a)
birinci, istehsal faktorlannın gəlirləri və onlann bölgüsünü
onlann təklifi, onların “məhsuldarlığı” şərtlərindən çıxarmaq olar.
b)
ikincisi, istehsal faktorlan ilə gəlirlər münasibətləri
arasında birqiymətli asılılıq mövcuddur, belə ki, fondla
silahlanmanın (K/Y) artırılması mütləq şəkildə mənfəətin əmək
haqqına nisbətinin (P/W) azalmasına uyğundur və əksinə.
P.Şraffa özünün kapital haqqındakı nəzəriyyəsindən çıxış
edərək onun “homogen” - bircinsli olmasını inkar edir və onun
mütəhərrikliyini qəbul edərək “səmərəli yenidən qoşulma”
konsepsiyasını irəli sürür.
Beləliklə, P.Şraffa və C.Robinsonun işləri, komsepsiyalan
müasir iqtisadi fikirlərin, təlimlərin formalaşmasında (xüsusilə,
“antimarjinal inqilabı” fikirləri) böyük rol oynamışdır. Ancaq,
1983-cü ildə hər iki iqtisadçının bir ay fərqilə vəfat etməsi Kembric
nəzəriyyəsi konsepsiyasına son qoydu.
11.3.
ABŞ-ın monetar keynsçilik istiqaməti
İqtisadiyyatın qeyri-müəyyənliyi və qeyri-bərabərliyi keynsçi
nəzəriyyənin “həqiqi” əsası hesab olunur. Postkeyns- çiliyin ABŞ
məktəbinin
nümayəndələrindən
R.Klauer,
P.Davidson,
C.Vayntraub, X.Minskini və başqalannı göstərmək olar. Amerika
iqtisadçısı R.Klauer özünün “Keynsçi əks inqilab; nəzəri
qiymətləndirmə” məqaləsində Keynsin nəzəriyyəsini tamamilə yeni
aspektdə izah etməyə çalışmışdır. O, sübut etməyə çalışır ki,
Keynsin nəzəriyyəsi hər şeydən əvvəl qeyri- müəyyənlik
nəzəriyyəsidir. Bu nəzəriyyə tarazlığa gəlməyən, onu bərpa etməyən
iqtisadiyyatı təsvir edir. O, iqtisadiyyatın bu xüsusiyyətinin o,
iqtisadij'yatda zəncirvari reaksiya yarada bilən, onu dayanıqlı
vəziyyətdən çıxaran müxtəlif
gözlənilən və faktiki
134
iqtisadi şərtlərin istənilən müvəqqəti dəyişikliklərinə qarşı deyil,
faiz dərəcələrinin “təbii norma” səviyyəsində qalması üçün istifadə
etməlidirlər ki, bu da iqtisadiyyatın uzunmüddətli dövrdə
stabilliyinin əsasıdır. Klauerin və Leyonxufvudun ideyalan sonralar
postkeynçiliyi xüsusilə monetaıist istiqamətdə inkişafına təkan
verdi.
Keçən əsrin 70-ci illərinin bir çox postkeynçi gəlirlər
siyasətini artım siyasətilə, xüsusilə Lnvestisiyalann struktur və
tempini müəyyən edən siyasətlə uzlaşdırmağı təklif edirdilər.
11.4.
Sosial - demokratların “demokratik sosializm”,
“qarışıq iqtisadiyyat” və “həyatın keyfiyyəti”
konsepsiyalarının əsas xarakterik xüsusiyyətləri
Demokratik sosializm. Sosial-demokratik konsepsiyanın
XX əsrdə fonnalaşması ETİ-nin yeni mərhələsində, iqtisadiyyatın
strukturunun yenidən qurulması, yeni sahələrin yaranması və
qurulması, ənənəvi sahələrin fundamental modernləşdirilməsi,
elektronika və informatikanm istifadəsi şəraitində baş vermişdir.
Bütün bu proseslər müasir sosial- demokratların sosial bazasının
dəyişməsinə səbəb olmuşdu. Sosial-demokrat partiyalarının ənənəvi
bazasını həmişə fəhlə sinfi təşkil etmişdi. Belə partiyalardan
Almaniyanın sosial- demokrat partiyasını. Böyük Britaniyanın
leyborist partiyasını və s. göstərmək olar.
Sosial-demokratların
əsasında
vacib
konsepsiya
-
demokratik sosializm durur. “Demokratik sosializm” termini ilk
dəfə XIX əsrdə D.B.Şou tərəfindən istifadə olunub.
Sonralar onu
E.
Bernşteyn və O.Baucr, K.Kautski, R.Qilferdinq istifadə
edib. İngilis leyboristi E.Durbinin 1940-cı ildə “Siyasi demokratik
sosializm” kitabı da çapdan çıxmışdı.
II Dünya müharibəsindən
136