13
// Международный научный журнал «Интернаука» // № 2 (24), 2 т., 2017
// Филологические науки //
УДК 821.321
İradə Rəsuli
filologiya
üzrə fəlsəfə doktoru,
“
Ədəbiyyat və Azərbaycan dili” kafedrasının dosenti,
Az
ərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Ирада Расули
доктор философии по филологическим наукам,
доцент кафедры «Литература и Азербайджанский язык»,
Азербайджанский государственный университет культуры и искусств
AZƏRBAYCAN MÜHACIRƏT ƏDƏBIYYATI
VƏ ONUN TƏŞƏKKÜLÜ
МИГРАЦИОННАЯ ЛИТЕРАТУРА АЗЕРБАЙДЖАНА
И ЕЕ ФОРМИРОВАНИЕ
Mücərrəd. 1909–1920-cu, 1920–1941-ci, 1941–1991-ci illər, 1991-ci ildən indiyədək olan mərhələlərdə Azərbaycan müha-
cir
ət ədəbiyyatı və onun təşəkkülü haqqında araşdırmalar aparılmışdır. Azərbaycan müstəqillik qazanandan sonra, müha-
cir
ətşünaslığı özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Açar sözlər: Mühacirət, Azərbaycan mühacirəti, Vətən, “Vətən” Cəmiyyəti, Azərbaycan mühacirət ədəbiyyatı, dünya azər-
baycanl
ıları.
Аннотация. Проведено исследование миграционной литературы Азербайджана и ее формирование в 1909–1920,
1920–1941, 1941–1991 годах, и начиная с 1991 года по настоящий момент. Азербайджан после приобретение независи-
мости, миграционная литература перешла в новый развитой этап.
Ключевые слова: Миграция, миграция Азербайджанцев, Родина, Общество “Родина”, Миграционная литература
Азербайджана, азербайджанцы всего мира.
ФИЛО
ЛОГИЧЕ
СКИЕ
НАУКИ
A
z
ərbaycan mühacirət ədəbiyyatı Azərbaycanın daxil‑
ind
ə yaranan ədəbiyyat qədər qədim və zəngindir.XX–
XXI
əsrlərdə Azərbaycanın bir sıra qələm sahibləri müxtəlif
s
əbəblər üzündən vətəndən kənarda yaşamaqlarına baxma‑
yaraq, Az
ərbaycan ədəbiyyatını inkişaf etdirmişlər.Öncə
qeyd ed
ək ki, mühacirətşünaslıq müstəqil elm sahəsi kimi
XX
əsrin sonlarında təşəkkül tapsa da, Azərbaycan müha‑
cir
ətinin öyrənilməsi tarixi daha əvvəllərdən‑həmin əsrin
20–30‑cu ill
ərindən başlayır.Azərbaycan mühacirət ədəbi‑
yyat
ının inkişafını əsasən dörd mərhələyə ayırmaq olar:
1. 1909–1920‑cu ill
ər mərhələsi.
Bu ill
ərdə çar hökuməti Qafqazda bəzi islahatlar həyata
ke
çirirdi.Bu islahatlarla əlaqədar hökumət Azərbaycanın
azad fikirli
övladlarının fəaliyyətinə güclü nəzarət edirdi.
Bu s
əbəbdən də bir çox qələm sahibləri Azərbaycanı tərk
etm
əyə məcbur oldular.Sözü gedən mərhələdə Azərbaycan
m
ühacirət ədəbiyyatının əsası qoyuldu və bu dövrün nü-
may
əndələri mühacirət ədəbiyyatı ideologiyasının forma‑
la
şmasına böyük təsir göstərdilər.Bu mərhələnin görkəmli
n
ümayəndələri sırasında Əli bəy Hüseynzadə, Əhməd bəy
A
ğaoğlu və Məmməd Əmin Rəsulzadənin adını çəkmək
olar.M.
Ə.Rəsulzadə İranda yaşadığı müddətdə Şərqdə
ilk Avropa standartlar
ına uyğun “İrani‑novin” qəzetinin
n
əşrinə başlamışdı.Bu qəzetdə onun ədəbi məqalələri,
şeirləri və tərcümələri nəşr olunurdu.Ə.Hüseynzadə və
Ə. Ağaoğlu bu dövrdə İstanbulda yaşayırdılar, “Türk ocağı”,
“
İttihad və tərəqqi” cəmiyyətlərində fəaliyyət göstərirdilər.
2. 1920–1941‑ci ill
ər mərhələsi.
Bu d
övrün nümayəndələri olmuş ədəbi simalardan Məm‑
m
əd Əmin Rəsulzadənin, Mirzə Bala Məmmədzadənin,
Ə. Yurdsevərin, Ə. Topçubaşovun, Yusif Vəzir Çəmən‑
z
əminlinin, Ceyhun Hacıbəylinin, Əhməd Cəfəroğlunun,
H. Baykaran
ın, Almas İldırımın və başqalarının adlarını
çəkmək olar.Bu mərhələdə, daha dəqiq desək, 1924‑cü ildə
M.
Ə. Rəsulzadə İstanbulda Azərbaycanlıların Milli Mərkəz‑
ini yaratd
ı.Azərbaycan mühacirət ədəbiyyatının bütün
n
ümayəndələri bu mədəni mərkəzin üzvləri idilər. Onlar
əmin idilər ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə
h
əm siyasi, həm də mədəni istiqamətlərdə aparılmalıdır.
M
ühacirət ədəbiyyatının inkişafında M. Ə. Rəsulzadənin
m
üstəsna rolu vardır.Mirzə Bala Məmmədzadə qeyd edirdi
ki, M.
Ə. Rəsulzadənin İstanbula gəlişinə qədər Azərbaycan
14
// Філологічні науки //
// Міжнародний науковий журнал «Інтернаука» // № 2 (24), 2 т., 2017
m
ühacirət ədəbiyyatı xaotik vəziyyətdə idi.O, Türkiyədə və
Avropan
ın digər bölgələrində yaşayan azərbaycanlıları bir
amal
ətrafında birləşdirməyə nail oldu.1922‑ci ildən nəşr
olunma
ğa başlayan Azərbaycan qəzet və jurnalları müha‑
cir
ət ədəbiyyatının inkişafına təkan verdilər.Bu dövrün
n
ümayəndələrinin əsərləri Türkiyədə, Avropanın bir çox
ölkələrində çap olunur və yayılırdılar.”Yeni Qafqaziya”,
“Az
əri‑Türk”,”Odlu‑Yurd”, “Azərbaycan yurd bilgisi”,
“Qurtulu
ş” kimi jurnallar, “Bildiriş”, “İstiqlal” və.s kimi
q
əzetlər Avropanın müxtəlif şəhərlərində nəşr olunurdu.
3. 1941–1991‑ci ill
ər mərhələsi.
Bu m
ərhələnin başlanğıcı Böyük Vətən Müharibəsinin
ba
şlanması ilə eyni vaxta düşmüşdür.Almanlar tərəfindən əsir
g
ötürülmüş bir çox azərbaycanlılar siyasi səbəblər üzündən
v
ətənə dönə bilməmişdilər.Sovet hökuməti almanlara əsir
d
üşmüş sovet əsgərlərinin sonradan alman kəşfiyyat orqan‑
lar
ına xidmət etdiklərini zənn edirdi.Ona görə də əsirlikdən
v
ətənə dönən əsgərlərin bir çoxu ya yenidən sürgün olunur,
ya da h
əbs olunurdular.Onların arasında müharibədən sonra
Sovet Ittifaq
ına dönməyərək xaricdə yaşayan və Azərbaycan
m
ühacirət ədəbiyyatının gələcək inkişafını müəyyənləşdirən
yaz
ıçı və şairlər də var idi.Əvvəlki dövrlərlə müqayisədə bu
d
övrün yaradıcı potensialı o qədər də böyük deyildir.Lakin
b
ütün çətinliklərə baxmayaraq, mühacir ədiblərin bu nəsli
d
ə Azərbaycan ədəbiyyatının inkişafında az iş görməmişdir.
Bu d
övr yazarlarının əsərləri Almaniyada nəşr olunan” Azər‑
baycan” q
əzetində, həmçinin Türkiyə mətbuatında işıq üzü
g
örürdü.Ən görkəmli nümayəndələri M. Kəngərli, A. Dağlı,
S. T
əkinər və başqaları hesab olunurlar.Seyid Cəfər Pişəvəri,
M
əhəmməd Biriya, Həmzə Fəthi, Hökumə Billuri, Balaş
Az
əroğlu, Mədinə Gülgün, Qulamrza Səbri Təbrizi, Həmid
Nitqi v
ə başqa yazıçı və şairlər İran hökumətinin despotiz‑
mind
ən yaxa qurtararaq dünyanın müxtəlif yerlərinə, bir
hiss
əsi isə Şimali Azərbaycana mühacirət etmişdilər.Bu proses
1945–1946‑c
ı illərdə Cənubi Azərbaycanda Milli Hökumə-
tin s
üqutundan sonra baş vermişdi.Bununla da Azərbaycan
ədəbiyyatında “Cənub mövzusu” yaranmağa və inkişaf et‑
m
əyə başladı. İkiyə bölünmüş Azərbaycan dərdi, yurd, el‑oba
h
əsrəti bu poeziyanın toxunduğu əsas mövzular idi.
4. 1991‑ci ild
ən indiyədək olan mərhələ.
