Ərəb dilində bədii əsərlər yazm aq ənənəsi Azərbaycan şairləri arasında
XI esrə qədər, yəni Qətran Təbrizinin yaradıcılığa başladığı dövrədək davam
etmişdir. X -X II esrlərdə Azərbaycan ədebiyyatında bu poeziyanı B erakə-
veyh Zəncani, İskafı Zəncani, X əttat Nizami Təbrizi, Əbu Nəsr M ənsur
Tebrizi, Xətib Təbrizi, M əsud ibn Namdar, Ö m ər Gənci kimi şairlər təmsil
etmişlər. Həmin Azerbaycan şairləri klassik erəb poeziyasma xas olan m ə-
cazlar sistemini işletm əklə yanaşı, yeri düşdükcə doğma vətənlərinin rənga-
rəng təbiətini, mərd, yenilməz insanlarım da təsvir etm işlər ki, bu da onlann
əsərlərinə m üəyyen milli kolorit getirmişdir.
Çoxu M edine, Bağdad ve b. şehərlərdə yaşayıb-yaratmış Azərbaycan şair-
lerinin yaradıcdığmda əsas m otivlərdən biri vətən həsrəti olmuşdur. XII əsr
şairi Ö m ər Gəncinin yazdığı aşağıdakı parça bunun seciyyevi nümunesidir:
Sürüb dəvəlerini mənim yurduma çatsan,
Dostlanma, unutma, mendən yetir bir salam.
Bu dərde dözməyimdən, ayrılıq əzabından -
Danış bir-bir onlara, mən necə xəstehalam.
Söylə ki, onları men her yadıma saldıqca -
Gelib keçir gözümden bir de o günlər tamam.
Ətirli meh esdikcə sehər dost diyarmdan,
Qelbim yarpaq tek əsir, tapmır bir lehze aram.
Q ətran Tebrizi yaradıcılığı ilə Azerbaycan poeziya m ektəbi yeni inkişaf
m ərhələsinə qedəm qoydu. Bu m ütəfəkkir şair farsdilli Azərbaycan poeziya-
sınm ilk görkemli nümayəndəsidir.
Farsdilli Azərbaycan poeziyası dedikde, sadəcə olaraq, coğrafi sərhəd-
lerlə məhdudlaşan bir ədəbi hadisə yox, öz ideya-estetik əsası ve təkraredil-
məz xüsusiyyətleri ile seçilən müstəqil, orijinal ədebi m əkteb nezerdə tutulur.
Təbriz yaxuılığındakı Şadiabad qəsəbesində mülkedar ailəsində anadan
olmuş Qətran genc yaşlannda şairliyə başlamış, az bir zamanda istedadlı sənət-
kar kimi meşhurlaşaraq saraya dəvət edilmişdir. M üxtelif hökmdarlann mədhinə
həsr olunmuş qəsidəler Qətran divanmm esas hissesini teşkil edir. Lakin bu
onun bədii-estetik dəyerini heç bir şəkildə azaltmır. Xüsusile ona görə ki, divan-
da Qetranm yaşayıb-yaratdığı tarixi dövrün bir sıra ictimai-siyasi hadisələri çox
dəqiq eksini tapmışdır. Şairin iki Azerbaycan hökmdan - Əbül Həsən Ləşkəri
və Əmir C əfer arasmda banşıq münasibeti ile yazdığı qəsidə bu cehətden çox
səciyyevidir. Bu esərlərde Qetranın vətensevər düşünceləri və yüksək hissləri
diqqəti cəlb edir. Qətran xarici müdaxiləçilərə layiqli cavab verə bilecek, vahid,
güclü Azərbaycan arzusundadır, buna görə də əmirlər arasmdakı adi bir saziş,
banşıq belə onu sevindirir, ümidlərini qüwetlendirir.
Qəsidələrin nəsib (giriş) hissəsində Q ətran sənətkarlığı daha parlaq
şəkildə meydana çıxır. Ə sasən bahann təsvirinə aid olan bu hissələrdə şair
hər defə yeni-yeni bədii təsvir vasiteleri tapır, dar bir mövzu çərçivəsində
vurduğu təkrarsız naxışlarla oxucunu heyran qoyur. Qətran vesfdən m üxtelif
hadisə və mefhumların geniş tesvirinde istifadə edir. Bu cəhətdən baharın
mozaika təsiri bağışlayan rəngarəng tesviri xüsusile seçilir:
Eyləyir dünyaya fərverdin' yeli her dem səfer,
Eyledikce her səfər dünyaya o çalmış zəfer.
Eyleyir bülbül fəğan gülşendə hər saet yenə,
Nazlanır güllər baxıb gördükcə hər dəm nalələr.
Tutiyə benzər şeqayiq dimdiyinde qır tutub,
Suri zerdir, üstünü qıpqırmızı tozlar bezər.
İldınm şimşek çaxar daim buludlar oynaşar,
Sanki zenci ordusu tatar görüb xəncər çekər.
Bənzəyir bağlarda nergiz bütlərin əllərinə,
Qol-bilek mina tamam, ovcu hənadır sərbəsər.
Göl külək esdikcə benzər köksüne şahinlərin,
Sanki tovuzdur, qızılgül, bağda açmış balü per.
Qətran Təbrizinin rubailərinde m əhebbət Iirikası daha qüvvətlidir. M a-
raqlıdır ki, bu rübailərde bədii zəm in kimi ondan ə w e lk i fars poeziyasmdan
daha çox Azərbaycan şifahi xalq ədəbiyyatınm təsiri nəzerə çarpır. Qetran
divanmdakı rübailerde aparıcı meyl fəlsefi asketizm deyildir. Bu esərler vəz-
nine və bədii təsvir vasitəlerinə görə rübai adlansalar da, ideya və sənetkarhq
cəhətdən bizim bayatdara daha yaxındır. Bayatılarda olduğu kimi, bu
rübailərin çoxunda da esas poetik fikir son iki misrada verilir.
Ey hüsnü gözəller qibləsi olan,
Ürəyin ürəyi, ruha, cana can.
Dedim ürek verib almışam seni -
Yox, canımı versəm, yenə ucuzsan.
Azerbaycan xalqının təfəkkür tərzi Qətranın əserlərində silinməz izler
buraxmış, şair yeri gəldikcə çoxlu türk sözləri işlətmişdir. “Çuval” , “cinağ” ,
“bəkm əz”, “tağ”, “yun” , “dağ”, “ayaq” ve s. türk sözləri Qətramn bədii
1 F e r v ə r d in - İran günəş təqviminin birinci ayı (21 mart - 20 aprel).