58
biliklər bazası – sistemin “dəyişən”hissəsidir, bu hissə ES-in istifadəsində bilik və
təcrübə mühəndisləri tərəfindən dəyişdirilə və tamamlana bilər. Bilik bazası: Ekspert
sistemlər də uzunmüddətli verilənlərin saxlanması üçün istifadə olunur. Bunlar
baxdığımız sahənin verilənlərini (biliklərini) yazır və bu verilənlərin məqsədyönlü
çevrilməsini yazan qaydaları qabaqcadan təyin edir.
-Verilənlər bazası və ya işçi yaddaşcari anda həll edilən məsələnin ilkin və aralıq
verilənlərin saxlanmaası üçün nəzərdə tutulmuşdur. Baza verilənləri hazırki anda
məsələni həll etmək üçün əsas və aralıq verilənlərin saxlanmasını təmin edir. Burda
VB o biri sistemlərdəki baza verilənlərindən fərqi birinci növbədə onun hazırki anda
verilənləri saxlamasıdır.
-Məntiqi nəticənin mexanizmiES-in əsasını biliklər bazasının informasiyasından
istifadə edən, tələb olunan məsələnin həlli üzrə məsləhətləri qenerasiya edən məntiqi
nəticə altsistemi təşkil edir. Hər şeydən əvvəl ES-də biliklərin təqdim olunması üçün
məhsuldar sistemlər və semantik şəbəkələrdən istifadə olunur. Məsələn, biliklər
bazası fakt və qaydalardan (əgər onda ) ibarətdirsə əgər ES
mühakimənin həqiqi olduğunu təyin edərsə, onda qayda verilmiş konsultasiya üçün
yaralı hesab edilir və işə salınır. Qaydanın işə salınması konsultasiya prosesinin
tərkib hissəsi olaraq verilmiş qaydanın rəy kimi qəbul edilməsini göstərir. ES-in
məqsədi – iddianın məqsədi adlanan verilmiş hər hansı faktın çıxarılmasıdır, ya da bu
faktın rədd edilməsidir. ddianın məqsədi ya əvvəlcədən sistemin biliklər bazasına
“qoyulmalıdırr”, ya da sistemlə istifadəçinin dialoqundan alınmalıdır. Sistemin işini
işçi çoxluğun cari məzmununa tətbiq edilən hər hansı qaydanın bazadan seçimindən
ibarət addımlar ardıcıllı təşkil edir. ddianın məqsədi alındıqda və ya rədd edildikdə
dövr başa çatır.Ekspert sisteminin iş dövrü başqa cür məntiqi nəticə adlanır. Məntiqi
nəticə müxtəlif üsullarla alına bilər. Onlardan ən çox yayılan üsullar aşağıdakılardır:
-nəticənin düz nizamı
- nəticənin tərs nizamıdır.
Nəticənin düz nizamı işçi çoxluqda yerləşən faktlardan rəyə aparır. Əgər belə rəyi
tapmaq mümkün olursa, onda bu rəy işçi çoxluğ yerləşdirilir. Düz nəticəni tez-tez
verilənlərlə idarə olunan nəticə adlandırırlar.
59
-Həllin izah edilməsiES-in izahedici komponenti sistemin həlli necə aldığını izah edir
(və ya niyə sistem həlli almayıb və bu zaman hansı biliklərdən istifadə edib), bu da
ekspertin testləşdirməsini asanlaşdırır və istifadəçinin alınmış nəticəyə inamını artırır.
Biliklərə əsaslanan sistemlər kompyunerlərdə realizasiya olunduğundan çıxışda
alınan informasiya da kompyuterə aydın olan dildə, yəni bitlərlə və baytlarla qəbul
edilir. Lakin hazırlığı olmayan istifadəçinin qarşılıqlı təsiri üçün kompyuterə təbii
dildə ünsiyyət vasitəsi daxil edilməlidir.
Ekspert sistemlərində BB 2 hissiyə bölünür:
1-ci real (faktiki) biliklər,
2-ci evristik biliklər.
Fakt bilikləri müxtəlif sahələrdə ortaya qoyub, işlətmək olar, ona görə ki, onların
doğruluğu sübut olunmuş və qətiləşdirilmişdir. Evristik biliklər mütəxəssislərin bilik
və təcrübələrini əks etdirir və subyektiv xarakter daşıyır. Bu biliklər çoxaldıqca
sistemin nəticələri daha etibarlı olur və nəticədə düzgün qərarlar qəbul edəcək və
ondan asılı olaraq problemlərin həlli daha tezliklə əldə ediləcək. Qeyd etmək lazımdır
ki, bu bilikləri işlətmək bəzi problemlərdə ola bilər ki, səhv nəticə göstərsin. Məsələn,
aeroportda bitki dərmanlarının nəqlinin qarşısını almaq məsələsində: bu növ
dərmanların sərnişinlərlə birlikdə daşınması təyyarədə təhlükə yarada bilər.
Biliklərin bu sahəsi mütəxəssislər ilə müsahibə və yaxud anketlərin doldurulması ilə
ə
ldə edilə bilər. Bilik mühəndisi toplanmış informasiyanı formalaşdırır və formal
qaydalarla yazır. Bu cür formal qaydalar içərisində ən sadəsi və səmərəlisi "if-then"
strukturuna malik olan produksiya qaydası (production rule) hesab olunur.
Çıxarış mexanizmi bu qaydalara əsasən yeni faktları ala bilər. Məsələn, fərz edək ki,
bilik bazasında 2 məlumat var:
1.BDU Bakı şəhərindədir.
2.Bakı şəhəri Azərbaycan ölkəsindədir.
Çıxarış mexanizmi bu nəticəni verir ki , BDU Azərbaycan ölkəsindədir.
Ekspert sistemlərinin strukturunda fuzzy (qeyri-səlis) məntiqin işlənməsi
Ekspert sistemlərində və süni intellektin digər sahələrində önəmli bir məsələ qeyri-
səlis məntiqdən istifadə edilməsidir. Qeyri-səlis məntiq 2 dəyərdən ibarət ola bilər:
60
-1-ci qiymət DOĞRU
-2-ci qiymət YANLIŞ.
Bu məntiq mükəmməl ola bilməz, çünki bir çox hallarda mühakimələrin doğru və ya
yalan olmasını qəti şəkildə demək olmaz. Hər hansı fikir müxtəlif zamana və müxtəlif
məkana görə bir qədər doğru və yaxud bir qədər yanlış ola bilər.
Qeyri-səlis məntiq qeyri-müəyyən anlayışlardan istifadə zamanı istifadə olunur.
Məsələn: Ağırlıq, Soyuqluq, Hündürlük və s. Misal üçün, bir şeyin ağırlığı 500 kq-
dır, bu ağır obyekt ola bilərmi? Bunun cavabı qeyri-müəyyəndir, ona görə ki, bu ob-
yekt bir insan daşımaq üçün ağır, araba üçün ağırlığı orta səviyyədə, təyyarə və yaxud
gəmi ilə daşımaq üçün yüngül obyekt kimi nəzərə alınır. Buradan da qeyri-səlis
məntiqə ehtiyac duyulur və istifadə olunması vacib məsələyə çevrilir .
Digər mənbələrə görə Ekspert sistemlər biliklər bazasından və ya faktlar
saxlanılan sistem hissələrindən, çıxış altsistemindən və ya məsələlərin həll
olunması üçün istifadə olunan qaydalar məcmusundan, izahat altsistemi, biliklərin
mənimsənilməsi altsistemindən və dialoq prosessorundan ibarətdir (Şəkil 3). Çıxış
altsistemini yaradarkən süni intellekt məsələlərinin həll metodlarından da
istifadə olunur.
Ümumilikdə ekspert sistemlərin işləmə prosesini belə təsvir etmək olar: lazımi
informasiyanı almağı arzulayan istifadəçi ekspert sistemə istifadəçi intefeysi
vasitəsilə sorğu göndərir; həlledici, biliklər bazasından istifadə edərək müvafiq
tövsiyəni hazırlayır və izahat altsisteminin köməyi ilə öz fikirlərinin gedişini
istifadəçiyə çatdırır.
Ümumiyyətlə ekspert sistemlərin hazırlanması sahəsində terminologiya öz şəklini
tez-tez dəyişir, lakin buna baxmayaraq biz əsas terminləri nəzərdən keçirək.
Dostları ilə paylaş: |