67
67
arxasında qılırdı. Münasib bir fürsət əldə etdikdə
camaat namazında iştirak edərkən paltarlarını
soyunub çiyninə bir əba salardı... Bir müddətdən
sonra onu daha görmədik, səfərə getdiyini təsəvvür
etdik. Bir xeyli soraqlaşdıqdan sonra dostlar “o,
buradadır, özü gəlmir”-dedilər.
Nəhayət məlum oldu ki, o həm camaat namazını,
həm də bizi tərk etmişdir. Bu mömin kişinin
birdəfəlik dindən üz döndərməsinin səbəbini
öyrənmək məqsədi ilə tədqiqat aparmağa başladıq.
Bu macəra ilə maraqlanaraq nəhayət öyrəndik ki,
həmin şəxs camaat namazında iştirak edib
dördüncü, beşinci sıralarda dayanırmış. Bir gün
pişnamazın arxasında və birinci sırada dayanmış
mürtəce şəxslərdən biri namaz vaxtı ön sıradan
durub sıraları keçərək beşinci sıraya gəlib çatır və
bu kişi ilə üzbəüz oturub deyir:
Sizə bir sual vermək istəyirəm, siz müsəlmansınız
yoxsa...?
Bu kişi:
Bu sual nədir ki, məndən soruşursunuz?
Mürtəce kişi:
Xahiş edirəm, buyurasınız ki, siz müsəlmansınız
ya yox?
O, dedi:
68
68
Sən nə demək istəyirsən, əlbəttə ki, mən
müsəlmanam, əgər müsəlman olmasaydım buraya
gəlməzdim.
Mürtəce və özünü müqəddəsliyə vuran kişi:
əgər müsəlmansansa, bəs niyə üzünü qırxıb bu
kökə salmısan?-deyə soruşdu.
Söz buraya yetişdikdə o kişi:
Bu məscid, bu camaat namazı, bu din və məzhəb
özünüzün olsun, mən getdim-deyə ayağa qalxıb
yola düzəlir.
Bu da üzdəniraq nəhy əz münkərin başqa
nümunəsidir. Xalqı dindən qaçırtmaq və din
düşmənlərinin sayını artırmaq üçün bundan da
təsirli bir səbəb tapmaq olarmı?
Bir gün xarici bir jurnalda dindar bir qızın
hekayəsini oxuyurdum:
Şahzadələrin biri ona vurulmuşdu. O, çox
şəhvətpərəst olduğuna görə, qızı tora salmaq
istəyirdi. Bu dindar, ismətli və nəcabətli qız heç cürə
ona təslim olmurdu.
Nəhayət şahzadə məyus olub qızdan əl çəkdi.
Neçə gündən sonra bir nəfər qızın tərəfindən ona
xəbər gətirib dedi:
“O qız bir müddət səninlə xoş güzəran keçirməyə
hazırdır və...”
69
69
Şahzadə təəccüblənib bu barədə tədqiqat
aparmaq qərarına gəlir, görəsən nə üçün belə bir
nəcabətli və iffətli qız birdən-birə əyyaşlıq və
xoşgüzəranlığa meyl salmışdır?!
Bir qədər maraqlandıqdan sonra məsələnin
səbəbini öyrənir. O macəra bundan ibarət idi ki, bir
keşiş bu qızın yüksək dini əhval-ruhiyyəyə malik
olduğunu duyub, onun əqidəsini daha da artırmaq
qərarına gəlir. Bir gün o, qızın yanına gedir və ona
müraciətlə:
Sənə bir hədiyyə gətirmişəm,-deyir.
Onlar üzbəüz oturarkən ruhani keşiş töhfəni
qızın qarşısında yerə qoyur və örtüyü onun
üstündən çəkir. Qız qarşısında bir ölünün kəlləsini
gördükdə diksinərək “bu nədir?”-deyə soruşur.
Keşiş: “Onu qəbristanlıqdan gətirmişəm, sən
onun barəsində dərindən fikirləşsən, dünyanın nə
qədər vəfasız olduğunu duyacaqsan...”
Keşiş bu işi ilə qızın ürəyində dinə qarşı elə bir
nifrət yaratdı ki, o:
“Dünyanın sonu belə olacaqsa, bəs nə üçün bu
beşgünlük yaşayışı özümə haram edim?”-deyə,
əyyaşlıq və pozğunluğa qurşanır.
70
70
Bu da yanlış öyüd-nəsihətin başqa bir nümunəsi.
Biz artıq bu kimi tövsiyə və nəsihətlərin təsirinin
mənfi olduğuna inanmalıyıq.
Bu mövzu ilə əlaqədar mənim özümün bir
xatirəm vardır:
Qumda olarkən yenicə işə başlamış məşhur bir
şirkətin maşını ilə səfərə çıxdım..
Vəramin şəhərində sürücünün ürəyində mənə
qarşı ikrah hissi oyandığını duydum, əlbəttə biz
əvvəldən bir-birimizi tanımırdıq. Az sonra ondan:
Maşını harada saxlayacaqsınız?-deyə soruşdum?
Bilmək istəyirdim ki, maşın yol üstündəki
yeməkxanalarda saxlayarkən namaz qılmağa vaxt
olacaq ya yox. O, cavabımı elə bir tərzdə qaytardı ki,
Məşhədə kimi bir kəlmə də olsun belə, danışmağa
cəsarətim çatmadı. öz-özümə dedim, bu şəxs
müsəlman deyil, yəhudidir. Simnan şəhərində
maşın dayandı. Mən dəstəmaz alarkən gördüm ki,
sürücü ayaqlarını yuyur, mən onun dəstəmaz alıb
namaz qıldığını gördüm. Mən onun müsəlman
olduğunu və namaz qıldığını yəqin etdim. Onun
bizimlə rəftarı qabaqkı kimi idi. Məndən bir
oturacaq arxada iki nəfər Türbətli tələbə əyləşmişdi.
Sürücü onlara məhəbbət göstərirdi. Yuxulamasın
deyə tələbələrin birini çağırıb öz yanında oturtdu.
71
71
Nəhayət bu müəmma mənim üçün həll oldu. O
sürücü bütün bədbəxtliyinin səbəbini mollalarda
görürdü. Bu kimi təsəvvürlər bir yalnış və yersiz
əmr be məruf və nəhy əz münkərin nəticəsində
yarana bilər.
Bu işlər, xalqı dindən uzaqlaşdıraraq, onları
bədbəxt etmək, dinə və ruhaniyyətə qarşı düşmən
yaratmaqdır. öz-özümə dedim, Allah atasına
rəhmət eləsin, mollalarla düşmən olsa da, islamla
düşmən deyil, namaz qılır, oruc tutur, imam Rza
(ə)-ın ziyarətinə gedir və s...
əmr be məruf və nəhy əz
münkərin növləri
Dediyimiz kimi, əmr be məruf və nəhy əz
münkər iki hissəyə bölünür: Nəzəri və əməli.
Bunların hər birisi özü-özlüyündə müstəqim və
qeyri-müstəqim hissəyə ayrılır.
Siz qeyri-müstəqim yolla əmr be məruf və nəhy
əz münkər etmək istəsəniz, ilk mərhələdə saleh,
təqvalı, pəhrizkar və öz elminizə əməl edən
müsəlman olmalısınız. əməlin təsir dairəsi başqa
amillərdən olduqca genişdir. Söz əməl qədər təsir
göstərə bilməz. Xalqın filosoflara deyil, Peyğəmbər
Dostları ilə paylaş: |