27
MOBİL TELEFONUN XÜMSÜ
Sual 28: Mobil telefona xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Şəxsin şə`ninə uyğun
və şəxsi ehtiyaclara istifadə edilərsə xüms düşmür. Qazanc
əldə etmək üçün sərmayə olarsa xüms düşür.
1
Qeyd: Risalələrdə mobil sözü işlənməsə də bəyan
olunmuş qayda ona da tətbiq olunur.
1
“Ürvətül-vüsqa” 2-ci cild, 61-ci məsələ; “Tovzihul-məsaili mərace”,
1775; Nuri, “Tovzihul-məsail”, 1771-ci məsələ; “Əcvibə”, səh.923.
28
BEŞİNCİ FƏSİL
HƏDİYYƏ, BAYRAM PAYI VƏ MÜKAFATIN
XÜMSÜ
HƏDİYYƏNİN XÜMSÜ
Sual 29: Atanın, ananın və istənilən bir şəxsin
verdiyi hədiyyəyə xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Hədiyyəyə xüms
düşmür.
1
Sistani və Safi: Xüms ilindən artıq qalarsa ona
xüms düşür.
2
Fazil, Məkarim və Behcət: Vacib ehtiyata əsasən
xüms ilindən artıq qalarsa onun xümsü verilməlidir.
3
Təbrizi və Vəhid: Onun miqdarı çox və diqqəti
cəlb edəcək dərəcədə olarsa, illik xərcdən artıq qaldıqda
xümsü verilməlidir.
4
Sual 30: Şiə olan, lakin malının xümsünü
ödəməyən
şəxsin
verdiyi
hədiyyənin
xümsünü
verməliyəmmi?
(Sistani
və
Təbrizidən
başqa)
Bütün
müctəhidlərin rə`yi: Hədiyyəni alan şəxsə onun xümsünü
vermək vacibdir.
5
1
“Tovzihul-məsaili mərace”, 1753-cü məsələ; Xamenei, “Əcvibə”,
səh.850; Nuri, “Tovzihul-məsail”, 1749-cu məsələ.
2
“Tovzihul-məsaili mərace”, 1753-cü məsələ.
3
Həmin mənbə, 175-ci məsələ.
4
Həmin mənbə, 1753-cü məsələ; Vəhid, “Tovzihul-məsail”, 1761-ci
məsələ.
5
“Tovzihul-məsaili mərace”, 2-ci cild, 1763-cü məsələ; Behcət,
“Vəsilətun-nicat”, 1-ci cild, 1422-ci məsələ.
29
Sistani və Təbrizi: Xümsü ödəmək onu bağışlayan
şəxsə vacibdir. Hədiyyəni alan şəxsə onun xümsünü
vermək vacib deyil.
1
XÜMS VƏ DİN ARDICILLARI
Sual 31: Xüms hökmünü qəbul etməyən bir kəs
(qeyri-şiə məzhəb və din ardıcılları kimi) mənə hədiyyə
verir. Onun xümsünü verməliyəmmi?
(Behcətdən başqa) Bütün müctəhidlərin rə`yi:
Xeyr.
2
Behcət: Hədiyyə olunmuş malın üzərinə xüms
gəldikdə zərurət halında ondan istifadə etmək olar.
3
SOVQATIN XÜMSÜ
Sual 32: Sovqata xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.
4
Təbrizi, Sistani, Safi, Məkarim, Behcət, Fazil və
Vəhid: Xüms ili tamamlanmamış istifadə olunursa, ona
xüms düşmür.
5
Qeyd: Sovqat hədiyyə hökmündədir.
MÜKAFATIN XÜMSÜ
Sual 33: Bank mükafatına bir il ötdükdən sonra
xüms düşürmü?
1
“Tovzihul-məsaili mərace”, 2-ci cild, 1763-cü məsələ.
2
“Tovzihul-məsaili mərace”, 1764-cü məsələ; Nuri, “Tovzihul-
məsail”, 1760-cı məsələ; Vəhid, “Tovzihul-məsail”, 1772-ci məsələ;
Xameneinin katibliyi.
3
Behcət, “Vəsilətun-nicat”, 1-ci cild, 1422-ci məsələ.
4
“Tovzihul-məsaili mərace”, 1753-cü məsələ; Xamenei, “Əcvibə”,
səh.850; Nuri, “Tovzihul-məsail”, 1749-cu məsələ.
5
“Tovzihul-məsaili mərace”, 1753-cü məsələ; Vəhid, “Tovzihul-
məsail” 1761-ci məsələ.
30
İmam (r) və Xamenei: Mükafata xüms düşmür.
1
Fazil, Behcət və Məkarim: Vacib ehtiyata əsasən
onun xümsü verilsin.
2
Nuri: Hədiyyə ünvanında olarsa xüms düşmür.
3
Təbrizi və Vəhid: Təxminən ilin sonunadək
istifadə olunan və az dəyərli mal olarsa xüms düşmür.
Digər hallarda xüms düşür.
4
Sistani: Yarısın imanlı fəqirə sədəqə vermək şərti
ilə qalan yarı hissəni özünə mülk edə bilər. Əgər özünə
mülk etdiyi yarı hissə xüms ilindən artıq qalarsa ona xüms
verməlidir.
5
Safi: Xüms düşür.
6
Qeyd: Bank mükafatı bir növ bəxşiş hesab olunur.
Sual 34: Qur`an və idman müsabiqələrində alınan
mükafatlara xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.
7
Fazil, Behcət və Məkarim: Vacib ehtiyata əsasən
onun xümsü verilsin.
8
1
İmam (r), “Təhrirül-vəsilə”, 1-ci cild, kitabul-xüms, əl-xamis;
Xamenei, “Əcvibə”, səh.851.
2
Fazil, “Ürvətül-vüsqa məə tə`liqat”, 2-ci cild, kitabul-xüms, əs-sabi;
Behcət, “Tovzihul-məsail”, 1377-ci məsələ; Məkarim, “İstiftaat”, 2-ci
cild, səh.534.
3
Nuri, “İstiftaat”, 2-ci cild, səh.350.
4
Təbrizi, “İstiftaat”, səh.819; Vəhidin katibliyi.
5
“Tovzihul-məsail”, Bank mükafatları, 24-cü məsələ; “Minhacus-
salihin”, babul-xüms, əs-sabi.
6
Safi, “Camiul-əhkam”, 1-ci cild, səh.631.
7
Xamenei, “Əcvibə”, səh.851; Nuri, “İstiftaat”, 2-ci cild, səh.355;
İmamın (r) katibliyi.
8
Fazil, “Ürvətül-vüsqa məə tə`liqat”, 2-ci cild, kitabul-xüms, əs-sabi;
Məkarim, “İstiftaat”, 2-ci cild, səh.534; Behcət, “Tovzihul-məsail”,
1377-ci məsələ.