MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə26/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   22   23   24   25   26   27   28   29   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

81 


geoiqtisadi və geosiyasi siyasətin konturları göstərilir və reallaşma 

mexanizmləri  təhlil  olunur.  Müəllif  problemlə  bağlı  elmi-nəzəri 

mülahizələrini bəzi məqamlarda ABŞ-ın və Rusiyanın Z. Bjezinski, 

C. Hantiqnqton, H.Kissincer, A.Duqin, N.Nartov, İ.Yejiyev və digər 

məşhur  politoloq  və  alimlərinin  fikirlərinə  istinad  etməklə 

əsaslandırmışdır.  Müəllif  həmin  məşhur  ekspertlərə  sadəcə  istinad 

etməmişdir,  onların  fikirləri  ilə  bir  sıra  hallarda  elmi  polemikaya 

girmiş, arqumentlərə söykənən fərqli mövqeyini ortaya qoymuşdur. 

Əli  Həsənov  kitabın  bu  bölməsində  dünyanın  və  eləcə  də  Xəzər 

hövzəsi  ölkələrinin  təsdiq  olunmuş  və  ehtimal  olunan  neft  və  qaz 

ehtiyatları  ilə  bağlı  müxtəlif  mənbələrdən  əldə  edilmiş  rəqəmləri 

təhlil edərək maraqlı fikir və mülahizələr irəli sürmüşdür: ―Bəzi rus 

geoloqlarının  proqnozlarına  görə,  Xəzər  hövzəsindəki  neft 

ehtiyatlarının ümumi həcmi 7 milyard tondur (təxminən 50 milyard 

barrel). Başqa rus mənbələri isə bu rəqəmin 13 milyard ton və daha 

artıq  olduğunu  qeyd  edirlər.  Qərb  ekspertlərinə  gəldikdə  isə,  hələ 

SSRİ  zamanında  ingiltərəli  və  amerikalı  mütəxəssislər  hesab 

edirdilər  ki,  Xəzər  bölgəsində  neft  ehtiyatlarının  həcmi,  sovet 

geoloqlarının  təqdim  etdiyi  rəqəmlərdən  qat-qat  artıqdır.  ABŞ 

Dövlət  Departamentinin  və  Milli  Təhlükəsizlik  Şurasının 

məruzəsində Xəzər hövzəsinin hazırki neft ehtiyatları, təxminən 200 

milyard barrel (təxminən 27,5 milyard ton) miqdarında göstərilir‖. 

Göründüyü  kimi,  Xəzər  neftinin  həcmi  haqqında  Rusiya  və  ABŞ 

ekspertləri fərqli rəqəmlər irəli sürürlər. Birincilər bədbin, ikincilər 

nikbin proqnozları ilə seçilirlər. Bu vəziyyətə diqqəti cəlb edən Əli 

müəllim  real  vəziyyətə  tam  adekvat  olan  bir  tezislə  çıxış  edir  : 

―Mütəxəssislər bu rəqəmləri və xəritəni dəqiq müəyyən edə bilmir, 

siyasətçilər  isə  yaranmış  vəziyyətdən  asılı  olaraq,  həmin  xəritə  və 

rəqəmlərlə manipulyasiya edirlər.‖ 

Kitabda Xəzər hövzəsinin enerji potensialı, ondan istifadə sahəsində 

müxtəlif  maraqların  daşıyıcısı  olan  düşərgələrin  davranışı 

kontekstində  daha  bir  mühüm  problem  ətrafında  geniş  elmi 

araşdırmalar aparılmışdır. Bu, Xəzərin hələ də həllini tapa bilməyən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

82 



hüquqi  statusu  ilə  bağlı  məsələdir.  Bu  problem  əsərdə  tarixi  və 

müasir geosiyasi reallıqlar kontekstində təhlil olunmuşdur. Müəllif 

qeyd  edir  ki,  Xəzərin  hüquqi  statusunun  təxminən  300  illik  tarixi 

mövcuddur.  Bu  tarix  XVIII  əsrin  sonlarından  başlayaraq  Xəzər 

sahilində Azərbaycana məxsus ərazilər uğrunda Rusiya, Osmanlı və 

Böyük  Britaniya  imperiyaları  arasında  gedən  çoxillik  və  qısa 

müharibələrlə  xarakterizə olunur.  Bu tarix  Sovet  Rusiyası ilə  İran, 

habelə  SSRİ  ilə  İran  arasında  imzalanmış  1921-ci  il  və  1940-cı  il 

müqavilələri ilə şərtlənir. 

Əsərdə Xəzəryanı 5 dövlətin hər birinin məlum məsələdə mövqeyi 

təqdim olunmuş və onun elmi-analitik analizi aparılmışdır. Müəllif 

təhlillərinin nəticəsi olaraq Xəzərin hüquqi statusu ilə əsas və qeyri 

əsas yanaşmalar içərisində 4 təklifın daha çox diqqəti cəlb etdiyini 

vurğulayır  və  onlara  münasibət  bildirir.  Həmin  təkliflər 

aşağıdakılardır: 

– Azərbaycanın təklif etdiyi birinci yanaşmaya görə, Xəzər ətrafda 

yerləşən beş ölkənin milli ərazilərini birləşdirən, xarici su hözələri 

ilə  çay  vasitəsilə  əlaqəsi  olan,  unikal  bir  dənizdir.  Müvafiq  olaraq 

BMT-nin  ―Dəniz  hüquqları  haqqında‖  Konvensiyasının  bütün 

tələbləri  onun  statusunun  müəyyən  olunmasına  və  Xəzərətrafı 

ölkələrin milli hüquqlarının həyata keçirilməsinə tətbiq edilməlidir. 

