məsələsində can-ciyər olmuşdu (Almaniyanın Qafqazda nümayəndəsi fon Kross
Azərbaycan Cümhuriyyətinin müvəqqəti paytaxtında - Gəncədə olarkən,
müstəqil Azərbaycan dövləti tərəfdarı olduğunu və “bu dövlətin paytaxtı olan
Bakının tezliklə” azad edilməsini ürəkdən arzuladığını bildirmişdi. Đkisindən
biridir: ya fon Kross öz hökumətinin Azərbaycan siyasətindən xəbərdar deyil-
miş, ya da niyyətlərini gizlədirmiş).
Rusiya “Əlavə müqavilə” ilə Türkiyə- Azərbaycan qoşunları tərəfindən
Bakının azad olunmasının qarşısını almaq niyyətində idi. Ancaq yanılmışdı.
Bakı uğrunda həlledici çarpışmalar hələ qabaqda idi. Bakını azad etmək
əzmində Azərbaycan dönməz idi. Azərbaycan liderləri yaxşı başa düşürdülər ki,
“Bakısız Azərbaycan - başsız bədəndir” (M.Ə.Rəsulzadə).
Azərbaycan hökuməti 27 avqust tarixli “Əlavə müqavilə”dən xəbər tutan
kimi, M.Ə.Rəsulzadə Đstanbulda Azərbaycan hökuməti adından Almaniyanın
Türkiyədəki səfirliyinə və digər dövlətlərə e’tiraz notası verdi. Notada deyilirdi:
bu məsələ “Azərbaycan üçün yalnızca tövsii-ərazi məsələsi təşkil etməyib, bir
həyat və məmat (ölüm - T.K.) qaziyyəsi şəklini iqtisab eyləmişdir”. Həm də
M.Ə. Rəsulzadə sentyabrın 6-da Gəncəyə baş nazir F.X. Xoyskiyə teleqram
vuraraq həyəcan siqnalı verdi: “Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbay-
can!”.
Diplomatik addımlarla yanaşı Azərbaycan hökuməti Bakının azad
edilməsini sür’ətləndirmək üçün mümkün olan bütün əməli tədbirləri həyata ke-
çirdi və sentyabrın 15-də Bakı azad edildi.
Azərbaycan hökuməti Bakıda fəaliyyətə başladıqdan sonra da Rusiya Bakı
uğrunda, Almaniya isə Bakı neftindən pay uğrunda mübarizəni dayandırmadı.
Sentyabrın 20-də Rusiya Xarici Đşlər Komissarlığı Türkiyəyə nota göndərərək
“Rusiya Respublikasının ən mühüm şəhərlərindən biri olan Bakının”
tutulmasına e’tirazını və bununla da əlaqədar Rusiya-Türkiyə arasında sülh
münasibətlərinin dayandırılmasını bildirdi. Almaniyanın Rusiyadakı Baş
konsulluğuna notada isə Almaniyanın Bakı barəsində öz 27 avqust öhdəliyinə
əməl etməməsi nəzərə çatdırıldı.
Həmin günlərdə Türkiyə Sədri-ə’zəmi Təl’ət paşa Berlində idi. Mirzə Bala
Məmmədzadənin yazdığına görə Təl’ət paşa sentyabrın 23-də Almaniya ilə gizli
bir protokol imzalayır: Türkiyə öz qoşunlarını Azərbaycandan çıxartmağa
boyun olur, əvəzində isə “Almaniya Azərbaycan Đstiqlalının Rusiya tərəfindən
tanınmasını tə’min edəcəyinə söz verir”.
Protokolu imzalayanlar müxtəlif məqsədlər güdürdülər. Təl’ət paşa
Türkiyənin Birinci Dünya Müharibəsində artıq uduzduğunu, istər-istəməz qo-
şunlarını Bakıdan və bütün Azərbaycandan çıxartmaq məcburiyyətində
qalacağını başa düşərək Azərbaycanın müstəqilliyini saxlamağa kömək etmək
istəyirdi. Almaniya isə müstəqil Azərbaycan dövlətini tanımamaqda davam edir,
ancaq indi, 27 avqust sazişindən fərqli olaraq, türk qoşunlarının Bakıdan
çıxarılması hesabına Bakı neftindən pay qoparmaq ümidinə düşür.
