16
raketin hərəkətini diqqət altında saxlayan bir nəzarət
mərkəzində işləyən insanın yanına yaxınlaşsaq, bu şəx-
sin məlumatı nə qədərdir, – deyə araşdırmağa başlasaq,
hər şeydən əvvəl bunu bildirmək lazımdır ki, bizə elə
tərbiyə verilmişdir ki, bu laboratoriyada işləyən insan-
lara istər-istəməz böyük bir heyrət hissi ilə baxırıq. On-
ları özümüzdən çox böyük görürük. İndi biz bu böyük
görmə məsələsini təhlil etmək istəyirik. Ona görə də bu
laboratoriyada işləyən böyük alimlərdən birinin yanına
yaxınlaşsaq və “Bəy əfəndi, siz burada nə edirsiniz?” –
deyə soruşsaq, o: “Mən burada bu raketin Aya gedişinə
nəzarət edirəm”, – deyə cavab verəcəkdir. “Necə nəzarət
edirsən?” – soruşsaq, “Yalnız bu alətə nəzarət edirəm”,
– deyə cavab verəcəkdir. “Bu alət necə düzəlmişdir?” –
sualını versək, həmin şəxs bizim üçün bəzi düsturlar ya-
zacaqdır. Bu düsturların baş tərəflərinə bəzi hərflərlə
müəyyən işarələr qoyacaqdır. Yəqin öz-özümüzə düşü-
nəcəyik ki, bu şəxs bizə bilmədiyimiz və heç bir zaman
da öyrənə bilməyəcəyimiz məsələlər haqqında danışır.
Halbuki heç bir müsəlman belə bir vəziyyətlə qarşılaş-
dığı zaman bunları çox da böyük bir məsələ kimi gör-
məməlidir. Laboratoriyada işləyən alimlərdən bu işləri
necə gördüyünü soruşduğumuz vaxt, o da bizə bəzi düs-
turlar göstərməyə başlayacaq. İndi biz bu düstur və for-
mula məsələsi ilə bağlı nə nəzərdə tutulduğunu qısa şə-
kildə olsa da, şərh etmək istəyirik.
Baxın, bu şəxs bizə hansı düstur və formula haqqın-
da danışırsa-danışsın, haqqında danışdığı düsturun for-
ma və möhtəvası mühüm deyil. Əslində düstur olaraq
formalaşdırılmış şeylər, bəzi fikir və düşüncə silsilə-
17
lərini simvollarla ifadə etməkdən başqa bir şey deyildir.
Məsələn, bu şəxsin Aya raketin gedişi ilə əlaqədar apar-
dığı hesablama ilə mahiyyət etibarı ilə, pəncərədən yerə
atdığımız daşın nə qədər zaman sonra yerə düşəcəyinin
hesablanması arasında heç bir fərq yoxdur.
Prinsipləri etibarı ilə nə üçün? Dostlarımızın çoxu,
ələlxüsus, lisey səviyyəsinə qədər riyaziyyat və fizika
fənnini bilənlər, pəncərədən atdığımız daşın nə qədər
zaman sonra yerə düşəcəyinin hesablanmasını çox yaxşı
bilirlər. Məsələn, liseydə oxuyan dostlarımızdan birinə
sual verib: “On metr yüksəklikdə bir pəncərəmiz var.
Bu pəncərədən bir daş atdıqda o daş neçə dəqiqədən
sonra yerə düşər?” – desələr və Amerikada gördüyümüz
ağköynəkli və cihaz arxasında oturmuş alimə də həmin
sualı versələr, hər ikisi dərhal qarşımıza bir düstur ya-
zar. Bu yazdığı düsturda “t” bərabərdir yazar. Əslində
bunun istifadə etdiyi H=1/2GS2 düsturu olduğu üçün
S=2M/G (kvadrat kökdür) şəklində bir düstur yazar və
bu düsturda deyər ki, əfəndim, daşı on metrdənmi aşağı
atırsınız? O halda bura 10 yazıb 2-yə vuracağıq, 20 alı-
nacaq. Cazibə qüvvəsi 9,81-dir. Buna böldüyümüz za-
man 2 alınacaq. Kvadrat kökü aldığımız zaman 1,41 alı-
nacaq. Bu daş 10 metrlik bir yerdən sərbəst şəkildə bu-
raxılarsa, 1,41 saniyədən sonra aşağıya düşəcək. Həqi-
qətən, pəncərədən bir daşı yerə atdığımız zaman əlimiz-
də bir xronometr tutsaq, daşın aşağıya tam 1,41 saniyə-
də düşdüyünü görərik. Əlbəttə ki, biz bu mənzərəni
gördükdə “Vay canım, bu adam bu işi bilir” – deyirik.
Yaxşı, bu adamın bildiyi nədir? Bunu sübut etməyə
çalışsaq, sadə bir şeydir. O da budur: Bu hesablanarkən
18
“Bu hesabı necə apardınız? Bu hesabı haradan çıxar-
dın?” – deyə soruşsaq, bizə deyiləcək ki, bu daş buradan
aşağıya doğru düşərkən hər hansı bir anda daşı yer özü-
nə doğru çəkir. Deməli, bir cazibə qüvvəsi var. Cazibə
qüvvəsi deyilən bir şey haqqında danışılacaq. Sonra de-
yiləcək ki, əfəndim, daş aşağı doğru düşərkən bir təcil
aldı. Bu təcilə görə daşın bir ətalət qüvvəsi var. Daş aşa-
ğı doğru enərkən yerin çəkmiş olduğu bu güc yuxarıya
doğru mövcud olan ətalət gücünə bərabərdir. “Nə üçün
bərabərdir?” – soruşduğumuz zaman deyiləcək ki, dai-
ma hər yerdə, harada qarşılaşırsa-qarşılaşsın təsir əks tə-
sirə bərabərdir. Doğrudan da, elədirmi? Bizə misallar
veriləcək. Deyiləcək ki, baxın, mən bunu bir kilo ilə be-
lə itələyərəmsə, o da bir kilo ilə məni bu tərəfə doğru
itələmiş olacaq. Hara gedirsən gedək, təsir əks təsirə
bərabərdir. İndi bu gün bütün dünyada hər sahədə aparı-
lan çalışmalarda, həqiqətən, bu hesablamaların sonunda,
məsələn, bu hesablamada, bizə əsas bərabərliyi verən,
“təsir əks təsirə bərabərdir” – deyilən bir prinsipdir. Tə-
sir əks təsirə bərabərdir, yəni hər hansı bir güc daim qar-
şısındakı başqa güclərlə tarazlıqdadır. Bu cür hesabla-
maları apardığımız zaman bir daşın düşməsində “təsir
əks təsirə bərabərdir” – prinsipindən faydalanırıq. Başqa
hesablamalarda faydalana biləcəyimiz digər tədqiqat
üsulları da vardır. Bu metodlardan önəmli olanlardan bi-
ri də “maddə yoxdan var edilməz, var da yox edilməz”
prinsipidir (buna maddənin qorunması deyilir). Digər
prinsip isə “enerji yoxdan var edilməz, var da yox edil-
məz” – prinsipidir. Bu gün bütün dünyada texnika sahə-
sində aparılan fəaliyyətlərin hamısında nəticədə istifadə
Dostları ilə paylaş: |