22
qlükozanın plazmada konsentrasiyası 10 mmol/l (160-180 mq%)-dən artıq
olduqda, o sidiklə ekskresiya olunmağa başlayır(qlükozuriya).
Ekskresiya həddi olmayan maddələr qan plazmasından hər bir
konsentrasiyada tam xaric olurlar və bu prosesə ultrafiltratın
konsentrasiyası da təsir etmir. Belə maddələrə misal olaraq polisaxarid,
inulin, altıatomlu spirt və mannitolu göstərmək olar.
Kanalcıq reabsorbsiyasının mexanizmi:
Müxtəlif maddələrin kanalcıqlardan geriyə (qana) sorulması fəal və
qeyri-fəal daşınması ilə təmin edilir. Əgər maddə elektrokimyəvi və
konsentrasiya qradiyentinin əksinə olaraq reabsorbsiya olunursa, bu prosesə
fəal transport deyirlər.
Fəal daşınmanın iki növünü ayırd edirlər: birincili və ikincili.
Maddənin daşınması elektrokimyəvi qradiyentinin əksinə olaraq
hüceyrə metabolizminin enerjisi hesabına icra olunursa, buna birincili fəal
daşınma deyirlər. Bu prosesə misal olaraq [Na] ionlarının Na
+
, K
+
, ATF-aza
fermentinin iştirakı ilə ATF enerjisindən istifadə edərək, daşınmanı
göstərmək olar.
Əgər maddə konsentrasiya qradiyentinin əksinə olaraq, bu prosesə
hüceyrə enerjisi sərf olunmadan daşınırsa, buna ikincili fəal daşınma
deyirlər. Bu mexanizmin köməyi ilə qlükoza, amin turşuları reabsorbsiya
olunurlar. Bu üzvi maddələr kanalcıq divarından xüsusi keçirici (bu keçirici
mütləq Na
+
ionunu birləşdirməlidir) vasitəsi ilə proksimal kanalcığın divar
hüceyrəsinə daxil olurlar. Sözü gedən kompleks (keçirici-üzvi maddə +
Na
+
-ionu), membranın fırçalı haşiyəsində hərəkət edir və hüceyrə daxilində
dissosasiyaya uğrayır. O maddələrin apikal plazmatik membrandan
keçməsini hüceyrə sitoplazmasında kanalcıq mənfəzinə nisbətən [Na] ionu
konsentrasiyasının çoxalmasını təmin edir. Sitoplazmada [Na] ionunun
konsentrasiyası isə Na
+
,K
+
,ATF-azanın köməkliyi ilə [Na] ionunun fasiləsiz
fəal xaric olmasıdır.
Suyun, karbon qazının, bəzi ionların və sidik cövhərinin
reabsorbsiyası passiv daşınma ilə icra olunur. Bu prosesi səciyyələndirən
23
maddələrin elektrokimyəvi konsentrasiyası və osmotik qradiyentə görə
reabsorbsiyasıdır. Passiv transporta misal distal qıvrım kanalcıqlarda Cl
-
ionlarının elektrokimyəvi qradiyentə görə (Na ionlarının fəal transportu
nəticəsində yaranan) reabsorbsiyasını göstərmək olar. Osmotik qradiyentə
görə yalnız su reabsorbsiya olunur. Suyun sorulma sürəti kanalcıq divarının
osmotik keçiriciliyindən və osmotik fəal maddələrin divarın hər iki
tərəfindəki konsentrasiya fərqindən asılıdır.
Suyun və həll olunan maddələrin sorulması nəticəsində proksimal
kanalcıqlarda sidik cövhərinin konsentrasiyası yüksəlir (bu maddənin az
miqdarı da konsentrasiya qradiyenti üzrə qana reabsorbsiya olunur).
Molekulyar
biologiya
sahəsində
nailiyyətlər
bəzi
hüceyrə
mexanizmlərinin mahiyyətini, kanalcıq divarından maddələrin transportunu
təmin edən səbəbi açmağa imkan yaradır. Nefronun ayrı-ayrı şöbələri
hüceyrələrinin reabsorbsiya xüsusiyyəti müxtəlifdir. Eyni hüceyrədə
sitoplazmatik membranın xüsusiyyəti də cürbəcürdür. Kanalcıq mənfəzinə
yönələn apikal membran hüceyrəarası maye ilə “yuyulan” və qan
kapillyarları ilə təmas edən bazal və yanlardakı membranlara nisbətən
müxtəlif xüsusiyyətlərdir. Bunun nəticəsində apikal və bazal membranlar
başqa-başqa maddələrin transportunda iştirak edir.
Natriumun misalında ionların reabsorbsiyasının hüceyrə mexanizminə
nəzər yetirək. Elektrodlardan birini kanalcıq mənfəzinə, ikincisini kanalcıq
ətrafı mayeyə yerləşdirməklə müəyyən edilmişdir ki, proksimal kanalcığın
divarında potensiallar fərqi çox azdır (təqribən – 1,3 mV), distal kanalcıqda
isə bu fərq böyükdür və 60 mV qədər ola bilər. Məlumdur ki, qanda
natriumun konsentrasiyası kanalcıq hüceyrələrinin sitoplazmasına nisbətən
yüksəkdir. Buna görə də natriumun reabsorbsiyası fəal transportla təmin
olunur. Yəni, natrium elektrokimyəvi potensial qradiyentinin əksinə
reabsorbsiya olunur. Natrium əvvəlcə kanalcıq epitel hüceyrələrinə
membran Na
+
kanalı ilə passiv olaraq daxil olur. Hüceyrələrin daxili,
xüsusi ilə membrana yaxın hissəsi mənfi yükləndiyindən müsbət Na
+
ionları potensiallar qradiyentinə əsasən hüceyrəyə daxil olur. Sonra,
24
natrium daxilində ion pompası olan bazal plazmatik membrana doğru
hərəkət edir. Natrium pompasının mühüm komponenti Na
+
K
+
ATF-azadır.
Bu ferment natriumun hüceyrələrdən qana və eyni zamanda kaliumun
hüceyrəyə keçməsini təmin edir. Natrium-kalium ion mübadiləsinin
mexanizmi ürək qlikozidləri təsirindən ləngidilir.
Süzülmüş qlükozanın təxminən hamısı kanalcıqların proksimal
şöbəsinin hüceyrələrində reabsorsiya olunur. Normal şəraitdə bir gün
ərzində sidiklə çox az miqdarda qlükoza (130 mq-dan az) xaric edilir.
Qlükozanın geri sorulma prosesi yüksək konsentrasiya qradiyentinə əks
olaraq icra olunur. Proksimal kanalcıqların apikal membran hüceyrələrində
keçirici ilə birləşir, bu keçirici isə eyni zamanda Na
+
- ionlarını da
birləşdirməlidir.
Bunun nəticəsində hüceyrə sitoplazmasına həm qlükoza, həm də
natrium daxil olur. Membran yüksək seçici (selektiv) və bir tərəfli
keçiriciliyə malik olduğu üçün qlükozanı geriyə, hüceyrədən kanalcıq
mənfəzinə buraxmır. Qlükozanın hüceyrədən qana keçməsinin sonrakı
mərhələsi (bazal plazmatik membrandan keçid) asanlaşmış diffuziya
xarakteri daşıyır.
Aminturşular,
təxminən
tamamilə
proksimal
kanalcıqların
hüceyrələrində reabsorbsiya olunurlar. Amin turşularının kanalcıq
mənfəzindən qana keçməsinin ən azı 4 mexanizmi vardır: neytral, ikiəsaslı,
dikarboksilli amin turşuları və amin turşularının xüsusi reabsorbsiya
sistemi mövcuddur. Bu sistemlərdən hər biri müəyyən qrup amin
turşularının sorulmasını təmin edir. Məsələn, iki əsaslı amin turşularının
reabsorsiya sistemi lizin, arginin, ornitin və sistinin sorulmasını təmin edir.
Göstərilən amin turşularından birinin əlavə miqdarda qana yeridilməsi
nəticəsində o qrupa daxil olan digər amin turşularının da xaric olması
başlayır. Ayrı-ayrı amin turşuları qrupunun keçirilmə sisteminə müxtəlif
hüceyrədaxili genetik mexanizmlər nəzarət edir. Bəzi irsi xəstəliklərin
əlamətləri müəyyən qrup amin turşularının (aminoasiduriya – sidiklə amin
turşularının xaric edilməsi) ekskresiyasının artması ilə əlaqədardır.
Dostları ilə paylaş: |