www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
412
412
birindən müəyyən dərəcədə fərqlənir. Psixoloji korreksiya
psixoloq tərəfindən planlaĢdırılır və həyata keçirilir. Pedaqoji
korreksiya isə məktəb psixoloqu müəllimlərlə birlikdə
(məktəb direktoru, dərs hissə müdiri, sinif rəhbəri, fənn
müəllimi) planlaĢdırılır, psixoloqun nəzarəti və köməkliyi ilə
müəllimlər və valideynlər tərəfindən həyata keçirilir.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək
yardımçı iĢlər. Məktəbə psixoloji xidmətlə əlaqədar
əsasnamədə yuxarıda qeyd olunanlarla yanaĢı, bir sıra
yardımçı iĢlərin həyata keçirilməsi də nəzərdə tutulur. Həmin
iĢlər bu və ya digər Ģəkildə əsas iĢlərlə bağlanır və onların
həyata keçirilməsinə xidmət edir. Psixoloji xidmət zamanı
yerinə yetirilən həmin yardımçı iĢlərə aĢağıdakıları aid etmək
mümkündür:
-
məktəb
psixoloqu
Ģagirdlərin
davranıĢ
və
mənimsəmələrinin psixoloji təhlilini vermək və burada
onların Ģəxsiyyətlərinin və qabiliyyətlərinin fərdi psixi
xüsusiyyətlərini daha dəqiq, ətraflı açmaq məqsədilə
pedaqojikonsilium təĢkil edir;
- məktəb psixoloqu məktəbin pedaqoji Ģurasının iĢində
iĢtirak edir;
- psixologiya kabinəsi və məktəb kitabxanasının
köməyi ilə müxtəlif yaĢlı uĢaqların təlim və tərbiyəsi
problemlərinə dair psixoloji-pedaqoji ədəbiyyatdan və
Ģagirdlər üçün psixoloji ədəbiyyatdan ibarət bölmə,
"kitabxana" yaradır.
Məktəbdə psixoloji xidmətin qeyd olunan istiqa-
mətlərini müxtəlif konkret sahələrə tətbiq etmək mümkündür.
Bunların ən əsaslarından bəzilərini nəzərdən keçirək.
Məktəbə psixoloji hazırlığın diaqnostikası. Məktəbə
psixoloji xidmətdə əsas yerlərdən biri uĢaqların məktəbə
psixoloji hazırlığının diaqnostikasını verməkdən ibarətdir. Bu
sahədə aparılan iĢin əhəmiyyəti öz-özünə aydındır. UĢağın
məktəbə, məktəb təliminə psixoloji hazırlıq səviyyəsini
müəyyənləĢdirmək bir tərəfdən həmin sahədəki qüsurları
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
413
413
413
413
413
413
413
413
413
aradan qaldırmaq, digər tərəfdən məktəbdə ilk gündən
Ģagirdlərin imkanlarına uyğun iĢ aparmaq üçün Ģərait yaradır.
Məhz buna görə də məktəb psixoloqu (sinif muəllimi ilə
birlikdə) birinci sinfə qəbul olunacaq uĢaqların məktəbə
psixoloji hazırlıq səviyyəsini aĢkara çıxarmalıdır. Bu bir növ
məktəbə psixoloji hazırlığın diaqnostikasından ibarətdir.
UĢağın məktəbə hazırlığının diaqnostikasını verərkən
aĢağıdakı üç mühüm göstəriciyə istinad etmək lazım gəlir:
1) L. S. Vıqotskinin bağça yaĢı dövründə affektlərin
intellektuallaĢdırılmasının əsas yenidənyaranma halı
olması barədə fikrinə istinad edərək ixtiyariliyi təlim fəaliyyə-
tinin zəminlərindən biri – məktəbə hazırlığın mühüm
göstəricisi kimi nəzərə almaq, xarakterizə etmək lazımdır. Bu
bir də ona görə zəruridir ki, uĢağın məktəbdə məĢğul olacağı
fəaliyyət növü - təlim fəaliyyəti ondan ixtiyari iĢlərin icrasını
tələb edir.
2) UĢağın məktəbə hazırlığını xarakterizə edərkən
nəzərə alınması zəruri olan ikinci mühüm göstərici əyani-
obrazlı təfəkkürün inkiĢaf səviyyəsindən ibarətdir. Burada
təsviri-sxematik vasitələrin təhlili, quraĢdırılması və tətbiqi
ilə əlaqədar iĢlərin yerinə - yetirilməsinə fikir verməlidir.
3) ġəxsiyyət xarakteristikası üzrə göstəricilər. Burada
Ģəxsiyyətin bütün cəhətlərinin inkiĢaf xüsusiyyətləri deyil,
təlim fəaliyyətinin təĢkilinə köməklik göstərən (və ya mane
olan) Ģəxsiyyət göstəriciləri (emosional cəhət, ünsiyyətin
xüsusiyyətləri, kollektiv fəaliyyətə daxil olmaq və s.) nəzərə
alınmalıdır.
Məktəb psixoloqu qeyd olunan göstəricilər üzrə birinci
sinfə qəbul olunan uĢaqların hər birinin məktəbə hazırlıq
səviyyəsini aĢkara çıxarmaqla müəllimin onlarla müvafiq
səmərəli iĢ aparması üçün Ģərait yaradır. Ona görə də
qabaqcadan
hazırlanmıĢ
proqrama
əsasən
uĢaqlar
yoxlanılmalıdır. Proqram hazırlanarkən yuxarıda qeyd olunan
göstəricilərin xüsusiyyətlərini açmağa imkan verən yolları
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
414
414
müəyyənləĢdirməklə, aĢağıdakı texniki və metodiki tələblərə
əməl olunmalıdır.
Hər şeydən əvvəl, hər uĢaq yalnız bir dəfə yoxlamadan
keçirilməli və bu iĢ 20-30 dəqiqədən artıq davam etməməlidir.
Bu tələb bir tərəfdən yoxlanan uĢağın imkanlarını nəzərə
almaqla bağlıdır. Belə ki, psixofizioloji tədqiqatlardan məlum
olduğu kimi, həmin yaĢ dövründə uĢaqların əqli iĢ
qabiliyyətinin səviyyəsi məhz 20-30 dəqiqədən ibarət olur.
Digər tərəfdən, uĢağı I sinfə yazdırmaq üçün valideynlər onu
bir neçə dəfə yoxlamaya gətirməyə o qədər də razılıqla
yanaĢmırlar.
İkincisi, psixoloji yoxlamaları valideynin iĢtirakı ilə
aparmaq məqsədə müvafiqdir. Belə olduqda uĢaqlarda və
valideylərdə gərginliyin yaranmasının qarĢısı alınır.
Yoxlamadan əvvəl valideynlərə izah olunur ki, yoxlamanın
məqsədi uĢağı imtahan etməkdən ibarət deyildir. Burada əsas
məqsəd uĢağın imkanlarını aĢkara çıxarmaq və gələcəkdə
onunla iĢləmək üçün müvafiq yollar düĢünməkdən ibarətdir.
Yoxlama motivinin bu cür izahı valideynin psixoloqa inamla
yanaĢmasına və yeri gələndə ona köməklik göstərməsinə
imkan yaradır.
Ücüncüsü, yoxlamanın nəticələri uĢağın xüsusiyyətlərinin
keyfiyyət xarakteristikasını verməlidir.
Gələcək I sinif Ģagirdləri üzərində aparılan eksperi-
mental psixoloji yoxlama suallardan baĢlanmalıdır. Adətən, bu
cür suallar standart xarakter daĢıyır: sənin adın nədir, neçə
yaĢın var, uĢaq bağçasına gedirsənmi. Sualları verməklə
psixoloq öz təbəssümü ilə uĢaqları ruhlandırmalıdır. Burada
yeri gəldikcə bu və ya digər cəhətə əsasən uĢağı tərifləmək
tələb olunur. Məsələn, qıza belə demək olar ki, onun nə yaxĢı
donu, saçı var. Oğlana demək olar ki, afərin, nə yaxĢı
oğlandır, yəqin anasının yaxın köməkçisidir və s.
Söhbəti uzatmadan bilavasitə eksperimental yoxlamaya
keçmək tələb olunur. Adətən, psixoloq uĢaqlara bu cür mü-
raciət edir: "Ġndicə səninlə birlikdə məĢğul olacağıq. Mən sənə
Dostları ilə paylaş: |