www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
198
198
ədəbiyyatı ciddi, peşəkar sənət əsərindən çox, kreativ
olmalıdır.
Ustad İsa Muğanna rəhmətə gedəndə, daxili bir
ehtiyac hiss edərək bir status paylaşmışdım: ―Bəlkə
də dünyanın ən böyük acısı yarımçıq əsərə
yanmaqdır. Hətta, yarımçıq ömür də onun qədər acı
vermir. "Ölüm həmişə vaxtsızdır". Məncə, ömür
həmişə tamdır, nə vaxt bitməsindən aslı olmayaraq.
30-da da, 90-da da. Bitdiyi an ömür bitir. Yarımçıq
əsər isə heç vaxt bitmir... Yusif Səmədoğlunun
"Deyilənlər gəldi başa", İsa Muğannanın "Mənim
məhəbbətim" yandırdı məni‖. Təəssüflər olsun ki,
belə ağrılı statusa bir nəfər belə şərh yazmadı,
halbuki dostluğumda olan insanların 90%-i ədəbiyyat
adamıdır - ‖əsər yaradanlar‖dır. Əsər onların
həyatının, ən azı, yarısı deməkdir. Amma hansısa
gəncin paylaşdığı фотоşəklə yüzlərlə ―bəyndim‖
gəlir, şərhlər yazılır...
- Ən çox hansı sosial şəbəkələrdən bəhrələnirsiz?
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
199
199
199
- Ən çox Google.com, Vikipediya, Youtube.com,
Facebook.com,
İnternet
TV-lərdən,
müxtəlif
saytlardan istifadə edirəm. Saytlardan, İnternet TV-
lərdən istifadə maraq dairəmdən, informasiya almaq
ehtiyacından, çox halda isə şəxsi tanışlıqlardan
bəzən həmin yerdə kimsə dostlardan, ya
tələbələrimdən işləyir irəli gəlir.
- Sizin yaradıcılığınızın təbliğinə, eləcə də
əsərlərinizin yazılmasına, imzanızın tanınmasına
İnternet və sosial şəbəkələrin təsiri varmı?
- İnternetin həyatıma və yaradıcılığıma çox
əhəmiyyətli təsiri olub. Son dövr yazılarımı
bilgisayarda özüm yazıram və eleкtron poçt vasitəsilə
istənilən yerə rahatca göndərirəm. Vaxta, pula, fiziki
zəhmətə qənaət olunur. Bu yaxınlarda Amerikada
povestim
çap
olunub.
BBununla
əlaqədar
yazışmalarım İnternet üzərindən həyata keçirilib.
Kitabı – toplunu da İnternetüstü elektron satışdan
almaq üçün sifariş verdim.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
200
200
Sosial şəbəkələrin yaradıcılığımın təbliğində böyük
rolu ola bilərdi, amma, deyəsən, nəsə düz alınmır.
Səbəb sadə olduğu qədər mürəkkəb, mürəkkəb
olduğu qədər də sadədir. Sosial şəbəkələrdə ciddi
məhsul ―alınmır‖. Dostluğunda kifayət qədər
ədəbiyyat, sənət, mədəniyyət, elm, düşüncə adamları
olan istifadəçi bir yazı nümunəsi paylaşır. Real
vəziyyətin konturlarını dəqiq cızsaq, belə bir
mənzərə alınır: oxunmasına azı 20 dəqiqə vaxt lazım
olan material şəbəkədə yerləşdirildiyi andan она
―bəyəndim‖ bonusu yığılmağa başlayır. Axı necə?
Bunu oxumaq, ya da dinləmək üçün müəyyən vaxt
lazımdır. Yox, həmin an ―bəyəndim» - «like‖ olunur.
Çünki sosial şəbəkələrdə də münasibətləri nüfuz,
populyarlıq, şəxsi əlaqələr, ―işi keçmək‖ ehtiyacı
tənzimləyir. Bəlanın biri bu. İkincisi, eyni adam
dəyərli iki bəndlik şeir qoyur, ya dörd sətirlik kreativ,
orijinal, intellektual məhsul yerləşdirir. Onu bəyənən
on adam olursa, övladının, nəvəsinin şəklini
paylaşanda ona yüzlərlə rəy bildirilir. Anormal bir
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
201
201
201
vəziyyətdir. Mən bilmirəm, digər xalqların sosial
şəbəkələri necədir, amma bizdə vəziyyət səviyyəcə
çox aşağıdır. Nadir hallarda müzakirə qurmaq olуr və
ya intellektual söhbətlərə şərait yaranır. Üçüncü acı
hal isə odur ki, mən özüm də bəzən belə edirəm.
Bizdə hazırda cəmiyyətin formalaşması prosesinin
getdiyini, mədəni mühitin, elitar cəmiyyətin yeni
tələblərə uyğun, fərqli məzmunda qurulduğunu
formalaşdığını nəzərə alsaq, sosial şəbəkələrdə də
intellektual mühiti yaradılmasına böyük ehtiyac
duyulur.
- Ənənəvi söz sənəti, yoxsa şəbəkə ədəbiyyatı,
kağız kitab, yoxsa elektron kitab seçiminiz?
- Sizin ənənəvi söz sənəti ilə şəbəkə ədəbiyyatının
müqayisəsində hər ikisinin uduzan və udan tərəfləri
var. Ənənəvi ədəbiyyat fundamentaldır, ―yazıya pozu
yoxdur‖, ―göz görür, ağıl kəsir‖, əlin ilə toxunduğun
hər şey realdır. Şəbəkə ədəbiyyatı isə, adından da
göründüyü kimi, elektron formada yayılır, müasirdir,
gələcək onundur! Kağız kitab, yoxsa elektron mətn?
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
202
202
Artıq son dövrlərdə elektron variantda oxumaq mənə
ləzzət verir. Amma burada həcm problemi var.
İnternet üzərindən, nədənsə, hər şeydə mobillik
zəruri ehtiyaca çevrilib. Əlifba məsələsi də mütaliə
və oxunmaq üçün bizə ciddi problem yaradır. Bu həll
edilməlidir.
Yalnız
Azərbaycan
dilinin
orfoqrafiyasına məxsus olan ―ə‖, ―ı‖, ―ö‖, ―ü‖, ―ğ‖,
―ç‖, ―ş‖ hərfləri İnternet ədəbiyyatına əsl problemə
çevrilib. Görünür bu barədə də ciddi tədbirlər planına
ehtiyac var...
- Maraqlı söhbətə görə minnətdarıq.
- Debata dəvət etdiyinizə görə təşəkkür edirəm.
Söhbətləşdi: Aydın Xan Əbilov
“Ədəbiyyat qəzeti”
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
203
203
203
Kreativ debat: İnternet, yoxsa şəbəkə
ədəbiyyatı?!
Paytaxtımız Bakı ölkəmizin elmi-mədəni düşüncə mərkəzi
olaraq nəinki bölgələrimizə, həm də qonşu dövlətlərə - istər
soydaşlarımızın toplum halda tarixi torpaqlarımızda yaşadığı
İran, Rusiya, Gürcüstan, İraq, Türkiyə, istərsə də Orta Asiya
respublikalarına, başqa Şərq məmləkətlərinə kulturoloji
təsiri
hər
zaman
araşdırmaçıları,
tədqiqatçıları
təəccübləndirib. Nizami Gəncəvidən üzü bəri, Füzuli,
Nəsimi, Tusi, Axundov Mirzə Cəlil kimi söz-düşüncə
sahiblərimizin
təsiri
ilə
yazıb-yaradan
Şərq
mütəfəkkirlərinin ədəbi-intellektual irsini xatırlayaq. Günü
bu gün də bu təsirlər görünməkdədir: söz yox, bizim
yerləşdiyimiz geosiyasi məkana görə Azərbaycan humanitar-
intellektual düşüncəsi də müxtəlif xarici təsirlərə, həmlələrə
məruz qalır. Onları milliləşdirməyi, özümüzküləşdirməyi
yaxşı bacarırıq və eləcə də qonşu xalqlara da ötürəndə
özümüzdən çox şeyləri qatırıq.
Bəs son vaxtlar Bakıda da geniş vüsət tapmış yeni düşüncə-
təsvir vasitələri bölgələrimizə necə, gedib çatırmı?! Budəfəki
söhbətimiz də məhz bu yöndədir. Həmsöhbət olaraq
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
204
204
Gəncəbasardan olan cavan yazıçını - Göygöl rayonunun
Üçtəpə kəndində dəqiq elmlər üzrə pedaqoq kimi çalışan,
eyni zamanda “Sirli kainat”, “Fateh” kimi bədii-fantastik,
eyni zamanda “Riyaziyyatın konstruktiv təlimlə tədrisi
metodikası” adlı elmi-metodoloji kitabın müəllifi, Təhsil
nazirliyinin keçirtdiyi “İlin müəllimi” müsabiqəsinin qalibi,
elmi-fantastik əsərləri ilə İnternet məkanında kifayət qədər
oxucu qazanmış Nurlan Quliyevadır.
