Qədim Şərqdə sənətçilik
28
sənətçilərin fəaliyyəti üçün şəhərlərin divarları arxasında daha əlverişli
şərait yaradılırdı. Bu sənətçilər hazırladıqları məhsulları öz gündəlik
tələbatlarını ödəmək üçün lazım olan əşyalara dəyişirdilər.
Şəhərlərin yaranması və inkişafı tikinti üslubunda kərpiç, daş, tikinti
ağacları və şəffaf relyeflər kimi elementləri özündə cəmləşdirən tikinti
texnikasının da yaranmasına təkan vermişdir. Tikinti materialı kimi
geniş tətbiq olunan daşların çıxarıldığı yerlərdən şəhərlərə daşınması
üçün çaylarda gəmilərdən, quruda isə sadə araba və xizəklərdən istifadə
edilirdi. Tikintidə alət kimi ağac konstruksiyalar, nərdivanlar və
çəngəllər tətbiq olunurdu.
O dövrdə əsas tikinti sahəsi kimi gəmiqayırma inkişaf etməkdə idi.
Çay və dəniz üçün nəzərdə tutulan gəmilər baltaların köməyi ilə
ağacdan düzəldilirdi. Ağacda deşikləri açmaq üçün burğulardan,
hamarlamaq üçün isə qumla doldurulmuş kisələrdən istifadə edilirdi.
Gəmilər ağacdan yığıldıqdan sonra onların gövdəsi bitum ilə
kipləşdirilirdi. Gəmilər yelkənlər və avarlardan istifadə etməklə hərəkət
etdirilirdi.
B.e.ə. V minillikdən başlayaraq qədim Şərqdə bir çox təbii, ictimai
və siyasi amillərin təsiri ilə müşaiyət olunan mədəniyyətin sürətli
inkişafı riyaziyyat elminin yaranmasına şərait yaradır. Misir və
Mesopotamiya ərazilərində insanların böyük şəhərlərdə cəmləşməsi
sinifləşmənin güclənməsinə gətirib çıxarır. Müxtəlif siniflərə aid olan
mülkiyyətlər cəmiyyətdə insan münasibətlərində vacib rol oynamağa
başlayır. Eyni zamanda Misirdə və Mesopotamiyada əkinçiliyin yüksək
inkişafı torpaqların çoxlu sayda insan arasında bölünməsini və idarə
edilməsini tələb edirdi. Bundan əlavə hər il Nil, Fərad və Dəclə
çaylarının daşması nəticəsində əkin sahələri yararsız hala düşürdü və bu
sahələrin hər dəfə yenidən bölünməsi zəruriyyəti yaranırdı. Bu dövrdə
dövlətçilik vergi sisteminə əsaslanırdı. Çoxlu insan əməyinə ehtiyac
olan böyük tikintilərin planlaşdırılması və həyata keçirilməsi müəyyən
hesabatlarla bağlı idi. Bütün bu şərtlər qədim Şərqdə, əsasən Misirdə və
Babildə b.e.ə. V minilliyin sonundan başlayaraq riyaziyyatın yaranması
Qədim Şərqdə sənətçilik
29
və inkişaf etdirilməsinə təkan vermişdir. Misirdən bizə gəlib çatan
papiruslar və dərilər üzərində yazılmış riyazi işarələrdən orada
riyaziyyatın əmək haqqlarının hesablanması, çörək bişirmək üçün lazım
olan taxılın miqdarını və ya sahələrin hesablanması kimi praktiki
məsələlərin həllində tətbiq olunduğu məlum olur. Misirlilər qədimdə
dörd hesablama əməliyyatlarının kəsrlərin köməyi ilə aparılmasını və bir
məchuldan ibarət sadə tənliklərin həllini bilirdilər. Həndəsədə isə onlara
üçbucaq, düzbucaqlı və trapesiyanın sahəsinin hesablanması,
π
ədədinin
tapılması və oturacağı düzbucaqlı olan kəsik piramidanın həcminin
hesablanması üçün empirik düstur məlum idi. Bunlara baxmayaraq, o
dövrdə Misirdə sözün əsl mənasında riyazi sübutlara əsaslanan
riyaziyyat elmi mövcüd deyildi [1.21
−
1.23].
Babildə isə seksagesimal adlanan 60-lıq say sistemi tətbiq edilirdi.