1990‑c
ı illərdə Azərbaycanı tərk edən və mühacirətdə
ədəbi fəaliyyətlə məşğul olan yazıçıların sırasında aşağıda‑
k
ıların adlarını çəkmək olar: Nuridə Atəşi, Azər Əbilbəyli,
V
üqar Dəmirbəyli (hər üçü Almaniya), Əli Əkbər (İsveçrə)
v
ə.s. Əgər milli mühacirətşünaslığımızın təşəkkül mərhələsi
M. B. M
əhəmmədzadənin şərəfli adı və fəaliyyəti ilə bilava‑
sit
ə bağlıdırsa, sözügedən yeni mərhələsi, heç şübhəsiz, ilk
n
övbədə, Elçinin, rəhbəri olduğu “Vətən” Cəmiyyətinin və
bu c
əmiyyətin mətbu orqanı “Odlar yurdu” qəzetinin adı və
f
əaliyyəti ilə səciyyələnir [1].Azərbaycan mühacirət ədəbi‑
yyat
ının araşdırılmasını və ədəbi prosesə cəlb edilməsini
ədəbiyyatşünaslıq elmimizin və ədəbi tənqidimizin mühüm
v
əzifələrindən biri kimi irəli sürən xalq yazıçısı Elçin yazırdı:
“Hiss
ə qapılmadan, “mühacirətdə nə yazılıbsa, hamısı
əladır!” –kimi prinsiplə yox, obyektiv elmi‑nəzəri meyarlar‑
la apar
ılan araşdırmalar nəticəsində xalqımızın uzun müddət
ayr
ı düşmüş mənəvi sərvəti, təbii ki, özünə qaytarılmalıdır”
[2]. Ümumiyy
ətlə, Vətən vəfadarlığı, əlbəttə, böyük məsuli‑
yy
ət hissi, borc duyğusu yaradır: həmvətənlər Vətənin vəfa‑
darl
ığına eyni vəfadarlıqla da cavab verməli, Vətənə yaxın‑
la
şmaq, vətənin sevincini bölüşmək, kədərinə şərik çıxmaq
namin
ə vətəndaşlıq qeyrəti göstərməlidirlər [3].
Respublikam
ızda baş verən ictimai‑siyasi hadisələri
m
üntəzəm izləyən mühacirlərin böyük əksəriyyətində
Az
ərbaycanda cərəyan edən hadisələri obyektiv qavramaq
v
ə ona real münasibət bəsləmək meyli yaranmışdır [4].
Yeri g
əlmişkən qeyd edək ki, Dünya Azərbaycan‑
l
ılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin
t
əşəbbüsü ilə 2001‑ci ildə, II qurultay Prezident İlham Əli‑
yevin S
ərəncamına əsasən 2006‑cı ildə, III qurultay 2011‑ci
ild
ə, IV qurultay isə 2016‑cı ilin iyunun 3‑də keçirilib.İki gün
davam ed
ən Dünya Azərbaycanlılarının IV qurultayında 49
ölkədən 500‑dən çox diaspor nümayəndəsi və qonaq iştirak
etdi.Haz
ırda dünyada 462 diaspor təşkilatı fəaliyyət göstərir.
Bu g
ün dünyada ölkəmizin 92 diplomatik nümayəndəliyi və
62 s
əfirliyi fəaliyyət göstərir.Tədqiqatçılarımızın mühacirət
m
övzusunda qələmə aldıqları hər bir əsər çağımızda ciddi
maraq do
ğurur.Fikrimizcə, mühacirətin tarixi ilə bağlı qa‑
ranl
ıq məsələlərin öyrənilməsinə, ciddi araşdırmalara və
fundamental t
ədqiqlərə daha çox ehtiyac duyulur.
X
ülasə
70 illik sovet rejimi d
övründə Azərbaycan siyasi
m
ühacirəti haqqında, əsasən qərəzli, subyektiv fikirlər
s
öylənilmiş, mühacirət hərəkatının görkəmli xadimlərin‑
in
ünvanına təhqirlər yağdırılmış, onların elmi araşdır‑
malar
ı, bədii‑publisistik yaradıcılığı marksist‑leninçi
metodologiyan
ın prinsipləri baxımından tənqid edilm‑
i
şdir.1980‑ci illərin sonlarında keçmiş SSRİ məkanında,
o c
ümlədən Azərbaycanda gedən ictimai‑siyasi proseslər
obyektiv olaraq m
ühacirət problemini də aktuallaşdırmış,
bel
əliklə, Azərbaycan mühacirətşünaslığı özünün yeni
inki
şaf mərhələsinə qədəm qoymuşdur.
İstifadə olunmuş ədəbiyyat
1. Cabbarl
ı N. Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri. Bakı, “Təhsil”, 2014, 96 s.
2. El
çin Ə.İ, Seçilmiş əsərləri. 10 cilddə, 7‑ci cild, Bakı, Çinar‑Çap, 2005, 570s.
3. El
çin Ə. İ. Azərbaycan mühacirəti haqqında.”Odlar yurdu”qəzeti, Noyabr 1991, N21.
4. Tahirli A. Az
ərbaycan mühacirəti, Bakı, “Tural‑Ə”, Nəşriyyat, Poliqrafiya Mərkəzi, 2001, 344 s.
5. Cabbarl
ı N. Mühacirət və klassik ədəbi irs.Bakı, Elm, 2003, 172 s.
6. Ibrahimli X. Az
ərbaycan mühacirəti tarixi, Bakı.Elm və təhsil, 2012, 372 s.
ФІЛО
ЛОГІЧНІ
НАУКИ