“Azvirt” MMC
31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş)
maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi
10
Gəlirlər, xərclər və aktivlər hesabatda satış vergisi çıxılmaqla göstərilir. Vergi orqanlarına ödəniləcək və
ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) satış vergisi xalis məbləğlə hesabat balansında göstərilir.
Maliyyə aktivləri
(a)
İlkin tanınma
Maliyyə aktivləri, ədalətli dəyərlə mənfəət və zərər, kreditlər və debitor borcları, ödəniş müddətinə qədər
saxlanılan investisiyalar, satış üçün mövcud olan maliyyə aktivləri və törəmə aktivləri növlərinə bölünür.
Cəmiyyət ona məxsus maliyyə aktivlərinin ilkin tanınma zamanı hansı növə aid olduğunu özü təyin edir.
Maliyyə aktivləri ilkin olaraq ədaləti dəyər və alışla bağlı digər xərcləri üzərinə gəlməklə tanınır.
Cəmiyyətə məxsus maliyyə aktivləri deyərkən pul və qısamüddətli depozitər, ticari və digər debitor
borcları, kreditlər və debitor borcları, katirovka olunan və olunmayan maliyyə alətləri başa düşülür.
(b)
Maliyyə aktivlərinin növbəti ölçülməsi
Maliyyə aktivlərinin növbəti ölçülməsi aşağıdakı kimi təsnifləşdirilir:
Mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərdə əks olunan maliyyə aktivləri
Müddəti təyin olunmuş maliyyə aktivinə münasibətdə, mənfəət və ya zərərlər effektiv faiz dərəcəsi
metodundan istifadə olunaraq ödəmə müddəti başa çatana qədər saxlanılmış investisiyanın qalan ömründə
mənfəət və ya zərərə silinməlidir. Satış üçün mövcud olan maliyyə alətləri dedikdə şirkət tərəfindən yaxın
gələcəkdə satılmaq məqsədilə alınmış maliyyə aktivləri nəzərdə tutulur. Bu kateqoriyaya hedcinq zamanı
39 No BMUS-ın tələblərinə cavab verməyən törəmə alətləri aiddir. Törəmələr, əlaqəli törəmələr də daxil
olmaqla effektiv hedcinq alətləri olana qədər satış ücün mövcud olan maliyyə aktivləri kimi
təsnifləşdirilir. Ədalətli dəyərdə baş vermiş dəyişikliyin nəticəsi ilkin tanınma zamanı muəssisə tərəfindən
mənfəət və zərər haqqında hesabatda tanınaraq, ədalətli dəyərlə muəyyən edilən maliyyə aktivi balansda,
maliyyə aktivinə aid mənfəət və ya zərər isə mənfəət və zərər hesabatında öz əksini tapır.
Cəmiyyət mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərdə heç bir maliyyə aktivi göstərməmişdir.
Əlaqədar törəmə alətin iqtisadi əlamətləri və riskləri baş müqavilənin iqtisadi əlamətləri və risklərinə sıx
sürətdə aid edilmirsə, əlaqədar törəmə alət baş muqavilədən ayrılmalı, ədalətli dəyərdə qeydə alınmalı və
bu Standart əsasında törəmə alət kimi uçota alınmalıdır. Bu əlaqədar törəmə alətləri mənfəət və zərər
hesabatında göstərilən ədalətli dəyərin dəyişməsindən yaranan gəlir və zərərlə birlikdə ədalətli dəyərdə
hesablanır. Yenidən qiymətləndirmə ancaq müqavilənin şərtlərində dəyişiklik olarsa baş verər.
Kreditlər və debitor borcları
Kreditlər və debitor borcları fəal bazarda kotirovka olunmayan, təsbit edilmiş və ya müəyyən edilə bilən
ödənişli qeyri-törəmə maliyyə aktivləridir. Belə maliyyə aktivləri effektiv faiz dərəcəsi metodu tətbiq
olunaraq amortizasiya olunmuş dəyərlə qiymətləndirilir. Kreditlər və debitor borclarının tanınması
dayandırılarsa və dəyərdən düşərsə əldə olunan mənfəət və zərər, mənfəət və zərər hesabatında əks
olunur.
Maliyyə öhdəlikləri
İlkin tanınma
BMUS 39-un əhatə dairəsinə görə maliyyə öhdəlikləri, ədalətli dəyərlə mənfəət və zərər, kreditlər və
borclar və effektiv hedcinqdə hedcinq alətləri kimi göstərilən törəmə öhdəlikləri növlərinə bölünür. Şirkət
ona məxsus maliyyə öhdəliklərinin ilkin tanınma zamanı hansı növə aid olduğunu özü təyin edir.
Maliyyə öhdəlikləri ilkin olaraq ədaləti dəyərlə, kredit və borclar isə onların əldə olunması ilə bağlı
xərclərlə tanınır.
Cəmiyyətə məxsus maliyyə öhdəlikləri deyərkən ticari və digər kreditor borcları, bank overdraftları,
kreditlər və kreditor borcları, maliyyə təminatı müqavilələri və törəmə maliyyə alətləri başa düşülür.
“Azvirt” MMC
31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş)
maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi
11
Maliyyə öhdəliklərinin növbəti ölçülməsi
Maliyyə öhdəliklərinin növbəti ölçülməsi aşağıdakı kimi təsnifləşdirilir:
Mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərdə əks olunan maliyyə öhdəlikləri
Müddəti təyin olunmuş maliyyə öhdəlikləri münasibətdə, mənfəət və ya zərərlər effektiv faiz dərəcəsi
metodundan istifadə olunaraq ödəmə müddəti başa çatana qədər saxlanılmış investisiyanın qalan ömründə
mənfəət və ya zərərə silinməlidir.
Satış üçün mövcud olan maliyyə öhdəlikləri dedikdə şirkət tərəfindən yaxın gələcəkdə satılmaq məqsədilə
alınmış maliyyə aktivləri nəzərdə tutulur.
Bu kateqoriyaya hedcinq zamanı BMHS 39-un tələblərinə cavab verməyən törəmə alətləri aiddir.
Satış üçün nəzərdə tutulmuş öhdəliklərdə gəlirlər və zərərlər mənfəət və zərər hesabatında göstərilir.
Cəmiyyət mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərdə heç bir maliyyə öhdəliyi göstərməmişdir.
Kreditlər və borclar
İlkin tanınmadan sonra, effektiv faiz dərəcəsi metodu tətbiq olunaraq faiz gəliri gətirən öhdəliklər
amortizasiya edilmiş dəyərlə hesablanır.
Mənfəət və ya zərər amortizasiya prosesi zamanı və ya öhdəliyin tanınması dayandırılan zaman mənfəət
və zərər hesabatında tanınır.
Maliyyə zəmanətli müqavilələr
Cəmiyyət tərəfindən buraxılan maliyyə zəmanətli müqavilələr, debitor tərəfindən müqavilə şərtlərinə
əməl etməyərək vaxtında ödəniş etməzsə səhm sahibinə dəyən ziyanın ödənişini nəzərdə tutan
müqavilələrdir. Maliyyə zəmanətli müqavilələr ilkin olaraq ədalətli dəyərdə öhdəlik kimi və müqavilənin
baglanmasına çəkilən xərclər daxil olmaqla qəbul edilir. Bundan sonra, öhdəlik balans hesabatı tarixində
cari öhdəliyin yerinə yetirilməsi üçün tələb olunan xərclərin və ya tanınmış məbləğdən amortizasiyanın
fərqi arasından ən böyüyü kimi qəbul edilir.
Maliyyə alətlərinin ədalətli dəyəri
Fəal bazarda alınıb-satılan maliyyə aləti üçün ədalətli dəyərin təyin edilməsində məqsəd, müəssisənin
birbaşa daxil ola bildiyi daha səmərəli fəal bazarda, bu maliyyə aləti üçün balans tarixində əməliyyatın
baş verə bildiyi qiymətə gəlib çatmaqdır. Əgər maliyyə aləti ilə bağlı bazar fəal deyilsə, onda müəssisə
qiymətləndirmə metodundan istifadə edərək ədalətli dəyəri muəyyən edir. Qiymətləndirmə metodları
sonuncu bazar əməliyyatlarının hayata keçirilməsi uzrə müstəqil, yaxşı məlumatlandırılmış və maraqlı
olan tərəflər arasında razılaşmanı əhatə edir, əgər mümkündürsə, əslində eyni olan başqa bir alətin cari
ədalətli dəyərinə istinad edir, pul vəsaitlərinin hərəkətinin təhlilini və opsion qiymətləndirmə modellərini
diskontlaşdırır.
Maliyyə alətlərinin amortizasiya edilmiş dəyəri
Maliyyə aktivi və ya maliyyə öhdəliyinin amortizasiya edilmiş dəyəri, əsas məbləğ üzrə ödəmələr
çıxılmaqla, effektiv faiz metodunun istifadəsi ilə ilkin məbləğ ilə ödəmə məbləği arasındakı hər hansı
fərqin məcmu amortizasiyası üstəgəl və ya çıxılmaqla və dəyərdən düşmə və ya umidsiz borclar ilə
əlaqədar hər hansı azalma çıxılmaqla maliyyə aktivi və ya maliyyə öhdəliyinin ilkin tanınma zamanı
qiymətləndirildiyi məbləğdir.
Maliyyə aktivlərinin dəyərdən düşməsi
Cəmiyyət hər hesabat tarixinə dəyərdən düşmə ilə bağlı sübutlar olduqda aktivləri yenidən
qiymətləndirməlidir. Sübutların olduğu halda aktivlər dəyərdəndüşmə üçün test ediliməlidir. Bu halda