55
(«Lətayefət-təvayef» təzkirəsində bu əhvalatı təfsilatı ilə
xatırlatmışdır) (134, 251).
Təzkirə müəllifinin
qeyd etdiyinə görə, sultan şairin bu
fürsətdən məharətlə istifadə etdiyini görərək zarafatla
«tamahkar şairdən qızıl ləyəni almaq çətindir», - deyərək gülür
və qızıl ləyəni ona bağışlayır.
Salman Savəci əsərlərinin əksəriyyətini Müizzəddin
Üveysə həsr etdiyindən orta əsrlərin bir sıra tarixçi və
təzkirəçiləri Salmanın adını yalnız Sultan Üveysin məddahı
kimi çəkirlər. Dövlətşah Səmərqəndinin məlumatına əsasən,
Sultan Üveys şeir yazmağa
böyük həvəs göstərir, şairlərlə
şeirləşir, dövrünün məşhur xəttatı Xacə Əbdüllahiyə şagirdlik
edərək, ondan nəqqaşlıq sənətini öyrənir, musiqiyə böyük
maraq göstərirdi (73, 287).
Məlumdur ki, Üveysin şairlik qabiliyyətinin inkişafına
Salman Savəcinin əsaslı təlimi və təsiri olmuşdur.
Salman Savəcinin Bağdadda Sultan Üveysin hakimiyyəti
illərində
*
qələmə aldığı şeirlərində nikbin əhval-ruhiyyə
səciyyəvi xarakter daşıyır. Bunu da, hər şeydən əvvəl, şairin
maddi güzəranının yaxşılaşması ilə izah edə bilərik. Bu şeirlə-
rində o,
təbii gözəllikləri, insanı vəcdə gətirən bahar çağını eyş-
işrət vaxtı, zövq və keyf əyyamı sayır, dünya nemətlərindən,
gözəllikdən nəşələnməyi nikbinliklə vəsf edirdi. Məsələn, bahar
fəslində Dəclə çayının füsunkar gözəlliyini təsvir edən:
رﺎﻬﺏ سﺎﻔﻧا و ﻪﻠﺟد ﺐﻝ و ﺖﺴﺤﺒﺹ ﺖﻗو
ىا
ﭙ
رﺎﻴﺏ داﺪﻐﺏ ﻂﺷ ﺎﺗ ﻰﻡ ﻰﺘﺸآ ﺮﺳ
*
Ятрафлы мялумат цчцн бах: Ябу Бякр Ял-Гцтби Ял-Ящяри Тарих-е
Шейх Цвейс. Фарс дилиндян тяръцмя вя мцгяддимя М.Д.Казымов вя
В.З.Пирийевиндир. Шярщляр вя гейдляр З.М.Бцнйадов, М.Д.Казымов
вя В.З.Пирийевиндир. Релактору акад. З.М.Бцнйадов. Бакы: Елм, 1984,
152 с.
56
(85, 532).
(Baharın nəfəsi duyulur, Dəclə kənarı və sübh vaxtıdır. Ey
oğlan, şərab gəmisini («ﻰﻡ ﻰﺘﺸآ» (kəşti-ye mey»), «şərab qabı»
mənasında işlənmişdir) Bağdad çayı sahilinə gətir), – mətlə’li
qəsidəsi, zənnimizcə, Salman Savəcinin Sultan Üveysə ithaf
etdiyi şeiriyyətcə ən gözəl və müvəffəqiyyətli şeirlərdən hesab
oluna bilər.
Bağdadın
xoş mənzərəsini, Dəclə və Fərat çaylarının
ürəkaçan görkəmini Salman şeirlərində dəfələrlə və böyük
ilhamla təsvir etmişdir. Şair zəngin təbiət lövhələrinə vurğun
olduğu bu şəhəri «aləmin canı» adlandırırdı (85, 355).
Salman Dəclə çayının təsvirində şeir dililə yaratdığı
tabloları real bir hissiyyat və düşüncələrlə təsvir etmişdir:
ﻪﻠﺟد
ﭽ
ﻩﻮآ ىﻻﺎﺏ ﻦﻳو و ﻩﻮآ ﻰﺘﺸآ و ﺎﻳرد نو
ﺧ ﺖﺳﺮﺏا نﺎﺒﺋﺎﺳ
نﺎﺒﺋﺎﺳ ﺮﻳﺰﺏ شﺪﻴﺷرﻮ
(85, 595).
(Dəclə dəniz kimidir, (ondakı) gəmi bir dağ və bu dağın
üstündəki kölgəlik buluddur, günəş də o çətrin altındadır).
Bağdad sarayının «məliküş-şüərası» olan Salman Savəci
özünü istedadlı bir şair kimi Yaxın Şərqin şeir-sənət aləmində
yaxşı tanıtmışdı. O, əsərlərinin geniş yayılmasına işarə edərək
bu münasibətlə yazırdı:
57
ىﺎﻬﺟرد زوﺮﻤﻴﻧ و مﺎﺸﺏ ﻦﻡ ﻊﺒﻃز و داﺪﻐﺒﺏ ﻦﻡ
ﮔ
اّﺮﻏ مﻮﻈﻨﻡ ﺮهو
ﺪﺳﺮﻴﻡ
(85, 487)
(Mən Bağddadayam, təbi’min parlaq (qərra)
mənzum
gövhərləri Şam və Nimruza çatır).
