42
42
çatır ki, Hüseyn ibni əli (ə) kimi bir insanın hərəkətə
gəlib, əks-əməl göstərməsi tələb olunur. O, da bütün
islam cəmiyyətini silkələyir və nəticəsi əsrlər boyu
müxtəlif surətlərdə zahir olan, yüzlər və minlərcə
illər sonra da baş verən hərəkətlərin ilham
qaynağına çevrilən hərəkat yaradır. Bu isə qeyd
olunan
ayənin
aşkar
nümunəsidir.
Biz
öz
uşaqlarımızı sevdiyimiz halda, necə ola bilər ki,
Hüseyn ibni əli əleyhissəlam öz övladlarına qarşı
biganə olsun?
Şübhəsiz o, öz uşaqlarını bizim öz uşaqlarımızı
sevdiyimizdən daha artıq sevərdi. Çünki onun
insaniyyət və ülvi duyğuları bizdən qat-qat çox idi.
Həzrət İbrahim də yüksək insani duyğulara
malik olduğu üçün öz balasını çox sevirdi. O həzrət
eyni halda Allahı hər şeydən və hamıdan çox
sevirdi və onun qarşısında hər bir şeyi unudurdu.
Yuxarıda qeyd etdiyimiz səbəblərə əsasən, İmam
(ə)-ın qiyamı bütün qiyamlardan üstündür və
həmişə canlı qalıb tarix səhifələrində parlayır,
insanlara əbədi dərs verərək misilsiz bir hərəkat
kimi tanınır.
Elə buna görə də biz islam nöqteyi-nəzərindən
əmr be məruf və nəhy əz münkəri tanımalı və bu
əsasın bu qədər əhəmiyyətli olduğunun səbəbini
43
43
başa düşməliyik. Bu məsələ o qədər əhəmiyyətlidir
ki, Hüseyn ibni əli (ə) kimi böyük bir şəxsiyyəti bu
yolda canından keçməyə və bütün əzizlərinin,
ardıcıllarının, dostları və səhabələrinin qanının
töküləcəyini bilərək, dünyada misli görünməyən bir
faciəni qəbul etməyə vadar etmişdir.
İndi min neçə yüz ildən sonra yeri vardır ki,
imamın önündə durub şəhadət verək:
Şəhadət veririk ki, sən namazı dirçəldib
yüksəltdin, zəkatı yerinə yetirdin. Çünki zəkat təkcə
pul vermək deyildir, nitqin zəkatı var, fikir və əqlin
də zəkatı vardır. Daha doğrusu, vücudun da zəkatı
vardır... Allahın bizə bəxş etdiyi hər bir nemətin
zəkatı vardır. Siz hər vaxt bu nemətlərin səmərəsini
Allah bəndələrinin ixtiyarına qoysanız, o nemətin
zəkatını vermiş olarsınız.
Allah-təala “Bəqərə” surəsində buyurur:
“Qeyb aləminə iman gətirib namaz qılanlar,
onlara
əta
etdiklərimizdən
Allah
yolunda
bağışlayanlar həqiqətən mömin və təqvalıdırlar.”
İmam,
“Bizim
onlara
verdiklərimizdən
bağışlayarlar” nə deməkdir?-deyə soruşanların
cavabında buyurdu: “Zəkat təkcə mal-dövlət
haqqında deyil.”
44
44
Məsələn, əgər siz başqalarının bilmədiyi bir elmə
maliksinizsə, bildiyiniz elm faydalıdırsa, o elmi
möhtac
olanlara
öyrətməklə
onun
zəkatını
ödəməlisiniz.
“Sən namaz qılıb zəkatı ödədin, əmr be məruf və
nəhy əz münkəri yerinə yetirdin. (Yəni əmr be məruf
və nəhy əz münkər bu hərəkatın əsas məqsədidir).
Var gücünlə Allah yolunda hər bir insana layiq olan
bir şəkildə çalışdın.”
Burada diqqətimizi cəlb edən bir mövzu var, o da
bundan ibarətdir ki, görəsən bu təsdiqlər nə
üçündür?
Adətən biz, hakimə yəqin olmayan bir sözü sübut
etmək üçün onun yanına gedirik. Məsələn, bir
iddianı sübut etmək üçün deyərik: “Mən şəhadət
verirəm ki, bu şəxs filankəsdən müəyyən qədər pul
almışdır.” İndi biz burada İmam əleyhissəlamın
xeyrinə şəhadət vermək istəyirikmi? əsla belə
deyildir, burada bəzi alimlər çox gözəl bir mövzuda
söz açırlar:
İnsan bəzi vaxtlar dediyi sözü başqasına
bildirmək üçün yox, bu mənanı başa düşdüyünü
ona göstərmək üçün deyir.
Bu, düzgün bir işdir. Siz bəzən bir adamın
qarşısında bir şeyə şəhadət verirsiniz, ancaq bunu
45
45
onun bilməsi üçün yox, (çünki o özü bilir)
özünüzün bu mövzunu başa düşdüyünüzü ona
demək istəyirsiniz.
Burada şahidlik etiraf mənasındadır. Məsələn,
mən etiraf edirəm ki, sənin qiyamın əmr be məruf
və nəhy əz münkər məsələsinə görə idi. Mən sənin
kufəlilərin dəvətinə görə qiyam etmədiyini bilirəm.
Sən beyət məsələsi üçün qiyam etmədin, sənin
qiyamın başqa bir mənanı əks etdirir. Sən başqa bir
qanununu həyata keçirirdin, o qanun əmr be məruf
və nəhy əz münkər idi.
İnsan əməlinin cismi və ruhu vardır, ola bilər ki,
“sən” və “mən” bir işi eyni şəkildə görək, nümunə
üçün hər ikimiz namza qılıb infaq edirik və bunlar
cismi baxımdan bir-biri ilə fərqlənmir. Ola bilər ki,
səndə olan ixlas, təvazökarlıq, məhəbbət, eşq və
ruhi həyacan məndə olmasın. Məhz bu ruhi sifətlər
sizin işinizi dəyərləndirər və ona müqəddəs rəng
bəxş edər.
Çoxları Allah yolunda cihad etmişlər və hal-
hazırda edirlər də, amma nəyə görə əli (ə) bir zərbə
ilə bu qədər dəyər qazandı? Ariflərin dediyinə görə
əli əleyhissəlam “Allahda fani olmaq” dərəcəsinə
çatmışdı. O həzrət elə bir mərhələyə çatmışdı ki,
düşmən onun mübarək üzünə , bu hərəkət onun
46
46
ruhiyyəsinə təsir etməsin deyə, düşmənin başını
kəsməyi təxirə saldı. Demək o, öz varlığını deyil,
Allahın varlığını istəyirdi, bu xüsusiyyəti yalnız
övliyalarda və peyğəmbərlərdə görə bilərik. Quran
övliyaların barəsində belə buyurur:
[Onlar Allaha] tövbə, ibadət və şükr-səna
edənlər, oruc tutanlar [və ya cihad uğrunda, elm
təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə
gedənlər], rüku və səcdə edənlər [namaz qılanlar],
yaxşı işlər görməyi əmr edib pis işləri yasaq
edənlərdir.
[Ya Məhəmməd!] Belə möminləri [cənnətlə]
müjdələ!”
Ariflər deyərlər: “İrfanın birinci mərhələsi
tövbədir. Çünki tövbə qayıtmaq deməkdir, yəni bir
dəfə haqq yolundan azmış şəxs yenə də Allaha
doğru qayıdır. Bu kimi şəxslər tövbədən sonra
başqasına deyil, yalnız Allaha pərəstiş edərlər.
Tövbə edən şəxslərə Allah hakim olar və onlar
yalnız Allahın əmrinə itaət edərlər və Ondan
başqasına tabe olmazlar. əslində başqa mövcudu
sitayişə layiq bilməzlər, onlar yalnız Allaha ibadət
edərlər və səyahətçidirlər.”
Alimlər “səyahət” sözünün izahı haqqında
müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri demişlər:
Dostları ilə paylaş: |