Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə30/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   146

96 


xarakterikdir ki, bu səbəbdən də, yerli təşəbbüs və layihə-

lər üçün çox az yer qalır.  

Mədəniyyət  üzrə  ekspertlər  belə  hesab  edirlər  ki, 

müəssisələrdə,  mədəniyyət  xadimlərində,  əhalinin  müxtə-

lif təbəqələrində və sektorlarda, Bakıda və əyalətlərdə, şə-

hərlərdə  və  xırda  icmalarda,  azlıqlarda,  yaşlı  və  cavan 

adamlarda, müxtəlif təhsil səviyyəsinə malik adamlarda və 

s.  mövcud  olan  tələb  və  gözləmələr  arasında  heç  bir  əks 

təsirə  malik  olmayan  siyasət  işləyib  hazırlamaq  üçün 

mədəniyyət  siyasəti  də  iqtisadi  və  siyasi  dəyişikliklərə 

cəld  uyğunlaşa  biləcək  dərəcədə  çevik  və  dinamik 

olmalıdır.  Yalnız  bütün sektorları və  insanları  əhatə  edən 

peşəkar  araşdırmalar  və  qiymətləndirmələr  qanunvericili-

yin,  maliyyələşmənin  yaxşılaşdırılmasından  başlayaraq, 

müəssisələrin  gücləndirilməsi  və  nəhayət,  müvafiq  anlaş-

ma və iştirak iqliminin yaradılmasına qədər, islahatları da-

vam etdirmək üçün gözəl bünövrə yarada bilər. 

İctimaiyyətlə  əlaqələri  idarə  etmək  mümkündürmü? 

Bu  sual  ictimaiyyətlə  əlaqələrdə  uzun  əsrlər  boyu    nəinki 

öz  aktuallığını  itirməmiş,  hətta  inkişaf  etməkdə  olan 

vətəndaş cəmiyyəti şəraitində də yeni məna kəsb etmişdir. 

Bu  gün  ictimaiyyətlə  əlaqələrin  komanda-inzibatçılıq 

metodundan  imtina  edilməklə  idarə  olunması,  bu  sahənin 

hüquqi  və  maliyyə  təminatının  həyata  keçirilməsi,  onun 

strateji  inkişaf  xəttinin  işlənib  hazırlanması  ilə  bağlıdır. 

Azərbaycanda  bu  funksiyalar  çoxsəviyyəli  sistem  vasitə-

silə  həyata  keçirilir.Həmin  sistemə  aşağıdakılar  daxildir: 

Milli  Məclisin  Mədəniyyət  məsələləri  Komitəsi  və  sosial 

qanunvericilik  şöbəsi-mədəni  quruculuğun  strategiya  və 

taktikasını  işləyib  hazırlayır  və  elm,  mədəniyyətin 

qanunvericilik  əsaslarını  təmin  edir;  Prezident  Aparıtının 



97 


humanitar siyasət şöbəsi – mədəni quruculuğun strategiya 

və taktikasını işləyib hazırlayır; Nazirlər Kabinetinin elm, 

mədəniyyət,  təhsil  və  sosial  problemlər  şöbəsi  –  dövlətin 

sosial proqramlarının həyata keçirilməsini əlaqələndirir və 

təmin edir; Mədəniyyət və Turizm Nazirliyi – mədəniyyət 

sahəsi  üçün  dövlət  büdcəsini  tərtib  edir,  yuxarıda  sadala-

nan  bütün  funksiyaları  özündə  cəmləşdirən  birləşdirici 

mərkəz  rolunu  oynayır,  dövlətin  mədəniyyət  siyasətinə 

bilavasitə rəhbərlik edir və bu siyasətin konkret reallaşma-

sını və əlaqələndirilməsini həyata keçirir.  