- Nurlan xanım, sizcə, həyatımıza yenicə daxil olmasına
baxmayaraq, ənənəvi təsəvvürlərimizi, düşüncə tərzimizi,
dünyagörüşümüzü, hətta gündəlik yaşam tərzimizi dəyişən
yeni İKT texnologiyaları - kompüter, İnternet, sosial
şəbəkələr ədəbiyyatın inkişafında rolu nə qədər
əhəmiyyətlidir?
-
Yeni
İKT-nin
yaranması,
kompüterdən
istifadə
bacarıqlarının formalaşması, müxtəlif İnternet saytlarından,
elektron
resurslardan,
portallardan,
həmçinin
sosial
şəbəkələrdən istifadə cəmiyyətimizdə gedən qloballaşmanı
daha da sürətləndirdi. Zamanəmizdə istər Azərbaycanda, –
paytaxt Bakıdan tutmuş, ta əyalətlərə, kəndlərimizə qədər, -
istərsə də bütün dünyada, texnomodern Qərb mədəniyyətinin
təsiri ilə böyüyən, informasiya bolluğunda yaşayan gənc nəsil
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
205
205
205
yetişir. Məxsus olduğu xalqın milli-mədəni dəyərlərini əks
etdirdiyini nəzərə alsaq, bu mənada, tərbiyyəvi gücə malik
olduğunu nəzərə alsaq İnternetdə, sosial şəbəkələrdə
ədəbiyyatın yayımlanması və təbliği zəruridir. Ədəbiyyatın
inkişafına isə həmişə zaman və məkan amili güclü təsir
göstərib. İKT-nin inkişafı ədəbiyyata yeni məzmun, ifadə
vasitələri, fərqli mövzular verir, geniş imkanlar açır. Əğər
müasir yazar informasiya mədəniyyətinə sahibdirsə, o
ölkəsinin sərhədlərini aşır, İntrnet vasitəsilə dünyaya çıxır,
sosial şəbəkələrdə yaradıcılığını formalaşdırır, 50 milyonluq
soydaşımızla virtual təmasa girir.
- Əyalətdə yaşayan bir yazıçı kimi necə düşünürsüz, dünya və
çağdaş milli söz sənətimiz forma dəyişikliyinə, fərqli estetik
texnologiyaya, texniki yeniliklərə hazırdırmı?!
- Öz ölkələrində intellektual-kreativ insan kapitalın inkişaf
etdirən dünya dövlətləri artıq İKT-dən istifadənin bütün
sahələrdə - elm, incəsənət, ədəbiyyat və s. bəhrəsini görürlər.
Texnologiyalar bir alimə elmi işini modelləşdirmək,
fəaliyyətinin nəticəsini əvvəlcədən görmək imkanı verir. İKT
mədəniyyət - ədəbiyyat və incəsənətin bütün sahələrinə nüfuz
edir: postmodern ədəbiyyat nümunələri, bənzərsiz rəsm
əsərləri, müxtəlif məzmunlu və formalı filmlər və s. yaranır.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
206
206
Bunlara görə demək olar ki, dünya söz sənəti yeniliklərə
hazırdır.
Çağdaş milli söz sətimizə gəlincə, hələ görüləcək işlərimiz
çoxdur. Dünya fikir tarixində öz sözünü demiş klassiklərimiz
ədəbiyyatda öz layiqli yerlərini tutublar. Müasir nəsil qələm
adamlarımız isə sözlərə yeni çalarlar verməli, ən əsası,
intellektual-fəlsəfi əsərlər yaratmalıdırlar ki, həm ingilis, rus,
türk dilləri vasitəsilə dünyaya çıxışını təmin etmiş bizim gənc
oxucuları, həm də xariciləri maraqlandıra bilsinlər. Bədii
ədəbiyyat milliliyi saxlamaqla dünyəvi ideyaları təblığ etməli,
yazıçı geniş dünya görüşünə malik olmalıdır. Çağdaş milli
ədəbiyyata
intellektuallıq,
virtuallıq,
fərqli
düşüncə
texnologiyaları gətirilməlidir. Mən bunun gücünü öz
yazılarımda görmüşəm: azərbaycanca yazdığım, sosial
şəbəkələrdə paylaşdığım bədiiləşdirdiyim riyazi hekayələrim
xaricdə
yaşayan,
ana
dilimzdə
oxuyan
İnternet
istifadəçilərinin – türklərin, güneyli soydaşlarımızın diqqətini
başqa yazılarımdan daha çox cəlb edir.
