Aytən Quliyeva
20
göz
lərini gördüm... Mənə elə etibarla, inamla baxırdılar ki... Mə-
ni
m ömrümün çoxu gedib, azı qalıb. Amma onların axı bütün
həyatları qabaqdadır. Onların etibarını qırmaq olmaz... Əgər on-
la
rın inamı qırılsa, elə fikrə gəlsələr ki, dünyada ədalət, düzgün-
lük deyilən bir şey yoxdur və həyata da məhz bu fikirlə qədəm
qoy
salar onda nə gözləyir bizi, ilahi?”(11,95).
Qiyas əsl ziyalı kimi təkcə bu günü ilə yaşamır, o, gələcək
nəsillərin, cəmiyyətimizin qayğısına qalır. Sabahımızın saf mə-
nəviyyatlı, təmiz əxlaqlı insanlar yetirməsi üçün bu gündən
möh
kəm zəmin hazırlayır. Heç bir mənafe naminə haqsızlığa
gü
zəştə getməyərək, yalnız həqiqətin gücünə arxalanır. “Qiyas
təmiz, tələbkar, namuslu müəllimdir... Şamxal kimi xalqın hesa-
bına piylənmiş, yağlanmış müstəntiqlər yaxşılıqdan, nəcabətdən,
milli
xarakterdən danışanda, Bəhram kimi professorlar bir çox
xari
ci ölkələrdə olmasından, ən çox bəzək şeyləri, maqnitofon
növ
ləri ilə maraqlanıb, mətləbsiz söhbətlər açanda, Qiyas ağıllı
və sərt məntiqli sözlərilə onları yandırıb-yaxır, qəzəbləndi-
rir”(51,347).
Qiyas yaşadığı cəmiyyətdə naqis əxlaqlı insanlarla qarşılaşsa
da, namu
slu adamların varlığına da inanır. Bu onun Əjdər ilə
söh
bətində açıq-aşkar özünü büruzə verir.
Əsərdə vicdanı ləkə götürməyən obrazlardan biri də Əjdərdir.
Bu
mənada o, maddi anlamda varlı, mənəvi mənada isə çox ka-
sıb və çirkin olan Ağarəfi ilə qarşılaşdırılır. Əjdər Qiyasa başına
gələn bir əhvalatı danışır: “İki-üç gün bundan qabaq simenam
qur
tarıb, parka gedirəm. Gördüm ki, bir kişi əlini qaldırdı, saxla-
dım, dedim bəlkə yolumun üstüdür, apararam... Deyir, apar mə-
ni Buzovnaya, iyirmi manat verərəm sənə. Buzovnaya da bilir-
sən də, çetçik beş manat vurur. Yox, deyirəm, pulun-zadın mənə
la
zım deyil, smenam qurtarıb, evə gedirəm. Birdən nə desə yax-
şıdır. Mən deyir, mütləq sənin maşınında gedəcəm, özü də sənə
yüz manat pul verirəm... Otur deyirəm, getdik. İndi gedirik yolu,
mən yenə öz-özümə fikir eləyirəm. Deməli, bu məndən artıq kişi
çıxdı, dediyini elədi, mənim, demək, kişiliyimi, qeyrətimi pulla
|