1723 oktyabr
Osmanlı qoşununun Gəncəyə uğursuz hücum etməsi
1724 may-avqust
Cənubi Qafqazda yaşayan ermənilərin I Pyotra məktubla müraciət etməsi
1724 12 iyul
İstanbul müqaviləsinin imzalanması. Rusiya ilə osmanlılar arasında imzalanan müqavilənin şərtlərinə əsasən
Osmanlı dövləti Peterburq müqaviləsinin şərtlərini təsdiq etdi, Rusiya, Xəzəryanı bölgələr istisna olmaqla,
bütün Azərbaycan ərazisinin osmanlılara verilməsinə razılıq verdi, Şirvan osmanlıların himayəsi altında
yarımmüstəqil xanlıq elan olundu, Hacı Davud isə Şirvan xanı təsdiq edildi, Şirvanın sahilyanı hissəsi isə
Rusiyanın tabeliyinə verildi, Kürdən şimaldakı torpaqlarda Osmanlılara hərbi qüvvə saxlamağa icazə
verilmir, bu ərazilər yerli hakimlər tərəfindən idarə olunmalı idi
1724 noyabr
I Pyotrun xüsusi sərəncamla Rumyanstevə Şirvan bölgəsində ermənilərin yerləşdirilməsi barədə tapşırıq
verməsi
1724
Osmanlı dövlətinin Osmanlı işğal zonasına daxil olan əraziləri tutmağa başlaması
1724 iyun
Osmanlı qoşunlarının müqavimət görmədən İrəvan şəhərini tutması. Naxçıvan, Ordubad, Qazax və Borçalı
əhalisinin könüllü olaraq Osmanlı hakimiyyətini qəbul etməsi
1724 yay
Osmanlıların Salmas, Xoy və Mərəndə yiyələnməsi
1724 noyabr
I Pyotrun ermənilərin Şirvana köçrülməsi haqqında xüsusi sərəncam imzalaması. Sərəncamda bildirilirdi ki,
əgər erməni xalqı bəyəndiyi yerdə yaşamaq istəsə ona kömək edib torpaq verilməli, şəhər və kəndlərdə
sahibsiz qalan evlər onların ixtiyarına verilməlidir. Bundan başqa I Pyotr Rumyanstevə tapşırmışdı ki,
erməniləri Xəzəryanı əyalətlərdə istədikləri şəhərlərdə yerləşdirmək üçün lazım gələrsə, yerli əhalini qovsun
1724-1725
Osmanlıların Azərbaycanın qərb torpaqlarını ələ keçirməsi
1724-1735
Azərbaycanın qərb torpaqlarında Osmanlı idarəçiliyi dövrü
1725 27 iyul
Osmanlı qoşunlarının Abdulla Köprülü paşanın komandanlığı altında Təbriz şəhərini tutması
1725 avqust
Osmanlı sərkərdəsi Sarı Müstafa paşanın Gəncəni tutması
1725 28 dekabr
Osmanlı əsgərlərinin osmanlı işğal zonasına daxil olmayan Ərdəbil şəhərini
tutması və şəhərin alınması
münasibətilə İstanbulda atəşfəşanlıq keçirilməsi
1725-1728
Osmanlı dövlətinin Cənubi Qafqazda qismən yumşaq vergi siyasəti yeritməsi
1726
Rus imperatoru I Yekaterinanın knyaz V.Dolqorukovu Gilana göndərməsi. I Yekaterinanın V.Dolqorukov
Gilana göndərməkdə məqsədi Səfəvi şahı II Təhmasiblə münasibətləri qaydaya salmaq idi
1726
Lənkəran, Astara, Təngərud, Muğan, Şahsevən bölgələrinin Rusiyanın işğalı altına düşməsi
1726
Zəngəzurda Osmanlılar əleyhinə üsyan baş verməsi
1727-1728
Osmanlıların Azərbaycanın işğal etdiyi bölgələrində əhalini siyahıya alması
1727 12 dekabr
Nabur müqaviləsi. Rusiya ilə Osmanlı sərhədinin müəyyənləşdirilməsi barədə imzalanan Nabur
müqaviləsinin şərtlərinə əsasən ruslar 1727-ci ildə Cavad, Salyan, Şeşpara, Rustov, 1728-ci ildə isə Quba və
Təngəyə yiyələndilər
1728
Hacı Davudun Təngə qalasını ruslara təhvil verməkdən boyun qaçırması. Bunu Osmanlı hakim dairələri
sədaqətsizlik kimi qiymətləndirərək, onu xanlıqdan uzaqlaşdırdılar. H.Davud həbs edilib Kipr adasına sürgün
edildi. Qazıqumuxlu Surxay xan isə Şirvan xanı təyin olundu
1729-1731
Qarabağ, Şamaxı, Təbriz Xaçqala, Marağa, Həmrud, Ərdəbil və Xalxal bölgələrində Osmanlı hakimiyyəti
əleyhinə üsyanlar baş verməsi
1730
II Təhmasibin osmanlılardan işğal olunmuş Səfəvi torpaqlarını geri qaytarmağı tələb etməsi. Osmanlıların rədd
cavabı səfəvilərlə-osmanlılar arasında müharibəyə (1730-1733) səbəb oldu
1730
Nadir xanın Osmanlı dövlətinə qarşı müharibəyə başlaması
1730
Nadir xanın Marağa, Ərdəbil və Təbriz şəhərlərini Osmanlılardan azad etməsi
1730
Nadir xanın rus komandanlığından Xəzəryanı əyalətləri geri qaytarmağı tələb etməsi
1731
II Təhmasibin Naxçıvan və İrəvanı osmanlılardan geri almaq üçün uğursuz hərbi əməliyyatlara başlaması
1731
Üçkilsə (Üçmüədzin) döyüşü. II Təhmasibin osmanlılar tərəfindən ağır məğlubiyyətə uğradılması
1731
Həmədan yaxınlığında döyüş. Osmanlı qoşunları üçün İsfahana yol açılması
1732 16 yanvar
Kirmanşah sülhü. Səfəvilərlə osmanlılar arasında imzalanan müqavilənin şərtlərinə əsasən İrəvan, Gəncə,
Şamaxı, Şirvan bölgələri osmanlılara verildi, Osmanlı dövləti Həmədan, Kirmanşah, Ərdəbil və Təbrizi
Səfəvilərə qaytarmağa razılıq verdi, Araz çayı bu dövlətlər arasında sərhəd oldu
1732 21 yanvar
Rəşt müqaviləsi. Səfəvilərlə ruslar arasında imzalanan müqavilənin şərtlərinə əsasən Kürdən cənubda yerləşən
Xəzəryanı bölgələr Səfəvilər dövlətinə qaytarıldı, Səfəvilər dövləti osmanlıları Xəzəryanı bölgələrə
buraxmamağı öhdəsinə götürdü, Səfəvilər dövləti ərazisində rus tacirləri üçün güzəştli şərtlər nəzərdə tutuldu
1732 avqust
Səfəvilər dövlətində saray çevrilişi baş verməsi. Çevriliş nəticəsində Nadir xan II Təhmasibi taxtdan salaraq
onun oğlu Abbas Mirzəni III Abbas adı ilə şah, özünü isə onun qəyyumu elan etdi. Bu hadisədən sonra Nadir
xan faktiki olaraq Səfəvilər dövlətinin tam səlahiyyətli hakimi oldu
1732-1736
Səfəvi dövlətinin sonuncu hökmdarı Şah III Abbasın hakimiyyəti
1733 yanvar
Bağdad ətrafında döyüş. Nadir xanın Osmanlı qoşununa güclü zərbə endirməsi
1733 fevral
Bağdad müqaviləsi. Osmanlı qoşunlarının komandanı Əhməd paşa ilə Nadir xan arasında imzalanan
müqavilənin şərtlərinə əsasən osmanlılar son on ildə işğal edilmiş bütün torpaqları Səfəvilərə qaytarmağı
öhdəsinə götürdü və Azərbaycanın cənubunda hərbi əməliyyatları dayandıraraq qoşunlarını buradan çıxardı
1734
Nadir xanın başçılığı ilə Şamaxının azad edilərək Şirvanda Osmanlı hökmranlığına son qoyulması
1734
Nadirin əmri ilə Şamaxı şəhərinin dağıdılması və əhalisinin “Yeni Şamaxıya” (Ağsuya) köçürülməsi
1735
Hacı Davudun Kipr adasından Geliboluya köçürülməsi və orada vəfat etməsi