KüSKÜn göZƏLÇƏLƏRİMİ xatirlayarkəN



Yüklə 322,12 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix26.03.2018
ölçüsü322,12 Kb.
#34302
1   ...   5   6   7   8   9   10   11   12   13

yalançı buludlarda uçurdum, əbəs yerə kim olduğumu başa düşmək üçün güzgü qabağında özümlə 

danışırdım. Elə bil, sayıqlama içində idim və bir dəfə daş, butulka atan tələbələrin nümayişini görüb, 

əlimdə mənim həqiqətimi aləmə car çəkən transparantla ilk cərgədə addımlamaqdan özümü zorla 

saxladım: «Mən məhəbbətdən dəli olmuşam». 

   Yatan Delqadinanın surəti gözümün önündən çəkilmirdi və mən heç bir niyyətim olmadan öz bazar 

məqalələrimin xarakterini tamamilə dəyişdim. İndi nə yazırdımsa, ondan ötrü yazırdım, ondan ötrü 

gülüb-ağlayırdım və hər yazdığım sözlə ömrümün bir zərrəsi gedirdi. Adət etdiyim yazı tərzimdən 

fərqli olaraq, daha məhəbbət məktubları şəklində yazmağa başladım, indi bunu hamı özününkü kimi 

oxuya bilərdi. Redaksiyaya təklif etdim ki, mətn mətbəə şrifti ilə yığılmasın, mənim əllə yazdığım 

gözəl xətlə çap olunsun. Əlbəttə, redaksiya müdiri bunu növbəti qoca şöhrətpərəstliyinə yozdu, ancaq 

baş direktor onu dərhal zərb-məsələ çevrilən bircə cümlə ilə inandırdı: 

   – Yanılmayın: dinc dəlilər gələcəyi yaxınlaşdırır. 

   Eşqə düşmüş oxuculardan ardı-arası kəsilmədən gələn məktublar özünü çox gözlətmədi. Bəzi 

məktubları vacib xəbər kimi hətta radioda oxuyurdular, müxtəlif üsullarla onların üzünü çıxarıb, qaçaq 

yolla gətirilmiş siqaret kimi San Blas küçəsinin tinlərində satırdılar. Bu məktublar lap əvvəldən özünü 

ifadə etmək istəyindən doğmuşdu, onları qoca kimi düşünməyi öyrənməmiş doxsan yaşlı adamın 

dilindən yazırdım. Həmişə olduğu kimi intellektual mühit özünü riyakarcasına apardı. Hətta qrafoloqlar 

mənim xəttimlə bağlı yanlış fikirlərə əsaslanaraq, bir-birinə zidd mühakimələr yürütməyə girişdilər. 

Məhz onlar ağıllara və könüllərə nifaq toxumu səpdilər, mübahisəni qızışdırıb, nisgili dəbə mindirdilər. 

   Rosa Kabarkasla razılaşdım ki, elektrik ventilyatoru, tualet ləvazimatları və yaşayış üçün vacib 

saydığım başqa şeylər ilin axırına qədər otaqda qalacaq. Mən saat onda gəlirdim, həmişə də qıza, ya hər 

ikimizə nəsə gətirirdim və bir neçə dəqiqə bizim gecə teatrı üçün dekorasiya qurmaqla məşğul 

olurdum. Getməmişdən isə həmişə saat beşdən gec olmayaraq, hər şeyi yerinə yığıb, ağzını 

qıfıllayırdım. Yataq otağı təsadüfi müştərilərin kədərli sevgiləri üçün nəzərdə tutulmuş əvvəlki miskin 

görkəmini alırdı. Bir səhər eşitdim ki, gözəl səsi ilə tanınan Markos Peres mənim bazar günü dərc 

olunan məqalələrimi bazar ertəsi radioda öz xəbərlər buraxılışında oxumaq istəyir. Vasvasılığın və 

qorxunun öhdəsindən gəlib dedim: «Delqadina, bilirsənmi, şöhrət – səninlə yatmayan, ancaq oyananda 

başının üstündə dayanıb, sənə baxdığını gördüyün gombul senyordur». 

   Matəm saxladığına və gözünün üstünə endirdiyi qara şlyapasına baxmayaraq, daha mənə elə də əldən 

düşmüş görünməyən Rosa Kabarkasla bir gün səhər yeməyinə qaldım. Onun səhər yeməkləri öz 

təmtərağı və bibərinin gözdən yaş çıxmaq dərəcəsində bolluğuna görə məşhur idi. Bu zəqqutumdan bir 

dişdəm alıb, göz yaşı tökə-tökə dedim: «Ayın bədirlənən vaxtı olmasa da, bu gecə dalım yanacaq». «Az 

sızılda, – o dedi. – Əgər yanırsa, demək, Allaha şükür, hələ dalın var». 

