9
fahın fonunda mənəvi geriləmə hiss olunmamışdı. Amma bu
geriləmə, yəni islam dünyagörüşünün təhrifə uğraması ümməti
kor etmiş, ondakı həvəs və məqsədyönlülüyü öldürmüş, in-
kişaf, yaradıcılıq və abadlaşdırma “təkər”ini hərəkətdən saxla-
mışdır.
Əgər islam fikrinin tarixi gedişini diqqətlə təhlil etsək,
görəcəyik ki, ümumiyyətlə, bu amillərin, xüsusilə, formal yu-
nan məntiqinin mifoloji-dini yunan fəlsəfəsinin həmin gedi-
şata, dini, fikri və mədəni proseslərə mənfi təsiri olmuşdur.
Ümmətin alim və filosofl arının düşüncə tərzi bundan ciddi
şəkildə təsirlənmişdir.
Ağılın dinlə əksliyi: fantaziya
yoxsa həqiqət?
İslam fikrində tarixi şəraitin diktə etdiyi ən ciddi təhrifl ərdən
biri ağılın dinə əksliyi problemidir. Bu problem islam mədəni
dünyagörüşünə sirayət etmiş formal-sofistik ideyalara əks-
reaksiya olaraq meydana çıxmışdır. Əslində bu problem, islam
və dünyagörüşü formasından çıxış etsək görərik ki, saxta, uy-
durma problemdir. Formal fəlsəfə ilə mübarizədə İslam dünya-
sında heç bir əsas irəli sürülmədən belə bir ziddiyyətin olduğu
iddia edilmişdi. Yəni, vəhyin ağılla əksliyi həqiqi olmayıb illü-
ziyadır. Çünki ağıl tərəzi rolunu oynayır, məlumatları müqayisə
edir, aralarında balans yaradır. Tərəzinin gözləri dedikdə ağıl və
vəhy başa düşülmür. Əksinə, bu gözlərin birində vəhy mətnləri
(nəql), digərində isə fitrət və qanunauyğunluqlar (sünən) var-
dır. Ağılın vəzifəsi vəhy mətnlərinin fitrətə uyğunluğunu yox-
lamaq, yazılı vəhyin görünəni – fitrət və qanunauyğunluqları
ifadə etdiyini isbatlamaqdır. Yəni, fitrətin məqsədlərini vəhyin
gerçəkləşdirdiyini, onu tənzimlədiyini göstərmək ağılın funk-
siyasına daxildir.
10
Buradan məlum olur ki, vəhylə (nəqllə) ağıl (tərəzi) ara-
sında ziddiyyət mümkün deyildir. Mümkündür ki, ziddiyyət
nəzəri cəhətdən vəhylə (nəqllə) fitrətin, qanunauyğunluqların
(sünən) arasında görünsün. Bu vaxt ağılın vəzifəsi problemlə
əlaqədar olaraq vəhylə fitrətin əlaqəsini təmin etməkdir.
Vəhy Allahdan gəlmişdir, fitrət və qanunauyğunluq-
lar isə Onun yaratdıqlarıdır. Odur ki vəhyin məzmunu,
yolgöstərənliyi və təlimatları fitrətlə, qanunauyğunluqlarla, on-
lardakı məqsədlərlə əkslik təşkil edə bilməz. Vəhy fitrət və
qanunauyğunluqların ifadəsidir, onları insanlığın özünütəsdiqi
üçün tənzimləyir. O, Allahın yaratdığı şəkildə insan oğlunun
tələbatları və məqsədlərinin həyata keçirilməsi üçün mövcud-
dur.
“(Ya rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapına-
raq üzünü Allahın fitri olaraq insanlara verdiyi fitrətə tərəf tut.
Allahın yaratdığını heç vəchlə dəyişdirmək olmaz. Doğru din
budur...” (ər-Rum, 30).
Müsəlman təfəkkürünün qəsdən yaratmadığı “vəhyin ağılla
ziddiyyəti” böhranı qədim yunan formal məntiqinin təsiri ilə
meydana çıxmışdı. Bu, ümmətin dünyagörüşü və təfəkküründə,
mədəni gedişində ciddi “əyilmə” idi. Bu problemin mahiyyəti
və nə ilə nəticələndiyini dərk etməsək, ümmət öz dünya-
görüşünü, elmi-mədəni abadlaşdırma gücünü geri qaytara
bilməyəcəkdir.
Mifoloji-sofistik fəlsəfə və formal yunan məntiqi mahiyyət
etibarı ilə “azad” ərköyün ağaların nəzəri-mifoloji metodu,
zehni ərköyünlüyü idi. Bu fəlsəfə və məntiqin reallıqla, insan
fitrəti və təbii qanunauyğunluqlarla heç bir əlaqəsi olmamışdır.
Onlar ifrat subyektivizm olub, mif və əslində mövcud olma-
yan şeylər ətrafında əqli enerjini tükəndirən nəzəri “yuxular”
idi. Nəticədə, subyektiv yanaşmalar haçalanır, dağınıq görüşlər
meydana çıxır, fərqli mövqelər özünü göstərirdi. Bununla da,
qeyri-zəruri fikir ayrılıqlarına, nəfsi istəyin doğurduğu subyek-
11
tiv nöqteyi-nəzərlərə qapı açan fikri üslub (metod) formalaş-
mışdı. Biz bunun təsirini haqq və tövhid ümməti arasında da
görürük: nəfsin tovlamaları və subyektiv baxışın meydana çı-
xardığı, saxta həqiqət və müqəddəslik donuna bürünmüş çoxlu
qruplar islam tarixinin şahidi olduğu vəziyyətdir. Əgər bir-biri
ilə mübahisə aparan bu tərəfl ər (qruplar) mübahisəli mövzu-
ları səhih dini mətnlər, insan fitrəti və təbii qanunauyğunluq-
lardan kəsb edilmiş biliklər əsasında nəzərdən keçirsəydilər,
ixtilafl arın böyük əksəriyyəti həll olunardı.
Bəlanın ən böyüyü budur ki, ümmətin düşünmə üslubu-
na sirayət etmiş təhrif və anormallıq dini ixtilafl ara da səbəb
olmuşdu. Sofistik üslub, fəlsəfi “əsnəmə”, boşboğazlıq, şəxsi
maraqlar, cahiliyyət dövrünün tör-töküntüsü ümmətin birliyini
pozmuş, onu qruplara parçalamışdı.
Ağıl kompüteri xatırladır: ondan əldə olunan məlumatlar
ona daxil edilən məlumatlardan asılıdır. Daxil edilənlər doğru
məlumatlardırsa, əldə edilən məlumatlar da doğru olacaqdır.
Əgər təsəvvür və iddia doğrudursa, iş də doğru olub reallı-
ğı, gerçəkliyi ifadə edəcəkdir. Yox, daxil edilənlər səhvdirsə,
nəfsin istəyinə görədirsə, onda əldə edilən məlumat xurafat və
cəfəngiyyat olacaqdır.
Nəzərə alsaq ki, ancaq Quran ritorikası insan fitrətinin, bi-
oloji və təbii (fiziki) qanunauyğunluqların ifadəsidir, öyrənmiş
olacağıq ki, vəhy insan fitrəti və qanunauyğunluqları heçə
sayıb inkar etmək üçün mövcud deyildir; əksinə, ona görə
mövcuddur ki, sağlam fitrəti və təbii qanunauyğunluqları in-
san oğlunun diqqətinə çatdırsın. Vəhy bunu ona görə edir ki,
özünütəsdiqdə, fitrətdən irəli gələn tələbatları doğru şəkildə
təmin etməkdə insan oğluna istiqamət versin. Bununla da,
insan oğlunun fəaliyyəti məqsədyönlü olur və o, təbii qa-
nunauyğunluqlardan düzgün istifadə edir, təbiəti yaradıcı və
səmərəli şəkildə özünə ram edir, tələbat və ehtiyaclarını ifrata
varmadan ödəyir, özünü təsdiqləyir, bu həyatda mənəvi-maddi
Dostları ilə paylaş: |