66
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Belçikada Sabirin heykəli qoyulacaq
29.08.2011
www.elkhan-suleymanov.az
Şamaxının millət vəkili, Azərbaycan-Belçika parla-
mentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri El-
xan Süleymanov 26-28 avqustda Belçikaya səfər edib.
O, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri cənab Blanşarla görüşüb. Səfər
zamanı cənab Blanşarın meri olduğu thuin şəhərində
Azərbaycanın böyük şairi M.ə.Sabirin anadan olması-
nın 150 illiyi münasibəti ilə heykəlinin qoyulması üçün
yer müəyyən edilib və Sabir gününün qeyd olunması ilə
bağlı tədbirlər planı müzakirə edilib.
Qeyd etmək lazımdır ki, cənab Blanşarın rəhbərliyi
altında Belçika-Azərbaycan parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun 5 nəfər üzvündən ibarət nümayəndə
heyəti 04-08 iyul 2011-ci il tarixində Azərbaycan Res-
publikasına səfər etmişdi. Onlar səfər çərçivəsində
həmçinin Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif
Məmmədovla görüşmüşdülər. Görüş zamanı Şamaxı
və thuin şəhərlərinin qardaşlaşması haqqında razılıq
əldə edilmişdi. Odur ki, Şamaxının millət vəkili Elxan
Süleymanovun Belçikaya səfəri zamanı Şamaxı və thu-
in şəhərlərinin qardaşlaşması istiqamətində müvafiq
sənədlərin qəbul edilməsi və yaxın zamanlarda qarşılıqlı
olaraq konkret tədbirlərin keçirilməsi qərara alınıb. Gö-
rüş zamanı Belçika və Azərbaycan üçün qarşılıqlı maraq
kəsb edən digər məsələlər müzakirə edilib.
68
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Azərbaycan nümayəndə heyəti
AVRONEST PA-nın sessiyasında
tam tərkibdə iştirak edəcək
09.09.2011
APA
14-15 sentyabrda Strasburqda AvRONESt Parla-
ment Assambleyasının ilk sessiyası keçiriləcək. Şa-
maxının millət vəkili, AvRONESt PA-da Azərbaycan
nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov başçı-
lığı ilə 10 nəfərlik Azərbaycan nümayəndə heyəti artıq
bazar ertəsi, sentyabrın 12-də Strasburqa yollanacaq.
Elxan Süleymanovdan aldığımız məlumata görə sessi-
ya zamanı 29-30 sentyabr tarixində varşavada keçiriləcək
Şərq tərəfdaşlığı Sammiti ilə bağlı tövsiyələrin müzakirə
edilməsi və müvafiq qərarın qəbul edilməsi planlaş-
dırılır. Bu məqsədlə Siyasi Məsələlər, insan Hüquqları
və Demokratiya komitəsi tərəfindən “2011-ci il Şərqi
tərəfdaşlıq Sammitinə tövsiyələr: məqsədyönlü fəaliyyət
üçün yüksək gözləntilər”ə dair ilkin məruzə hazırlana-
raq rəy və təkliflər üçün AvRONESt PA komitələrinə
göndərilmişdir. AvRONESt PA-nın Siyasi Məsələlər, in-
san Hüquqları və Demokratiya, iqtisadi inteqrasiya və
Ai Siyasətləri ilə Uyğunluq, Enerji təhlükəsizliyi, Sosial
Məsələlər, təhsil, Mədəniyyət və vətəndaş cəmiyyəti
komitələri tərəfindən məruzə ilə bağlı ilkin rəylər hazır-
lanmışdır.
Millət vəkili həmçinin qeyd etdi ki, artıq Av-
RONESt PA-da Ai üzvü olan deputatlar və Şərq
tərəfdaşı ölkələrinin nümayəndə heyətləri, o cümlədən
Azərbaycan nümayəndə heyəti təqdim edilən sənədlər
üzərində ciddi işlər aparmış və bir sıra düzəlişlər və
əlavələr təqdim edilmişlər. Hazırda bu sənədlər qəbul