Təl’ət paşa Berlində Rusiyanın səlahiyyətli nümayəndəsi Đoffe ilə də
görüşür. Đoffe iddia edir ki, “Qafqazda müsəlmanlar yalnız Türkiyənin təzyiqi
altında müstəqil dövlət yaradırlar və əgər türklər olmasa, onlar Rusiyaya meyl
göstərməkdə davam edərdilər”. Fikrini “sübut” üçün Đoffe Təl’ət paşaya belə bir
“tutarlı dəlil” gətirmişdi: “Qafqaz müsəlmanları şiədirlər, siz türklər isə
sünnisiniz”.
Rusiya Türkiyəni olduqca ağır bir vəziyyətə düşdüyünü yaxşı bilirdi. Ona
görə Đoffe Türkiyənin nümayəndələri ilə danışıqlarda ultimatum xətti seçmişdi.
Ultimatum Rusiyanın Türkiyəyə verdiyi rəsmi notaların da dili idi. Oktyabrın
10-da verilən notada deyilirdi ki, Türkiyə “Bakı və bütün Zaqafqaziyanı
Almaniyanın tanıdığı Gürcüstanın sərhədlərinə qədər və Osmanlı imperiyasının
hüdudlarına qədər Sovet hakimiyyətinə verməlidir”.
Deməli, 27 avqust müqaviləsindən fərqli olaraq Rusiya indi təkcə Bakını
deyil, bütün Azərbaycanı istəyirdi. RSFSR bununla kifayətlənmir, Rusiyadan
ayrılıb müstəqilləşən Azərbaycanın hökumətini “fırıldaqçıların yerli saxta
hökuməti” adlandırır. “Azərbaycan istiqlalının Rusiya tərəfindən tanınmasını
tə’min edəcəyinə” Almaniyanın verdiyi söz isə və’d olaraq qalır. Bu şəraitdə
Türkiyə qoşunlarını Bakıdan və bütün Azərbaycandan çıxartmağa razılıq versə
də həmin ərazilərin bilavasitə Rusiyaya verilməsi tələbini rədd etdi.
Bu səbəbdən Rusiya Türkiyə ilə danışıqları kəsdiyini bildirdi. Lakin
hadisələr Rusiyanın maraqları məcrasında cərəyan etmədi. Rusiya və Almani-
yanın Bakı maraqları indi bilavasitə Antantanın mənafeləri ilə toqquşdu.
Almaniya-Türkiyə bloku Birinci Dünya müharibəsində məğlub oldu.
Bununla beynəlxalq vəziyyəti son dərəcədə ağır və çətin olan Azərbaycanın və-
ziyyəti daha da mürəkkəbləşdi. Çünki Azərbaycan Cümhuriyyəti real hərbi
kömək aldığı, başqa sahələrdə də yardımına güvəndiyi müttəfiq Türkiyənin
köməyindən məhrum olurdu. Digər tərəfdən, bir təhlükədən yaxa qurtarmamış
Bakını və bütün Azərbaycanı yeni təhlükə - Antanta təhlükəsi yaxalayırdı.
Cahan müharibəsinin məğlub dövləti kimi Türkiyə 1918-ci il oktyabrın 30-
da Mudros barışığını imzalamağa məcbur oldu. Müqavilənin şərtlərinə görə
Türkiyə öz qoşun hissələrini Bakıdan, Azərbaycandan və bütün Zaqafqaziyadan
çıxarmalı, Bakını müttəfiq qoşunlar tutmalıydı. Bakının tutulması Đrandakı
ingilis qoşunlarına tapşırılmışdı.
Bu elə bir vaxt idi ki, artıq Bakıda Azərbaycanın dövlət bayrağı
dalğalanırdı. Artıq Azərbaycan Cümhuriyyətinin hökuməti Bakıda fəaliyyət
göstərirdi.
Müttəfiq dövlətlər bütün bunlardan yaxşı xəbərdar idilər. Lakin onlar
Mudros barışığını bağlayarkən, Azərbaycan Cümhuriyyətinin mövcud olmasına,
Azərbaycan milli hökumətinin Bakıda fəaliyyət göstərməsi faktına məhəl
qoymamışdılar. Özlərini kiçik xalqların, onların suverenliyinin himayəçiləri
sayan müttəfiq dövlətlər Azərbaycan hökumətinə tamamilə saymazyana
yanaşmış, Azərbaycanın nəinki razılığı, hətta xəbəri belə olmadan Bakı şəhərini
tutmağı qət etmişdilər. Antantanın Bakını tutmaq qərarı böyük dövlətlərin kiçik
Dostları ilə paylaş: |