   Mən Delqadina deyəndə Rosa təəccübləndi. «Onun adı elə deyil», –  dedi. «Belə danışma, – onun 

sözünü kəsdim, – o mənim üçün Delqadina-Cüllütdür». O, çiyinlərini çəkdi: «Yaxşı, nə fərqi, o 

sənindir, sadəcə, bu addan raxitlik yağır». Qızın pələng haqqında güzgüyə yazdığı sözləri ona dedim. 

«Elə şey ola bilməz, – qadın təəccübləndi, – o nə yaza bilir, nə oxuya». «Onda bəs kim yazıb?» Rosa 

çiyinlərini çəkdi: «Yəqin, həmin otaqda ölənlərin biri». 

   Bu səhər yeməyindən istifadə etdim ki, Rosa Kabarkasa ürəyimi boşaldım, Delqadina üçün xırda-

xuruş şeylər istəyim, bir az şəraitini yaxşılaşdırım, bir az əyin-başını düzəldim. O, həvəslə, hətta 

məktəbli kimi bicliklə razılaşdı: «Gülməlidir! – Rosa qəribə tərzdə ded. – Məndə elə bir hiss var ki, 

guya, ondan ötrü mənə elçi düşmüsən. Söz düşmüşkən, – elə bil, qəfil ağlına gəldi, – doğrudan, sən axı 

niyə onunla evlənməyəsən?» Mən quruyub qaldım. «Ciddi deyirəm, – o israr etdi, – ucuz başa gələrdi. 

Sən yaşda adam üçün əsas odur ki, yarıyırsan, ya yox, sən isə deyirsən, bu məsələdə hər şey 

qaydasındadır». Mən təşəbbüsü ələ aldım: «Sevgisiz seks – aşiq olmayanlar üçün təsəllidir». 

   O qəhqəhə çəkdi: «Ay tənha qoca, əsl kişi olduğuna həmişə inanmışam, həmişə belə olmusan, şadam 

ki, o cür də qalmısan, sənin düşmənlərin isə artıq silahlarını yerə qoyublar. Haqqında gəzən söhbətlər 

əbəs yerə deyilmiş. Markos Peresə qulaq asmısan?». «Kim ona qulaq asmır ki», – söhbəti bitirmək 

üçün dedim. Ancaq o, dediyindən əl çəkmədi: «Professor Kamaço və Kano dünən «Hər şeydən bir az» 



verilişində deyirdilər ki, dünya daha əvvəlki deyil, çünki sənin kimi adamlar az qalıb». 

   Həftənin sonunda Delqadinanın öskürdüyünü, hərarətinin qalxdığını gördüm. Mən Rosa Kabarkası 

oyatdım və o, ilk yardım göstərmək üçün otağıma dərman qutusu gətirdi. İki gün sonra o, hələ də zəif 

olduğundan həmişəki məşğuliyyətinə – düymə tikməyə qayıda bilmədi. Həkim bir həftəyə keçib gedən 

adi qripə qarşı ev üsulları ilə müalicə yazdı, ancaq onun ümumi üzgünlüyü sarıdan da narahat idi. Mən 

Delqadinanı görmürdüm, onun yoxluğunu duyurdum və fürsətdən istifadə edib, otağı öz istədiyim kimi 

sahmana salmaq qərarına gəldim. 

   Mən Alvaro Sepedanın «Biz hələ də gözləyirik» hekayələr kitabına Sesiliya Porrasın çəkdiyi rəsm 

əsərini, yuxusuz gecələrimi qısaltmaq üçün Romen Rollanın «Jan Kristof»unu gətirdim. Bir sözlə, otaq 

layiqli görkəm almışdı və Delqadina buraya qayıda bilsə,  xoşbəxtlik üçün tam yararlı idi: ətirli 

insektisidlərlə təmizlənmiş hava, çəhrayi  divarlar, tutqun rəngdə plafonlar, vazada təzə-tər güllər, 

mənim sevimli kitablarım, anamın bugünkü zövqə uyğun asılmış tabloları. Köhnə qəbuledicini 

qısadalğalı yenisi ilə əvəz etdim və klassik musiqi proqramının üstündə saxladım ki, Delqadina 

Motsartın kvartetləri altında yatmağı öyrənsin, ancaq axşamların birində aydın oldu ki, o, dəbdə olan 

baleroları səsləndirən dalğaya köklənib. Şübhə yoxdu, onun zövqü belə idi və mən buna 

heyifsilənmədim, çünki bir vaxtlar, ömrümün ən gözəl çağlarında onlara ürəkdən aludə olmuşdum. 