- Maraqlıdır, bəs İnternet ədəbiyyatı dedikdə, şxsən siz
nəyi nəzərdə tutursuz: virtual, elektron, yaxud şəbəkə
ədəbiyyatını?
- İnternet ədəbiyyatı müxtəlif dövrlərdə yazılmış, hazırda
elektron varianta çevrilərək qlobal informasiya şəbəkəsində
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
207
207
207
yerləşdirilən mətnlər sayıla bilər. Ümumiyyətlə, oxucuya
virtual olaraq çatdırılan bütün növ ədəbiyyat nümunələri
İnternet ədəbiyyatı sayılmalıdır, əslində. Buraya İKT-nin
imkanları ilə əlaqədar yaranan və hətta sosial şəbəkələrdə
formalaşan ədəbiyyatı – profil yazılarını, qeydləri, şərhləri,
eləcə də, müxtəlif forumların, virtual debatların müzakirələrini
də əlavə etmək olar.
- Sizin necə, öz bloq, sosial şəbəkə səhifəniz, tutalım
Feysbuk
profiliniz,
yaxud fərdi saytınız varmı?
Zəmanəmizin bu texniki imkanlarından səmərəli istifadə
edə bilirsiz?
- Sözsüz, özümün yaratdığım ―Mədəniyyət‖ adlı saytım,
müxtəlif İnternet resurslarındakı 10-a yaxın bloqum, bir çox
qlobal şəbəkələrdə səhifəm, facebookda profilim və
mədəniyyətimizi təbliğ edən qrupum var. İmkan daxilində
bütün saytlarımı işlədirəm. Ən çox istifadə etdiyim isə Milli
Virtual-Elektron Kitabxanadakı - kitabxana.net portalında
yaratdığım bloqlar, mədəniyyətə aid nuraz.ucoz.ru ünvanlı
fərdi
saytım,
facebook.com
və
twitter.com
profil
səhifələrimdir.
- Feysbukda yazılan status yazılarını, qeydləri, onlara
ünvanlanmış
şərhləri,
aparılan
polemika
və
müzakirələrini, sizcə, şəbəkə ədəbiyyatı saymaq olar?
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
208
208
- Bilirsiz, İnternet, o cümlədən onun aparıcı istiqamətinə
çevrilmiş sosial şəbəkələr artıq dünya dövlətlərinin,
beynəlxalq təşkilatları birləşdirən, müxtəlif xalqların,
millətlərin, milyarlarla insanın bir araya gəldiyi virtual
məkana çevrilib, bir sözlə, real həyatın elektron variantı kimi
inkişaf etməkdədir. Bu məkandakı hər bir şəxs yalnız öz
mədəniyyətini, dünyagörüşünü deyil, həmçinin mənsub
olduğu millətin mədəniyyətini nümayiş etdirir. Sosial
şəbəkələr vasitəsilə ədəbiyyatımızı dünya miqyasında təbliğ
edə, dünya söz – fikir sənətilə, fərqli mədəniyyətlərlə
yaxından tanış ola bilirik. Feysbukdakı statuslar, qeydlər,
şərhlər onu yazan şəxsin inteklektual səviyyəsindən asılıdır.
İstedadlı şəxsin yazdığı və şəbəkədə paylaşdığı mətn, fikir,
əsər gözəl bir ədəbiyyat nümunəsi də ola bilər. Polemika və
müzakirələrsə müzakirə olunan məsələni kimin necə
görməsindən asılıdır...
-
Maraqlıdı, ən çox hansı sosial şəbəkələrdən
bəhrələnirsiz?
- Mən daha çox artıq öyrəşdiyim Feysbuk və Tvitter kimi
qlobal sosial şəbəkələrdən istifadə edirəm. Onlarda kifayət
qədər elektron izləyicim, virtual dostlarım və oxucularım var.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
209
209
209
- Şəxsən sizin yaradıcılığınıza, eləcə də əsərlərinzin
yayılmasına, imzanızın tanınmasına İnternet və sosial
şəbəkələrin təsiri böyükmü olub?
- Əlbəttə, yaradıçılığıma İnternetin çox böyük təsiri olub.
Məktəb illərindən bədii əsərlər yazırdım. Lakin yaşadığım
mühitdə bu haqda danışmaq mümkün deyildi. İlk dəfə evdə
―sirrimi‖ açdım. O anda köhnə kişilərdən olan müəllim atam
heç özü də nə söyləyəcəyini bilməyib xeyli fikirə getdi.
Amma məhz atam sonralar mənə çox dayaq oldu. Bilirsiz ki,
bölgələrdə yazıb-yaradanlar, xüsusən də hələ yenicə başlamış,
tanınmayan qadın müəlliflərin Bakıda öz əsərlərini çap etməsi
çox çətin məsələə idi. Amma mən təkidlə çap olunmaq
istəyirim. Göygöl, Daşkəsən rayonlarının, Gəncə şəhərinin
mətbuat orqanlarında silsilə yazılarım çap olundu. Paytaxt
qəzetlərinin biri fantastik hekayəmi nəşr etdi. Daha sonra 15 il
yaradıcılıqla məşğul olmadım. Son 10 ildə İKT və İnternetin
inqilabi inkişafı yaradıcılığıma təkan verdi. Riyaziyyat və
informatika müəllimi olduğumdan, kompüter texnologiyaları
bacarıqlarını çox tez mənimsəmişdim deyə, yeniliklərdən tez
xəbər tuturdum.
2009-cu ildə kitabxana.net saytında qeydiyyatdan keçib yeni
yazdığım əsərləri orada yaratdığım nuraz.kitabxana.net
ünvanlı bloqunda yerləşdirməyə başladım. Bununla da
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
210
210
yaradıcılığımın yeni dövrü başladı. Az vaxta fantastik
əsərlərdən ibarət ―Sirli kainat‖ adlı kitabım araya-ərsəyə gəldi.
Kitabxan.net
portalından, eləcə də Feysbuk sosial
şəbəkəsindən virtual tanış olduğum Yeni Yazarlar və
Sənətçilər Qurumunun rəhbəri Aydın Xan Əbilov əsərlərimə
dəyər verdi və məni birliyin üzvlüyünə qəbul etdi. Bundan
sonrakı bədii yaradıcılığımdakı bütün uğurlarıma görə məhz
ona minnətdaram.
Bədii yaradıcılığım pedaqoji fəaliyyətimə təsir göstərdi.
Azərbaycan Rspublikasının Təhsil Nazirliyi tərəfindən
metodik vəsait kimi təsdiq olunan ―Riyaziyyatın konsruktiv
təlimlə tədrisi metodikası‖ adlı kitabımı yazdım. İlk olaraq
kitabdakı materialları Milli Virtual Kitabxanada yaratdığım
nuraz7.kitabxana.net saytında yerləşdirmişdim.
―Fateh‖ adlı üçüncü kitabımın materiallarını da vaxtaşırı
kitabxana.net saytında və Feysbuk sosial şəbəkəsindəki
profilimdə paylaşmışam. Oxucularımın, sənət dostlarımınn
rəy və təklifləri həmişə məni ruhlandırıb. İnternet və sosial
şəbəkələr mənimçün dahi şəxsiyyət, ümummilli liderimiz
Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənmək
imkanı yaratdı. Aydın Xan Əbilovla həmmüəllif olduğumuz
―Heydər Əliyev məktəbi‖ adlı kitabımızı işlədik. Hazırda
bütün kitablarım İnterdə paylaşılır. Bütün sahələrdə böyük
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
211
211
211
həvəslə işlərimi davam etdirirəm. Ötən ilin sonunda 12 saylı
Ərazı Vergilər Departamentindən ―Vergi dostları‖ layihəsinə
seçildim. Bu işimdəki uğurlarıma da İnternetin böyük təsiri
olur.
- Ənənəvi söz sənəti, yoxsa şəbəkə ədəbiyyatı, kağız kitab,
yoxsa elektron kitab: seçiminiz?!
- Ənənəviyə hörmət edərək, milliyi qoruyaraq yeniliyə doğru
getməliyik. Sözsüz şəbəkədəki hər əsər ədəbiyyat nümunəsi
ola bilməz – zaman özü mətnləri, yazıları ələyəcək, yaxşılarını
seçəcək. Amma İnternet şəbəkəsi gözlərimiz önündə geniş
imkanları olan bir dünya açır – biz o dünyanın sakinləriyik.
Zaman və məkanın tələblərinə uyğun yaşamağa məcburuq, o
mənada seçimim şəbəkə ədəbiyyatı - elektron kitabdır.
Söhbətləşdi: Aydın Xan Əbilov
“Ədəbiyyat qəzeti”
Dostları ilə paylaş: |