www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Anamın saatları
Zavallı anam hardan biləydi Saatlı Maarif Təqvimi nədi?..
Şəmsi tarixi ilə illər neçə gündü, Qəməri tarixi ilə aylar neçə gecə?..
Adı Sultandı, özü qurub-qoşduğu təqvimdən istifadə edərdi, evin də, çölün də hər işini adı
kimi bilərdi, vaxtı, saatı bilməzdi. Bəxtinin ələ gələn ipliyini əzab-əziyyət yumağına dolayıb ya-
şayardı...
Qarçiçəkləri xırman yerində şam yandırıb baş qaldıranda təqvimi sıfırdan başlanar, fəsillər
dövr edərdi…
Onun miladı ilk bahardan başlanardı…
Qarçiçəkləri, novruzgülləri açanda çölə gedər, qovaqlar yarpağını tökəndə, ya da durnalar
köç edəndə evə dönərdi…
Hicri min üç yüz altmış beşmi? Miladi min doqquz yüz qırx doqquzmu? Nəyinə gərəkdi,
zamanın fərqində deyildi. İllər kürəyində şələ,
çiyinində yük, saçında ağdı...
İstər mart, aprel, may əsrləri arşınlayıb getsin, istərsə dekabr, yanvar, fevral nəfəsi dondur-
sun… Keçən zamana nə möhnət? Əziyyətdə keçən hər an, hər gün, gələn həftəyə, aya, ilə qovu-
şur, anamın ömrünü yeyə-yeyə axıb gedirdi…
Bahar çiçəklərlə, novruzgülləri ilə gələrdi… Budaqlarda yarpaq-yarpaq əylənər, xəzəllərlə
çıxıb gedər, qarşıdan qara qış
gələr, anamın ilk baharını qarda basdırardı. Günləri qar-çovğuna
tutulanda qanadları islanmış bir xınalı kəklik kimi çarəsiz, qərib, təkbaşına qalardı…
Anamın təqvimində illər, aylar olmazdı. Həftələr, günlər, saatlar da yoxdu. Vaxtı naməlum,
işıqsız, kölgəli, kimsəsizdi. Anamın təqviminə görə, uşaqlar çiçəklər açılarkən, ya da toxumlar
cücərərkən doğulardı. Sürgün dövrünün sonası (nənəmiz) yayın axırında, arpa orağa gəlməzdən
əvvəl ölərdi həmişə. Və Avşar gözəlləri xırman sovulanda, qışın əvvəlində gəlin köçərdi. Atala-
rımız qar yağanda qürbətdən qayıdardılar…
Damlara çorak (torpaq) atılanda, qurdlar qoyuna soxulanda, durnalar çayıra-çəmənə gələn-
də… hər hadisə müəyyən bir tarixə işarəydi. Ancaq o tarixlər anamın yaddaşında əlçatmaz, ün-
yetməz bir yerdəydi. Hadisələrin hansı ildə, hansı ayda olduğunu onun yaddaşının dərinliklərin-
dən, yaşadığı məhrumiyyətlər arasından üzə çıxartmaq, hətta təxmin etmək mümkün deyildi. Bə-
zən ocağın başında közü eşə-eşə hansısa hadisəni xatırlayardı. Dalınca neçə hadisəni sadalayar,
ailəmizin tarixçəsini danışardı. Amma filan
hadisə nə vaxt olub, soruşsaq da, öyrənə bilməzdik…
- …O il də çox qar yağmışdı. Qar-çovğundan çölə çıxa bilmədik. Dam boyu qar yığıldı.
Bahar gələndə də bu qar əriməmiş yağışlar yağdı, dərələr doldu-daşdı, Ziyamı sel apardı o il, ev-
lərdən iraq…
- Böyük qardaşımı nə vaxt sel apardı, ana?
- Bəkir yanan ili!
- O nə vaxt yandı?
- Meralı quduz it dalayanda!
- Bacımı quduz it daladımı? Nə vaxt?
- Hakanım doğulanda…
- Hakan nə vaxt doğuldu?
- Böyük qardaşını sel aparanda!!!
Anamın təqvimi üç mövsümlü, doqquz aylı, çoxhadisəli idi və anamın ayları qırx gündən
artıq çəkərdi. Payızın xəzəl çağını yayın axırına keçirər, payızın son ayını dekabra əlavə edər,
qışın fevral ayını da ilk bahardan sayardı...
Xəbərləri gündüz günəşdən, gecələr də ay və ulduzlardan alardı. Kənddə beş dəfə azan
oxunardı. Azançı beş dəfə namaza çağırardı, üç öynə yemək yeyilərdi, iki dəfə suya gedilərdi…
Amma anamın bir gündə qırx dönəmi vardı. Onun vaxtının çoxu görünməz bir iplə göydəki gü-
nəşə bağlı idi. Gün dağın başını qızartmamış oyanar, ocağı yandırar, gün doğarkən inəyi sağar,
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
səhər erkən tarlaya gedər, günortaya qədər bir yekə həyətlik yerin arpasını biçər, günorta evə
gəlib qoyunları sağar, gün günortanı ötəndə bulağa gedər, gün əyiləndə xəmir yoğurar, qürub
çağı təndiri qalayar, gün batarkən dovğa bişirər, axşamtərəfi süfrəni bəzəyərdi...
Axşamlar da ay doğanda kilim toxuyar, kilim toxuyarkən ağı deyər, ulduzlar göydə sayrı-
şarkən qara bəxtini qarğayar, gecəyarısı, el-oba yatıb ilbizlər batdıqdan sonra yuxulu gözlərini
yumar, quş yuxusuna gedərdi…. Və hər səhər dan ulduzu doğmamışdan, xoruzlar bir-birinin
ardınca ötərkən oyanar, yatağından qalxardı…
Qışda çöllərin, dağların nitqi tutular, donar, baharda dili açılar, yenidən çiçəklənərdi, ya-
maclar, ağ, lümlüt bədənlərindən utanar, novruzla birlikdə yamyaşıl bir şal bürünər, yaylalar sarı
qarçiçəyi dövrünü sovub bənövşəyi dağ çiçəyinə bürünər, ağaclar gah yarpaqlayar, gah da xəzəli-
ni tökərdi… Və zaman bir çay kimi qıvrıla-qıvrıla axıb getdikcə çöldəki hər şey boy atar, bir az
da böyüyərdi… Quzular qoç olar, çəmənlikdə doxlaşar, dəli daylar madyan olub qan-tər içində
yarışar, ərgən qızlar gəlin olub oğul-uşağa qarışar, iməkləyən uşaqlar ayaq tutar, yeriyərdi… Ay
dolanar, gün dolanar, fəsillər bir-birini əvəz edər, amma anamın günləri, saatları, hər fəsil eyni
qalardı, onun taleyi heç dəyişməzdi. Əziyyət içində, kərpic evdə üç fəsillik bir vaxt keçirər, qar
əriyincə, əlinə kürəyi alıb həmişə eyni yerdən başlayardı həyata. İlk baharda ağaclar yenidən boy
atar, yayda bar verər, hər payız solardı yenidən… Və hər qış daha bir az qar yağardı başına... O,
bizim evin durnası idi ilk baharda, əhəng üzlü kərpic evin çardağından havalanar, qışdan əvvəl,
yayda çöldən əl-ayaq çəkilər-çəkilməz süzə-süzə gələr, damın üstünə qonardı.
Quşlar gələr, quşlar gedər, anam tarlaya gedər, yenidən evə dönərdi, amma atam gəlməz-
di… Atam yersiz-yurdsuzdu, sürgündə idi, xəbəri həmişə Fizandan gəlirdi… Anam atamın nə
vaxt getdiyini, nə vaxt gələcəyini də bilməzdi. Anamın əri yoxdu, Fizandakı uşaqlarının atası
idi… Uşaqları atalarının nə vaxt getdiyini soruşanda öz təqvimindən bir zaman kəsimini dilə gə-
tirirdi.
Di gəl bunu anla, anlaya bilsən…
- Ana, atam nə vaxt getdi?
- Ərik ağacları çiçəkləyəndə…
- Martdamı? Apreldəmi?
- Nə bilim, narın bir yağış yağırdı…
O ərik ağacları hansı ilin baharında çiçəkləmişdi, anamla atamın arasına yağan o yağış
hansı ildə yağmışdı, hansı baharın yağışı idi, məlum deyildi…
Zalım aylar, şər illər, çətin günlər hamısı anamın çiyinlərində keçərdi. Həftəni, günü izlə-
məsinə gərək yoxdu, günləri bir-birindən yamandı. Saata, dəqiqəyə darılmazdı heç. Saat əqrəbi,
dəqiqə əqrəbi, siferblat, dəqiqə, saniyə? Ədədləri bilməzdi ki...
Atam kənarlarında qırmızı və mavi naxışları olan, naxışları bir-birinə dolanmış qırmızı,
mavi iplərə bənzəyən zərflərlə məktublar göndərərdi. Əvvəldən axıracan böyük hərflərlə yazıl-
mış, duyğulu, ümidli, sevincli, kədərli məktublar… Bəzən uzaq bir çöldə yazılmış o məktubların
sətirləri arasından sərt bir külək əsər, sözə çevrilən hərflər bir qum fırtınası qoparardı. Nə hüznü-
nü yaşaya bilirdi, nə də sevincini. O məktubları
anam özü oxuya bilməz, dilini başa düşməzdi…
Çölün yazdığı qədim kitabı, hər fəsil dəyişən əlifbasını əzbərdən oxuyardı. Neynəsə də sov-
xaya qalmış hərfləri bir-birinə calaya, ərinin ürək sözlərini heç cür səsləndirə bilməzdi. Məktəb-
də bir gün, molla məktəbində on beş gün oxumuş, molladan öyrəndiklərini hələ də unutmamışdı.
- Elə gözəl oxuyardıq ki… - deyər, zülfləri dolaşıq bir kiçik qız olar, düz kəndinə gələr,
hocasının rəhili önündə diz çökərək oxumağa başlardı: - Əlifim çubuq kimi, Be, çanaq kimi, Te,
ona bənzər, Se, ona bənzər. Cim, qarnında bir nöqtə, Ha, ona bənzər, Hı, ona bənzər. Kaf, qoyun
başlı, Kef, quzu başlı. Tı, dovşan qulaqlı, Zı, ona bənzər. Sin, dəvə dodaqlı, Şın, ona bənzər…
Atamın məktublarını təzəsi gəlincə oxudurdu. Mənim qiraətimi çox bəyənirdi, bacım mək-
tubu hıqqana-hıqqana höccələyərək oxuyana qədər barmaqları ilə qızcığazın başını dimdikləyər,
məktubu ondan alıb mənim əlimə dürtərdi:
- Bu qız mənə çəkmiş, çəkməz olaydı, mənim kimi korafəhmdi... Al bu məktubu, gözəl-
gözəl oxu, quzum…