7
Anadilli Azərbaycan Ədəbiyyati tarixində bədii nəsrin ilk nümunələrini
yaradan Füzulinin Sultan Süleymana yazdığı "Şikayətnamə" adlı bədii
məktubunda zəmanəsinin vaqf ifadələrindəki rüşvətxorluq va süründürməçilik
tənqid olunur. Xalq malı hesab ounan vəqf pullarını məmurlar tərəfindən
mənimsənildiyini, özbaşınalıq və qanunsuzluğu casarətlə aks etdirən bu əsərdə
eyni zamanda istedadlı adamların qiymətləndirilməmisinə ciddi etiraz ifadə
olunmaqdadır. Füzulinin zəmanəsinin ədalətsizliklərini ifadə edən bu əsəri bədii
dəyəri, məntiqi kəskinliyi və şairin məharətlə nümayiş etdirdiyi bədii
umumiləşdirmələri ilə sevilir. Elə ona görədir ki, о indi də öz əhəmiyyətini
itirməmiş, "Salam verdim, rüşvət deyildir deyə almadılar. Hökm gostərdim
faidəsizdir deyə mültəfit olmadılar" - cümlələri həyati mənasını saxlayaraq,
zərbi-məsəl kimi işlənməkdədir.
Füzulinin Qazi Əlaəddinə, Əhməd bəyə və Bəyazid Çələbiyə yazdığı
məktubları da bədii nəsrimizin yaxşı nümunələri kimi adəbiyyat tariximiz üçün
əhamiyyətlidir.
Şairin fars-tacik şairi Əbdürrəhman Caminin "Hədisi-ərbain" əsərinin
tərcüməsi bədii tərcümə tariximizdə özunəmaxsus görkəmli yerlərdən birini
tutur.
Fuzuli müəmmalar da yazmış və Azərbaycan dilində bu janrın diqqətəlayiq
nümunələrini yaratmışdır.
Böyük şairin bu cildə daxil olan əsərləri hələlik ən qədim və mötəbər sayılan
əlyazmaları, daş basmaları və nəşrləri əssasında tərtib edilmişdir.
Həmid Araslı
8
9
10
RÜBAİLƏR
I
Ey nəş'əti-hüsni-eşqə tə'sir qılan!
Eşqifə binayi-kövni tə'mir qılan!
Leyli səri-zülfini girehgir qılaü!
Məcnuni-həzin boynuna zəncir qılan!
II
Tutsam tələbi-həqiqətə rahi-məcaz,
Əfsanə bəhanəsilə orz etsəm raz,
Leyli səbəbilə vəsfm etsəm ağaz,
Məcnun dili ilə etsənı izhari-niyaz.
III
Lütf ilə şəbi-ümidimi ruz eylə!
İqbalımı tövfıq ilə fıruz eylə!
Leyli kimi ləfzimi diləfruz eylə!
Məcnun kimi nəzmimi cigərsuz eylə!
11
BU, HƏZRƏTİ-İZZƏTDƏN HƏMD İLƏ
İSTİMDADİ-MƏTALİBDİR
və
ASARİ-ŞÜKR İLƏ
İSTİD'AYİ-SƏTRİ-LAİBDİR
Əlhəmdü livahibil-məkarim,
Vəş-şükrü lisahibil-mərahim.
Və hüvəl-əzəliyyü fil-bidayət,
Və hüvəl-əbədiyyü fin-nəhayət.
Qəd şaə bi-sünihi-bəyanülı,
Ma əzəmə fil-bəqai-şənüh.
Sübhanəllahi-zəhi Xudavənd,
Bişibhü şərikü mislü manənd.
Məşşateyi-növrusi-aləm,
Gövhərkeşi-silki-nəsli-Adəm.
Sərrafi-cəvahiri-həqaiq,
Kəşşafi-qəvamizü dəqaiq.
Peydakoni-hər nəan ki, başəd,
Ponhankoni-hər oyan ki, başəd.
Memari-binayi-afəriniş,
Sirabkoni-riyazi-biniş
1
.
Ya Rəb, mədədi ki, dərdməndəm,
Aşüftəvü zarü müstəməndəm!
Əz feyzi-hünər xəbər nədarəm,
Cüz bihünəri hünər nədarəm.
Şüğli-əcəbi giriftəəm piş,
Pişü pəsi-u təmam təşviş.
