294
Cəlal da kəndisini izlər. A n j e l sürəkli və istehzalı qəhqəhələrlə odasından çıqar; xidmətçi
qızın gətirdiyi karta baqar.
A n j e l
Müsyo Edmon! Durma, get,
Söylə gəlsin...
(Qız çıqar, Anjel qəhqəhəylə)
Bilməm ki,
Əkrəm nə sanmış bəni?
Halbuki Anjeldəki
Gözəlliyə bir yığın
Cəlallar qurban olmuş.
Gənc qraflar, prenslər
Əlimdən güc qurtulmuş...
(Edmon girər)
Edmon, ah, müsyo Edmon!
Artıq unutdun bəni..
Edmon
Dün nə için gəlmədin?
Bir çoq bəklədim səni.
Bəklədim qızıl işıq
Sərpən küçük odamda.
Bir oda ki, həp saçar
Ehtiras, eşq, sevda...
Uf, şu gözlər, şu gözlər
Yaqar çılğın ruhumu,
Allah eşqinə, səndə
İnsaf, mərhəmət yoqmu?!
(Bir daha öpmək istər.)
295
A n j e l
(Məğrur və işvəli bir baqışla geri çəkilir.)
Artıq öpüş əlverir...
Edmon
(onun biləyini yaqalar)
Ya?.. Soğudunmu bəndən!?
A n j e l
(əlini çəkərək)
Bıraq şu məcnunluğu,
Allahını sevərsən.
Edmon
Əvət, şimdi anladım,
Şimdi anladım, əvət,
Sönük bir xülya imiş
Əski eşq, əski ülfət.
(Anjel şiddətli qəhqəhələrlə gülər. Edmon sinirli.)
Bu datlı qəhqəhənlə
Var-yoqumu tükətdin.
(Anjelin barmağındakı yüzükləri, boynundakı inciləri göstərir, çılğınca.)
Şu elmaslar, incilər,
Söylə, kimin, ah, kimin?
A n j e l
(təkrar gülərək)
Məraq etmə, səninki
Çoqdan satıldı, getdi.
296
Baq, şu incilər yoqmu?
Cəlal hədiyyə etdi.
(yüzükləri göstərir)
Elmas deyil bunlar da,
Pırlantadır, əzizim!
Bunu Moskovdan gələn
Bir qraf etmiş təqdim.
Bu da gənc bir iranlı
Şahzadədən yadigar...
Baq, nə sevimli şeylər,
Yıldız kibi parıldar.
Edmon
Ya, sənin hər gecəndən
Böylə bir yıldız doğar,
Öylə bir mətahsın ki,
Hər yerdən müştərin var.
Anjel, əmin ol, bu hal
Böylə getməzdən bir gün,
Kəndini bir cinayət
Qarşısında görürsün.
A n j e l
(yapma səmimiyyətlə)
Edmon! Çocuqmu oldun?
Nə saçmalar söylərsin?
Haydı, şimdi get, yarın
Aqşam bəni bəklərsin.
Həp başdan kecənləri
Gəlir, söylərim sana,
Haqlı bulursun bəlkə,
Bəlkə acırsın bana.
297
Edmon
(onun əlini öpərək)
Pək gözəl, öylə olsun,
Gedər, bəklərim, ama
Mümkünsə erkəncə gəl,
Saqın, saqın, unutma!
Edmon çıqar, bu sırada C ə l a l gəlir.
C ə l a l
Anjel! Bu kimdir yenə?
Söylə, kimdir bu müsyo?
A n j e l
(məğrur və müstəhzi)
Bənim əski bildiyim,
Əski sevgilimdir o.
C ə l a l
Düşün, bu hallarınla
Bəni məhv eyliyorsun.
A n j e l
Çünki vurğunum ona...
C ə l a l
Anjel! Nə söyliyorsun?
A n j e l
(laübali və işvəli qəhqəhələrdən sonra, ciddi)
Bilsən, hərif gəlmiş də
Nə həzyanlar söyliyor?
298
Əski eşqi anıb da
Bəni təhdid eyliyor.
C ə l a l
Cavab vermədinmi ya?
A n j e l
Sözlərini dinlədim,
Yarın bəklərsin deyə –
Başımdan dəf’ eylədim.
C ə l a l
Yalan satmaq nə lazim,
Bir kərə kəs ülfəti!
A n j e l
Ah, o kinli bir hərif,
Var cinayət niyyəti.
C ə l a l
Hiç bir təlaş istəməz,
Nə olsa rədd etməli...
A n j e l
Ən eyisi, köçməli,
Fransadan getməli.
C ə l a l
Lakin qürbət ellərdə
Canın sıqılmazmı ya!
299
A n j e l
Hər yerdə bir deyilmi
İsan, günəş, göy, hava?
C ə l a l
Bütün bildiklərindən,
Yaqınlarından uzaq,
Gün keçirmək qolaymı?
A n j e l
... Allah eşqinə, bıraq!
Bana cihanda yalnız
Sənsin yeganə həmdəm,
Səndən, sənin eşqindən
Başqa bir şey istəməm.
Bu sırada x i d m ə t ç i q ı z bir kart-vizit gətirir.
C ə l a l
(kartı alıb baqar, Anjelə)
Haydı, bir qadar bizi
Mümkünsə yalnız bıraq...
A n j e l
Ah, şu gedib-gələndən
Bir kərəcik qurtulsaq!..
Kəndi odasına keçər.
Y ı l d ı r ı m daxil olur.
C ə l a l
Buyursunlar, əfəndim,
Nə var, nə yoq?..
300
Y ı l d ı r ı m
Cəlal, biz...
Yarın aqşam Parisdən
Çıqıb getmək istəriz.
C ə l a l
Pək gözəl, Istanbuldan
Bir xəbər yoqmu? Söylə?
Y ı l d ı r ı m
Gövərçin yavrusilə
Dilbər Mənəkşəsiylə
Rəsmini aldırmış da,
İştə sana göndərmiş.
(Cəlala bir fotoqraf rəsimi verir.)
C ə l a l
Ah, şu şəfəq levhəsi,
Aman, yarəb, nə müdhiş!
Y ı l d ı r ı m
Gövərçinin şu halı,
Andırır pək sinirli,
Pək çılğın bir dənizdə
Ümidsiz bir heykəli.
C ə l a l
Gövərçindən ayrıca
Məktub yoqmudur bana?
Y ı l d ı r ı m
Pəki nə yazsın, sən ki,
Cavab verməzsin ona.
Dostları ilə paylaş: |