11
olunduğu orqanda ağrı və/və ya həmin orqan və sistemlərin
funksional pozğunluğuna səbəb olan əlamətləri aiddir.
Yerli simptomlara aid edilir:
kelloid çapıq
fəal fistul
yerli qızartı
hərarət olmadan şişkinlik
fliktena
ACKV-yə şübhə yaradan əsas məqamlar
Cədvəl 1-də göstərilir.
Cədvəl 1. ACKV-yə şübhə yaradan əsas məqamlar
26
(Golden MP, Vikram HR. Extrapulmonary tuberculosis: an overview. Am Fam
Physician. 2005)
İİV infeksiyası
Xronik limfadenopatiya (xüsusən boyun nahiyyəsində)
Ekssudativ plevritlər (plevral mayedə limfositlərin üstünlüyü, VMB-nin əkmə
üsulu ilə aşkarlanmaması və plevral vərəqələrin qalınlaşması ilə)
Oynaqların iltihabı (artrit, poliartrit)
Döş qəfəsidaxili strukturların cəlb olunması ilə müşayiət edilən onurğa osteomieliti
Onurğa beyni mayesində pleositoz
*
Perikard boşluğuna mayenin yığılması, sıxıcı perikardit, perikardın kalsifikasiyası
Kron xəstəliyi və amebiaz ilə vərəm enteritinin differensial diaqnostikası
Limfositlərin üstünlük təşkil etdiyi assit və assit mayesində əkmə üsulu ilə
müayinədə VMB-nin aşkar olunmaması
Davamlı, müalicəyə tabe olmayan piuriya
* onurğa beyni mayesində hüceyrələrin (çox hallarda limfositlərin) artması. Bu zülalların artması,
glükoza və xloridlərin azalması ilə müşayiət edilə bilər
Aşağıda göstərilən patologiyalarla uzun müddət müxtəlif həkim
mütəxəssislər tərəfindən müşahidə olunan xəstələrdə də ACKV-yə
şübhə yaranmalıdır:
1.
sistit, prostatit, pielit, böyrək çatışmazlığı
2.
sağalmayan yaralar, fistulalar
3.
fəqərə sütununda və ətraflarda ağrılar
4.
gözün xronik iltihabi xəstəlikləri
5.
dərinin
müxtəlif xəstəlikləri
6.
sonsuzluq, xronik iltihabi proseslər və eləcə də aybaşı tsiklinin
pozulması
7.
qarında və döş qəfəsində səbəbi bəlli olmayan ağrılar
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
12
8.
xronik xolisistit, appendisit, kolit
Yuxarıda göstərilən və müalicəyə tabe olmayan patologiyası olan
xəstələrdən götürülən materialı sadə mikroskopiya üsulu ilə müayinə
etmək vacibdir. Çox tibbi ləvazimat və reaktivlər tələb etməyən sadə
mikroskopiya laboratoriyaları bütün tibb müəssisələrində təşkil
edilməlidir
2
.
Xüsusi müayinə üsulları. Diaqnostik müayinələrin sonrakı
mərhələsində xüsusi instrumental və laborator müayinə üsullarından
istifadə edilir (Cədvəl 2). ACKV-nin aşkarlanması ümumi qəbul
olunmuş minimum müayinə metodları (tuberkulin ilə diaqnostika,
sadə mikroskopiya və rentgen-flüoroqrafik müayinə) ilə başlanmalı
və
histoloji, biokimyəvi, USM və digər üsullarla tamamlanmalıdır.
Belə kompleks müayinə nəticəsində xəstəliyin etiologiyası,
törədicinin xüsusiyyətləri, xəstəliyin lokalizasiyası, vərəm prosesinin
cəlb olunan sahəsinin ölçüsü və xarakteri müəyyən edilir. ACKV-nin
yaranma ehtimalı immun sisteminin vəziyyəti ilə sıx əlaqədar olduğu
üçün İİV-ə müayinənin aparılması zəruridir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
13
Cədvəl 2. ACKV-nin aşkarlanması üçün tövsiyə edilən xüsusi
müayinə üsulları
81
(Bureau Tuberkulosis Control New York City Department of Health and Mental
Hygiene. Clinical Policies and Protocols 4
th
Edition March 2008-ə əsasən;
http://www.nyc.gov/html/doh/downloads/pdf/tb/tb-protocol.pdf)
Vərəmin şübhə olunan
formaları
Tövsiyə edilən müayinə üsulları
Sümük-oynaq
sisteminin vərəmi
Rentgenoqrafiya. Sümük və oynaqların KT, MRT
müayinəsi (D)
80
. Artrosentez. Sümük toxumalarının və
sinovial qişaların biopsiyası.
Miliar vərəm
DQR və onurğa beyni punksiyası (meningitin
diaqnostikası üçün) (D)
80
. Mümkün olarsa, zədələnmiş
toxumaların biopsiyası.
Vərəm meningiti
Onurğa beyni punksiyası, KT, MRT.
Ağciyər
rentgenoqramlarında
kiçik ocaqlı
dəyişikliklər
Bəlğəmin induksiyası. Bronxoskopik müayinə vasitəsilə
bronxların yuyuntu sularının VMB-yə müayinəsi.
Transbronxial biopsiya. Mədənin yuyuntu sularının
müayinəsi.
Vərəm perikarditi
Exokardioqram. Biokimyəvi göstəricilərin
(laktatdehidrogenaza, zülal, qlükoza, pH), hüceyrə
tərkibinin
öyrənilməsi, mikroskopik və əkmə üsulu ilə
VMB-nin təyini məqsədilə perikardın punksiyası.
Perikardın biopsiyası.
Periferik limfa
düyünlərinin vərəmi
Limfa düyünlərinin nazik iynəli və ya eksizion
biopsiyası.
Vərəm peritoniti
Qarın boşluğunun USM və ya KT müayinəsi. Biokimyəvi
göstəricilərin (laktatdehidrogenaza, zülal, qlükoza, pH),
hüceyrə tərkibinin öyrənilməsi, mikroskopik və əkmə
üsulu ilə VMB-nin təyini məqsədilə qarın boşluğunun
parasentezi. Peritonun biopsiyası.
Vərəm plevriti
Biokimyəvi göstəricilərin (laktatdehidrogenaza, zülal,
qlükoza, pH), hüceyrə tərkibinin öyrənilməsi,
mikroskopik və əkmə üsulu ilə VMB-nin təyini
məqsədilə plevral punksiya. Plevranın biopsiyası.
Müalicənin ümumi prinsipləri
1.
Bəzi prinsiplər nəzərə alınmaqla ACKV-nin müalicə rejimi
ağciyər vərəminin müalicə rejimi ilə eynidir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.