Səhəri gün evə getməmişdən dodaq boyası ilə güzgüyə yazdım: «Mənim qızcığazım, biz bu dünyada 

tək-tənhayıq». 

   Həmin günlər məndə qəribə bir hiss yaranmışdı, guya, o, vaxtından əvvəl böyüyürdü. Mən 

təəssüratımı Rosa Kabarkasla bölüşdüm. Bu ona təbii göründü. On beş dekabrda Delqadinanın on beş 

yaşı tamam olacaq. O, tipik Oxatandır. Mən qorxdum: qız o qədər realdır ki, hər il yaşının üstünə yaş 

gəlir. Ona nə bağışlaya bilərdim? «Velosiped, – Rosa Kabarkas dedi. – O, gündə iki dəfə şəhərin bu 

başından o başına öz düyməsinin arxasınca getməli olur». Rosa qızın anbardakı velosipedini göstərdi 

və mən fikirləşdim ki, çox güman, bu qədər əziz olan qadına belə köhnə-köşküldə gəzmək yaraşmaz. 

Ancaq Delqadinanın, doğrudan da, real həyatda yaşamasının bu dərəcədə hiss olunan sübutu məni 

mütəəssir etdi. 

   Delqadina üçün yaxşı velosiped almağa getdim və onu yoxlamaqdan özümü saxlaya bilməyib, 

mağazada bir neçə dövrə vurdum. Yaşımla maraqlanan satıcı qıza qoca şıltaqlığı ilə dedim: bu yaxında 

doxsan yaşım tamam olacaq. O məhz mənim eşitmək istədiyimi dedi: «Yaşınızdan iyirmi il cavan 

görünürsünüz». Məktəb ədalarının məndə necə qaldığını özüm də başa düşmürdüm, ancaq içimdə 

sevinc qaynayırdı. Və mən oxudum. Basabasda,  mağaza piştaxtalarının arasında dövrə vuraraq, 

əvvəlcə ürəyimdə, sonra isə böyük Karuzo kimi zildən oxudum. Adamlar mənə baxıb əylənirdilər, 

arxamca qışqırırdılar, məsləhət verirdilər ki, «Əlil arabasında Kolumbiya ətrafında» yarışında iştirak 

edim. Oxumağı kəsməyib, xoşbəxt səyahətçidən vida salamı göndərərək, onlara əl eləyirdim. Elə həmin 

həftə hay-küy doğuran bir məqalə də yazdım: «Doxsan yaşında velosipeddə necə xoşbəxt olmalı». 

   Onun ad günü gecəsi Delqadinaya mahnını əvvəldən axıradək oxudum və bütün bədənini öpüşlərə 

qərq etdim: onurğası boyu fəqərə-fəqərə lap arıq yambızlarına, xallı yanına, yuxusuz ürəyinin 

döyündüyü yerə qədər. Mən öpdükcə bədəni daha da istilənib, təbii ətir saçmağa başladı. Onun 

bədəninin hər qarışı öpüşümdən xəfifcə titrəyirdi, hər öpüşdə bir başqa istilik, bir ayrı dad hiss 

eləyirdim, canından qopub gələn iniltilərlə mənə cavab verirdi, məmələrinin giləsi onlara toxunmayan 

barmaqlarıma doğru can atırdı. Mən səhərə yaxın yuxuladım və birdən, sanki, dənizin dalğaları gurultu 

ilə şahə qalxdı, duyduğum vahimə ağacdan ağaca adlayıb, ürəyimi dəlib keçdi. Onda vanna otağına 

gedib, güzgüyə yazdım: «Delqadina-Cüllüt, sevgilim mənim, budur, milad küləkləri də uçub gəldi». 

   Mənim ən əziz xatirələrimdən biri belə səhərlərin birində məktəbdən çıxanda keçirdiyim anlaşılmaz 

hisslərdir. Nə olub mənə? Müəllimə çaşqınlıqla dedi: «Ah, bala, bu ki küləkdir». Səksən il sonra 

Delqadinanın yatağında oyananda, mən eyni hissləri yaşadım və yenə öz vaxtında gələn dekabr idi

özünün aydın, təmiz səması, qum tufanları və evlərin damını qopardan, məktəblilərin yubkasını 

qaldıran burulğanı ilə birlikdə. Şəhər xəyali uğultu ilə dolurdu. Küləkli gecələrdə şəhər bazarındakı 

qışqırıqlar tində imiş kimi ən uzaq məhəllələrdə belə eşidilirdi. Və təəccüblü deyildi ki, dekabr 



Yüklə 322,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə