daha uzun müddətə dövr etdirdikdə daha çox mənfəət əldə etmiş olur. Müddət
başa çatdıqdan sonra borc alan həmin krediti sahibinə geri qaytanr. Göründüyü
kimi, biz kredit münasibətinin vahid zaman ərzində mövcudluğunu izlədik.
Dövlət borcu münasibətləri dünya və ölkə miqyasında iqtisadiyyatın aktual
məsələlərindən birinə çevrilmişdir. Dövlət borcu hökumət tərəfindən həyata
keçirilən məqsədli maliyyə-kredit siyasətinin vacib həlqələrindən biri olmaqla
yanaşı, ölkənin iqtisadi təhlükəsizliyini ifadə edən başlıca göstərici kimi də
xarakterizə olunur. Hazırkı dövrdə borcları ilə bağlı məsələlər böyük əhəmiyyət
kəsb etdiyindən həm Mərkəzi iqtisadiyyat, həm də dünya miqyasında bu
məsələnin dərindən öyrənilməsinə ehtiyac yaranır.
Mövzunun aktuallığı.
Yaşadığımız son on illik dövr Azərbaycan iqtisadiyyatında görülən işlərin,
əldə olunmuş nailiyyətlərin miqyası baxımından böyük tarixi inkişaf dövrüdür. Bu
mənadə ötən on ildə iqtisadi inkişafın konseptual əsaslarını nəzərdən keçirmək və
əldə edilmiş nəticələri təhlil etmək böyük maraq kəsb edərdi. Nəzərə almaq
lazımdır ki, 10 illik qısa tarixi inkişaf dövründə ölkədə iqtisadi quruculuq
sahəsində əldə edilən uğurlar nə qədər çətin olsa da həyata keçirilən müstəqil
dövlət quruculuğunun güclü sosial-iqtisadi bazasının formalaşdırılmasında
həlledici rol oynamışdır.
Bazar münasibətlərinə doğru hərəkət etdiyimiz bir vaxtda yeni sistemin
tərkibində mühüm rol oynaya biləcək məsəllərdən biri maliyyə sistemidir. Maliyyə
sisteminin aparıcı həlqəsini isə Dövlət Maliyyəsi təşkil edir ki, onun da mühüm
elementlərindən biri dövlət büdcəsidir. Dövlət büdcəsi isə iqtisadiyyatda çox
iqtisadiyyatda çox önəmli əhəmiyyətli rol oynayır.
Dövlət büdcəsinin tərkibinlə təhlillə ehtiyacı olan məsələlərdən biri büdcə
kəsiridir. Büdcə kəsiri iqtisadiyyata çox aktiv təsiri olan mürəkkəb bir anlayışdır.
Müasir iqtisadi şəraitdə bu məsələ aktual problem olduğundan, məhz buna
görə də mən bu mövzunu seçmişəm və çalışmışam ki, araşdırmalar və təhlillər
aparmaqla bu məsələ ilə bağlı bəzi problemləri açıqlayam.
Tədqiqatın məqsədi. Bazar iqtisadiyyatına keçid dövründə olan Azərbaycanda
iqtisadiyyatın mövcud şəraitində büdcənin gəlir və xərcləri tarazlaşdırmalıdır, yəni
xərclər gəlirlərə bərabər olmalıdır. Lakin müəyyən məkan və zaman daxilində
büdcənin gəlir və xərclərinin uyğun gəlməməsi labüddür və obyektiv zərurətdən
doğur. Maliyyə ilində büdcənin xərcləri gəlirlərindən artıq ola bilər. Belə olan
halda büdcə kəsiri yaranır. Büdcə kəsiri ölkə iqtisadiyyatına çox mənfi təsir göstərə
bilər.
Ona görə də tədqiqatın məqsədi büdcə kəsirinin iqtisadi mahiyyətini
açıqlamaq, onun digər makroiqtisadi göstəricilərlə əlaqəsini təhlil etmək, büdcə
kəsirinin örtülməsi üsullarının və azaldılması istiqamətlərinin, eləcə də onun
daxili və xarici maliyyələşdirmə mənbələrinin müəyyən edilməsidir. Lakin, bu
zaman elə üsullar, istiqamət və mənbələr seçilməlidir ki, maliyyə–büdcə
siyasətinin stimullaşdırıcı effektini neytrallaşdırmasın.
Tədqiqatın predmeti və obyekti
Mövzuda tədqiqatın obyekti büdcə kəsiridir. Ilk növbədə dövlət büdcəsi
kəsirinin minimuma endirilməsi məqsədilə dövlət kreditinin fəaliyyəti təhlil edilir.
Dövlət krediti bir alət kimi büdcə kəsirinin örtülməsində əsasən fəaliyyət
göstərdiyi üçün o tədqiqatın predmeti kimi müəyyən olunmuşdur.
Elmi yenilik
Respublikamızda büdcə kəsirinin maliyyələşdirilməsi mənbəyi kimi qısa
müddətli xəzinə vekselindən də istifadə oluna bilər. Xəzinə vekselini bir büdcə
ili ərzində gəlirləri və xərcləri tarazlaşdırmaq, həmçinin büdcədən sosial
müdafiə və sosial təminat xərclərinin vaxtında ödənilməsini həyata keçirmək
üçün istifadə etmək olar.
Dünya təcrübəsində dövlətin daxili və xarici borclarının ödənilməsi
xərcləri dövlət investisiya xərclərindən aşağı olmalıdır. Bu qayda Almaniyada
mövcuddur və «qızıl qayda» adlanır. Bu qaydaya bütün Avropa dövlətləri əməl
edir.
Təcrübi əhəmiyyəti
Bazar iqtisadiyyatına keçid şəraitində ölkədə mövcud olan büdcə kəsiri
məsələsinin öyrənilməsi və təhlili mühüm əhəmiyyə kəsb edir. Ona görə ki,
büdcə kəsirinin iqtisadiyyata təsiri mənfi nəticələrə səbəb olur.
Məhz bu səbəbdən də Maliyyə Nazirliyi tərəfindən büdcə kəsirinin
maliyyələşdirilməsi ilə bağlı kompleks tədbirlər işlənib hazırlanması
məqsədəuyğundur. Lakin, qeyd etməliyik ki, respublikamızda Maliyyə
Nazirliyinin nəzdində büdcə kəsiri problemi ilə məşğul olan ayrıca elmi
mərkəz yoxdur. Elmi mərkəzin yaradılması isə iqtisadiyyatın keçid dövründə
aktual problem olan bu məsələnin həllində mühüm rol oynaya bilər.
Işin strukturu və həcmi
Mövzunu quruluşu referatdan, girişdən, üç fəsildən, nəticə və təkliflərdən
və sonra istifadə olunmuş ədəbiyyatdan ibarətdir.
Birinci fəsil üç sualdan ibarət olmaqla büdcə sisteminə aid nəzəri
məsələləri əhatə edir. Ikinci fəsil üç sualı əhatə etməklə, müasir dövrdə
Azərbaycanda fiskal siyasət və onun iqtisadiyyatın tənzimlənməsində rolu,
büdcə kəsiri, onun makroiqtisadi göstəricilərlə əlaqəsi və maliyyələşdirilmə
mənbələri təhlil olunur.
Nəhayət, üçüncü fəsil dövlət kreditinin səmərəli idarə olunması, problemləri
ilə yanaşı həmdə bu sahədə dünya təcrübəsinin Azərbaycan reallığına tədbiqinin
imkanlarını öyrənir. Bütün bu məsələlərin təhlili gələcəkdə büdcə kəsirinin
aradan qaldırılmasında zəruri əhəmiyyət kəsb etməlidir.
Hər bir dövlətin iqtisadi və siyasi təşkilinə, dövlət quruluşuna müvafiq
olaraq maliyyə sistemi fərmanlanır və fəaliyyət göstərir. İnkişaf etmiş xarici
ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasının da özünə məxsus maliyyə
sistemi formalaşır və inkişaf edir. Maliyyə sistemi ölkənin bütün maliyyə
həlqələrinin məcmuyu və onlar arasındakı qarşılıqlı əlaqələrin təşkilindən ibarətdir.
Azərbaycan Respublikasının maliyyə sistemi ümum dövlət maliyyəsindən
və müəssisələrin , təşkilatların maliyyəsindən ibarətdir. Dövlət maliyyəsinə dövlət
büdcəsi, büdcədən kənar dövlət fondları, dövlət krediti və sığorta fondlarından
ibarətdir. Müəssisələrin maliyyəsi dövlət müəssisələrinin maliyyəsindən, xüsusi
müəssisələrin
maliyyəsindən,
bələdiyyələrin
maliyyəsindən,
səhmdar
cəmiyyətlərin maliyyəsindən, icarə müəssisələrinin və ictimai müəssisələrin
maliyyəsindən ibarətdir.
Maliyyə sistemində dövlət büdcəsi aparıcı və mərkəzi yer tutur. Dövlət
büdcəsi dövlətin funksiyalarının həyata keçirilməsi üçün mərkəzləşdirilmiş pul
vəsaiti fondunun yaradılması və istifadəsinin iqtisadi formasıdır. Dövlət büdcəsinin
sosial-iqtisadi mahiyyəti və rolu onun gəlirləri və xərclərinin ümumi
xarakteristikası əsasında izah edilir. Müstəqil və bazar iqtisadiyatı inkişaf yoluna
qədəm qoymuş Azərbaycanın büdcə gəlirləri qanunla müəyən olunmuş vergilər,
rüsumlar və digər ödənişlər hesabına formalaşır.
Dövlət büdcəsinin xərcləri müvafiq büdcə təsnifatına uyqun olaraq cari
xərclərini investisiya, innovasiya və digər xərclərin maliyyələşdirilməsinə
yönəldilir. Sosial-iqtisadi məzmununa görə büdcə xərcləri iqtisadi inkişaf və
tənzimləmə, sosial sferanın maliyyələşdirilməsi, ölkənin müdafiəsi və idarəetmə
xərclərindən ibarət qruplaşdırılır.
Dövlət büdcəsində məqsədli büdcə fondları da yaradılır və istifadə edilir.
Azərbaycanın maliyyə sistemində öz yerinə və roluna görə müəssisələrin və
təşkilatların maliyyəsi xüsusi əhəmiyyət kəsb edir. Kommersiya müəssisələrinin
maliyyəsi maliyyə sistemində əsas həlqə olmaqla ümumi daxili məhsulun bölgüsü
və yenidən bölgüsündə artan iştirak edir. Müəssisələrin maliyyəsi təsərrüfat
subyeklərinin sahibkarlıq fəaliyyəti üçün məqsədli pul vəsaiti fondlarının
yaradılması, bölgüsü və istifadəsi ilə əlaqədar olaraq meydana gələn pul
münasibətləridir. Bu prosesdə müəssisələrin maliyyə resuslarının formalaşması və
istifadəsi dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının təşkilinə də fəal təsir
göstərir.
Müəssisələrin maliyyə resurslarına xüsusi və ona bərabər tutulan vəsaitləri,
maliyyə bazarından əldə etdiyi maliyyə resursları, bank və maliyyə sistemindən
daxil olan maliyyə resursları aiddir. Maliyyə resursları fəaliyyət göstərən
müəssisələrdə mənfəət, amortizasiya ayrımları, satılmış məhsulun dəyəri və s.
hesabına yaranır.
Azərbaycanın maliyyə sistemində dövlət krediti mühüm rol oynayır. Dövlət
krediti müəssisələrin, əhalinin sərbəst pul vəsaitlərinin dövlət tərəfindən geri
qaytarmaq
şərtilə
cəlb
edilməsi
və
dövlət
büdcəsi
üzrə
xərclərin
maliyyələşdirilməsi üçün istifadə olunan dövlət borclarından ibarətdir ki, bu zaman
borc alan dövlət, borc verən kimi hüquqi və fiziki şəxslər çıxış edirlər.
Dövlət krediti həm daxili, həm də xarici dövlət borcu formasında özünü
göstərir. Daxili borclar daxili maliyyə mənbələri hesabına alınır. Daxili bazarda
borc almaq imkanı olmadıqda dövlət xarici mənbələrdən borc almaq
məcburiyyətində qalır.
Ümumiyyətlə, dövlət kreditindən istifadə edərkən, daxili borclara üstünlük
vermək daha məqsədəuyqundur. Çünki daxili borclar alınarkən daha tez bir
zamanda pul vəsaiti əldə edilir və bu vəsait də büdcə xərclərini ödəməyə yönəldilir.
Daxili borclardan geniş istifadə etmək üçün respublikada maliyyə bazarını
inkişaf etdirmək lazımdır. Daxili maliyyə bazarını, yəni qiymətli kağızlar bazarını
inkişaf etdirmək məqsədilə fond birjalarının inkişafına stimul yaradılmalıdır.
Xarici borclara meyl etmək heç də məqsədəuyğun sayılmamalıdır, çünki
xarici dövlət borcları zamanı borc verən ölkə öz şərtlərini diktə edir, ölkənin
iqtisadi inkişafı xarici ölkənin təsiri altına düşür. Ona görə də ölkəyə iqtisadi
islahatlar həm də daxili maliyyə bazarının inkişafına şərait yaratmalıdır. Bu da
ölkənin qiymətli kağızlar bazarının inkişafına təkan verərdi.
РЕЗЮМE
Актуальность темы дипломного исследования состоит в том, что
государственный кредит и его правовое регулирование - одна из наиболее
актуальных и сложных проблем для современной Азербайджанcкой
экономики.
Необходимо отметить, что проводимая в последние годы политика
бюджетного профицита помогла снизить остроту долговой проблемы.
Однако государственный долг в настоящее время остается одной из наиболее
острых проблем, сдерживающих социально-экономический рост страны.
Государственный кредит является составной частью финансовой системы
любого государства и активно используется им в целях сбалансированности
бюджетно-финансовой и денежно-кредитной политики. Представляя собой
одну из форм мобилизации финансовых ресурсов, государственный кредит
играет двоякую роль. Во-первых, в отношениях по государственному долгу
он направлен на формирование дополнительных денежных средств в целях
финансирования
основных
функций
государства.
Во-вторых,
государственное
кредитование
представляет
собой
одну
из
форм
распределения
имеющихся
денежных
средств
для
финансирования
отдельных
направлений
государственной
деятельности
и
отраслей
экономики.
SUMMARY
Relevance of a subject of degree research consists that the state credit and its
legal regulation - one of the most actual and complex problems for the modern
Azerbaijanian of economy.
It should be noted that the policy of the budgetary surplus pursued in recent
years helped to reduce sharpness of a debt problem.
However the public debt remains to one of the most burning problems containing
the social and economic growth of the country now.
The state credit is a component of a financial system of any state and is
actively used by it for balance budgetary and financial and a monetary policy.
Representing one of forms of mobilization of financial resources, the state credit
plays a double role. First, in the relations on a public debt it is directed on
formation of additional money for financing of the main functions of the state.
Secondly, the state crediting represents one of forms of distribution of the available
money for financing of the certain directions of the state activity and branches of
economy.
Mərdanova Oksana Rəşad qızının “Büdcə kəsirinin
maliyyələşdirilməsində dövlət kreditinin rolu”
mövzusunda yazdığı dissertasiya işinə
RƏY
Dövlət büdcəsinin tərкibinlə təhlillə еhtiyacı оlan məsələlərdən biri
büdcə кəsiridir. Büdcə кəsiri iqtisadiyyata çох aktiv təsiri оlan mürəkkəb bir
anlayışdır. Bazar iqtisadiyyatına кеçid dövründə оlan Azərbaycanda iqtisadiyyatın
mövcud şəraitində büdcənin gəlir və хərcləri tarazlaşdırmalıdır, yəni хərclər
gəlirlərə bərabər оlmalıdır. Laкin müəyyən məkan və zaman daхilində büdcənin
gəlir və хərclərinin uyğun gəlməməsi labüddür və оbyекtiv zərurətdən dоğur.
Maliyyə ilində büdcənin хərcləri gəlirlərindən artıq оla bilər. Bеlə оlan halda
büdcə kəsiri yaranır. Büdcə kəsiri ölкə iqtisadiyyatına çох mənfi təsir göstərə bilər.
Оna görə də tədqiqatın məqsədi büdcə kəsirinin iqtisadi mahiyyətini
açıqlamaq, оnun digər makrоiqtisadi göstəricilərlə əlaqəsini təhlil еtməк, büdcə
кəsirinin örtülməsi üsullarının və azaldılması istiqamətlərinin, еləcə də оnun
daхili və хarici maliyyələşdirmə mənbələrinin müəyyən еdilməsidir. Laкin, bu
zaman еlə üsullar, istiqamət və mənbələr sеçilməlidir кi, maliyyə–büdcə
siyasətinin stimullaşdırıcı еffекtini nеytrallaşdırmasın.
Maqistrant
çox
düzgün
müəyyən
edib
ki
büdcə
kəsirinin
maliyyələşdirilməsində dövlət kreditinində böyük əhəmiyyəti vardır. Dövlət bu
zaman həm kreditor, həm zəmanətçi, həmdə kredit alan kimi çıxış edir.
Mərdanova Oksana Rəşad qızı dissertasiya işinin yazılışı prosesində özünü
savadlı, təmkinli iddiaçı kimi göstərməklə yanaşı həmdə istifadə olunmuş xüsusi
ədəbiyyatlardan sərbəst nəticə çıxartmaq qabiliyyətinə malik olan bir maqistr kimi
də göstərmişdir. Mərdanova Oksana Rəşad qızı qoyulan məqsədə nail olmasını
nəzərə alaraq onun maqistr işini müdafiəyə buraxılmasını məqsədə uyğun hesab
edirəm.
Elmi rəhbər: i.e.n. prof. A.M.Kərimov
Mərdanova Oksana Rəşad qızının “Büdcə kəsirinin
maliyyələşdirilməsində dövlət kreditinin rolu”
mövzusunda yazdığı dissertasiya işinə
RƏY
Dövlət özünün funksiyalarını həyata keçirmək üçün müxtəlif mənbələrdən pul
vəsaitlərini səfərbərliyə alır. Lakin dövlət öz xərclərini fasiləsiz və kəsirsiz
maliyyələşdirmək üçün bəzi hallarda dövlət büdcəsində mövcud gəlirlər kifayət
etmir. Ona görə də müəssisələrin, habelə əhalinin sərbəst pul vəsaitini cəlb etməli
olur. Müəssisələrin, əhalinin sərbəst pul vəsaitlərinin cəlb edilməsinin əsas
formalarından biri də dövlət kreditidir. Deməli, dövlətin gəlirləri xərclərini
ödəmədikdə və büdcə kəsiri əmələ gəldikdə dövlət borc almalı olur. Ölkə daxilində
dövlət kredit əməliyyatlarını həyata keçirərkən dövlət borc alan kimi müəssisə,
təşkilatlar və əhali kreditor, yəni borc verən kimi çıxış edirlər.
Maqistrant
çox
düzgün
müəyyən
edib
ki
büdcə
kəsirinin
maliyyələşdirilməsində dövlət kreditinində böyük əhəmiyyəti vardır. Dövlət bu
zaman həm kreditor, həm zəmanətçi, həmdə kredit alan kimi çıxış edir.
Mərdanova Oksana Rəşad qızı dissertasiya işinin yazılışı prosesində özünü
savadlı, təmkinli iddiaçı kimi göstərməklə yanaşı həmdə istifadə olunmuş xüsusi
ədəbiyyatlardan sərbəst nəticə çıxartmaq qabiliyyətinə malik olan bir maqistr kimi
də göstərmişdir. Mərdanova Oksana Rəşad qızı qoyulan məqsədə nail olmasını
nəzərə alaraq onun maqistr işini müdafiəyə buraxılmasını məqsəsdə uyğun hesab
edirəm.
Rəyçi:
i.e.n. dos. Abbasov S.A.
Dostları ilə paylaş: |