International Scientific Journal “Internauka”
http://www.inter-nauka.com/
International Scientific Journal “Internauka”
http://www.inter-nauka.com/
УДК 821.321
İradə Rəsuli
filologiya üzrə fəlsəfə doktoru,
“Ədəbiyyat və Azərbaycan dili” kafedrasının dosenti,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Ирада Расули
доктор философии по филологическим наукам,
доцент кафедры "Литература и Азербайджанский язык",
Азербайджанский Государственный Университет
Культуры и Искусств
AZƏRBAYCAN MÜHACIRƏT ƏDƏBIYYATI VƏ ONUN TƏŞƏKKÜLÜ
МИГРАЦИОННАЯ ЛИТЕРАТУРА АЗЕРБАЙДЖАНА И ЕЕ
ФОРМИРОВАНИЕ
Mücərrəd: 1909-1920-cu, 1920-1941-ci, 1941-1991-ci illər, 1991-ci ildən
indiyədək olan mərhələlərdə Azərbaycan mühacirət ədəbiyyatı və onun təşəkkülü
haqqında araşdırmalar aparılmışdır. Azərbaycan müstəqillik qazanandan sonra,
mühacirətşünaslığı özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Açar sözlər: Mühacirət, Azərbaycan mühacirəti, Vətən, “Vətən” Cəmiyyəti,
Azərbaycan mühacirət ədəbiyyatı, dünya azərbaycanlıları.
Аннотация: Проведено исследование миграционной литературы
Азербайджана и ее формирование в 1909-1920, 1920-1941, 1941-1991 годах, и
начиная с 1991 года по настоящий момент. Азербайджан после приобретение
независимости, миграционная литература перешла в новый развитой этап.
Ключевые слова: Миграция, миграция Азербайджанцев, Родина,
Общество «Родина», Миграционная литература Азербайджана, азербайджанцы
всего мира.
International Scientific Journal “Internauka”
http://www.inter-nauka.com/
International Scientific Journal “Internauka”
http://www.inter-nauka.com/
Azərbaycan mühacirət ədəbiyyatı Azərbaycanın daxilində yaranan ədəbiyyat
qədər qədim və zəngindir.XX-XXI əsrlərdə Azərbaycanın bir sıra qələm sahibləri
müxtəlif səbəblər üzündən vətəndən kənarda yaşamaqlarına baxmayaraq, Azərbaycan
ədəbiyyatını inkişaf etdirmişlər.Öncə qeyd edək ki, mühacirətşünaslıq müstəqil elm
sahəsi kimi XX əsrin sonlarında təşəkkül tapsa da, Azərbaycan mühacirətinin
öyrənilməsi
tarixi
daha
əvvəllərdən-həmin
əsrin
20-30-cu
illərindən
başlayır.Azərbaycan mühacirət ədəbiyyatının inkişafını əsasən dörd mərhələyə
ayırmaq olar:
1.1909-1920-cu illər mərhələsi.
Bu illərdə çar hökuməti Qafqazda bəzi islahatlar həyata keçirirdi.Bu
islahatlarla əlaqədar hökumət Azərbaycanın azad fikirli övladlarının fəaliyyətinə
güclü nəzarət edirdi.Bu səbəbdən də bir çox qələm sahibləri Azərbaycanı tərk etməyə
məcbur oldular.Sözü gedən mərhələdə Azərbaycan mühacirət ədəbiyyatının əsası
qoyuldu və bu dövrün nümayəndələri mühacirət ədəbiyyatı ideologiyasının
formalaşmasına böyük təsir göstərdilər.Bu mərhələnin görkəmli nümayəndələri
sırasında Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məmməd Əmin Rəsulzadənin
adını çəkmək olar.M.Ə.Rəsulzadə İranda yaşadığı müddətdə Şərqdə ilk Avropa
standartlarına uyğun “İrani-novin” qəzetinin nəşrinə başlamışdı.Bu qəzetdə onun
ədəbi məqalələri , şeirləri və tərcümələri nəşr olunurdu.Ə.Hüseynzadə və Ə.Ağaoğlu
bu dövrdə İstanbulda yaşayırdılar, “Türk ocağı” , “İttihad və tərəqqi” cəmiyyətlərində
fəaliyyət göstərirdilər.
2.1920-1941-ci illər mərhələsi.
Bu dövrün nümayəndələri olmuş ədəbi simalardan Məmməd Əmin
Rəsulzadənin, Mirzə Bala Məmmədzadənin, Ə.Yurdsevərin, Ə.Topçubaşovun, Yusif
Vəzir Çəmənzəminlinin, Ceyhun Hacıbəylinin, Əhməd Cəfəroğlunun, H.Baykaranın ,
Almas İldırımın və başqalarının adlarını çəkmək olar.Bu mərhələdə, daha dəqiq
desək, 1924-cü ildə M.Ə.Rəsulzadə İstanbulda Azərbaycanlıların Milli Mərkəzini
yaratdı.Azərbaycan mühacirət ədəbiyyatının bütün nümayəndələri bu mədəni
International Scientific Journal “Internauka”
http://www.inter-nauka.com/
International Scientific Journal “Internauka”
http://www.inter-nauka.com/
mərkəzin üzvləri idilər. Onlar əmin idilər ki, Azərbaycanın müstəqilliyi uğrunda
mübarizə həm siyasi, həm də mədəni istiqamətlərdə aparılmalıdır.Mühacirət
ədəbiyyatının inkişafında M.Ə.Rəsulzadənin müstəsna rolu vardır.Mirzə Bala
Məmmədzadə qeyd edirdi ki, M.Ə.Rəsulzadənin İstanbula gəlişinə qədər Azərbaycan
mühacirət ədəbiyyatı xaotik vəziyyətdə idi.O, Türkiyədə və Avropanın digər
bölgələrində yaşayan azərbaycanlıları bir amal ətrafında birləşdirməyə nail
oldu.1922-ci ildən nəşr olunmağa başlayan Azərbaycan qəzet və jurnalları mühacirət
ədəbiyyatının inkişafına təkan verdilər.Bu dövrün nümayəndələrinin əsərləri
Türkiyədə, Avropanın bir çox ölkələrində çap olunur və yayılırdılar.”Yeni
Qafqaziya”, “Azəri-Türk” ,”Odlu-Yurd”, “Azərbaycan yurd bilgisi”, “Qurtuluş” kimi
jurnallar, “Bildiriş” , “İstiqlal” və.s kimi qəzetlər Avropanın müxtəlif şəhərlərində
nəşr olunurdu.
3.1941-1991-ci illər mərhələsi.
Bu mərhələnin başlanğıcı Böyük Vətən Müharibəsinin başlanması ilə eyni
vaxta düşmüşdür.Almanlar tərəfindən əsir götürülmüş bir çox azərbaycanlılar siyasi
səbəblər üzündən vətənə dönə bilməmişdilər.Sovet hökuməti almanlara əsir düşmüş
sovet əsgərlərinin sonradan alman kəşfiyyat orqanlarına xidmət etdiklərini zənn
edirdi.Ona görə də əsirlikdən vətənə dönən əsgərlərin bir çoxu ya yenidən sürgün
olunur, ya da həbs olunurdular.Onların arasında müharibədən sonra Sovet Ittifaqına
dönməyərək xaricdə yaşayan və Azərbaycan mühacirət ədəbiyyatının gələcək
inkişafını müəyyənləşdirən yazıçı və şairlər də var idi.Əvvəlki dövrlərlə müqayisədə
bu dövrün yaradıcı potensialı o qədər də böyük deyildir.Lakin bütün çətinliklərə
baxmayaraq, mühacir ədiblərin bu nəsli də Azərbaycan ədəbiyyatının inkişafında az
iş görməmişdir.Bu dövr yazarlarının əsərləri Almaniyada nəşr olunan” Azərbaycan”
qəzetində, həmçinin Türkiyə mətbuatında işıq üzü görürdü.Ən görkəmli
nümayəndələri M.Kəngərli, A.Dağlı, S.Təkinər və başqaları hesab olunurlar.Seyid
Cəfər Pişəvəri, Məhəmməd Biriya, Həmzə Fəthi, Hökumə Billuri, Balaş Azəroğlu,
Mədinə Gülgün, Qulamrza Səbri Təbrizi, Həmid Nitqi və başqa yazıçı və şairlər İran
hökumətinin despotizmindən yaxa qurtararaq dünyanın müxtəlif yerlərinə, bir hissəsi
isə Şimali Azərbaycana mühacirət etmişdilər.Bu proses 1945-1946-cı illərdə Cənubi
International Scientific Journal “Internauka”
http://www.inter-nauka.com/
International Scientific Journal “Internauka”
http://www.inter-nauka.com/
Azərbaycanda Milli Hökumətin süqutundan sonra baş vermişdi.Bununla da
Azərbaycan ədəbiyyatında “Cənub mövzusu” yaranmağa və inkişaf etməyə başladı.
İkiyə bölünmüş Azərbaycan dərdi, yurd, el-oba həsrəti bu poeziyanın toxunduğu əsas
mövzular idi.
4. 1991-ci ildən indiyədək olan mərhələ.
1990-cı illərdə Azərbaycanı tərk edən və mühacirətdə ədəbi fəaliyyətlə məşğul
olan yazıçıların sırasında aşağıdakıların adlarını çəkmək olar: Nuridə Atəşi, Azər
Əbilbəyli, Vüqar Dəmirbəyli (hər üçü Almaniya), Əli Əkbər (İsveçrə) və.s. Əgər
milli mühacirətşünaslığımızın təşəkkül mərhələsi M.B.Məhəmmədzadənin şərəfli adı
və fəaliyyəti ilə bilavasitə bağlıdırsa, sözügedən yeni mərhələsi, heç şübhəsiz, ilk
növbədə , Elçinin, rəhbəri olduğu “Vətən” Cəmiyyətinin və bu cəmiyyətin mətbu
orqanı ”Odlar yurdu” qəzetinin adı və fəaliyyəti ilə səciyyələnir [1].Azərbaycan
mühacirət ədəbiyyatının araşdırılmasını və ədəbi prosesə cəlb edilməsini
ədəbiyyatşünaslıq elmimizin və ədəbi tənqidimizin mühüm vəzifələrindən biri kimi
irəli sürən xalq yazıçısı Elçin yazırdı: “Hissə qapılmadan, “mühacirətdə nə yazılıbsa,
hamısı əladır!” –kimi prinsiplə yox, obyektiv elmi-nəzəri meyarlarla aparılan
araşdırmalar nəticəsində xalqımızın uzun müddət ayrı düşmüş mənəvi sərvəti, təbii
ki, özünə qaytarılmalıdır” [2]. Ümumiyyətlə, Vətən vəfadarlığı, əlbəttə, böyük
məsuliyyət hissi, borc duyğusu yaradır:həmvətənlər Vətənin vəfadarlığına eyni
vəfadarlıqla da cavab verməli, Vətənə yaxınlaşmaq, vətənin sevincini bölüşmək,
kədərinə şərik çıxmaq naminə vətəndaşlıq qeyrəti göstərməlidirlər [3].
Respublikamızda baş verən ictimai-siyasi hadisələri müntəzəm izləyən
mühacirlərin böyük əksəriyyətində Azərbaycanda cərəyan edən hadisələri obyektiv
qavramaq və ona real münasibət bəsləmək meyli yaranmışdır [4].
Yeri gəlmişkən qeyd edək ki, Dünya Azərbaycanlılarının I Qurultayı
ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident
İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV
qurultay isə 2016-cı ilin iyunun 3-də keçirilib.İki gün davam edən Dünya
Azərbaycanlılarının IV qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və
qonaq iştirak etdi.Hazırda dünyada 462 diaspor təşkilatı fəaliyyət göstərir.Bu gün
International Scientific Journal “Internauka”
http://www.inter-nauka.com/
International Scientific Journal “Internauka”
http://www.inter-nauka.com/
dünyada ölkəmizin 92 diplomatik nümayəndəliyi və 62 səfirliyi fəaliyyət
göstərir.Tədqiqatçılarımızın mühacirət mövzusunda qələmə aldıqları hər bir əsər
çağımızda ciddi maraq doğurur.Fikrimizcə, mühacirətin tarixi ilə bağlı qaranlıq
məsələlərin öyrənilməsinə, ciddi araşdırmalara və fundamental tədqiqlərə daha çox
ehtiyac duyulur.
Xülasə
70 illik sovet rejimi dövründə Azərbaycan siyasi mühacirəti haqqında, əsasən
qərəzli, subyektiv fikirlər söylənilmiş, mühacirət hərəkatının görkəmli xadimlərinin
ünvanına təhqirlər yağdırılmış, onların elmi araşdırmaları, bədii-publisistik
yaradıcılığı marksist-leninçi metodologiyanın prinsipləri baxımından tənqid
edilmişdir.1980-ci illərin sonlarında keçmiş SSRİ məkanında , o cümlədən
Azərbaycanda gedən ictimai-siyasi proseslər obyektiv olaraq mühacirət problemini
də aktuallaşdırmış, beləliklə, Azərbaycan mühacirətşünaslığı özünün yeni inkişaf
mərhələsinə qədəm qoymuşdur.
İstifadə olunmuş ədəbiyyat
1.
Cabbarlı N. Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri. Bakı,
“Təhsil”, 2014, 96 s.
2.
Elçin Ə.İ, Seçilmiş əsərləri. 10 cilddə, 7-ci cild, Bakı, Çinar-Çap, 2005, 570s.
3.
Elçin Ə.İ. Azərbaycan mühacirəti haqqında.”Odlar yurdu”qəzeti, Noyabr
1991, N21.
4.
Tahirli A. Azərbaycan mühacirəti, Bakı, “Tural-Ə”, Nəşriyyat, Poliqrafiya
Mərkəzi, 2001, 344 s.
5.
Cabbarlı N. Mühacirət və klassik ədəbi irs.Bakı, Elm, 2003, 172 s.
6.
Ibrahimli X. Azərbaycan mühacirəti tarixi, Bakı.Elm və təhsil, 2012, 372 s.
Dostları ilə paylaş: |