*
Yuxarıdakılara əsasən görürük ki, şairin Bağdad həyatı xoş
və təmtəraqlı keçmiş, Sultan Üveysin himayəsi altında o, heç
vaxt maddi güzəranından şikayət etməmişdir, əksinə,
qocalmasına, xəstəliyinə baxmayaraq əsərlərini böyük ilhamla
yazıb-yaratmışdır. A.Krımski hökmdarla şair arasındakı bu
münasibətin tarixi köklərini araşdırmadan S.Savəcini sultanın
fədakar məddahı və yaxın adamı olduğuna görə onu «pul və
şöhrət düşkünü», «saray məmuru», bir sözlə, «Sultan Üveysin
həmpiyaləsi» adlandıraraq şairin şəxsiyyətinə mənfi
qiymət
vermişdir (56, 98).
Lakin professor Mübariz Əlizadənin qeyd etdiyi kimi, orta
əsrlər şəraitində «şairə yaşayıb-yaratmaq üçün vəsait lazım idi;
bu da ancaq hökmdarları və ayrı-ayrı sənət aşiqlərini mədh
etmək və yaxud əsərlərini onlara ithaf etmək yolu ilə əldə edilə
bilərdi» (1,133).
Digər tərəfdən isə, yaradıcılığında zəmanəsinin
hökmdarının adını çəkmək və ya əsərlərini
ona ithaf etmək orta
əsr şairlərinin həyatında bir ənənəyə çevrilmişdi. Eyni zamanda
bu qism şairlərin əsas vəzifəsi öz məmduhlarını – şahları,
əyanları, onların ailə üzvlərini əslində həmin kəslərə xas
olmayan sifətlərlə tərif edib, kütlələr arasında şöhrət
qazandırmaqdan ibarət idi. Bununla da təkcə şairlik istedadı
deyil, saraya, hakim təbəqəyə yaxın olması da Salman kimi
şairlərin ölkədə, həm də qonşu dövlətlərdə məşhurlaşmasına
səbəb olan vasitəyə çevrilirdi.
*
Нимруз-Яфганыстанын ъянуб-гярбиндя вилайят мяркязидир
58
Nasir Buxari, Übeyd Zakani, Siracəddin Qumri, Xacu
Kermani,
Müzəffər Hərəvi, Əssar Təbrizi, Arif Ərdəbili
Salmanın müasirləri idilər. Onlardan bəziləri Bağdada gedərək
Salmanın ədəbi məclislərində iştirak etmiş, bəlkə də şeirlərini
onun vasitəsilə sultana çatdırmaq istəmişdilər (56, 90). Məhz
Sultan Həsənə həsr etdiyi qəsidələrinin birində Salmanın buna
işarə etdiyini görürük.
ﺮﻴﺒآ ىاﺮﻡا ار ﻩﺎﺷ ﻪآ نﺎﺴﻧاز
ﺎﭙ
ﺖﺳد رﺎﺒآ ىاﺮﻌﺷ ار ﻩﺪﻨﺏ ﺪﻨﺳﻮﺏ ى
(85, 415)
(Şahın ayağını böyük əmirlər öpdüyü kimi,
mənim də əlimi
böyük (kübar) şairlər öpürlər).
Dövlətşah Səmərqəndi və başqa müəlliflər Salmanın
ədəbi məclisləri, müasirləri ilə görüşləri barədə
əsərlərində bəzi epizodları nəql etmişlər (123, 304, 323-
325, 449), (70, 227).
Salmanın şöhrətini eşidən dərviş və məşhur şair Nasir
Buxari Məkkəyə ziyarətə gedərkən yolüstü Bağdada gedir,
Salmanı tapmaq və onunla görüşmək istəyir. Bahar vaxtı idi.
Xacə Salman Bağdad qalasının barısında toplaşmış adamlarla
Dəclə çayının tüğyan etməsini seyr edirdi. Nasir Xacə Salmana
salam verir. Salman Savəci onun kim olduğunu soruşduqda o,
uzaq ellərdən gəldiyini və şair olduğunu söyləyir.
Salman onu
imtahan etmək üçün bədahətən belə bir misra deyir:
ﺖﺳا ﻪﻧﺎﺘﺴﻡ ﺐﺠﻋ ىرﺎﺘﻓر لﺎﺴﻡا ار ﻪﻠﺟد
Dəclənin rəftarı bu il əcəb məstanədir).
Nasir beyti tamamlayır:
ﺎﭙ
ﺮﻴﺠﻧز رد ى
ﺐﻝ ﺮﺏ ﻒآ و
ﮕﻤ
؟ﺖﺳا ﻪﻧاﻮﻳد ر
(123, 203)