 

4.2. İdarəetmədə qloballaşma və inteqrasiya 

proseslərinin nəzərə alınması 

 

Bu gün idarəetmə sistemində qloballaşma və inteqra-

siya  prosesləri  xüsusi  əhəmiyyətə  malikdir.  Bunun  üçün 

isə  qloballaşmanın  və  innovasiyon  proseslərin  tələblərinə 

uyğun tərzdə idarəetmə sistemini qurmaq vacibdir. İnteq-

rasiya  həm  də  milli  mənəvi  dəyərlərin  öyrənilməsində, 

başqa  xalqların  müsbət  nailiyyətlərinin  təbliğində  və 

tətbiqində xüsusi önəm kəsb edir. Qloballaşma və inteqra-

siya  prosesində  ictimaiyyətlə  əlaqələrin  təşkilinin  mühüm 

rolu vardır. Bu prosesdə əlaqəlilik prinsipindən geniş isti-

fadə  prioritet  vəzifələrdən  biri  hesab  edilir.  İctimaiyyətlə 

əlaqələrdə  mədəni  inteqrasiya  prosesinin  tətbiq  olunması 

və  İKT-nin  rolu  əvəzsizdir.  Cəmiyyətin  hər  bir  üzvünə 

fərdi  yanaşmaq,  arzu  və  istəklərinin  öyrənilməsi,  tələb  və 

təkliflərin  araşdırlıması  idarəetmədə  başlıca  vəzifələrdən 

biri hesab edilir. Bu baxımdan əlaqələrdə fərd fərqliliyinin 

nəzərə  alınması,  əlaqələrdə  planlaşdırma  və  sistemlilik, 

müsbət  nümunənin  təbliği,  idarəetmə  sistemində  yeni 




98 


texnologiyaların  tətbiqi  dövrün  əsas  tələblərindən  biri 

hesab  edilir.  Hazırda  idarəetmə  sistemində  tətbiq  olunan 

prinsiplər bunlardır:  

1) obyektivlik;  

2)konkretlik;  

3) özünümaliyyələşdirmə;  

4) optimallıq-səmərəlilik prinsipi;  

5) əsas halqanın seçilməsi prinsipi;  

6) stimullaşdırma və s. 

İdarəetmə  çoxcəhətli  bir  prosesi  əhatə  edir  və 

cəmiyyətin  bütün  fəaliyyət  dairəsi  ilə  əlaqədardır.  Qeyd 

edək  ki,  cəmiyyətin  həyatının  əsasını  maddi  nemətlər  is-

tehsalı təşkil edir. Ona görə də maddi nemətlər istehsalı və 

onun idarə edilməsi ən vacib məsələlərdən biridir. İctimai 

istehsalın  idarə  edilməsi  məhz  bu  elmin  obyekti  hesab 

olunur. Bu baxımdan idarəetmə elmi ictimai istehsalı həm 

ayrı-ayrı müəssisələr, həm də, bütün cəmiyyət miqyasında 

öyrənir  və  idarəetmə  sisteminin  bütün  fəaliyyət  dairəsini 

əhatə edir.  

İdarəetmənin özünəməxsus obyektləri və subyektləri 

vardır.  Obyektləri:  xalq  təsərrüfatının  ayrı-ayrı  sahələri; 

səhmdar cəmiyyətləri; trestlər və konsernlər; birliklər və s. 

Bütövlükdə  ictimai  təkrar  istehsal  və  onun  fazaları  – 

istehsal,  bölgü,  mübadilə  və  istehlak  –  iqtisadi  idarəetmə 

obyektləridir.  

İdarəetmənin subyektlərinə: dövlət və onun orqanla-

rı, inhisar birliklərinin idarə orqanları; birliklərin idarə or-

qanları;  müəssisələrin  idarə  aparatı;  sahibkarlar  və  mene-

cerlər, banklar, bizneslə məşğul olan fərdlər və s. daxildir. 

Qeyd  edək  ki,  iqtisadiyyat  idarəetmə  prinsipləri  əsasında 

fəaliyyət  göstərməlidir.  Belə  ki,  idarəetmə  sisteminin 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə