M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

 
 
108 
edilməsindən  imtina  olunması  barədə  müraciət  etmiş  şəxsi  dərhal 
məlumatlandırır. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra malların 
daxili  mallar  gömrük  statusunun  təsdiq  edilməsi  barədə  yenidən 
müraciət oluna bilər. Şəhadətnamənin etibarlılıq müddəti 12 (on iki) 
aydır.  Şəhadətnamə  sərbəst  zonada  olan  hər  bir  mal  partiyasına 
ayrılıqda  verilir.  Daxili  mallar  sərbəst  zonadan  gömrük  ərazisinin 
digər  hissəsinə  gətirildikdə  və  ya  başqa  gömrük  proseduru  altında 
yerləşdirildikdə, Şəhadətnamə gömrük orqanına təqdim edilir. 
Müvəqqəti idxal xüsusi gömrük proseduru və onun əhatə dairəsi 
- Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal 
proseduru altında  yerləşdirilir.  Bu mallardan Gömrük Məcəlləsinin 
194-cü  maddəsində  nəzərdə  tutulmuş  qaydalara  uyğun  olaraq 
gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad 
olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük 
ərazisində istifadə olunur. Mallar bu Məcəllənin 194.1-ci maddəsin-
də nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından 
tamamilə  azad  olunduğu  halda,  onlar  həmçinin,  əlavə  dəyər  vergi-
sindən və aksizlərdən də azad edilirlər. Müvəqqəti idxal xüsusi göm-
rük prosedurundan yalnız aşağıdakı şərtlər daxilində istifadə olunur:  
1. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdiril-
miş  mallardan  normal  istifadə  nəticəsində  baş  verən  dəyişikliklər 
istisna  olmaqla,  onların  hər hansı başqa  dəyişikliyə məruz qalması 
nəzərdə tutulmadıqda;  
2.  müvəqqəti  idxal  xüsusi  gömrük  proseduru  altında  yer-
ləşdirilmiş  mallar  təkrar  ixrac  edildiyi  zaman,  onların  eyniləşdi-
rilməsini təmin etmək mümkün olduqda; 
3. gömrük qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna ol-
maqla, prosedur sahibi gömrük ərazisindən kənarda təsis edildikdə.  
Malların  müvəqqəti  idxal  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilməsi  qaydalarını  müvafiq  icra  hakimiyyəti  orqanı  müəy-
yən  edir.  Həmin  qaydalarda  beynəlxalq  müqavilələrin  müddəaları, 
malların xassələri və xüsusiyyətləri, onlardan istifadə şərtləri nəzərə 
alınmalıdır.  
Malların  müvəqqəti  idxal  xüsusi  gömrük  proseduru  altında 
qalma  müddəti-  Müvəqqəti  idxal  xüsusi  gömrük  proseduru  altında 


 
 
