48
- Varis Dövlət başqa Dövlətin ərazisində daimi yaşayan şəxslərə öz
vətəndaşlığını, əks halda vətəndaşlığı olmayan şəxs olacağı hallar is-
tisna olmaqla, onların istəklərinə qarşı verməyəcək;
- Fərdlərin iki və ya daha çox Dövlətin vətəndaşlığını almaq imkanı
olduqda, maraqlı Dövlətlər onların vəziyyətini nəzərə alacaqlar. Hər
bir maraqlı Dövlət müvafiq Dövlətlə müəyyən bağlılığı olan şəxslərə,
əks halda vətəndaşlığı olmayan şəxs olacaqsa, həmin Dövlətin
vətəndaşlığını seçmək hüququ verməlidir;
- Maraqlı Dövlətlər maraqlı şəxsləri heç bir əsasla ayrı-seçkilik vasitəsi
ilə vətəndaşlığını saxlamaq və ya almaq və ya seçim hüququndan
məhrum etməməlidirlər.
- Vətəndaşlıq haqqında Avropa Konvensiyası və Vətəndaşsızlığın
dövlətlərin varisliyi nəticəsində qarşısının alınmasına dair Kon-
vensiyasına 1961-ci il Konvensiyasının müddəaları və BHK tərəfindən
hazırlanmış maddə layihələrində göstərilən prinsiplər da-xildir. Avropa
Konvensiyasında bütöv bir fəsil Dövlətlərin varisliyi və vətəndaşlığa
həsr olunub. Burada dörd əsas prinsip vurğulanmışdır:
- Maraqlı şəxs və Dövlət arasında həqiqi və effektiv əlaqə;
- Varislik aktının bağlandığı tarixə maraqlı şəxsin adi yaşamağı;
- Maraqlı şəxsin istəyi; və
- Maraqlı şəxsin ərazi mənşəyi.
Bundan başqa Vətəndaşlıq haqqında Avropa Konvensiyası qeyd
edir ki, sələf Dövlətin vətəndaşları olmayan, varis Dövlətin ərazisində
daimi yaşayan və varis Dövlətin vətəndaşlığını əldə etməyən şəxslər bu
Dövlətdə qalmaq və vətəndaşları kimi həmin sosial və iqtisadi hüquq-
lardan istifadə etmək hüququna malik olmalıdırlar.
- Vətəndaşsızlığın dövlətlərin varisliyi nəticəsində qarşısının alınmasına
dair Konvensiyasına Dövlətlərin varisliyi hallarında vətəndaşlığa dair
dəqiq sübut qaydaları daxildir (maddə 8):
“Varis Dövlət onun varis olmağı nəticəsində vətəndaşlığı olmayan
şəxs olmuş və bu cür şəxslərin standart tələblərə uyğunluğunun yersiz
olduğu hallarda vətəndaşlığın verilməsi üçün vacib olan sübuta dair adi
tələblərin yerinə yetirilməsini tələb etməməlidir.
Varis Dövlət varislik aktının bağlandığı tarixə qədər onun ərazisində adi
olaraq yaşayan və ya onun varis olmağı nəticəsində vətəndaşlığı olma-
yan şəxs ola biləcək şəxslərdən söhbət getdikdə başqa vətəndaşlığın
49
alınmamasının sübutunu tələb etməməlidir”.
8-ci maddənin birinci paraqrafı vətəndaşlığın alınmasında sübut etmə
şərti ilə bağlı standart tələblərin yerinə yetirilməsinin fərd üçün qeyri-
mümkün və ya artıq dərəcədə çətin olduğu halları müzakirə edir. Bəzi
hallarda fərdin onun mənşəyini təsdiq edən bütün sənədləri təqdim
etməyə imkanı olmaya bilər. (məsələn, vətəndaşlıq aktlarının qeydiyyat
arxivi məhv edilibsə). Bəzən, yaşayış yerinin qeydiyyatı aparılmırsa,
yaşayış yeri barədə sənədli sübutlar gətirmək də qeyri-mümkün olur.
Göstərilən müddəa, həmçinin, bu cür hallara aiddir ki, fərd tələb olu-
nan sübutları gətirə bilər, lakin bu düşüncəsiz olardı. Məsələn, bu halda
sübutların təqdim edilməsi ərizəçinin səhhəti və həyatını təhlükə altına
atır. Sübutların gətirilməsini çətinləşdirən hallar hər zaman Dövlətlərin
varislik aktı ilə birbaşa əlaqədar deyillər. Onlar varislik aktından əvvəl və
ya sonra baş vermiş hadisənin nəticəsi ola bilər. (məsələn, sələf Dövlətin
rejimində vətəndaşlıq vəziyyəti aktlarının arxivi məhv edilmişdirsə və ya
müəyyən sənədlər əhalinin bəzi kateqoriyalarına verilmirdisə). Bu hal-
lar bu cür sübutların olmasının böyük ehtimalı və/və ya müstəqil ifadələr
varis Dövlətin vətəndaşlığını almaq üçün tələb olunan şərtlərin yerinə
yetirilməsində kifayət sayıla bilər.
8-ci maddənin ikinci paraqrafı sələf Dövlətin mövcudluğunu itirdiyi və
bunun nəticəsi olaraq bütün vətəndaşların öz vətəndaşlıqlarını avtoma-
tik olaraq itirdiyi hallara aiddir. Əgər varis Dövlət çoxvətəndaşlılığı qəbul
etmir və ya vətəndaşlıqların sayını məhdudlaşdırırsa, həmin Dövlət
maraqlı şəxsdən başqa vətəndaşlıq almadığı və ya vətəndaşlığı olma-
yan şəxs olduğu barədə sübutlar tələb edə bilər. Başqa vətəndaşlığın
olmamağı və ya vətəndaşsızlıq barədə sübutların tələbini çox vaxt yerinə
yetirmək mümkün deyil. Ona görə ki, bu digər Dövlətlərin əməkdaşlığa
hazırlığından asılıdır. Varislik nəticəsində maraqlı şəxsin vətəndaşlığı
olmayan şəxsə çevrilmək təhlükəsi mövcud olduqda, varis Dövlət bu
şəxsə vətəndaşlıq verməzdən əvvəl başqa vətəndaşlıq almadığı və ya
vətəndaşlığı olmayan şəxs olduğu barədə sübutlar tələb etməməlidir.
Bu qayda üstünlük təşkil edən fikir üzərində qurulub ki, vətəndaşsızlığın
azaldılması dünya ictimaiyyəti üçün prioritetdir, eyni zamanda bir neçə
vətəndaşlıq almaq və ya onlardan imtina etmək hər Dövlətin fərdi
şəkildə həll etdiyi məsələdir.
Bu müddəalar, ərazisində çoxvətəndaşlılıq hallarının azaldılmasına
çalışan Dövlətin başqa Dövlətlərlə əməkdaşlığına və vətəndaşlığın
alınması və itirilməsinə dair məlumat mübadiləsinə əngəl yaratmır. Çox-
vətəndaşlılıq problemi Milli qanunlar arasında ziddiyyətlərə dair bəzi
məsələlər haqqında 1930-cu il Haaqa Konvensiyasında və fərdin könül-
lü olaraq başqa vətəndaşlıq aldıqda, vətəndaşlığın avtomatik itirilməsi
50
imkanını nəzərdə tutan Avropa Konvensiyasının 7.1.a maddəsində
yer almış başqa vətəndaşlığın tanınmaması barədə müddəa əsasında
həll edilə bilər. Dövlət, həmçinin, maraqlı şəxsdən başqa vətəndaşlığı
olmadığı və olmayacağı barədə yazılı bəyanat tələb edə bilər. Bu,
Dövlətə, nəticədə maraqlı şəxsin yalan bəyanat verdiyi aşkarlandığı
halda öz vətəndaşlığını ləğv etməyə imkan yaradacaq.
Faydalı təcrübə: Çexiya Respublikası
1 yanvar 1993-cü il tarixində, əvvəllər Çexoslovakiya adlanan Dövlət
dağıldıqda, hər iki varis Dövlət - Çexiya Respublikası və Slovakiya
Respublikası – hər ölkənin vətəndaşlarının ilkin məcmusunu müəyyən
etmiş vətəndaşlıq haqqında yeni qanunlar qəbul etdi və əsasında onların
vətəndaşlığının verildiyi proseduru müəyyən etdilər. Lakin hər iki qanun
məcmusu Çexoslovakiyanın 1969-cu ildə qəbul olunmuş vətəndaşlıq
haqqında qanunu əsasında hazırlanmışdı və bu səbəbdən yeni reallıqlara
uyğun deyildilər.
İki yeni yaradılmış Dövlətin vətəndaşlıq haqqında qanunlarına əsasən
1954-cü ilə qədər anadan olmuş şəxslər, yəni Çexoslovakiya Sosialist
Respublikasının federativ dövlətə çevrildiyi tarixə qədər 15 və daha
çox yaşı olan şəxslər bu dövlətlərin ərazisində doğulublarsa onların
vətəndaşları olurdular (jus soli). 1954-cü ildən sonra doğulmuş şəxslər ya
jus soli əsasında (qarışıq çex/slovak vətəndaşlığı olan valideynlərdən olan
şəxslər adətən doğulduqları yerdən asılı olaraq vətəndaşlıq alırdılar) və ya
valideynlərinin vətəndaşlığı əsasında (jus sanguinis) – hər iki valideynin
vətəndaşlığı eyni olduqda, bu Dövlətlərin vətəndaşı olurdular.
Nəticədə, ömür boyu Çexiya Respublikasında yaşayanların çoxu Slovakiya
vətəndaşlığı aldılar və əksinə. Çexiya Respublikasında yaşayan etnik azlıq
olan qaraçıların əksəriyyəti hüquqi cəhətdən çıxılmaz vəziyyətə düşdülər,
ona görə ki, onların çoxu Slovakiya ərazisində doğulmuş və ya onların
əcdadları Slovakiyada doğulmuşdular.
Slovakiyanın vətəndaşlıq haqqında qanunu Çexoslovakiyanın bütün
keçmiş vətəndaşları üçün vətəndaşlıq almaq hüququnu məhdudlaşdırmırdı,
lakin Çexiya Respublikasının vətəndaşlıq haqqında yeni qanunu əsasında
Çexiya vətəndaşlığının verilə biləcəyi sərt tələblər qoymuşdu. Çexiya
vətəndaşlığını almaq üçün şəxs aşağıdakı şərtlərə uyğun gəlməli idi:
- Federasiyanın dağılmağından əvvəl iki il ərzində Çexiya
Respublikasının ərazisində daimi yaşamalı və qeydiyyatda
olmalıdır;
Dostları ilə paylaş: |