Alətin güclü cəhətləri/məqsədi
|
Şagirdin bundan istifadə imkanı və məqsəd
|
Təqdimat
|
Auditoriyaya şifahi təqdimatlar üçün yardım; qısa və ya yarımçıq cümlələrdən istifadə; müxtəlif multimediya elementləri, məsələn: şəkillər, səs, video, Veb saytlara hiperkeçidlər və ya digər fayllar və s.
| -
Sinifdən xaric əsl auditoriyaya tədqimat, təklif və ya nəticələri təqdim edin
-
Şagird işi üçün Portfolio yaradın
-
Rəqəmsal şəkilli hekayələr toplusu yaradın
-
Sorğuların nəticələrini və sorğu vərəqələrini göstərin
-
Elm sərgisi üçün layihələri təqdim edin
-
Qeyri-xətti layihələri təqdim edin
-
Təqdimatçısı olmayan bir informasiya köşkü təmin edin
|
Sizin İdeyalarınız:
|
Nəşr (informasiya bülleteni, qəzet yaxud broşür)
|
Mətn-yönümlü, adətən, bir nəfərin birnəfəsə oxuması üçün nəzərdən tutulmuş tam cümlələr; mətn və şəkillərin kombinasiyası; imkan daxilində, cədvəl və qrafiklər
| -
İcma təşkilatı, məktəb klubu və ya qondarma təşkilat üçün bir informasiya bülleteni hazırlayın
-
Tarixi bir qrup üçün qondarma bir informasiya bülleteni hazırlayın
-
Xüsusi bir zaman dövrü üçün qondarma bir qəzet hazırlayın
-
Bir təlimat kitabı və ya səyahət broşürü hazırlayın
-
İnformasiya xarakterli və ya inandırıcı bir broşür hazırlayın
|
Sizin İdeyalarınız:
|
Nəşr (poster)
|
Məhdud mətn, az cümlələr; mənanı dəstəkləmək və gücləndirmək üçün şəkillər; kütləvi kommunikasiya vasitəsi üçün "nəşr edilmiş";
| -
Qeyri-kommersiya qrupu, məktəb, icma tədbiri yaxud xidməti layihə üçün əl broşürləri yaxud digər elanlar hazırlayın
-
İnformasiya xarakterli, inandırıcı və ya tədris posterləri
-
Xüsusi təqdimat, görüş və ya konsert üçün dəvətnamə və ya proqram hazırlayın
-
Konkret dövr yaxud mədəniyyətə məxsus yeməklərin olduğu müvafiq menyu hazırlayın
|
Sizin İdeyalarınız:
|
Veb-əsaslı resurs (viki)
|
Hiperəlaqə və surətlərdən istifadənin mümkün hesab edildiyi veb əsaslı, mətn yönümlü; mövcud redaktə tarixçəsi; sinfin hüdudlarından kənardakı auditoriya üçün cari informasiya və ya tədqiqatın nəşri; dünya auditoriyası ilə ünsiyyət; digər şagirdlərlə yaxud ekspertlərlə əməkdaşlıq zəminində yazı; real tədqiqat və problem həllinə töhfə; öyrənmə yaxud prosesi paylaşma, yaxud üzərində düşünmə
| -
Şagird Portfolioları hazırlayın
-
Tədqiqat üçün qrafik tərtibatçı təmin edin
-
Mühazirələrin, təcrübələrin, musiqinin, incəsənətin və s. əməkdaşlıq zəminində dərk edilməsi üçün bir boşluq saxlayın
-
Əməkdaşlıq zəminində yazı üçün (tamaşalar, hekayələr və ya məqalələr) bir boşluq saxlayın
-
Şagird bloqlarına keçirdlər təşkil edin və toplayın
-
Ayrı-ayrı fikirləri nümayiş etdirin
-
Elm sərgisi layihələri üçün məlumatları sistemləşdirin və təqdim edin
|
Sizin İdeyalarınız:
|
Veb-əsaslı resurs (bloq)
|
Hiperəlaqə və şəkillərdən istifadənin mümkün olduğu veb əsaslı, mətn yönümlü; jurnal formatı, cari informasiya ən yuxarıda verilməklə, tarixlə möhürlənmiş məqalələr; oxucuların cavabları; cari məlumat yaxud tədqiqatın sinif hüdudlarından kənardakı auditoriya üçün nəşri; sinif xaricində olan digərləri ilə birlikdə məlumat toplamaq və paylaşmaq; öyrənmə yaxud prosesi paylaşma və ya üzərində düşünmə
| -
Oxu materialı yaxud sinif müzakirələri üzərində düşünün
-
Onlayn mövzuları araşdırın və sonra tədqiqata dair hesabat verin
-
Qrupun layihə üzrə irəliləyişini qeyd edin
-
Müştərək sinif təcrübələri haqqında danışın
-
Digər bloq yaxud veb resurslardan düşündürücü sitatları köçürərək-yapışdırın, sonra isə mövzuya dair fikirlərinizi bildirin
-
Peşəkar yazıçılardan bloqları nəzərdən keçirməyi və rəy bildirməyi xahiş edin
(Cekson, 2005-ci il)
|
Sizin İdeyalarınız:
|