M Ü Ə L L İ F V Ə Ə S Ə R L Ə R İ H A Q Q I N D A
Harun Yəhya imzasından istifadə edən müəllif Adnan Oktar 1956-cı ildə
Ankarada anadan olub. Orta təhsilini Ankarada tamamlayıb. Daha sonra
İstanbul Memar Sinan Universitetinin Gözəl Sənətlər fakültəsində və İstanbul
Universitetinin Fəlsəfə fakültəsində təhsil alıb. 80-ci illərdən bəri imani, elmi və
siyasi mövzularda bir çox əsər yazıb. Bununla yanaşı, müəllifin təkamülçülərin
saxtakarlığını, iddialarının əsassızlığnı və darvinizmin qanlı ideologiyalarla
olan qaranlıq əlaqələrini üzə çıxaran çox mühüm əsərləri var.
Harun Yəhyanın əsərləri təxminən 40.000 şəklin yer aldığı bütovlükdə 55.000
səhifəlik bir külliyyatdır və bu külliyyat 63 müxtəlif dilə tərcümə edilmişdir.
Müəllifin imzası inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin
xatirəsinə hörmətlə, adlarını yad etmək üçün Harun və Yəhya adlarından
ibarətdir. Yazıçı tərəfindən kitabların cildində Rəsulullahın möhüründən
istifadə edilməsinin simvolik mənası isə kitabların məzmunu ilə bağlıdır.
Bu möhür Qurani-kərimin Allahın son kitabı və son sözü, Peyğəmbərimizin
(s.ə.v.) də xatəmül-ənbiya (son peyğəmbər) olduğunu bildirir. Müəllif də dərc
etdirdiyi bütün əsərlərində Quranı və Peyğəmbərin sünnəsini özünə rəhbər
tutmuşdur. Bu yolla inkarçı ideologiyaların bütün təməl iddialarını tək-tək
məhv etməyi və dinə qarşı yönəldilən etirazları tamamilə susduracaq “son
sözü” söyləməyi qarşısına məqsəd qoymuşdur. Böyük hikmət və kamal sahibi
olan Rəsulullahın möhürü bu son sözü söyləmək niyyətinin bir duası kimi
istifadə edilir.
Müəllifin bütün əsərlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya
çatdırmaqdır. Beləliklə, insanları Allahın varlığı, birliyi, axirət kimi əsas imani
mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız
təməllərini və azğın fəaliyyətlərini nəzərə çatdırmaqdır.
Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən
İndoneziyaya, Polşadan Bosniya və Hersoqovinaya, İspaniyadan Braziliyaya,
Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və
Rusiyaya qədər dünyanın bir çox ölkəsində bəyənilərək
oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal,
urdu, ərəb, alban, rus, bosnyak, uyğur, indonez,
malay, benqal, serb, bolqar, Çin, kişvahili (Tanzaniyada
işlədilir), hausa (afrikada geniş işlədilir), divelhi
(Mavritaniyada işlədilir), danimarka
və isveç kimi bir
çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi
tərəfindən daima oxunur.
Dünyanın hər tərəfində çox bəyənilən bu
əsərlər bir çox insanın iman gətirməsinə, bir çoxunun da imanının dərinləşməsinə
vəsilə olur. Kitabları oxuyan, nəzərdən keçirən hər bir şəxs bu əsərlərdəki
hikmətli, əsaslı, asan başa düşülən və səmimi üslubun, ağıllı və elmi yanaşmanın
fərqinə varırlar. Bu əsərlər sürətlə təsir etmək, qəti nəticə vermək, etirazlara yer
qoymamaq, əsaslılıq kimi xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində
ciddi düşünən insanların, artıq materialist fəlsəfəni, ateizmi və digər batil fikir
və fəlsəfələrin heç birini səmimi şəkildə müdafiə etməsi mümkün deyil. Bundan
sonra müdafiə etsələr də, ancaq inadkarlıqla müdafiə edəcəklər, çünki ideoloji
əsasları məhv edilmişdir. Dövrümüzdəki bütün inkarçı meyillər Harun Yəhya
külliyyatı qarşısında fikrən məğlub olmuşlar.
Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikməti və izahının valehediciliyindən
qaynaqlanır. Müəllifin özü bu əsərlərinə görə lovğalanmır, yalnız Allahın
hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin nəşrində
və yayımlanmasında maddi məqsəd güdmür.
Bu həqiqətlər nəzərə alındıqda insanların görmədiklərini görmələrini təmin
edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasına sövq etməyin də çox
mühüm xidmət olması məlum olur.
Bu dəyərli əsərləri tanıtmağın əvəzinə insanların ağlını qarışdıran,
fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri dağıtmaqda, imanı
qurtarmaqda güclü və kəskin təsiri olmadığı ümumi təcrübədə müəyyən
edilən kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq
məqsədindən daha çox müəllifin ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə
bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu barədə şübhəsi olanlar varsa,
Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi məhv etmək və Quran
əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, uğur və səmimiyyətin açıq
şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.
Dünyadakı zülm və qarışıqlığın, müsəlmanların çəkdiyi əziyyətlərin əsas
səbəbinin dinsizliyin ideoloji hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə
dinsizliyin fikrən məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və
Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəyi şəkildə izah edilməsidir.
Dünyanı gündən-günə daha çox zülm, fəsad və qarışıqlığa sürükləndiyi nəzərə
alınarsa, bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin çox
mühüm olduğu məlum olar. Əks təqdirdə çox gec olar.
Bu mühüm xidmətdə əsas vəzifəni öz üzərinə götürmüş Harun Yəhya
külliyyatı Allahın izni ilə XXI əsrdə bəşəriyyəti Quranda tərif edilən rahatlıq və
sülhə,
doğruluq və ədalətə, gözəllik və xoşbəxtliyə aparmağa vəsilə olacaqdır.