Mənbələr
1.
Azərbaycan dilinin izahlı lüğəti (4 cilddə). Bakı, “Şərq-Qərb”, 2011.
2.
Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, “Şərq-Qərb”, 2013.
3.
Azərbaycan dili. Bakı. “Abituriyent”, 2013.
4.
Atalar sözü və məsəllər. Bakı, “Altun kitab”, 2011.
5.
İnteraktiv təlim (Müəllimlər üçün tədris vəsaiti). Bakı, “Müasir Təhsil və
Tədrisə Yardım Mərkəzi”, 2010.
6.
Müasir Azərbaycan dili (4 hissə). Bakı, “Şərq-Qərb”, 2007.
7.
Təhsil lüğəti. Bakı, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi”, 2011.
8. VEYSOVA Z.A.
Fəal/İnteraktiv təlim. Müəllimlər üçün vəsait. Bakı, 2007.
9. ALAN KROUFORD və b.
Düşünən sinif üçün öyrətmə və öyrənmə üsulları.
Bakı, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi”, 2012.
10. www.azdili.az
11. www.reading.a-z
Bir çox dərslərin şərhi zamanı müxtəlif internet saytlarına istinad edilir (linklər
qoyulur) ki, müvafiq şəraiti olan siniflərdə həmin saytlara müraciət edilsə, dərsin
daha effektli təşkilinə nail olmaq mümkündür.
Şifahi nitq bacarığı
Meyar
Səviyyələr
Səs
çaları
1
Bir çox hallarda
monoton səslə
danışır.
2
Şifahi nitq
zamanı bəzən
müxtəlif səs
çalarlarından
istifadə edir.
3
Şifahi nitq za -
ma nı bir çox
hal larda
müxtəlif
səs çalarların -
dan istifadə edir.
4
Danışarkən səs
çalarlarını tən -
zimləyərək şi -
fahi nitqini təsirli
edir.
Fikrini
ifadə
etmək
Fikrini ifadə
edər kən nit qin -
də məntiqi ardı -
cıllığı tez-tez
pozur.
Fikrini çox
zaman məntiqi
ardıcıllıqla ifadə
edir, lakin
ümumiləşdirmir.
Danışarkən çox
zaman
fikirlərini
sistemləşdirir və
ümumiləşdirir.
Fikrini ardıcıl,
dəqiq ifadə edir
və məntiqi son-
luqla bitirir.
19
Çap üçün deyil
Dərs 1. HƏRƏNİN ÖZ İMZASI (4 saat)
Diaqnostik qiymətləndirmə
Yeni tədris ilində birinci dərs olduğu üçün əvvəlcə
diaqnostik qiymət lən -
dirmə keçirilməsi məqsədəuyğundur. Diaqnostik qiymətləndirməyə dərsin 20-
25 dəqiqəsi həsr oluna bilər. Müəllim müxtəlif standartlar üzrə sinfin sə viy yə sini
müəy yənləş dirmək üçün qiymətləndirmə aparır.
Motivasiya
Şagirdlərə iki eyni mövzuda şəkil təqdim edilir. Onlardan biri fotoşəkil,
digəri isə təsviri incəsənət əsəri olmalıdır; məsələn: 1) gül-çiçək, çəmənlik foto -
şəkli və Səttar Bəhlulzadənin
eyni mövzuda tablosu; 2) göyərçin fotoşəkli və
dimdiyində zeytun budağı tutmuş sülh göyərçini Yer kürəsi fonunda və s.
Sual: –
Bu şəkillərin hansında yaradıcı yanaşma hiss olunur? Bu yanaşma
özünü nədə göstərir?
Şagirdlər fikirlərini bildirirlər. Müəllim əlavə suallar verməklə şagirdləri işə
yaradıcı ya naşmanın üstünlükləri barədə fikir söyləməyə yönəldir.
Oxu
(St. 2.2.3)
Mətn səsli oxu ilə oxudulur. Birinci mətndaxili sual ətrafında mü za -
kirə aparılır. Mətn oxunandan sonra şagirdlərə sual və tapşırıqlar təqdim edilir:
1. Yeni müdiri səciyyələndirin. Fikirlərinizi mətndən
gətirilmiş nümunələrlə
əsaslandırın (
obrazlar xəritəsi).
2. “Müştərilərə hörmət və qayğı ilə yanaşın. Sizə maaş verən onlardır”
cümlələrini necə başa düşürsünüz?
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla əsaslandırır.
Mətndəki fikrə münasibət bildirərkən
müvafiq epizodlara istinad edir.
1.2.4. Müzakirələrdə
deyilmiş müxtəlif
fikirlərə münasibət bildirir.
Müzakirə zamanı söylənilən fikri öz
fikirləri ilə tamamlayır.
2.1.1. Tanış olmadığı sözlərin kontekstə
uyğun mənasını dəqiqləşdirir.
Mətndə işlənmiş sözün kontekstə uy -
ğun sinonimini müəyyən edir.
3.1.1. Verilmiş mövzunu müxtəlif yazı
formalarında (ifadə, inşa, esse, heka -
yə) ifadə edir.
Verilmiş aforizmdəki fikrə münasibət
bildirməklə esse yazır.
4.1.2.
Sözləri ümumi qrammatik mə -
na larına görə fərqləndirir.
Nitq hissələri ilə bağlı mənimsədiyi bi -
lik ləri tətbiq edir.
4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı
qaydalara əməl edir.
Mürəkkəb sözlərin yazılışı ilə bağlı qay-
dalara əməl edir.
21
FƏRD VƏ CƏMİYYƏT
Çap üçün deyil