39
Büdcədən kənar
fondlar
9,3
-
-
-
-
-
-
Sair
14,7
2,1
1,0
4,6
-
0.1
0.9
(Mənbə: Azərbaycanın sənayesi. Statistik məcmuə Bakı, 2014, s. 92)
Qeyd etmək lazımdır ki, kompüter istehsalına qoyulan 8,6 milyon manatlıq
investisiya tamamilə dövlət büdcəsinin vəsaiti hesabına reallaşdırılmışdır.
2005-2011-ci illərdə emal sənayesində texnoloji innovasiyalarla əlaqədar maşın
və avadanlığın alınmasına yönəldilən investisiyalar yalnız 2007-ci ildə, maliyyə
böhranından əvvəlki ildə sıçrayışla artmış və 49 milyon manat səviyyəsində
olmuşdur.
Dövlətin investisiya siyasəti 2 hissədən ibarətdir: tənzimləmə və stimullaşdırma.
Tənzimlənmə sistemi hər qoyulan kapitalın pul vahidinə (manata) görə maksimim
gəlirin əldə edilməsini nəzərdə tutur. Stimullaşdırıcı element isə maksimum
investisiya cəlb olunmasını tələb edir.
İnvestisiya siyasətinin əsas prinsipləri:
iqtisadiyyatın real sektoruna yönələn investisiyaların səmərəliyini təmin
edən faiz dərəcəsinin müəyyən edilməsi;
vergi sisteminin sadələşdirilməsi;
amortizasiya siyasətinin təkmilləşdirilməsi;
investisiya cəlbediciliyi baxımından müəssisələrin yenidən qurulması üçün
şəraitin yaratması;
əhalinin yığımlarını stimullaşdırmaq məqsədi ilə investisiya risklərinin
azaldılması üçün şəraitin təkmilləşdirilməsi;
büdcənin resurs vəsaitlərinin səmərəliyini artırmaq üçün onların müsabiqə
əsasında
yerləşdirilməsi;
prioritet investisiya layihələrinin qarışıq, yanı dövlətkommersiya əsasında
maliyyələşdirilməsi;
40
xüsusi investisiya qoyuluşlarına dövlət zəmanəti;
büdcə vəsaitinin məqsədli istifadəsinə nəzarətin gücləndirilməsi.
İqtisadiyyatın səmərəli inkişafı üçün ənənəvi inkişaf modelindən innovasiyalı
modelə keçidi təmin etmək vacibdir. Yalnız innovasiyalı inkişaf modeli xammalın
ixracında ixtisaslaşdırılmış iqtisadiyyatdan postindustrial iqtisadiyyata, elm tutumlu
sahələrin inkişafına keçidi təmin edə bilər və ölkə qloballaşan dünyada özünə daha
layiqli yer tuta bilər. Müasir dövrdə yalnız innovasiya tipli inkişafa nail olan ölkələr
iqtisadi və hərbi-siyasi təhlükəsizliyini təmin edə bilər, əhalisinin həyat səviyyəsinin
müasir sivilizasiya uyğun olmasına şərait yaradar. Xarici bazarda sərt rəqabətə davam
gətirmək üçün innovasiyalı inkişaf ölkənin beynəlxalq münasibətlər subyekti kimi
fəaliyyətinin əsas şərtlərindən biridir.
İnnovasiyaların işlənib hazırlanması və tətbiqinin əsas məqsədi rəqabət
strategiyasında üstünlüyün əldə olunmasıdır. İnnovasiyalı fəaliyyət nəticəsində
innovasiya potensialı yaradılır. İnnovasiya potensialına aşağıda adı çəkilənlər
daxildir:
yeni məhsulun yaradılması, yəni onun istehsalı və ya təkmilləşdirilməsi.
Bunun üçün maliyyə, texnoloji, elmi-texniki imkanları, texnoloji prosesin
müxtəlif mərhələlərində olması və mütəxəssislərin vacibdir;
yeni, rəqiblərin məhsulundan keyfiyyətcə üstün, istehlakçıların dəyişən
tələblərinə cavab verən məhsulların işlənib hazırlanmasını, istehsalını və
satışının təşkil etmək imkanı olmalıdır.
Dünya təcrübəsi göstərir ki, investisiyaların innovasiyaya yönəlməsi
iqtisadiyyatın sürətli inkişafına, həyat səviyyəsinin artırılmasına gətirir. Eyni zamanda
innovasiyalı sahələrin inkişafı bəzi hallarda itkilərlə müşahidə olunur. Məsələn,
fundamental elmə qoyulan vəsait geri qaytarılmaya da bilər. Hazırda
nanotexnologiyalara qoyulan vəsait gözlənilən səmərə verməyib. Bu səbəbdən
innovasiya yönümlü investisiyaların səmərəliyi mütləq nəzərə alınmalıdır.
41
Hazırkı bazar iqtisadiyyatı şəraitində innovasiyaların və innovativ proseslərin
kommersiyalaş- dırılması məsələsi xüsusi aktuallıq kəsb edir. Belə ki, işlənilmiş
innovasiya layihələrinin kommersiyalaşdırılması üçün investorların axtarışı əsasən
çox zəhmət tələb edən, bəzən isə yerinə yetirilə bilməyən iş sayılır. Buna baxmayaraq,
iqtisadiyyatın innovativ inkişaf istiqamətlərinə yönləndirilməsi sahəsində yüksək
aktivliyi olan dövlətin indiyə qədər lazımı səviyyədə elmin, istehsalın və bazarın
hüquqi, təşkilati və iqtisadi qarşılıqlı əlaqə mexanizmləri yaxşı işlənilməmişdir.
2.2 İnnovativ inkişaf strategiyası və onun işlənib hazırlanmasında dövlətin rolu
İqtisadçı alimləri üçüncü minilliyə qədəm qoyarkən cəmiyyətin inkişafında ən
böyük amil kimi kosmosun tətbiqi, informasiya texnologiyaları, genetika, nüvə
energetikası deyil ümumiləşdirici xarakter daşıyan innovasiya proseslərinin olduğunu
qəbul etmiş və buna uyğun olaraq hər bir dövlətin iqtisadi qüdrətinin artması,
təhlükəsizliyinin təmin edilməsi üçün məhz milli innovasiya sisteminin yaradılması
hesab edilmisdir.
Son illərdə iqtisadiyyatın elmi əsaslarla innovativ inkişafı yeni texnologiyalar,
yeni xidmət növləri və idarəetmənin təşkili sahəsindəki yeniliklərdən daha çox və
səmərəli istifadə edilməsinə əsaslanır. İstənilən ölkənin iqtisadiyyatı elmin və
texnologiyanın inkişafı, eləcə də onların tətbiqi ilə birbaşa qarşılıqlı surətdə əlaqəlidir.
Qabaqcıl ölkələrdə iqtisadiyyatın inkişafında innovasiya siyasətinin formalaşması
əsas məsələlərdən biri hesab olunur.
İqtisadiyyat və innovasiya proseslərinin dövlət tənzimlənməsi və dəstək bazar
münasibətlərinə iqtisadiyyatının transferi əsas şərtlərdən biridir. Dövlət böhranı
aradan qaldırmaq üçün bir proqram yaratmaq üçün, ölkənin elmi, texnoloji və
innovasiya potensialının inkişafına dövlət dəstəyi lazımdır.