|
Kafedra: "Riyaziyyat və İnformatika" FənnAdi işgüzar yazışmalarda qəbul olunmuş “qızıl” qaydalar isə bunlardır
|
səhifə | 2/2 | tarix | 31.12.2021 | ölçüsü | 248,15 Kb. | | #81349 |
| Aynur İKTAdi işgüzar yazışmalarda qəbul olunmuş “qızıl” qaydalar isə bunlardır:
Yalnız məğzini verməklə fikirlərinizi qısaca ifadə edin.
Savadlı yazın.
Başqalarından nəzakət tələb edirsinizsə, özünüz də nəzakətli olun.
Aldığınız məktubun cavabını gecikdirməyin.
Ümumi ifadələrlə “canınızı qurtarmayın”. Deməyə sözünüz yoxdursa, bunu nəzakətlə bildirib yazışmaya son qoyun. Elektron yazışmalarda bu göstərilənlərə aşağıdakı qaydalar da əlavə olunmalıdır:
Məktubun mövzusunu göstərin. İstifadəçilərin çoxu virusların qorxusundan mövzusu olmayan, yaxud mövzusu şübhəli olan məktubları oxumadan uzaqlaşdırırlar. Elan etdiyiniz mövzuya uyğun fikirlər yazın.
Məktubunuzun sonunda kimliyinizi bildirin.
Qabaqcadan arxivləşdirmədən irihəcmli fayllar göndərməyin.
Əgər məktubunuzda adresatların hamısı üçün mühüm və faydalı informasiya yoxdursa, onu bir neçə ünvana “səpələməyin”.
Sizin ünvanınızı arzuolunmaz adresat kimi “qara siyahı”ya sala bilərlər. Gənclər arasında çox geniş yayılmış çat (CHAT – gap, söhbət) xidməti ən demokratik şəbəkə ünsiyyət üsulu olsa da, orada da müəyyən qaydalara əməl etmək məsləhətdir:
İştirakçıların əksəriyyətinin ünsiyyətdə olduğu dildən istifadə edin. Bu, həm xarici dillərə, həm də slenqə aiddir.
Özünüzü ağıllı göstərməyə çalışmayan. Bu, həmsöhbətinizi sizin əleyhinizə çevirə bilər. Sadə və aydın məlumatlar göndərin.
Hər hansı səbəbdən həmsöhbətləriniz sizi qane etmirsə, çatdan uzaqlaşmağınız daha yaxşı olar.
Müəyyən mövzu üzrə ixtisaslaşan çat-serverdəsinizsə, söhbətin mövzusundan kənara çıxmayın. Sözün həqiqi mənasında çat etmək istəyənlər üçün xüsusi serverlər mövcuddur.
Qeyri-normativ leksikadan istifadə etməyin. Çatların əksəriyyəti izlənilir və xuliqanlar, “ağzıyavalar” serverdən uzaqlaşdırılır.
Qondarma addan (NICKNAME) istifadə edin, çünki çatlar qeyri-rəsmi ünsiyyət üçündür.
Bu növ ünsiyyətdən tez-tez istifadə edirsinizsə, qondarma adınızı dəyişməyin.
Çata daxil olanda salamlaşın.
Replikanıza cavab verilmirsə, onu bir neçə dəfə təkrarlamayın, çünki haqqınızda hövsələsiz, yaxud zəhlətökən təəssüratı yarana bilər. Ola bilsin, cavab bir az gec verilsin.
Dostları ilə paylaş: |
|
|