korporasiyaların itkisi 3,2
mlrd dollar təşkil etmişdir. Xarici ticarət dövriyyəsi 3,1 dəfə azal-
mış və ölkə 1911-ci il səviyyəsinə düşmüşdür.
Post-böhran depressiyası uzun müddətli olmuşdur. Müəyyən
canlanmadan sonra 1937-ci ildə əvvəlcədən yüksəlmə fazasının
olmaması ilə xarakterizə edilən yeni böhran baş vermişdir. Yeni
böhran əvvəlkindən zəif olsa da, olduqca kəskin keçirdi. Kapitalist
dünyada sənaye istehsalının ümumi həcmi 11%, ABŞ-da isə 21%
ixtisara salınmış, avtomobillərin buraxılması 40% azalmışdır. Bu
böhranın inkişafı və ağırlaşması 1939 - 1945-ci illərdə kinci
Dünya Müharibəsi ilə dayandırılmışdır.
1
З.Мамедов. Анатомия финансовой кризисов. СПбГУ, 2005
Dostları ilə paylaş: |