Səngist bərahəm uftadə,
Bəhrist məra həras dadə.
Tövfiqi-toəm əgər nəbaşəd,
1
Tərcüməsi: Əziz və mərhəmətli Allaha şükürlər olsun. O, əzəli və əbədidir. Allahı sənəti ilə
tanımaq mümkün oldu. O nə böyük, nə yüksəkdir! Bənzəri, şəriki, misli və oxşan olmayan Allah pak
və münnəzəhdir. Təzə gəlin kimi gözəl olan bu aləmi bəzəyən, insan nəslini yaradan Odur. Həqiqət
cəvahirinin sərrafı, çətin və anlaşılmazlıqları kəşf edəndir. Yaranış binasnın memarı, dünya
bağçasının suvancısıdır.
12
Vər lütfi-to rahbər nəbaşəd.
Müşkil ki, dərin giriveyi-təng
Lə'li bedərarəm öz dili-səng.
Müşkil ki, murad rox nəmayəd,
Zin bəhr düri bədəstəm ayəd.
An kon ki, diləm füruğ girəd,
Lövhəm rəqəmi-səfa pəzirəd.
Ayineyi-xatirəm şəvəd pak,
Rövşən gərdəd çiraği-idrak.
Qofli-dəri-arizu betabəm,
Hər çiz tələb konəm beyabəm.
Bəxşəd be riyazi-dövlətəm ab,
Əbri-kərəmi-Rəsulü əshab1
1
.
1
Tərcüməsi: Ey Allah, mənə imdad et ki, dərdliyəm, çaşqınam, zar və məhzunam. Hünər
şöhrətindən xƏbərim, hünərsizlikdən başqa hünərim yoxdur. Qarşıma çox çətin birməşğələ
qoymuşam, onun əvvəli və sonu qorxulu və qarışıqdır. O, yolun üzərinsə düşmüş bir daş və məni
qorxuya salan bir dənizdir. Əgər sənin lütf və uğurun mənə rəhbərlik etmesə, bu dar dərədəki daşın
qəlbindən bir ləlin çıxarılması, bu dənizdən əlimə bir dürrün yetişməsi və məqsədimin gülməsi
çətindir. Ürəyimi işıqlandıran sinamin lövhəsinə saf yazılar nəqş etdilən işləri gör ki, xatirimin aynası
pak, əqlimin çırağı parlaq olsun. Dövlətimin bağçasına Peyğəmbər və onun əshabının nemət
buludları su versin.
13
BU, ŞÜKUFEYİ-GÜLZARİ-TÖVHİDDİR
və
NÖVBAVEYİ-BUSTANİ-TƏMCİDDİR
Ey munisi-əhli-zövq yadın,
Əbvabi-oraəl kilidi adın!
Ey gənci-əta tilismi ismin,
Sən gənci-nihan, cahan tilismin!
Ey cudi vücudi-kövnə vahib,
Zati kimi e'tirafı vacib.
Ey silsileyi-vücudə nazim,
Rəzzaqi-ərazilü əazim.
Ey pərdəkeşi-rümuzi-mübhəm,
Müstəhfi intizami-aləm.
Ey nəqştərazi-səfheyi-xak,
Sahibrəqəmi-xütuti-əflak!
Ey möhtəsibi-cəhati-ərkan,
Kani-gühəri-vücubü imkan!
Ey məbdəi-feyzi-afəriniş,
Səndən rövşən çiraği-biniş!
Ey pərdeyi-masiva niqabın,
Səndən özgə sənin hicabın!
Ey sirri-vücudun əmri-məlum,
Mövcud həmin sən, özgə mədum!
Ey yeddi gülü doquz gülüstan
Feyzi-kərəminlə səbzü xəndan!
Ey varı yox eyləyən, yoxu var,
Yox varlığında zənnü inkar!
Ey şahidi-qeyb pərdədari,
Fikrin güli-mə'rifət bəhari!
Ey aləmə feyzi-cud səndən,
Xəlqə şərəfi-vücud səndən!
Ey cümlə cahan sənə rizacu,
Səndən xali, səninlə məmlu!
Ey şəm'i-əzəl fitiləsuzi!
Bəzmi-əbəd əncümənffiruzi!
Ey şirkü şərikdən münəzzəh,
Dostları ilə paylaş: |