1
HÜSEYNZADƏ İLAHƏ
,
Magistr I kurs (Qədim Misir mədəniyyəti)
Qədim Misir mədəniyyəti təşəkkül tapmış ən ilkin mədəniyyət
mərkəzlərindəndir. Misirin dövlət kimi formalaşması b.e.ə. IV minillikdə
başlamışdır. Artıq yeni minilliyin əvvəllərində Nil çayının şimal və cənubunda 40-
dan artıq şəhər yaranmağa başlayır. Minilliyin II yarısında iki iri dövlət birliyi:
mərkəzi Buto olan Şimali (Aşağı) şahlıq və Cənubi (Yuxarı) şahlıq mövcud olur.
Bir çox əsrlər ərzində Misir dövlətində insanlar müxtəlif allahlara sitayiş etmiş və
dini ayinlər icra etmişdir. Misirlilərin dini təsəvvürlərinə görə insan müxtəlif
keyfiyyətlərə xasdır və bunlar belə adlandırılır – insan vücudu, - Sax, onun kölgəsi
Şunt, adı Ren və s. Bunların içərisində insanın ruhu olan Ka başlıca yer
tutur. Məhz Ka ölmüş cəsədə qovuşaraq insanın dirilməsinə kömək edir. Ölümdən
sonrakı həyatın başlıca şərti, misirlilərə görə cəsədin saxlanması hesab edilirdi. Bu
qayğı mumiya hazırlanması sənətinin təşəkkülü üçün başlıca şərt oldu. Ölümdən
sonrakı dövrdə insan bədəninin uzun müddət saxlanması üçün xüsusi sərdabələrin
tikilməsi vacib hesab edildi. Misirlilər belə qənaətdə idilər ki, ölməz və incə ruhun
yenidən əvvəlki, öz doğma yerinə – bədəninə gəlişi digər nəzərlərdən yayınmaq və
qorunmaq üçün piramidalar daha əlverişlidir.
Misirin təsviri və monumental sənəti bütövlükdə bu ölkənin mədəniyyətini
əhatə etmiş oldu. Əzəmətli tikinti sayılan Xatşepsutun xeyrat məbədi (Dey əl-
Bəhridə) 200 heykəltəraşın sənətkarlığını təzahur etdirirdi. Misirlilər ehram, məbəd
və sarayların qarşısında sütunların tikilişinə xüsusi fikir verirdilər. Ra allahının
şərəfinə ucaldılan və yuxarı hissəsi mislə örtülmüş yüksək daş sütun
belələrindəndir. Belə sütunlar çox vaxt heroqliflərlə də bəzədilirdi. Qədim Misir
təsviri sənəti parlaq və təmiz rəngləri ilə fərqlənirdi. Memarlıq tikililəri, sfinkslər,
heykəllər, relyeflər xüsusi rənglərlə boyanırdı. Boyalar əsərlərə xüsusi ahəngdarlıq
bəxş edirdi. Qədim Misir sənətkarları – rəssamlar, heykəltəraşlar, memarlar təbiət
və həyatı incə şəkildə qavramağa və dərk etməyə qadir idilər. Məhz buna görə
Misirdə dekorativ-tətbiqi sənət də yüksək səviyyəyə çatmışdır. Bu sənət sahəsinin
əsas aparıcı nümunələri - alebastr, büllur, taxta və fil sümüyündən hazırlanmış istər
məişət və zərgərlik abidələridir. Qablar, dolçalar, qızıl qolbaq, sinə boyunbağıları
və üzüklər ən bahalı və zəngin daş-qaşla bəzədilirdi.
Misirin musiqi mədəniyyətinin tarixi dünyada daha qədimdir. Musiqi qədim
misirlilərin bütün həyat və məişətini – dini mərasimlərini, kütləvi bayramlarını
müşayiət edirdi. Buraya rəqs, pantomima, dramatik səhnə və ədəbi nümunələr
daxil idi. Qədim Misirdə musiqi «xi» - yəni zövq, ləzzət alma mənasında
işlədilirdi. Musiqi həm də sirli, tilsimli, magik xüsusiyyətlər kəsb etdiyindən
musiqi alətləri tembrə görə deyil, məhz mistik əlamətlərinə görə seçilirdi.
Dövrümüzə qədər gəlib çatmış ilk musqi mədəniyyəti abidələri təqribən e.ə 5-ci
minilliyə aiddir. Qədim divar rəsmləri və sərdabələrin divarlarındakı barelyeflərlə
müğənni və musiqiçilərin təsvir olunması musiqini məişətdə geniş