Bu say sitemindən sonralar qədim yunan riyaziyyatçıları da geniş
istifadə etmişlər. Vaxtın ölçülməsində saatın 60 dəqiqədən və dəqiqənin
60 saniyədən ibarət olması da bu say sistemindən qalmışdır. Babillilər
toplama, çixma və vurma əməliyyatlarını bu gün məlum olan qaydada
hesablayırdılar. Bölmə əməliyyatı verilən ədədin tərsinə vurmaqla
aparılırdı. Tapıntılar göstərirlər ki, babillilər riyaziyyatda köklərin
hesablanması üçün alqoritmə malik olmuşlar və müəyyən ədədlər üçün
bunu cədvəl şəklində vermişlər.
π
–nin təqribi hesablanması üçün onlar
3+1/8 götürürdülər. Burada da riyaziyyatın bir elm kimi inkişafını sübut
edən dəlillər olmasa da, babillilərin misirlilərə nisbətən üstün riyazi
biliyə malik olduqları bəllidir [1.21].
Mədəniyyətin tərkib hissəsi olan yazı texnikasına tarixdə ilk dəfə
olaraq Mesopotamiyada yaşayan xalqlar mənsub olmuşlar. İlk yazı
üslubu olan paz formalı şriftlər yaradılaraq inkişaf etdirilmişdir. B.e.ə.
III minilliyə təsadüf edən bu yazı üslubu qədim Şərq mədəniyyətinə aid
olan Şumerlər, Arkadlar, Babillər və Assurlar tərərfindən b.e.ə. 400-cü
ilə qədər üstünlük verilən yazı forması idi. Öncə saraylarda dövlətin
idarə edilməsində və vergi sisteminə nəzarət etmək üçün istifadə edilən
bu yazı formalarının başqa sahələrə tətbiq edilməsi xeyli vaxtdan sonra
Qədim Şərqdə sənətçilik
30
baş verib. Şriftlərin dini və siyasi məqsədlər üçün geniş tətbiqindən
sonra onlar alış-veriş işlərində və ədəbiyyatda tətbiq olunmağa başlayır.
Bu yazı formaları Şərqdə olan başqa xalqlar arasında yayıldıqdan sonra
dövlətlər arasında məktub yazışmaları meydana gəlir. Yazı işləri onun
texnikasını bilən mirzələr tərəfindən aparılırdı. Mirzələr böyük
əhəmiyyətli informasiyaları gil lövhələrə köçürdükləri üçün böyük
səlahiyyətlərə malik idilər. Yazı texnikasının inkişafı Mesopotamiyada
(Şumer vaxtında ) tarixdə ilk dəfə olaraq kitabxananın yaradılmasına
şərait yaratmışdır. Bu kitabxanalarda üzərində sarayda yığılan vergilər,
xərclər, idarəçilik məsələləri haqqında məlumatlar yazılmış gil lövhələr
saxlanırdı. Bizə gəlib çatan o dövrün yazıları əsasında qədim Şərqin
mədəni, elmi və texniki inkişafı haqqında fikir yürüdülür.
B.e.ə. III minillikdən başlayaraq bu ərazilərdə riyaziyyat və yazı
texnikası ilə bərabər metal emalı inkişaf etməyə başlayır. Əlvan
metallurgiyanın yaranması texniki inkişafa güclü təkan verir. Bürüncün
ilk dəfə olaraq nə vaxt və necə tətbiq edilməsi haqqında dəqiq tarixi
məlumat yoxdur. Ehtimal olunur ki, insanlar ilk dəfə daşa oxşar olan
mis filizlərini daş kimi istifadə etmişlər. Onlar sonralar bu filizlərin isti
dəydikdə əriyərək maye hala çevrilməsini və soyuduqda bərkiyərək
formasını saxlamasını görüb, bu külçələrin xassələrini anlayandan sonra
misin tökməklə emalına başlamışlar [1.19].
Metalların tətbiqi insaniyyətin inkişafında mütərəqqi addım idi.
Metaldan hazırlanmış hissələrə forma vermək üçün mexaniki emal
üsulları tətbiq edilirdi. Misin emalı hələ də çətinlik yaradaraq qalırdı.
Misin ərimə temperaturu nisbətən yüksək olduğundan onun əldə
edilməsi o dövrdə məlum olan texnika üçün problem yaradırdı. Yalnız
antraçitin və hava üfürən qurğuların ixtirasından sonra sobalarda mis
əritmək üçün lazım olan temperaturu almaq mümkün olmuşdur. Mis
məhsulları öz aşağı mexaniki xassələri ilə xarakterizə olunduğundan,
yəni nisbətən yumşaq olduğundan onların alət kimi tətbiq olunması
çətin idi. Çəkiclə döyülərək möhkəmləndirilən mis, xassələrini
dəyişərək kövrək olurdu. Ona görə də, bu üsulla düzəldilmiş əşyalar yal-
Dostları ilə paylaş: |