Kompyuterdə məsələlərin həlli aşağıdakı mərhələlər ardıcıllığı ilə aparılır:
məsələnin qoyuluşu;
həll alqoritminin yaradılması;
verilənlərin strukturlarının təyini;
proqramlaşdırma dilinin seçilməsi və ilkin proqramın tərtibi;
proqramın kompyuter dilinə çevrilməsi və sazlanması;
işçi proqramın icrası, nəticələrin alınması və təhlili.
Müəyyən tip məsələlərin həllində bu mərhələlərdən bəziləri tələb olunmaya bilər. Məsələn, sistem proqram təminatının yaradılmasında məsələnin riyazi təsviri tələb olunmur.
Dostları ilə paylaş: |