109 
yerləşdirilmiş  malların  təkrar  ixracının  və  ya  növbəti  gömrük 
proseduru  altında  yerləşdirilməsinin  müddətini  gömrük  orqanları 
müəyyənləşdirirlər.  Bu  müddət  müvəqqəti  idxal  xüsusi  gömrük 
prosedurunun  məqsədi üçün  kifayət qədər olmalıdır.  Malların  eyni 
məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti 
idxal  proseduru  altında  yerləşdirilə  biləcəyi  maksimum  müddət  24 
(iyirmi dörd) ay təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı müxtə-
lif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti 
idxal  müddətləri  müəyyən  edə  bilər.  Şəxs  Gömrük  Məcəlləsinin 
193.2-ci  maddəsində  göstərilən  müddət  ərzində  müvəqqəti  idxal 
xüsusi  gömrük  prosedurunun  məqsədinə  nail  olmadıqda,  gömrük 
orqanları  onun  əsaslandırılmış  müraciəti  üzrə  həmin  müddəti 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 (on 
iki) aya qədər uzadır. Bu Məcəllənin 193.1-193.3-cü maddələrində 
nəzərdə  tutulmuş  müddət  başa  çatanadək,  müvəqqəti  idxal  xüsusi 
gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli 
və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir.  
Müvəqqəti  idxal  zamanı  gömrük  rüsumlarından  və  vergilərdən 
azadetmə-  Gömrük  rüsumlarından  və  vergilərdən  qismən  azad 
edilməklə  müvəqqəti  idxal  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilmiş  mallara  tətbiq  olunan  gömrük  rüsumları  və  vergilər 
üzrə  aylıq  ödənişlərin  məbləği,  onların  müvəqqəti  idxal  proseduru 
altında  yerləşdirildiyi  tarixdə  sərbəst  dövriyyəyə  buraxılışı  üçün 
ödənilməli  olan  gömrük  rüsumlarının  və  vergilərin  məbləğinin  3 
(üç)  faizi  miqdarında  müəyyən  edilir.  Gömrük  rüsumlarından, 
vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük 
proseduru  altında  yerləşdirilmiş  mallara  görə  alınan  gömrük 
rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal 
proseduru  altında  yerləşdirildiyi  tarixdə  sərbəst  dövriyyəyə 
buraxılışı  üçün  ödənilməli  olan  gömrük  rüsumlarının,  vergilərin 
məbləğindən  artıq  olmamalıdır.  Müvəqqəti  idxal  edilən  malların 
gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad 
edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.  
Son  istifadə  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş 
mallar  bu  prosedurun  məqsədinə  uyğun  olaraq  gömrük 


 
 
110 
rüsumlarından  və  vergilərdən  azad  edilməklə  sərbəst  dövriyyəyə 
buraxılır. Bu zaman həmin mallar gömrük nəzarəti altında qalır. Son 
istifadə  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş  mallar 
üzərində  gömrük  nəzarəti  aşağıdakı  hallarda  başa  çatır:  1.  mallar 
gömrük  rüsumlarından  və  vergilərdən  azad  edilmənin  tətbiqi  üçün 
qanunvericiliklə müəyyən edilmiş məqsədlərə istifadə olunduqda;  
2. mallar ixrac və  ya məhv edildikdə,  yaxud onlardan  dövlətin 
xeyrinə imtina olunduqda;  
3.  mallardan  gömrük  rüsumlarından  və  vergilərdən  azad 
olunmanın məqsədləri üçün istifadə edilmədiyi aşkar olunduqda və 
bununla  əlaqədar  qanunvericilikdə  nəzərdə  tutulmuş  gömrük 
rüsumları və vergilər tam ödənildikdə;  
4. mallar gömrük idxal rüsumları, vergilər alınmadan və ticarət 
siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində müvafiq icra 
hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə (beynəlxalq hava və 
dəniz  limanlarında  və  başqa  yerlərdə)  və  qaydada  yaradılan  və 
fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında gömrük nəzarəti 
altında satıldıqda.  
Malların  son  istifadə  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilməsi  qaydalarını  müvafiq  icra  hakimiyyəti  orqanı 
müəyyən edir.  
Hasilat norması - Gömrük orqanları emal xüsusi gömrük prose-
duru üzrə yerinə yetirilən əməliyyatların hasilat normasını və ya orta 
hasilat  normasını  müvafiq  icra  hakimiyyəti  orqanının  təsdiq  etdiyi 
qaydada  müəyyənləşdirirlər.  Hasilat  norması  və  ya  orta  hasilat 
norması  emal  əməliyyatlarının  həyata  keçirildiyi  və  ya  həyata 
keçirilməli olduğu faktiki şərait əsasında müəyyənləşdirilir.  
Daxildə  emal  xüsusi  gömrük  proseduru  və  onun  əhatə  dairəsi- 
Daxildə  emal  proseduru  altında  yerləşdirilən  xarici  mallar  aşağıda 
göstərilənlər tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə 
emal əməliyyatında istifadə edilir:  
1. idxal gömrük rüsumları;  
2. malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə 
dəyər vergisi və aksizlər; 197.1.3. ticarət siyasəti tədbirləri.  


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə