-
Azərbaycan Respublikasının vahid idman təsnifatı qüvvədə olduğu müddətdə ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanındığı və dövlət reyestrinin aparıldığı andan Gənclər və İdman Nazirliyi həmin idman növü üzrə idman dərəcələrinin verilməsi üçün tələb və normaları təsdiq edir.
-
Təsnifatın qüvvədə olduğu müddətdə beynəlxalq aləmdə hər hansı idman növündə, qaydalarda, normalarda dəyişiklik edilərsə, o zaman respublika təsnifatında da müvafiq əlavələr və dəyişikliklər edilir.
-
Bu təsnifat respublikada fəaliyyət göstərən bütün idman təşkilatları və federasiyalar üçün normativ sənəddir.
“Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi
və İdman İşçisi” adı haqqında
Ə S A S N A M Ə
-
“Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adı ilə aşağıda göstərilən tələbləri yerinə yetirən şəxslər təltif olunur:
-
Cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edən, insanların tərbiyəsinə yönəldilmiş təşkilatçılıq, elmi-metodiki və digər sahələrdə əmək sərf etmiş, öz peşəkar ustalıqlarını daim artıran, bədən tərbiyəsi və idman sahəsində ən azı 25 illik fasiləsiz iş stajı olan, bədən tərbiyəsi və idman təhsilli mütəxəssisləri;
-
Bədən tərbiyəsinin, uşaq-gənclər idmanının və idman növlərinin inkişafında böyük xidmətləri olmuş idarə, müəssisə və təşkilatlardakı bədən tərbiyəsi və idman mütəxəssisləri;
-
Yüksək mənəvi keyfiyyətlərə malik olan insanların tərbiyəsinə yönəldilmiş təşkilatçılıq, elmi-metodiki və digər sahələrdə əmək sərf etmiş bədən tərbiyəsi və idman mütəxəssisləri;
-
Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının qərarına əsasən verilir.
Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adı üzrə təqdimatlarla Gənclər və İdman idarələri, idman yönümlü təşkilatlar, idman növləri üzrə federasiyalar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə müraciət edə bilərlər.
-
Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adının təltif edilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:
-
Təqdimat;
-
Təhsil haqqıında sənədin surəti (diplom);
-
Şəxsiyyət vəsiqəsinin surəti;
-
3x4 sm. ölçüdə iki fotoşəkil;
-
Müraciət edən təşkilatın qərarı;
-
Əmək kitabçasının surəti.
-
Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adına layiq görülən şəxslərə döş nişanı və vəsiqə təqdim edilir.
-
Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adı ilə təltif edilmə haqqında qərar “KİV”də dərc edilir.
-
Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyası tərəfindən ləğv edilə bilər.
Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi
və idman işçisi adının verilməsi üçün
Təqdimat
__________________________________
(fəxri ad)
Soyadı_________ Adı_______ Atasının adı __________________ ____
Şəhər,(rayon) ________________ ________________ __________ ______
Doğulduğu il,ay,gün ______________ 4. Milliyyəti ______________ _ _____
İdman növü ________________________ _ _________
Təhsili ___ __ _________ ___________________________ ____________
Tutduğu vəzifə,işlədiyi yer (idman təşkilatı) ____________________________ _____________________________ ___
Ünvan,telefon _________________________________________ __________
(təşkilatın, tədris ocağının şəhər (rayon) adı)
8. Təqdim olunanın ictimai – idman fəaliyyəti haqqında məlumat
______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
_______M.Y. “____”__________201-cü il Təşkilatın rəhbəri________________
RƏYLƏR
Federasiyanın rəyi _______________________________________________________
_____________________________________________________________________________________________________________________________________________________________________________________________________________
____M.Y. “_____”_______201- il Federasiyanın prezidenti__________________
Gənclər və İdman (Baş) İdarəsinin rəyi ________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
М.Y. ''____'' _______ 201- il Gənclər və İdman (Baş)
İdarəsinin rəisi _________________________
FƏXRİ ADIN VERİLMƏSİ ÜÇÜN ƏSASLAR
№
|
İdmançının soyadı, adı, atasının adı
|
Təvəllüdü
|
İdman növü
|
Yarışların adı, yeri və keçirildiyi vaxt
|
Tutduğu yer, idman nəticəsi
|
1.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin
İdman şöbəsi________________________
|
İdman növü üzrə
Məsul işçi (mütəxəssis) ______________________________________
|
Komissiyasının sədri__________________________________________
Məsul katib__________________________________________________________
М.Y. ''______''_____________________201- il
Qeyd: Təqdimat çap edilmiş şəkildə qəbul olunur. Əmək kitabçasından çıxarış, diplom, fəxri ad və idman adları haqda sənədlərin əksi əlavə olunmalıdır. Respublika dərəcəli hakim adı ilə bağlı təqdim olunan hakimlik fəaliyyəti barədə sənədlər təqdim olunmalıdır.
