|
MahirəNərimanqızı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
189
-Bu gün ikinci dəfədir gəlirlər.Bayaq bir qızı
apardılar.
-Bəs bu qoca?
-Filosofdur, o öz əksi ilə heç kəsin bilmədiyi
dildə danışırdı.
-Nə olsun?Siz ki, bir-birinizi
eşitmirsiniz!Eşitsəniz də heç nə başa düşmürsünüz!
-Onlar başa düşdülər. Filosofun dilini
anlamadıqları üçün apardılar.
-Hara?
-Başqa zonaya.Biz orada nə olduğunu bilmirik.
Onu xof basdı.
-Orada onlara neyləyəcəklər?Cəza verəcəklər?
-Orada nə olduğunu biz bilmirik.Oradan hələ
heç kim qayıdıb gəlməyib.Hamı ora düşməkdən
qorxur.
-Hamı qorxursa, deməli, ora doğrudan da,
qorxuludur, -deyə öz-özünə düşündü.
-Mən elə bilirdim, burada qayda-qanun
yaxşıdır.Bilsəydim, heç gəlməzdim.
-Sən bura özün gəlmisən?- ətrafdakı cütlər
heyrətləndilər.
O təkəbbür və lovğalıqla:
-Özüm gəlmişəm, -deyə cavab verdi.
-Ola bilməz!
-Axmaq! Sən, doğrudan da, səfehsən!
O bu qorxulu təəccübdən duruxdu:
-Nə olsun ki! Ya özün gəldin, ya gətirdilər, nə
fərqi var?Əvvəl-axır hamı bura gəlməli deyil?
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
190
-Fərqi böyükdür, axmaq!Sən qaydanı
pozmusan, buna görə də cavab verəcəksən.
Ətrafındakıların narahatlığı ona da sirayət
etdi.
-Bura bax, əvvəl-axır sən bizi bəlaya
salacaqsan, nə qədər gec deyil, özünü xilas elə, nə
gözünü döyürsən, biz daha sənə kömək etməyəcəyik.
-İndi mən neyləyim ki?
-Öz əksini yarat.Sənin daha fikirləşməyə vaxtın
yoxdu.
-Mən bacarmaram.Heç bilmirəm bu nə
deməkdir...
-Bəs deyirdin ağıllıyam? – cütlər
gülüşdülər.Burda hamının öz əksi var, sənin də
olmalıdır.
-Mən bacarmaram, axı, bu necə olur, bu
haqda heç fikirləşməmişəm də!
-Biz hamımız sənin kimi idik, amma bunu
etməyə məcburuq, sən də məcbursan! Heç kəsdən
kömək gözləmə, sən bunu özün eləmılisən!
-Dayanın! Mən hələ buna hazır deyiləm.
Cütlər yerbəyerdən onun üstünə düşdülər.Get-
gedə başına daha çox adam toplaşırdı.O artan səs-
küydən narahat oldu.Deyəsən, bunlar özlərini
unutmuşdular.Qaydanı pozduqlarından xəbərləri yox
idi.
-Yaxşı, yaxşı, qızışmayın, mən razıyam.Bunun
üçün mən nə etməliyəm?
-Hər şey öz-özünə baş verəcək!
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
191
Onu fərəhlə və böyük işguzarlıqla iri bir
güzgünün qarşısına gətirdılər.Güzgü hamar,
çərçivəli, cazibəli idi.Hamı kənara çəkildi.Güzgünün
qarşısında tənha qalaraq özünə baxmağa
başladı.Güzgüdəki əksi daha tünd, daha boyalı, daha
parlaq idi.Maraqla özünə tamaşa etməyə başladı:
gözləri ciddiləşdi, baxışları duruxdu.Gözünün hamar
üzü qəfildən elə bil canlanıb dalğalandı, güzgü
əriməyə, ağır-ağır axmağa başladı.Başı gicələndi,
ürəyi bulandı.İçindən güclü bir burulğanın burula-
burula, qarsa-qarsa, göynəyə-göynəyə yuxarı –
boğazına,başına doğru qalxdığını hiss elədi.Dəhşətli
ağrıdan ürəyinin, beyninin, nəhayət, özünün də
durduğu yerdə sürətlə fırlandığını duydu.Hissiyyatını
tamam itirərək, içindəki ağrıya tabe oldu.Nəhayət,
bütün varlığından nəyinsə qopduğunu, nəyinsə ağrı
ilə ondan aralandığını hiss edərək gözlərini
açdı.Qarışıq rənglər durulanda gözünün önündəcə
bir kölgənin sıxlaşıb yumrulanıb adama çevrildiyini
görəndə azqaldı ki, ürəyi getsin.Dili topuq vura-
vura:
-Bu nədir, ilahi?
Toplaşanlar sevinclə hay-küy saldılar:
-Ura! Ura! Alındı, afərin! Bəs deyirdin
bacarmaram?
Diqqətlə qarşısında duran adama baxa-baxa:
-Bu kimdir belə? – soruşdu.
Ətrafdakılar:
-Sənin əksindir də!İndi sən tək deyilsən.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
192
O heyrətlə:
-Bu? Mənim əksim? Bu necə oldu axı?
Qarşısındakı eybəcər, şikəst məxluqa baxa-
baxa dəhşətləndi, nə baş verdiyini indi anlayaraq:
-Yox...yox...ola bilməz! Mən istəmirəm! Mənə
lazım deyil!
Ətrafdakılar çaşqınlıqla bir-birinə baxdılar,
təəcüblə:
-Niyə istəmirsən? Bu ki sənin əksindir!
O az qala huşunu itirərək:
-Aman Allah! Bu ki şikəstdir!
-Nə olsun? Beləsi də olur, bu heç də pis
deyil.Şikəst olanda nə olar?
-Siz... siz elədiniz... siz məni məcbur elədiniz, -
əlacsız-əlacsız hönkürüb ağlamağa başladı.
-Bu lap dəlidir ki!
Bəziləri yaxına gəlib təsəlli verdilər:
-Niyə özünü öldürürsən? İnan, bundan betəri
də olur.Elə bizi götür! Bizim hamımız
necəyik?Yaşamırıq bəyəm?
O isə toxtamırdı.İçi tökülə-tökülə ağlayır, baş-
gözünə döyürdü.Əksi də çaşqınlıqla gözünü döyür
pərt halda ortalıqda dayanıb gah ona,gah da
ətrafdakılara baxırdı.Birdən o yazıq-yazıq, qorxa-
qorxa diləndi:
-Mən sən düşündüyün qədər də pis deyiləm,
görərsən, sən razı qalacaqsan.
-Rədd ol! Cəhənnəm ol! Sən mənə lazım
deyilsən! İtill!!!
Yenə yerbəyerdən:
Dostları ilə paylaş: |
|
|