HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
42
Normativ sənədə sonradan bu müddəanın daxil edilməsi çoxsaylı mənfi nəticələrə gətirir.
Hər il işə gedən (və ya işdən qayıdan) müəyyən sayda insanın məhz yolda sağlamlığına
zərər dəyir.
Normativ sənəddə bu müddəanın dəyişdirilməsi zəruridir. Təhqiqat nəticəsində işçinin işə
getməsi və işdən qayıtması halında sağlamlığına zərər dəyməsi müəyyən edildikdə, bu da
sığorta hadisəsi kimi qeyd olunmalı və şəxsə (o bədbəxt hadisə nəticəsində vəfat etdikdə
qanuni vərəsələrinə) kompensasiyalar verilməlidir.
2.9.3. Əməyin muhafizəsi və istehsalat risklərinin azaldılması sahəsində dövlət
siyasətinə dair tövsiyələr
İstehsalatda risklərin monitorinqinin keçirilməsi sahəsində
Dövlət Əmək Müfəttişliyi Xidməti, Həmkarlar İttifaqları, işəgötürən birlikləri,
həyat sığortasını həyata keçirən sığorta şirkətləri, ixtisaslaşmış QHT nümayəndələri,
ekspertlərdən ibarət daimi monitorinq qrupunun yaradılması məqsədəuyğundur. Xüsusi
normativ-hüquqi aktla səlahiyyət dairəsi və vəzifələri müəyyən olunan bu daimi orqan
il ərzində istehsalat risklərinin dinamikasının monitorinqini keçirməli və tövsiyələri də
özündə əks etdirən illik hesabat hazırlamalıdır.
Hesabatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası, İşəgötürənlər (sahibkarlar) Konfederasiyasının təmsil
olunduğu sosial şuraya təqdim olunması və monitorinq prosesində müəyyən olunmuş
risklərin azaldılması üçün strategiya müəyyənləşməsi üçün prosedurlar və qaydaların
hazırlanması məqsədəuyğundur;
Əməyin Mühafizəsi sahəsində xidmət sferasının təşkili sahəsində
İstehsalat sahələrində və digər iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin
yaradılması üçün kommersiya fəaliyyəti əsasında xidmət sahələrinin yaradılması zərurəti
vardır. Belə xidmətin təşkili özəl strukturlar tərəfindən həyata keçirilə bilər. Lakin belə
xidmət sferasının formalaşmasında Dövlət nəzarətini həyata keçirən orqanın iştirakı
təmin olunmalıdır. Bu baxımdan belə xidmət sahələri ilk növbədə dövlət nəzarətini həyata
keçirən orqanın nəzdində yaradıla bilər. Xidmətin əsas fəaliyyəti iş yerləri üçün əməyin
mühafizəsinə dair sənədlərin hazırlanması, texniki təhlükəsizlik qaydalarının tətbiqi
(yanğın, elektrik xətləri və avadanlıqlarının təhlükəsizliyinin təmin olunması və s.), işçi
heyətin təlimatlandırılması, əyani vasitələrin hazırlanması və yerləşdirilməsi, iş yerlərində
əməyin mühafizəsi üzrə xidmətin təşkili üçün məsləhətlərin verilməsi və personalın bilik
və bacarıqlarının artırılması və s.olmalıdır. Hazırda belə ixtisaslaşmış xidmət sahələrinin
olmaması kiçik və orta sahibkarlıq subyektlərində əməyin mühafizəsinin təşkili, o
cümlədən istehsalat risklərinin azaldılması istiqamətində fəaliyyətlərin qurulmasını
problemli edir;
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
43
2.9.3. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair
standart təlimatların hazırlanması sahəsində
İqtisadi inkişaf və texniki tərəqqı istehsalatda əməyin mühafizəsinin təmin olunmasına
yönələn tədbirlərin xarakterinin və məzmununun dəyişməsini tələb edir. Əməyin
mühafizəsinə dair sahələr arası standart təlimatların yeni redaksiyada işlənilməsi zərurəti
vardır. Bu təlimatlar:
-Əməyin Mühafizəsinə dair ümumi tələblər;
-İş başlanmazdan əvvəl əməyin mühafizəsinə dair tələblər;
-İş vaxtı ərzində əməyin mühafizəsinə dair tələblər;
-Qəza hallarında əməyin mühafizəsinə dair tələblər və s. ümumi təlimatlar ola bilər.
Belə təlimatların iş yerlərində mütləq qaydada yerləşdirilməsi müvafiq normalarda əks
olunmalıdır.
İşçilər və iş növləri üzrə təlimatların təkmilləşdirilməsi və yeni təlimatların hazırlanması
istiqamətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən strategiya hazırlanmalı və
sistemli şəkildə həyata keçirilməlidir.
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
44
3. ƏLAVƏLƏR
Əlavə 1
Anlayışlar
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
ÇIXARIŞ
Maddə 2. Əsas anlayışlar
2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra- icbari sığorta)
-istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində
onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin
verilməsini nəzərdə tutan sığorta sinfidir;
2.0.2. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi (bundan sonra- icbari
sığorta müqaviləsi) -icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta
haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini
həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşma;
2.0.3. sığorta olunan- xeyrinə icbari sığorta müqaviləsi bağlanılan və bu Qanunla
müəyyən olunmuş hallarda sığorta ödənişi almaq hüququ olan bu Qanunun 3-cü
maddəsində göstərilən şəxslər;
2.0.4. sığortalı- sığorta olunanın xeyrinə icbari sığorta müqaviləsi bağlayan
Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanları;
2.0.5. sığortaçı- Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta
fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və istehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından
icbari sığorta növünü aparmağa, həmçinin qanunvericiliklə müəyyən olunmuş hallarda
annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxs;
2.0.6. faydalanan şəxs- bu Qanuna uyğun olaraq sığorta müqaviləsindən faydalanan
(sığorta ödənişi almaq hüququ olan) şəxs;
2.0.7. annuitet müqaviləsi- qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq
icazə almış sığortaçı və faydalanan şəxs arasında bağlanılan, həmin faydalanan şəxsin
xeyrinə dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta müqaviləsi;
2.0.8. müqavilə ili- icbari sığorta müqaviləsinin qüvvədə olduğu birinci il və həmin
müqavilənin qüvvədə olduğu bütün dövr ərzində tamam olan hər növbəti il;
2.0.9. istehsalat- fiziki şəxsin işləri, xidmətləri (bundan sonra- əmək funksiyalarını)
haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri;
2.0.10. istehsalatda bədbəxt hadisə-əmək funksiyalarını yerinə yetirərkən xeyrinə
icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının