17
1.3. Mikrokompüterlərin növləri
İxtisaslaşma səviyyəsi üzrə təsnifat. İxtisaslaşma səviyyəsi
üzrə mikrokompüterlər iki yerə bölünür: universal və
ixtisaslaşmış. Universal kompüterlər müvafiq proqram təminatı
olduqda ixtiyari tətbiqi məsələni həll etməyə xidmət edir.
İxtisaslaşmış mikrokompüterlər konkret təyinatlı məsələlərin
həlli üçün nəzərdə tutulmuşdur. Belə kompüterlərə avtomobil-
lərin, gəmilərin, təyyarələrin, kosmik aparatların bort kompüter-
lərini, tibbi avadanlıqlar qoşulmuş minikompüterləri, serverləri
aid etmək olar.
Forma ölçülərinə görə təsnifat. Mikrokompüterlərin forma
ölçülərinə görə aşağıdakı kimi təsnifatı aparılır:
• Stolüstü (desktop),
• Portativ (Portable),
• Cib (Palmtop)
Stolüstü (masaüstü)kompüter (Desktop) - bu günlər ən
məşhur və ən çox yayılan kompüter tipidir. Bunun tərkibində
sistem bloku adlı mərkəzi element vardır ki, orada kompüterin
on vacib hissələri (prosessor, əməli yaddaş, sərt disk və s.)
yerləşirlər. Sistem blokuna monitor, skaner, printer, modem və
s. kimi əlavə xarici qurğular qoşulurlar.
Slolüstü kompüter nisbətən böyük yer tutmasına baxmayaraq,
gövdəsinin böyük hissəci boşluqlarla doludur. Lakin onun
qiyməti çox baha olmur və çox sadə bir üsulla təkmilləşdirilir -
lazım olduqda onun tərkibinə daxil olan istənilən qurğunu digər
qurğu ilə əvəz etmək mümkün olur. Digər tərəfdən isə öz
sinfində olan bütün kompüterlər arasında böyük imkanlara malik
olur.
Masaüstü minikompüterlər funksional imkanlarının böyük-
lüyünə, maya dəyərinin ucuz olmasına, daha əvvəl və kütləvi
istehsalına görə daha geniş yayılmışdır. Onlar əsasında
Avtomatlaşmış İşçi Yerləri yaradılır, fərdi olaraq bir əmək aləti
kimi istifadə edilir.
Portativ kompüterlər daşınma üçün rahatdır. Onlardan
18
əvvəllər əksər vaxtlarını ezamiyyət və tədbirlərdə keçirən
biznesmenlər, komersantlar, müəssisə və idarə rəhbərləri,
jurnalistlər istifadə edirdilər. Son illərdə onların funksional
imkanları xeyli artdığından və qiymətlərinin ucuzlaşması
səbəbindən onlardan istifadə edənlərin əhatə dairəsi sürətlə
genişlənməkdədir. Hal-hazırda –Notbook, Lap top və Sub
Netbook portativ kompüterləri istehsal olunur. Onlardan adətən
İnternet-lə və sənədlərlə işləmək üçün, telefon rabitəsi vasitəsilə
istənilən coğrafi nöqtədən telefon xəttinə qoşulmuş digər
kompüterlə informasiya mübadiləsi etmək üçün istifadə edilir.
Əvvələr cib kompüterləri “intellektual qeydiyyat kitabçası” kimi
yaradılmışdır və bu səbəbdən Personal Digital Assistant (PDA)
– “şəxsi rəqəmli katibə” adlandırılmışdır. Bu gün müasir cib
kompüterləri geniş funksional imkanlara malikdir.
Son zamanlar cib kompüterlərinin və mobil telefonların
imkanlarını
birləşdirən
qurğular-smartfonlar
və
kommunikatorlar istifadə edilməkdədir.
a) Komminikatorlar. Bu qurğular da praktiki olaraq, adi
FRK-dan heç nə ilə fərqlənmirlər. Yalnız fərq ondan ibarətdir ki,
burada daxildə quraşdırılmış GSM-modulu və adi mobil
telefonla işləməyə oxşar iş görmək üçün əlavə işlənmiş xüsusi
proqram təminatı vardır. Belə ki, "danışıq" funksiyaları
kommunikator üçün ikinci yerdə durur. Əsas məsələ, əlavə
modullardan istifadə etməməklə, mobil şəbəkə vasitəsilə GRPS
protokolu ilə internetdə işləmək qabiliyyətidir. Ən geniş
yayılmış Mobile Windows-2003 bazasında və PalmOS
platformasında yaradılan kommunikatorlardır.
b) Smartfonlar. Əgər kommunikatorlar adi FRK-dan əmələ
gəlmişlərsə, smartfonlar adi mobil telefonlardan yaranmışlar.
Vaxt keçdikcə bu iki qurğu arasmdakı sərhəd yəqin ki,
silinəcəkdir, lakin indi bunların bir-birindən fərqli olması çox
aydın görünür. Kommunikatorlar - FRK ilə mobil rabitə
modulunun hibridindən ibarətdir. Smartfon isə - yalnz rabitə
üçün yaradılan həddindən artıq ağıllı olan mobil qurğudur.
Aparat cəhətdən onlar kommunikatorlara uduzurlar - buradakı
prosessorun işləmə tezliyi zəifdir (200 MHs-dən çox olmur),
downloaded from KitabYurdu.org
19
daxildə quraşdırılmış yaddaşın tutumu da (32-64 Mb) azdır.
Bundan başqa, smartfonda, FRK-da mütləq vacib olan “əsas
idarə qurğusu - stilus" yoxdur, çünki kiçicik ölçüdə ekran üçün
sadəcə olaraq, buna ehtiyac yoxdur. Proqram təminatında da
müəyyən fərqli cəhətlər vardır: "Windows"un növbəti
təkmilləşdirməsi əsasında əldə edilmiş "Phone Edition" proqram
təminatı çox da geniş tətbiq olunmur. Əksinə, "SymbianOS"
xüsusi əməliyyat sistemi ilə idarə olunan qurğulara daha tez-tez.
rast gəlmək mümkündür.
Lakin bütün bunlara baxmayaraq, smartfonlar FRK-nın
bütün baza funksiyalarını yerinə yetirə bilirlər: burada brauzer,
poçt kliyenti, elektron cədvəli və mətn redaktoru, planlaşdırıcı
vardır. Və, əlbəttə ki, oyunlar da mövcuddurlar.
Uyuşqanlığına görə təsnifat. Dünyada çoxlu adda müxtəlif
konfiqurasiyalı minikompüterlər istehsal olunur. Onlar müxtəlif
istehsalçılar tərəfindən satışa buraxılır, müxtəlif detallardan
yığılır və müxtəlif proqramlarla işləyirlər. Bu halda çox vacib
məsələ müxtəlif kompüterlərin öz aralarında uyuşqan olmasıdır.
Uyuşqanlıqdan kompüterin qurğularının qarşılıqlı əvəzlənə
bilməsi, bir kompüterdən digərinə proqramların köçürülməsi
imkanı v ə eyni bir verilənlərlə müxtəlif tip kompüterlərdə birgə
işləmə imkanı asılıdır. Aparat uyuşqanlığına görə kompüterlər,
aparat platforması adlanan anlayışa görə f ərqlənirlər. Fərdi
kompüterlər sahəsində bu gün daha geniş iki aparat platforması
yayılmışdır: IBM və Apple Macintosh. Bunlardan başqa,
yayılması ayrı-ayrı regionlarla və ya sahələrlə m əhdudlaşan
digər platformalar da vardır. Kompüterlərin eyni bir aparat
platformasına aidiyyəti, onlar arasında uyuşqanlığı artırır,
müxtəlif platformalara məxsusolma isə uyuşqanlığı azaldır.
Aparat uyuşqanlığından başqa proqram səviyyəsində uyuşqanlıq
mühümdür. Qeyd edək, IBM və Apple Macintosh kompüterləri
fərqli proqram təminatından istifadə edir yəni, proqram
səviyyəsində uyuşan deyil.
20
1.4.Müasir fərdi kompüterlənin yaranma tarixi
Müasir fərdi kompüter elektron mikrosxemlər üzərində
qurulmuş, ixtiyari növ informasiyanın axtarışı, qəbulu,
saxlanması, emalı, əks etdirilməsi və ötürülməsi üçün yaradılmış
sistemdir, informatikanın əsas alətidir.
"Kompüter (Computer)" sözü 1646 ildən bəri İngilis dildə
istifadə edilməkdə olduğu halda, 1940-ci ildən əvvəl buraxılan
lüğətlərdə "Computer" sözünün qarşılığı olaraq "hesablamaları
aparan insan" tərifi ilə qarşılaşırıq. 1940-ci ildən əvvəl,
hesablamaları həyata keçirmək üçün hazırlanan və istehsal
olunan maşınlara hesab maşını adı verildiyi halda, "Kompüter
(Computer)" sözünün müasir mənada tərifi və istifadəsi, ilk
elektron hesablama qurğularının genişləndirilməsi ilə söz
mövzusu olmuşdur.
Elm və texnologiyanın inkişafı nəticəsində kompüterlərin
parametrləri günbə-gün yaxşılaşır, yeni-yeni texniki vasitələr
yaradılır, mövcud qurğular daha da təkmilləşdireilirr. Proqram
təminatları kompüterlərin artan imkanlarına uyğunlaşdırılır.
Böyük və kiçik, mini, mikro kompüterlər arasında olan fərq
aradan qalxır. Mikro kompüterlərin ən geniş yayılmış növü olan
fərdi kompüterlər (FK) cəld işləmə xarakteristikasına görə
bundan əvvəl mövcud olan kompüterləri çox-çox geridə
qoyurlar.
Fərdi kompüterlərin yaranma tarixi 1974-76-ci illər hesab
olunur. Amerikanın "Hewlett Packard" şirkətinin əməkdaşı
Stiv Voznyak 70-ci illərin ortalarında tipik texno-qik (texnika
və kompüter detalları ilə maraqlanan) idi. O, gündüzlər
"Hewlett Packard" da işləyir, gecələr isə Altair kimi kompüter
konstruksiyalarının üzərində çalışırdı. O, ideyasını həyata
keçirmək üçün işə dostu Stiv Cobsu da qoşdu. Onlar boş
vaxtlarını əllərində lehimləyici kompüter arxasında qarajda
keçirirdilər.
downloaded from KitabYurdu.org