“Azərbaycan Respublikasının Əməkdar İdman Ustası”
fəxri adı haqqında
Ə S A S N A M Ə
Azərbaycan Respublikasının Əməkdar İdman Ustası fəxri adı ilə – Azərbaycan Respublikasında idmanda yüksək nəticələr qazanan, idmanın və bədən tərbiyəsinin inkişafında fəal iştirak edən idmançılar təltif edilirlər.
Azərbaycan Respublikasının Əməkdar İdman Ustası fəxri adı ilə təltif olunmaq üçün təqdim olunan idmançılar fəal ictimai iş aparmalı, öz təcrübələrini gənc idmançılara öyrətməli, idman sahəsində göstərdikləri nəticələri və nöqsansız davranışları ilə fərqlənməlidirlər.
Azərbaycan Respublikasının Əməkdar İdman Ustası fəxri adı – Olimpiya Oyunları proqramına daxil olan idman növləri üzrə aşağıdakı nəticələrə görə:
-
Olimpiya Oyunlarında şəxsi yarışlarda 1-3-cü yerləri tutan idmançılara;
-
Olimpiya Oyunlarında komanda oyun növləri yarışlarında 1-8-ci yerləri tutan idmançılara;
-
Dünya çempionatında şəxsi yarışlarda 1-ci yer, komanda oyun növləri yarışlarında 1-3-cü yerləri tutmuş idmançılara;
-
Avropa oyunlarında şəxsi yarışlarda 1-ci yer, komanda oyun idman növlərində 1-3-cü yerləri tutmuş idmançılara;
-
Avropa çempionatında şəxsi yarışlarda 2 dəfə 1-ci yeri, komanda oyun növləri yarışlarında 1-2-ci yerləri tutmuş idmançılara;
Olimpiya Oyunları proqramına daxil olmayan idman növləri üzrə aşağıdakı nəticələrə görə verilir:
-
Ümumdünya Şahmat Olimpiadasında komanda tərkibində 1-2-ci yeri tutmuş idmançılara;
-
2 dəfə Dünya çempionu adını və 3 dəfə Avropa çempionu adını qazanmış idmançılara.
“Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” fəxri adı Gənclər və İdman Nazirliyinin kollegiyası tərəfindən İdman şöbəsinin təqdimatı əsasında verilir.
“Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” adı layiq görülən şəxslərə vəsiqə və döş nişanı verilir.
“Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” adı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin kollegiyası tərəfindən ləğv edilə bilər.
Qeyd: Bu yarışlarda azı 20 dövlətin komandasının iştirakı və hər proqramda
(kq, metr, bal) 12 dövlətin idmançısının iştirakı vacibdir.
Azərbaycan Respublikasının Əməkdar İdman Ustası fəxri adı Paralimpiya oyunlarında I – III yerləri tutmuş idmançılara görə verilir:
Azərbaycan Respublikasının əməkdar idman ustası
adının verilməsi üçün
Dostları ilə paylaş: |