Bu yanaşmaya görə, dənizin dibi və səthi orta xətt prinsipi ilə milli 

sektorlara  bölünməli  və  hər  bir  ölkə  öz  sektorunda  beynəlxalq 

hüquqa uyğun olaraq fəaliyyət azadlığı əldə etməlidir. 

–  İkinci  yanaşma  Rusiya  və  İrana  məxsusdur.  Bu  təklıfin 

tərəfdarları  Xəzəri  ―qapalı  su  hövzəsi‖  adlandıraraq,  ―Dəniz 

hüquqları  haqqında‖  BMT  Konvensiyasının  tələblərinin  ona  tətbiq 

edilməsinin  qeyri-mümkünlüyünü  iddia  edir,  hər  hansı  ölkənin  öz 

iqtisadi  zonasında  müstəqil  fəaliyyət  göstərməsini  qəbuledilməz 

sayır və bütün sahilyanı ölkələrdən su hövzəsinin ―ümumi istifadəsi 

tələbləri‖nə əməl etməsini tələb edirlər. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

83 


–  Üçüncü  təklif  İran  tərəfindən  irəli  sürülmüş  və  Xəzərin  beş 

bərabər  hissəyə  bölünməsini  hədəfləyən,  müəyyən  məqamlarda 

Türkmənistanın  da  dəstəyini  qazanmış  abstrakt  bir  layihə  idi.  Bu 

variant  nəinki  heç  bir  yerli  və  beynəlxalq  hüquqa  uyğun  gəlmirdi, 

həm  də  mütəxəssislər  tərəfindən  ―ümumiyyətlə  reallaşdırılması 

coğrafi cəhətdən mümkün olmayan‖ təklif kimi dəyərləndirilmişdir. 

–  Nəhayət,  dördüncü  yanaşma  Rusiya  və  İranın  sonradan  təklif 

etdiyi və yenə də heç bir beynəlxalq və yerli hüquqa söykənməyən 

―kompromis  variant‖  adlanır.  Bu  varianta  görə,  Xəzərdə  hər  bir 

sahilyanı ölkə 12 millik sahil zonası üzərində suveren hüquqa malik 

olur,  bundan  sonra  25  mil  ərazi  ―iqtisadi  zona‖  kimi  qəbul  edilir, 

dənizin  ortasındakı  qalan  ərazilərsə  5  sahilyanı  ölkənin  ümumi 

istifadəsinə verilir. 

Bu  təkliflərə  toxunan  müəllif  qeyd  edir  ki,  1992-ci  ildən  bu  günə 

kimi  hər  dörd  yanaşma  tərəfdarları  bəzi  kiçik  dəyişikliklərlə  öz 

mövqelərini  müdafiə  etməkdədirlər.  Bu  reallığa  baxmayaraq,  ―bu 

gün nə Rusiya, nə də İran Azərbaycanı Xəzər dənizinin ona məxsus 

sektorunda  xarici  tərəfdaşlarla  birgə  transmilli  layihələr  həyata 

keçirdiyinə  görə,  1994-1998-ci  illərdə  olduğu  kimi,  müharibə, 

yaxud  ona  bərabər  tutula  biləcək  digər  fəaliyyətlərlə 

hədələmirlər‖,— fikri də professor Əli Həsənova məxsusdur. 

Dərslikdə  Xəzərin  hüquqi  statusunun  müəyyən  edilməsi  ilə  bağlı 

Xəzəryanı  ölkələrin  dövlət  başçılarının  keçirdikləri  sammitlər, 

burada  müzakirə  olunan  məsələlər  və  əldə  olunan  razılaşmalar 

haqqında  da  ətraflı  bəhs  olunmuşdur.  Əsərdə  müəllif  29  sentyabr 

2014-cü  ildə  Rusiyanın  Həştərxan  şəhərində  keçirilən  Xəzəryanı 

ölkələrin  dövlət  başçılarının  V  sammitini  real  nəticəsi  olan  görüş 

kimi xarakterizə etmişdir. Sammitdə 19 maddədən ibarət Həştərxan 

bəyanatına diqqəti cəlb edən Əli Həsənov qeyd edir ki, bu sənəddə 

ilk dəfədir ki, Xəzərin su səthinin sahildən başlayaraq orta xətt üzrə 

15  millik  məsafəsi  ölkələrin  suveren  ərazisi  kimi  qəbul  edilmiş, 

digər 10 millik (ümumi uzunluq-25 mil-Ə.H.) məsafədə isə dənizin 

bioloji  resurslarının  (balıq  ovu  və  s.-Ə.H.)  hasilatı  sahəsində 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə