39
yeganə qanuni hökumət kimi tanıyır. Müttəfiq qoĢunların koman-
danlığı yenidən yaradılmıĢ Azərbaycan dövlətinin daxili iĢlərinə
qarıĢmayacaq və ona hər cür kömək göstərəcək. Azərbaycan Milli
ġurasının və Cümhuriyyətinin rəhbəri M.Ə. Rəsulzadə yaxın dostu
və məsləkdaĢı Fətəli xanı müstəqil Azərbaycanın təĢəkkülündə mü-
hüm rol oynamıĢ Ģəxsiyyətlərdən biri adlandırmıĢdı. Beləliklə,
Azərbaycanda ilk demokratik dövlət quruculuğu prosesində və döv-
lət idarəçiliyi strukturlarının formalaĢdırılmasında F. Xoyskinin bö-
yük rolu olduğu aydındır.
F. Xoyski canından artıq sevdiyi xalqına, Vətəninə axıradək
sadiq qalmıĢdı. BaĢlanğıc həmiĢə çətin olur... AĢikardırdır ki, milli
istiqlaliyyətimizin qazanılmasında, dövlət müstəqilliyimizin bərpa
edilməsində və qorunmasında F. Xoyskinin xidmətləri böyükdür. O
cümlədən müstəqil Daxili ĠĢlər Nazirliyimizin təsis edilməsində,
milli, müstəqil polis orqanlarımızın təĢəkkülü və inkiĢaf etdiril-
məsində də müstəsna xidmətlər göstərmiĢdir. Təəssüf ki, xalqımızın
bu görkəmli oğlunun aqibəti faciə ilə sona yetmiĢ, o, erməni
terrorunun qurbanı olmuĢdur...
1920-ci il aprelin 27-də Bakının 11-ci ordu tərəfindən iĢğa-
lından bir gün sonra Azərbaycanda sovet hakimiyyəti elan olundu.
BolĢeviklərin Azərbaycan Xalq Cümhuriyyətinin siyasi xadimlərinə
toxunmayacaqlarına dair verdikləri vədlərin həqiqiliyinə əmin
olmayan Fətəli xan təqibdən və “qırmızı terrordan“ yaxa qurtarmaq
üçün ailəsi ilə birlikdə zirehli qatarla Tiflisə gedib orada yaĢayırdı.
Lakin düĢmənlər, ilk növbədə erməni-daĢnaklar onu “unuda” bilmir,
izləyir və fiziki cəhətdən məhv etmək üçün fürsət gözləyirdilər.
Budur, Fətəli xanın qətlə yetirildiyi həmin müdhiĢ 1920-ci il
19 iyun günü... Həmin gün Fətəli xan öz yaxın silahdaĢı, Azərbay-
can Xalq Cümhuriyyətinin rəhbər postlarında, o cümlədən ədliyyə
və daxili iĢlər naziri vəzifələrində çalıĢmıĢ Xəlil bəy Xasməmmə-
dovla birlikdə Tiflisdəki Ġrəvan meydanından (indiki PatiaĢvili adı-
na Opera və Balet Teatrının yanı) söhbət edə-edə keçərkən qəfil atı-
lan atəĢlərə düçar olmuĢdu... Fətəli xan ağır yaralanaraq, səndirləyib
yıxılmıĢ, Xəlil bəy də yaralanmıĢdı. Ancaq tapançasını çıxarıb əks-
cavab olaraq terrorçulardan birini yaralamıĢ və onun dalınca
40
yüyürmüĢdü. Amma terrorçular axĢamın qaranlığında aradan
çıxmıĢdılar...
Xəlil bəy terrorçunun atdığı qəfil güllə ilə boyun nahiyəsin-
dən ağır yaralansa da, yenidən özünü Fətəli xana yetirmiĢdi. Fətəli
xan güllə səsinə yığıĢan insanlarla əhatə olunmuĢdu. Xəlil bəy ona
yetiĢəndə fəqət, Fətəli xan gözlərini əbədilik yummuĢdu. Xəlil bəy
hönkür-hönkür ağlayırdı... Beləliklə, Fətəli xan Xoyski 45 yaĢında
erməni terrorçularının əli ilə həyatdan vaxtsız köçmüĢdür. Tarixi
ədəbiyyatların verdiyi məlumatlara görə, Fətəli xan Xoyskini Tür-
kiyənin Ərzrum Ģəhərindən gəlmiĢ muzdlu erməni terrorçuları Aram
Erkanyan və MiĢaq Qriqoryan (bəzi ədəbiyyatda Kirokasyan da
yazılır) arxadan atdıqları güllə ilə qətlə yetirmiĢlər...Xəlil bəyin ca-
vab atəĢi il yaraladığı terrorçi M.Qriqoryan idi. Bu qanlı hadisə ba-
rədə məlumatları sonralar erməni daĢnakları 1986-cı ildə Parisdə ta-
rixi terrorizmə aid həsr etdikləri kitabda yazmıĢlar... (Qeyd: Aram
Erkanyan Ermənistanın Milli Qəhrəmanıdır).
Erməni terrorçuları tərəfindən Fətəli xan Xoyskinin qətlə
yetirilməsi Zaqafqaziya regionunun bütün demokratik qüvvələrinin
qəzəbinə səbəb olmuĢdu.”Qruziya” (Gürcüstan) qəzeti F. Xoyskinin
qətlinin dördüncü günü, 23 iyun 1920-ci il tarixli nömrəsində Fətəli
xan Xoyski haqqında nekroloq dərc etmiĢdi.
Dövrü mətbuatda F. Xoyskinin faciəli qətli ilə bağlı baĢqa bir
fərziyə də öz əksini tapmııĢdır. Həmin fərziyəni Fətəli xanın qızı
Tamara xanım söyləmiĢdir.
Vaxtı ilə Rusiya imperiyasında tanınmıĢ hüquqĢünaslardan bi-
ri olan Fətəli xan Xoyski döğma dilində çox da səlis danıĢa bilmirdi
və ictimai yerlərdə əsasən rus dilində danıĢırdı... Fətəli xanın rus di-
lində daha çox danıĢmağa üstünlük verməsi bununla əlaqədar idi ki,
atası general-leytenant Ġsgəndər xan Xoyski çar Rusiyasının ordu-
sunda xidmət etmiĢdi və rus ordusundakı həmin xidmət, həmçinin
böyüdüyü ailə mühiti Fətəli xana təsirsiz keçməmiĢdi.
Tamara xanımın söyləməsi barədə yazan Zəkəriyyə ġirvani
bildirir ki, Fətəli xan Xoyski Azərbaycanda sovet hakimiyyəti qu-
rulduqdan sonra 1920-ci il aprelin 30-da Azərbaycan Demokratik
Respublikasının liderlərindən biri, Parlamentin sədr müavini olmuĢ,
görkəmli demokrat Həsən bəy Ağayevlə (1875 Gəncə - 19 iyul 1920,
41
Tiflis; Fətəli xanın qətlindən düz bir ay sonra erməni muzdlu qatili tə-
rəfindən öldürülmüĢdü) birlikdə qatarla gecə Tiflisə gəlmiĢdi. F.
Xoyskinin qətli isə heç də 1920-ci il iyunun 19-da deyil, həmin il iyu-
nun 7-də baĢ vermiĢdir. Özü də, onun yanında Xəlil bəy yox, məhz
Həsən bəy Ağayev olmuĢdur... Tamara xanım bununla əlaqədar bildi-
rib ki, gürcü həkim, professor Nikolay KipiĢidze Fətəli xanın ölümü-
nün bəzi təfərrüatları barədə ona aĢağıdakı məlumatları vermiĢdir:
– “Fətəli xan və Həsən bəy 1920-ci il iyunun 7-də “Soley”
sinqmatroqrafında axırıncı kinoseansından çıxaraq, Veri eniĢindən
Mixaylovskaya küçəsinə tərəf enəndə naməlum bir terrorçu arxadan
onların kürəyinə bir neçə dəfə atəĢ açmıĢdı. Mixaylovskaya xəstə-
xanasına çatdırılan F. Xoyski və Həsənbəy Ağayevə ilk tibbi yardım
göstərən məhz mən idim. Ancaq Xoyski çoxlu qan itirdiyinə görə
səhərə yaxın keçindi. H. Ağayev isə sağalıb Türkiyəyə gedib.
Onlara atəĢ açanın kim olduğu isə aĢkar edilməmiĢdir”.
Fətəli xan Xoyskinin nəsli, özünün ailə üzvlərindən bəziləri
və onların aqibətləri haqqında məlumat verməyimiz də bizcə, yerinə
düĢər. Fətəli xan milliyyətcə rus olan Yevgeniya Vasilyevna ilə ailə
qurmuĢdu. Qohumlarının Ceyran adlandırdıqları həmin qadından
Fətəli xanın üç övladı vardı: qızı Tamara, oğlanları Murad və
Ənvər. Böyük oğlu Murad 1910-cu ildə Gəncədə anadan olmuĢdu...
Bakıda Nəqliyyat Ġdarəsində iĢləyirdi. Onun birinci arvadı
Aleksandra Bezzubovadan (sonra ayrılmıĢdılar) Ənvər adlı oğlu
vardı. Ənvər 1938-1990-cı illərdə yaĢamıĢdı... Murad ikinci dəfə
Nina Qalkina (1928) ilə evlənmiĢdi. Ondan bir qızı dünyaya gəlmiĢ-
di. Adını Tamara (1950) qoymuĢdu. Murad 1973-cü ildə vəfat et-
miĢdi. Onun oğlu Ənvərin törəmələri Ukraynada, qızı Tamara xanı-
mın ailəsi isə Bakıda yaĢamıĢlar... Fətəli xanın digər oğlu Ənvər də
(Ənvər ərəb sözüdür, “çox iĢıqlı”, ”çox parlaq” deməkdir) 1914-cü
ildə Gəncədə anadan olmuĢdu... 1935-ci ildə, 30-cu illərin repressi-
ya dövründə təqiblərə məruz qalmıĢ və dünyasını vaxtsız dəyiĢmiĢ-
di... Fətəli xanın hər iki oğlu həyatdan köçənə qədər atalarının soy
adını iftixarla daĢımıĢdılar. Qızı Tamara 1902-ci ildə Gəncədə dö-
ğulmuĢdu. 1921-ci ildə Azərbaycan SSR-in görkəmli dövlət xadim-
lərindən biri olan Mirzə Davud Hüseynova (1894, Bakı - 1938; otu-
zuncu illərdə siyasi səbəblərə görə repressiya olunmuĢ və 1938-ci
Dostları ilə paylaş: |