www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
96
cinayətkar tərəfindən törədilən və üstü heç vaxt açılmayan
cinayətlərlə bağlı göndərilmişdi. Hansı ki, bu cinayət işlərinin
istintaqını aparan müstəntiqlərdən biri də məhz Tərlanın özü
idi. Çox uzun illər keçdikdən sonra, nəhayət ki, Tərlan həmin
cinayətlərin kim tərəfindən törədildiyini biləcəkdi.
Tərlan bir az səbirsiz idi. Amma hər nə qədər səbirsiz
olsa da gecənin düşməsini gözlədi. Ona görə ki, ona
ünvanlanmış bu bandrolun içində olanlara sakitçilikdə baxmaq
istəyirdi. Evdəki hər kəsi yuxuya verdikdən və gecədən bir
xeyli keçdikdə sonra Tərlan masanın arxasına keçərək ona
ünvanlanmış həmin bandrolu açdı.
Bandrolun içində bir neçə vərəqdən ibarət əl yazısı ilə
yazılmış məktub var idi. Məktubdan əlavə həmin bandrolun
içində bir neçə şəkil, rentgen vərəqi və müxtəlif sənədlər də
var idi. Hər şey Tərlanın fikirləşdiyi kimi idi – bandrolun
içindəki məktub, şəkil və müxtəlif sənədlər 25 il öncə baş
vermiş cinayətlərlə bağlı idi. Eynəyini taxan Tərlan əvvəlcə
rentgen vərəqinə baxdı, lakin bundan heç nə başa düşmədi.
Ardınca şəkillərə baxdı – burada balta, trenajor alətləri,
müxtəlif markalı 2 avtomobil, sprey (dezodrant) boya, sərhəd
xəttinin telləri və s. şəkillər vardı. Bu şəkillərdən bəziləri
Tərlana artıq tanış idi. Amma digərlərinin nə olduğunu başa
düşmədi. Ona görə də məktubu oxumağa başladı:
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
97
IV FƏSİL
Sultan Süleyman Qanuni qabiliyətli və istedadlı
insanları çox sevirdi və onları mükafatlandırardı. Bu səbəbdən
bütün məharət sahibləri onun hüzuruna çıxmağa can atırdılar.
Üç metrlik məsafədən sapı iynəyə keçirməyi bacaran bir
adamın da tək xəyalı nə vaxtsa sultanın hüzuruna çıxmaq idi.
Vaxt keçdi, vədə doldu və nəhayət ki, bu şərəf ona da
nəsib oldu. Beləcə təyin olumuş gündə sultanın hüzuruna
çıxdı və qabiliyyətlərini sərgilədi. Sultan böyük heyranlıqla
tamaşa edirdi. Bir daha, bir daha...
Gördükləri doğru idi. Adam o qədər məsafədən sapı
atır və iynənin dəliyindən keçirirdi. Sultan bunun səbəbini
soruşdu: “De görək, hardandır səndəki bu qabiliyyət?”.
Məharət sahibi lovğalıqla “Qırx ildir gecə-gündüz demədən
bunun üçün çalışıram”, - dedi. Sultan gülümsədi və belə
buyurdu: “Bu adama qırx qızıl verib, qırx da şallaq vurun.”
Sultanın ətrafındakılar əmrin qarşısında çaşıb qalmışdı.
Qırx qızıllıq mükafatın ardından qırx şallaqlıq cəzaya nə
ehtiyac var idi ki?...
Sultan saraydakıları çox intizarda qoymadan sözünü davam
etdirdi.: “Qırx qızıl qeyri-adi qabiliyyətin üçün. Həqiqətən
çətin bir işin öhdəsindən gəlmisən. Qırx şallaq da belə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
98
qabiliyyətli insan olduğun halda, mənasız işlə məşğul olduğun
üçün. Boşuna keçirdiyin bu vaxt ərzində həm özün, həm də
başqaları üçün daha əhəmiyyətli işlər görə bilərdin.”
Üzü günəşə baxan insan heç vaxt kölgəsini görməz.....
“Bu məktubu yazıb-yazmamaq haqqında çox
düşündüm. Amma uzun illərdən bəri içimdə saxladığım bu
sirri özümlə o biri dünyaya aparmağa da razı deyildim.
Deyirlər ki, bir vaxtlar böyük fateh Makedoniyalı
İsgəndərin başında buynuz varmış. Məhz buynuzunun olması
səbəbindən sirri ortaya çıxmasın deyə İsgəndər başını qırxan
bütün bərbərləri edam etdirirmiş. Bir bərbər isə çox yalvarıb-
yaxardığına görə, İsgəndər ona toxunmur. Lakin bu boyda
sirri ürəyində saxlaya bilməyən bərbər başını bir su quyusuna
sallayaraq “İsgəndərin buynuzu var”, “İsgəndərin buynuzu
var” deyə səslənir və ürəyini boşaldır. Bir çoban isə həmin
quyudan çıxan qamışdan düzəltdiyi tütəklə hər dəfə nəsə ifa
edəndə, həmin tütəkdən “İsgəndərin buynuzu var”,
“İsgəndərin buynuzu var” deyə səslər gəlirmiş.
Tərlan müəllim yəqin ki, söhbətin nədən getdiyini artıq
bildiniz, nə demək istədiyimi artıq başa düşdünüz. Mənə elə
gəlir ki, siz bandrolun küncündə yazılan “ 25 illik sirr !”
cümləsini görmüsünüzsə, bu bandrolun nə məqsədlə sizə
ünvanlandığını təxmin edə bilmisiniz. Ona görə də uzun
illərdən bəri daxilimdə saxladığım bu sirri İsgəndərin bərbəri
kimi quyuya deyil, məktub vasitəsilə sizə danışmağa qərar
verdim.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
99
Fikirləşəcəksiniz ki, törətdiyim ayrı-ayrı cinayətlərə
heç nəylə haqq qazandırmaq olmaz. Amma mən nə dəli, nə
manyak, nə də ki, psixopat deyildim. Bu cinayətləri
törətməkdə özümə görə mənim də tutarlı səbəblərim var idi.
Çünki mən, bir vaxtlar mənə pislik edənlərdən öz qisasımı
alırdım.
İndi sizə cinayətləri törətdikdən sonra sudan hansı
şəkildə quru çıxmağımın yolları haqqında məlumat verim.
Özünüz də yaxşı bilirsiniz ki, Bakının elə bir yeri, elə bir
prospekti, elə bir küçəsi yoxdur ki, orada kameralar
quraşdırılmasın. Həm Daxili İşlər Nazirliyi, həm də digər
dövlət qurumları tərəfindən şəhərin ayrı-ayrı istiqamətlərində
kifayət qədər kameralar quraşdırılıb. Eyni zamanda
təyinatından asılı olmayaraq ayrı-ayrı obyektlərin qarşısında
da kifayət qədər kameralar vardır. Mən çox yaxşı bilirdim ki,
lazım olduqda həmin kameralar vasitəsilə insanları da
izləyirlər. Deməli, işimi elə görməli idim ki, şübhəli kimi bu
kameraların qeydlərinə düşməyim. Ona görə də, qətlini
nəzərdə tutduğum adamları izləmək üçün müxtəlif cildlərə
girirdim. Gah dilənçi olurdum, gah bomj, gah zibileşən, gah
süpürgəçi, gah “porkovşik” və s. və s. Beləcə, qətlə
yetirəcəyim şəxsləri harada və necə tapmağın yollarını
tələsmədən, aram-aram öyrənirdim. Müxtəlif cildlərə
girməyim isə məni nə vaxtsa müəyyən etməyinizə imkan
vermirdi. Müxtəlif cildlərə girərək şəhərin küçələrində
dolaşdığım vaxtlarda həmçinin evdə qətl planlarımı qurmaqda
davam edirdim. İndi qalırdı sadəcə cinayətləri həyata
keçirmək.
Mən əvvəlcə idman aləmində ad çıxarmış Rəvan
Məmmədovu qətlə yetirəcəkdim. Bütün planım hazır idi.
Amma qətli planlaşdırdığım ərəfədə onun Fransada keçirilən
idman yarışı ilə əlaqədar olaraq Bakını tərk etməsi bu planımı
həyata keçirməyə imkan vermədi. Buna görə də ilk qurbanım
Bahadur oldu.
Dostları ilə paylaş: |