61
heç bir tədqiqatçı bizi insanin beyin aparatı ilə EHM-i eyniləşdirmək-
də ittiham etməz.
Etika qaydalarına
tam uyğun olmasa da, qeyd etmək istıyirik
ki, A.Leontyevin N.Xomskiyə qarşı irəli sürdüyü bu iradın səmimi-
liyi bir qədər şübhə doğurur. Yəni təsəvvür etmək çətindir ki, o,
N.Xomskinin insanın beyin aparatı ilə EHM-i tam eyniləşdirməsinə
səmimiyyətlə inanmışdır.
§1.13.4. N.Xomskiyə qarşı irəli sürülən bəzi haqsız iradlarla
razılaşmasaq da, qeyd edək ki, onun konsepsiyasında zəif yerlər
çoxdur. Ən zəif məqamlardan biri isə odur ki, dil struktur vahidləri-
nin mənimsənilməsi prosesini şərh edərkən tədqiqatçı dilin koqnitiv
bazasına istinad edir. Uşaqlar tərəfindən dilin mənimsənilməsi və
analizi ilə bağlı koqnitiv vasitələrin necə formalaşdığını müəyyənləş-
dirməyə çalışan N.Xomski belə yazır:“Dili
mənimsəyə bilmək üçün
uşaq ilk növbədə istənilən insani dilin qrammatikasının formalaş-
masına imkan verən linqvistik nəzəriyyəni, ikincisi isə müvafiq
qrammatikanın seçilməsi strategiyasını mənimsəməlidir ki, bu da dil
ilə bağlı ilkin məlumatlara ekvivalentdir. Ümumi linqvistikanın pers-
pektiv məsələsi kimi biz dilin mənimsənilməsinin əsasını təşkil edən
anadangəlmə linqvistik nəzəriyyənin şərhi məsələsini qoya bilərik
(qeyd edək ki, biz yenə “nəzəriyyə” terminindən – bu halda “konkret
dilin nəzəriyyəsi” yox, ümumiyyətlə “dil nəzəriyyəsi” mənasında –
sistematik olaraq iki mənada istifadə edirik: həm müəyyən tipdən
olan dilin uşaq tərəfindən mənimsənilməsinin ilkin bazisi mənasında,
həm də bu ilkin bazisin linqvistlər tərəfindən şərhi mənasında)”
1
.
Əvvəldə də qeyd etdiyimiz kimi, əgər N.Xomski eyni məsələ-
ləri ondan 30 il əvvəl müvəffəqiyyətlə analiz edən L.Vıqotski və
onun davamçılarının (əsasən psixoloqların) əsərləri ilə tanış olsaydı,
çox güman ki, belə bir səhvə yol verməzdi və bu istiqamətdə
araşdırma aparan bütün tədqiqatçıların tənqid hədəfinə çevrilməzdi.
§1.13.5. Dil ilə bağlı anadangəlmə biliklər ideyasını psixoloji
baxımdan tənqid edən A.R.Luriya əsası L.Vıqotski
tərəfindən qoyu-
1
Хомский Н. Аспекты теории синтаксиса. М., 1972, c. 28.
62
lan və A.N.Leontyev tərəfindən inkişaf etdirilən psixoloji fəaliyyət
nəzəriyyəsinin müəllifidir və məlum olduğu kimi, A.Leontyev “Nitq
fəaliyyəti nəzəriyyəsi”ni işləyib hazırlayarkən məhz A.N.Leontyev
və A.R.Luriyanın bu nəzəriyyəsindən çıxış etmişdir.
A.R.Luriyaya görə, belə düşünməyə əlimizdə heç bir əsas
yoxdur ki, “dilin dərin strukturları” birbaşa olaraq “fikrin” (mund)
əsas kateqoriyalarını əks etdirir; qrammatik strukturların intuitiv
şəkildə “tanınması”(competence) onların tətbiqindən(performance)
əsaslı surətdə fərqlənir; dil struktur vahidlərindən istifadə intuitiv
“bilikdən” asılıdır
1
.
Fikrin dildə ifadəsi məsələsinə gəlincə, A.R.Luriya J.Piajenin
aparmış olduğu çoxsaylı təcrübə və eksperimentlərə istinad edərək
göstərir ki,burada birbaşa əksolunmadan söhbət gedə bilməz. Çünki
qeyri-dil gerçəkliyi dil işarələri ilə birbaşa deyil, vasitəli formada,
çevrilmiş şəkildə əks olunur.
A.R.Luriya belə hesab edir ki, dilin
genetik köklərini dilin
özündə axtarmaq lazım deyil, bu kökləri insanın elə fəaliyyətlərində
axtarmaq lazımdır ki, orada “obyektiv gerçəklik əks olunur və ona
ekvivalent olaraq subyektiv gerçəklik yaranır”
2
.
§1.13.6. Qeyd edilən çatışmazlıqlarına bəzən haqlı, bəzənsə
haqsız olaraq tutulan iradlara baxmayaraq, N.Xomskinin psixolinq-
vistikası psixologiya və linqvistikanın əməkdaşlığı tarixində tamami-
lə yeni mərhələ idi. İlk dəfə olaraq burada linqvistika metodoloji
sxem kimi psixologiyanın ideyalarından istifadə etmədi, əksinə,
qrammatik cəhətdən düzgün cümlə qurmağın psixoloji sxemlərini
yaratdı.
N.Xomskinin psixolinqvistikası o qədər populyarlıq qazan-
mışdı ki, bəzi alimlər, o cümlədən C.Miller N.Xomskinin irəli sürdü-
yü cümlənin yaranması ideyasını psixoloji cəhətdən əsaslandırmağa
çalışmışdı
3
.
Təsadüfi deyil ki, bir elm sahəsi kimi psixolinqvistikanın
1
Лурия А.Р.Научные горизонты и философские тупики... с. 147.
2
Yenə orada, s. 148.
3
Миллер Дж., Галентер Е., Прибрам К. Планы и структура поведения... М., 1967.
63
yaradıcısı hesab olunan Ç.Osqud N.Xomskinin transformativ qram-
matikasını linqvistikada elmi inqilab adlandırmış və onun geniş şərhi-
ni vermişdi
1
.
§1.13.7. Bununla belə, N.Xomskinin psixolinqvistik mövqeyi-
ni tənqid edənlər daha çoxdur və ümumiləşdirmə yolu ilə onları 3
qrupa ayırmaq olar.
Birincilər N.Xomskinin psixolinqvistik görüşlərini sırf psixo-
loji baxımdan tənqid edənlərdir ki, bu qrupda ilk növbədə J.Piaje və
onun psixoloji məktəbinin adını çəkmək olar. Artıq qeyd etdiyimiz
kimi, J.Piaje dilin mənimsənilməsinin, koqnitiv vasitələrinin anadan-
gəlmə xarakteri ilə bağlı N.Xomskinin irəli sürdüyü mülahizənin heç
bir real psixoloji-eksperimental əsasının olmadığını göstərir. Doğru-
dur, bu mövqeyi (yəni, hər psixoloji prosesin
müşahidə oluna bilən
psixoloji-eksperimental əsasının olması) ilə J.Piaje behaviorizm və ya
neobehaviorizmin astanasında dayanır. Amma heç bir psixoloji-
eksperimental əsası nəzərə almadan da, sadəcə sağlam məntiqə
əsaslanmaqla belə demək mümkündür ki, əgər dilin mənimsənilmə-
sinin koqnitiv vasitələri anadangəlmə xarakter daşısaydı, o halda hələ
dil açmadan, ən ilkin körpəlik dövründən yad dil mühitinə düşən
uşaqlarda düşdüyü mühitin dilini mənimsəməklə bağlı problemlər
yaranardı. Praktika isə tamamilə bunun əksini göstərir. Yəni bioloji
baxımdan öz ana dili olmayan, tamamilə fərqli bir dil mühitində
(sosial mühitdə) dil açan körpə düşdüyü
mühitin dilini ana dili kimi
mənimsəyir və bu zaman heç bir çətinlik çəkmir. Həmin uşaq
düşdüyü mühitin dilini mənimsəmə baxımından onunla eyni vaxtda
bu sosial mühitdə dil açan həmyaşıdlarından heç bir cəhəti ilə fərq-
lənmir.
Ikincilər məhz sosial təsir faktoruna əsaslanır və N.Xomskinin
məlum konsepsiyasını sosiallaşdırmaqla nitq fəaliyyəti ilə bağlı yeni
ideyalar formalaşdırmağa cəhd göstərirlər. Bu qrupun ən aktiv nü-
mayəndəsi öz həmfikirlərini “International Journal of Psycholinguis-
tics” məcmuəsi ətrafında cəmləşdirən T.Salama-Kazakudur.
1
Osgood Ch.E. Psycholinguistik // Psycholinguistik. Darmstadt, 1980, s. 46-72.
64
T.Salama-Kazakunun irəli sürdüyü əsas müddəaya görə,
psixolinqvistika dili onun reallaşdığı müxtəlif formalar, yəni “verilən
məlumatlar”, danışan və dinləyən şəxslər arasında müxtəlif vəziyyət-
lərdə mövcud olan “münasibətlər” əsasında öyrənir
1
.T.Salama-Kaza-
kunun bu fikrinə əsaslanmaqla belə bir
qənaətə gəlmək olar ki, psixo-
linqvistika aktiv və passiv kommunikantların ünsiyyəti prosesində
real linqvistik varlıq kimi mövcud olan dil faktlarını qeydə alır. Başqa
sözlə desək, psixolinqvistik araşdırmalarda kommunikantlar arasında
reallaşan konkret münasibətlər şəraitində mövcud olan dil faktları
tədqiq edilir. Psixolinqvistik tədqiqatın yeni nəzəri sxemini təklif
edən T.Salama-Kazaku bu sxemi Ç.Osqudun behaviorist analiz
sxeminə və N.Xomskinin obyektiv neobehaviorizminə qarşı qoyur:
“sırf insani fenomen olan dil şüurla idarə olunur, o, sosial determi-
nasiya prizmasından baxmaqla bütün psixoloji həyatın məcmusuna
münasibətdə öyrənilməli və şərh olunmalıdır, eyni zamanda nəzərə
alınmalıdır ki, dil psixoloji fəaliyyət baxımından böyük əhəmiyyət
kəsb edir və anatomik-fizioloji aktivliyin məhsuludur”
2
.
Bu ümumi sxem əsasında T.Salama-Kazaku nəzəri analizin
konkret metodunu müəyyənləşdirir və onu dinamik-kontekstual me-
tod adlandırır. Adından
da göründüyü kimi, bu metod iki prinsipə
əsaslanır ki, onlardan birincisi dinamik, ikincisi isə kontekstual prin-
sipdir.
Birinci prinsip nitqi yaranma prosesində, dinamik vəziyyətdə
nəzərdən keçirməyi tələb edir.Dinamika deyərkən, nitqin özünün
zaman daxilində yaranması, kommunikantların fəaliyyətinin tərkib
hissəsi kimi bu ümumi fəaliyyətdən asılılığı və ən nəhayət, təkamül
dinamikası, yəni uşaq tərəfindən dilin mənimsənilməsi nəzərdə
tutulur
3
. Dinamik-kontekstual metodun
ikinci prinsipi ünsiyyətin
müxtəlif aspektlərinin ümumi kontekst daxilində öyrənilməsini tələb
1
Салама-Казаку Т. Методология психолингвистики и некоторые ее примечания //
Психолингвистика за рубежом. Москва, 1972, с. 25.
2
Yenə orada, s. 24-25.
3
Yenə orada, s. 27.