NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCANIN ƏN DƏYƏRLİ, QABAQCIL ALİ MƏKTƏBLƏRİNDƏN BİRİDİR
NDU-NUN “FİKİR” İNFORMASİYA BÜLLETENİNƏ ƏLAVƏ 16 mart 2016-ci il.№1(15)
HEYDƏR ƏLİYEV
Naxçıvan Dövlət
Universitetinin
əməkdaşları Urmiya
Universitetinə səfər
ediblər
Biologiyanın tədrisində
texnoloji innovasiyalar-
dan istifadə
Naxçıvan arıçılığından
bəhs edən elmi nəşr
Multikulturalizm
Azərbaycan
dövlətinin və xalqının
ana məramıdır
səhifə-2-də
səhifə-3-də
səhifə-2-də
səhifə-3-də
Novruz bayramı - milli
mənəvi dəyərlərin
əbədiyaşarlıq rəmzidir
səhifə-4-də
N
axçıvan Dövlət Universi tetində
8 mart - Beynəlxalq Qadınlar
Günü qeyd olunub. Universitetin
İncəsənət fakül təsinin tələbə və
müəllimlərinin əl işlərindən ibarət
qadınlara həsr olunan sərgidə
bəşəriyyətin ən zərif məxluqlarının
cəmiyyətdəki rolu bir daha nümayiş
etdirilib.
Ali təhsil ocağının tədbirlər
zalında davam edən tədbiri rektor,
AMEA-nın müxbir üzvü Saleh
Məhərrəmov açaraq, universitetin
qadın əməkdaşlarını təbrik edib,
Azərbaycan qadınlarının tarixi
xidmətlərini minnətdarlıqla qeyd
edib. Vurğulanıb ki, Azərbaycan
qadını mənəvi təbiətinə sadiq
qalaraq, zərifliyin, ülviliyin və
gözəlliyin rəmzi olan adının
ucalığını həmişə layiqincə qoru-
yub saxlayıb.
XX əsrdən etibarən Azərbay -
can cəmiyyətində qadının ictimai-si-
yasi, sosial-iqtisadi və mədəni
sahələrdə rolu artmağa başlayıb və
bütün bunlar ölkədə demokratik
dövlət quruculuğunun, ulu öndər
Heydər Əliyev tərəfindən əsası
qoyulan və prezident İlham Əliyev
tərəfindən davam etdirilən böyük və
uğurlu siyasətin əməli nəticəsidir. Bu
siyasət Naxçıvan Muxtar Respub-
likasında Ali Məclisin Sədri Vasif
Talıbov tərəfindən də uğurla davam
etdirilir.
İqtisad fakültəsinin akademik
məsləhətçisi, doktorant Ruhəngiz
Əliyeva “Azərbaycan qadını bu
gün” mövzusundakı məruzəsində
bildirib ki, zəriflik və gözəllik rəmzi
olan qadın adı, ana adı tarix boyu
vətənimizdə həmişə uca tutulub,
Azərbaycan qadını bütün dövrlərdə
milli-mənəvi dəyərlərimizin qoru-
nub saxlanması və yaşadılmasında
müstəsna xidmətlər göstərib. Azər -
bay canda qadına daim böyük
ehtiram və hörmət bəslənib, ana
həmişə müqəddəs olub, namus,
qeyrət rəmzi sayılıb.
Bayram tədbiri universitetin
İncəsənət fakültəsinin hazırladığı
ədəbi-bədii proqramla davam edib.
Mina Qasımova
Mətbuat şöbəsinin əməkdaşı
8 mart - Beynəlxalq Qadınlar Günü
N
axçıvan Dövlət Univer sitetində
Naxçıvan Muxtar Respublika -
sının Mədəniy yət və Turizm naziri
və nazirlik nümayən dələrinin mü-
vafiq ixtisas la rın müəllim və
tələbələri ilə görüşü keçirilib. Nax-
çıvan Muxtar Respub li kası Ali
Məclisi Sədrinin 2015-ci il 27 iyul
tarixli “Ali və orta ixtisas təhsili
müəssisələrində ixtisasların müvafiq
təşkilatlara hamiliyə veril mə si
haqqında” Sərəncamın icrası ilə
bağlı keçirilən görüşü universitetin
rektoru, AMEA-nın müxbir üzvü
Saleh Məhərrəmov açıb. Rektor
bildirib ki, sözügedən Sərənca mın
tətbiqi
nəticəsində
muxtar
respublikada fəaliyyət göstərən
nazirlik və təşkilatlarla ali təhsil
müəssisələri
arasında
sıx
əməkdaşlığa nail olunmuşdur.
Peşəkar kadr hazırlığı, bu sahədəki
mövcud problemlərin birgə aradan
qaldırılması, tələbələrin mükəmməl
təcrübi biliklər qazanması, onlar
üçün
gələcək
iş
yerləri
müəyyənləşdirilməsi ilə bağlı birgə
əhəmiyyətli işlər görülməkdədir.
Naxçıvan Muxtar Respub -
likasının Mədəniyyət və Turizm
naziri Natəvan xanım Qədimova
çıxış edərək ümummilli lider Heydər
Əliyevin siyasi xəttinin davamı
olaraq Azərbaycanın ən qədim və
dilbər guşələrindən olan Naxçıvanda
mədəniyyətin inkişafına, mədəni
irsimizin qorunmasına göstərilən
dövlət qayğısından, bu sahədə qa-
zanılan uğurlardan danışıb. Qeyd
olunub ki, bu gün muxtar respubli-
kada 3 Dövlət teatrı, 5 xalq teatrı, 1
Dövlət Filarmoniyası, 1 Dövlət
Uşaq Filarmoniyası, 28 muzey və 1
Rəsm Qalereyası, 234 kitabxana, 27
uşaq musiqi, incəsənət və bədii
sənətkarlıq məktəbi, 226 klub və
mədəniyyət evi fəaliyyət göstərir.
Çoxsaylı özfəaliyyət və folklor kol -
lektivləri milli mədəniyyətin,
incəsənətin təbliğinə, dünyada ta-
nıdılmasına öz töhfələrini vermək -
dədir. Çıxışda xalq yaradıcılığı
günlərinin ənənəyə çevrilməsi, mux-
tar respublikada keçiriləcək muğam
müsabiqəsinə hazırlıq işləri, kitab-
xana işinin müasir standartlara
uyğun təşkili, muzey quruculuğu,
tarixi mədəniyyət abidələrinin
qorunması və bərpası, teatr sahə sin -
dəki uğurlardan, yeni musiqi
kollektivlərinin yaradılmasından
bəhs olunub. Qeyd olunub ki, Nax-
çıvanın 2018-ci il üçün İslam
Mədəniyyətinin paytaxtı elan
edilməsi muxtar respublikanın nü-
fuzunun, ona göstərilən etimadın
ifadəsidir. Nazir vurğulayıb ki,
Sərəncama əsasən Mədəniyyət və
Turizm Nazirliyi ümumilikdə 23 ix-
tisas hamiliyə götürmüş, bu məq -
sədlə kollektiv görüşlər, 4 kitab
müzakirəsi, aktyorluq sənəti ixtisası
üzrə 4 ustad dərsi, muzey işi və ki-
tabxanaçılıq ixtisasları üzrə 8 açıq
dərs, mühazirə, kurs və konfranslar
keçirilmiş, mədəniyyət və turizm
obyektlərinə ekskursiyalar, təcrü bə -
lər təşkil olunmuşdur. Çıxışda Sərən -
camın icrasının daha mütəşəkkil
və yüksək səviyyədə təşkili məq -
sədilə nəzərdə tutulan tədbirlər də
diqqətə çatdırılıb.
Görüşün sonunda Azərbay -
can Mədəniyyət və Turizm Nazir-
liyinin sifarişi ilə 2007-ci ildə
"Salnamə" kinostudiyasında çəkilən
"Heydər Əliyev. Azərbaycan mədə -
niy yətinin hamisi" adlı qısametrajlı
sənədli film nümayiş olunub.
Ümummilli liderin milli mədə niy -
yətin, incəsənətin inkişafındakı mi-
silsiz xidmətlərindən bəhs edən fil-
min rejissoru Azərbaycan Respub-
likasının xalq artisti Eldar Quli-
yevdir.
Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri
Mədəniyyət və Turizm Nazirliyi
23 ixtisasa hamilik edir
N
axçıvan Dövlət Universi tetində
“Novruz bayramının mənşəyinə
dair” dəyirmi masa keçirilib.
Universitetin müxtəlif fakültə -
lərində təhsil alan, elmi-ictimai, siyasi
fəallıqları ilə seçilən tələbə gənclərin
fəal iştirakı ilə keçirilən dəyirmi ma-
sada universitetin rektoru, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmov
çıxış edərək qeyd edib ki, Novruz
bayramı Azərbaycan xalqının milli
ruhunu və yaddaşını bütün zənginliyi
ilə özündə yaşadır. Yazın gəlişini,
təbiətin oyanışını bayram əhval-
ruhiy yəsi ilə qarşılayan xalqımız
Nov ruzla bağlı zəngin ənənə və
dəyərlər sistemi formalaşdırıb. Tari-
xi yaddaşımızdan süzülüb gələn xalq
mərasimləri bu bahar bayramında
keçmişlə gələcəyi bir-birinə qovuş du -
rur. Bu səbəbdən Novruz bayramı
həm də Azərbaycan xalqının öz
tarixi-mədəni keçmişinə dərin ehti-
ramının ifadəsidir. Rektor bildirib
ki, sovet imperiyası zamanı qadağan
olunmuş bu bayram xalqın yadda-
şında qorunub saxlanılıb, müstəqillik
qazanıldıqdan sonra ümummilli lider
Heydər Əliyevin rəhbərliyi ilə dövlət
səviyyəsində qeyd olunmağa başla-
nıb. Vurğulanıb ki, Novruz bayramı
2009-cu il sentyabrın 30-da YU-
NESKO-nun qeyri-maddi mədəni
irs siyahısına daxil edilib, 23 fevral
2010-cu ildə isə BMT Baş Assamble -
ya sının 64-cü sessiyasının iclasında
mart ayının 21-i "Beynəlxalq Nov-
ruz Günü" elan edilib.
AMEA Naxçıvan Bölməsinin
Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun Etnoqrafiya şöbəsinin
müdiri, tarix üzrə fəlsəfə doktoru,
dosent Asəf Orucov, Universitetin
tərbiyə işləri üzrə prorektoru, tarix
üzrə fəlsəfə doktoru, dosent Şamxal
Məmmədov, YAP Universitet şəhər -
ci yi ərazi ilk təşkilatının sədri, dosent
Kamal Camalov çıxış edərək Novruz
bayramının mənşəyi və tarixindən, bu
bayramın adət və ənənələrindən da-
nışıblar. Vurğulanıb ki, qədim dövr -
lər də Novruz təkcə xalq bayramı
kimi deyil, eyni zamanda, dövlət
bay ramı kimi qeyd olunub. Təbiətin
oyanması, canlanması min illər boyu
müşahidə olunmuş və təcrübədə
təsdiqlənmiş bir gerçək lik dir. Belə bir
yeniləşmə gününün baş lan ğıcı şəmsi-
günəş təqviminin ilk ayının ilk gününə
21 marta təsadüf edir. Buna görə də
həmin günü Novruz -Yeni gün ad-
landırıblar. Dəyirmi masada Nov-
ruz bayramının mənşəyi haqqında
edilən təhlillərdən və izah lar dan belə
bir qənaətə gəlinib ki, onun yaranışı
nə zərdüştlüklə, nə də islam dini ilə
əlaqəlidir.
Maraqlı diskussiya şəklində
davam edən dəyirmi masada tələbə -
lər dən Aytən Heydərova, Tural Məm -
məd zadə, Bilgin Həsənov, Ülvi
Quluzadə, Nicat Allahverdiyev, ma-
gistrantlardan Gülxanım Orucova,
El gün Tağıyev və digərləri mövzu ilə
əla qədar fəal şəkildə rəy və münasibət
bildiriblər. Mövzu ilə bağlı tələbələri
maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə həmçinin YAP-a yeni
qəbul olunmuş tələbələrə üzvlük
vəsiqələri təqdim olunub.
Mina Qasımova
Mətbuat şöbəsinin əməkdaşı
Novruz bayramının mənşəyinə dair dəyirmi masa
2 / GÜNDƏM
YENİ FİKİR
MART 2016
2016
-cı ilin Azərbaycanda
“Multikulturalizm ili”
elan olunması ilə əla qədar ölkənin
tole ran tlıq ənənə lərini, millətlər, mə -
də niyyətlər və sivilizasiyalararası
müna sibətlərə verdi yi dəyərləri üzə
çıxarmaq və təbliğ etmək baxımından
əhəmiyyətli işlər həya ta keçiril mək -
dədir. Bakı Beynəl xalq Multikul tu ra -
lizm Mərkəzinin bu mühüm mərama
xidmət edən yay və qış məktəbləri isə
artıq ənənəyə çevrilməkdədir. Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi
(BBMM), Azərbaycan Respublika-
sının Prezidenti yanında Bilik Fondu
və Bakı Slavyan Universitetinin birgə
təşkilat çılığı ilə “Multikulturalizm
Azərbay can da həyat tərzi kimi: öyrən,
araşdır, paylaş-2016” adlı Beynəlxalq
Multikulturalizm qış məktəbi
layihəsində 2015-ci ilin yaz və payız
semestr lə rin də multikulturalizmlə
bağlı fənlə rin tədris olunduğu xarici
və yerli universitetlərdə təhsil alan
tələbələr, nüfuzlu elm adamları təmsil
olunmuş lar. Rusiya, İsveçrə, Ukrayna,
Türkiyə, İtaliya, Portuqaliya, Polşa,
Çexiya, Gürcüstan, Belarus, Bolqa-
rıstan, Litva, İndoneziya, Yaponiya və
Almani ya nın ali təhsil ocaqlarından
40-a yaxın, eləcə də Azərbaycanın
yerli universitetlərindən 12 nəfər ol-
maqla, bütövlükdə 50–dən artıq tələbə
burada iştirak etmişdir. Naxçıvan
Muxtar Respublikasının Beynəlxalq
Multikulturalizm qış məktəbində
yeganə təmsilçisi, Naxçıvan Dövlət
Universitetinin Sosial idarəetmə və
hüquq fakültəsinin Sosial iş ixtisası
üzrə I kurs tələbəsi Ərşad Zeyqəmli
ilə görüşüb onun layihə ilə bağlı
təəssüratlarını öyrəndik.
Ərşad qeyd etdi ki, Qış mək tə -
binin təşkilində əsas məqsəd xarici
ölkə universitetlərindəki tələbələrə, ta-
nınmış ictimai xadimlərə, ziyalılara
Azərbaycanı sevdirmək, xalqımızın
tolerantlılıq təcrübəsini, millikultural
ənənə lərini, Azərbaycanın bununla
bağlı birmənalı dövlət siyasətini əcnə -
bilərə aşılamaq idi və buna uğurla nail
olundu. Layihə çərçivəsində azərbay -
can lı mütəxəssislərlə yanaşı, müxtəlif
ölkələrdən professorlar – BBMM-in
Lissabon nümayəndə li yi nin rəhbəri,
Lusofona Universitetinin beynəlxalq
əlaqələr departamentinin direktoru Te-
resa Damasio, Beynəlxalq Türk Aka-
demiyasının prezidenti Darxan Kıdır -
ali, Ardahan Universitetinin rektoru,
Qafqaz Universitetləri Birliyinin rəh -
bəri Ramazan Qorxmaz, BBMM-in
Drezden filialının icraçı direktoru
Birgit Vaysberger, Litva Pedaqoji
Universitetinin alimi Vidas Kavaliaus -
kas, “Художественная литература”
nəşriyyatının baş redaktoru G.V.Prya-
xin, Moskva Açıq Təhsil İnstitutunun
UNESCO beynəlxalq təhsil və miq-
rant uşaqların məktəbə inteqrasiyası
kafedrasının müdiri Y.A.Qoryaçev
kimi tanınmış alimlərin mühazirələri
dinlənildi.
Ərşad onu da vurğuladı ki,
ma raq lı və rəngarəng ekskursiyalar
Azərbaycanı daha dərindən tanıtmağa,
ölkəmizi maksimum təqdim etməyə
xidmət edirdi. Belə ki, Fəxri və
Şəhid lər xiyabanlarını, Heydər məs -
ci dini, Bakıda yerləşən ibadət evlərini,
Qubada və Qusarda ümummilli lider
Heydər Əliyevin abidəsini, Quba
Soy qırımı Memorialını ziyarətlər qo -
naq larda böyük maraq doğurdu.
BBMM, Bakı Slavyan Universiteti,
Bilik Fondu, AMEA-nın Nizami
Gəncəvi adına Milli Azərbaycan
Ədə biy yatı və Milli Azərbaycan Tari -
xi muzeyləri, Dini Qurumlarla İş
üz rə Dövlət Komitəsi, Qafqaz Müsəl -
man ları İdarəsi, Heydər Əliyev Mərkə -
zi, Muğam Mərkəzi, Milli Olim piya
Komitəsi, Bakı Əyləncə Mərkəzi,
Xaçmaz Rayon Tarix Diyarşünaslıq
Muzeyi və Qubadakı Qırmızı Qəsəbə -
də görüşlər olduqca maraqlı idi. Qış
məktəbi boyu tələbələrin Azərbaycan
Respublikasının millətlərarası, mul-
tikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin Hima -
yə çilik Şurasının sədri, akademik
Kamal Abdullayev, Milli Məclisin
komitə sədri, akademik Rafael Hü-
seynov, Qafqaz Müsəlmanları İdarə -
si nin sədri şeyxülislam Allahşükür
Paşaza də, Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Mübariz
Qurbanlı, AMEA-nın Milli Azərbay -
can Tarixi Muzeyinin direktoru,
akademik Nailə Vəlixanlı, əməkdar
incəsənət xadimi, rejissor Ziya
Şıxlinski, Azərbaycan Dağ Yəhudiləri
icmasının sədri Milix Yevdayev,
Üzeyir Hacıbəylinin ev-muzeyinin di -
rek toru, Əməkdar İncəsənət Xadimi
Sərdar Fərəcov, Müslüm Maqomayev
adına Dövlət Filarmoniyasının Dövlət
Rəqs Ansamblının rəhbəri, Xalq ar-
tisti Afaq Məlikova, eləcə də digər
rəsmi şəxslər və incəsənət xadimləri
ilə görüşləri əminəm ki, qonaqlarımız
unutmayacaq.
Ərşadın söylədikləri, “Dünya
təcrübəsində multikulturalizm model -
ləri” mövzusunda keçirilən “dəyirmi
masa”, kütləvi informasiya vasitə lə -
rinə verilən müsahibələr bir daha təs -
diq edir ki,qış məktəbi xarici öl kə iş-
tirakçılarında Azərbaycan haqqında
dolğun, dəqiq məlumat formalaşdır-
mışdır. Layihə çərçivəsində tədrislə
yanaşı, tələbələrin istirahət saatlarının
səmərəli təşkili də yüksək səviyyədə
həyata keçirilmişdir. Qış məktəbinin
davamı olaraq Qubaya, Xaçmaza,
Qusara, Şahdağa səfərlər zamanı
Azərbaycanın əsrarəngiz, füsunkar
təbiəti, ecazkar gözəllikləri ilə yanaşı,
ölkəmizin müxtəlif regionlarındakı in-
sanların qonaqpərvərliyi, humanizmi,
daxili saflıqları, mənəvi gözəllikləri
əcnəbilərdə heyrətamiz hisslər oyat-
mışdır. Qonaqlar tolerantlığın bütöv -
lük də Azərbaycanın köklü mənəvi
dəyəri olduğunu öz gözləri ilə
görmüşlər.
Ərşad Qış məktəbi çərçivəsində
daha maraqlı bir layihənin də həyata
keçirilməsi, “Qardaşlaşmış məktəb lər”
layihəsinə bu dəfə Rusiya, Tür ki yə və
Azərbaycan məktəblilərinin qo şulması
haqqında da məlumat verdi.
İnanırıq ki, gənc nəslin bu
nümayəndələrinin bir-biri ilə dostlu-
ğu, isti münasibətləri həyatları boyu
davam edəcək. Bu layihə vasitəsilə
müxtəlif xalqların nümayəndələri ilə
həmişəlik sevgi, səmimi ünsiyyət,
dostluq münasibətləri qurulmuşdur.
Başlıcası isə, kitablarda oxuduqları
Azərbaycan kulturalizminin əyani
şahidi olan bu insanların hər biri
ayrı-ayrılıqda özləri ilə ölkələrinə
Azərbaycana sevgi, məhəbbət, ehti-
ram daşıyacaqlar. Bu görüş onların
heç birinin hafizəsindən silinməyəcək.
Bu layihə həm də Azərbaycanı daha
çox tanıtmaq, Azərbaycan həqiqət lə -
rini daha geniş təbliğ etmək baxımın -
dan əlverişli fürsət idi. Tələbəmiz
Ərşad Zeyqəmli isə bu il keçiriləcək
yay məktəbinə dəvət almağının
sevincini də gizlətmətdi, layihə təş -
ki latçılarına, onun buradakı iştira kına
dəstək olan müəllimlərinə, universitet
rəhbərliyinə minnət darlığını çatdırdı.
Mehriban Sultan
Naxçıvan MR-in əməkdar jurnalisti,
filologiya üzrə fəlsəfə doktoru
N
axçıvan Dövlət Universi tetində
“İdeyadan biznesə”, “Ənənəvi
memarlıq üslubları və innovativ ten-
densiyalar” müsa biqələrinin təşkilatçı
qurumlarının nümayəndələri ilə
tələbələrin görüşü olub. Universite-
tin elmi işlər üzrə prorektoru, fizika
üzrə fəlsədə doktoru, dosent Müba-
riz Nuriyev görüşü açaraq 15 yanvar
2016-cı il tarixdə Naxçıvan Muxtar
Respublikası Ali Məclisində “Nax-
çıvan Muxtar Respublikasında bədən
tərbiyəsi və idmanın hazırkı vəziyyəti
və qarşıda duran vəzifələr” barədə
keçirilən müşavirədə Ali Məclisin
Sədri Vasif Talıbovun gənclərin
cəmiyyət qu ru culuğuna fəal şəkildə
cəlb olunması, onların sağlam həyat
tərz lərinin, təh sil lərinin düzgün təşkili,
vətənpərvər ruhda böyüdülməsi ilə
bağlı qarşıya qoyduğu vəzifələrdən
danışıb. Prorektor ali məktəbdə
gənclərin intellektual imkanlarının,
müasir texnologiyalara olan maraq və
bacarıqlarının, idman, mədəniyyət
sahəsindəki istedadlarının üzə çıxa-
rılması isti qa mə tində görülən işlərdən
danışıb. O bildirib ki, bu gənclər
nəinki muxtar respublika, ölkə
daxilində, bir sıra əhəmiyyətli
beynəlxalq müsabiqə və yarışlarda da
universiteti uğurla təmsil edirlər.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin aparat
rəhbəri Canməmməd Canməm -
mədov, Naxçıvan Muxtar Respubli-
kası Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin şöbə
müdiri Əli Şərifov, Naxçıvan Şəhər
İcra Hakimiyyətinin şöbə müdiri,
baş memar Nicat İsayev, Naxçıvan
Muxtar Respublikası İqtisadiyyat
Nazirliyinin şöbə müdiri Emin Zey-
nalov çıxış ediblər. Çıxışlarda gənc -
liyin tükənməz elmi potensiala, yara -
dı cı təxəyyülə, yeni ideyalara malik
olduğu vurğulanıb, müsabiqələr
haqqında ətraflı məlumat verilib.
Qeyd olunub ki, “İdeyadan biznesə”
müsabiqəsi informasiya-kommunika -
si ya texnologiyaları, sənaye məh sul -
larının istehsalı, turist-ekskursiya
xidmətləri, marketinq və konsaltinq
xidmətləri sahəsində biznes ideyaları
əhatə edir. “Ənənəvi memarlıq üslub -
la rı və innovativ tendensiyalar” müsa -
bi qəsinə isə şəhər mühitinin abadlaş -
dı rıl ması, landşaft memarlığı ilə bağlı
eskizlər təqdim oluna bilər. Muxtar
respublikanın ali və orta ixtisas təhsili
müəssiələri tələbələrinin müsabiqələr -
də iştirakına xüsusi üstünlük verilir.
Təqdim olunan işlər münsiflər heyəti
tərəfindən qiy mət ləndiriləcək, qaliblər
diplom və mükafatlarla təltif olunacaq.
Diskussiya xarakterli görüşdə
tələbələrəin sualları cavablandırılıb.
Mehriban Sultan
Mətbuat şöbəsinin müdiri
Gənclər üçün müsabiqələr keçirilir
Multikulturalizm Azərbaycan
dövlətinin və xalqının ana məramıdır
N
axçıvan Dövlət Univer sitetində
Frankofoniya bayramı qeyd olu -
nub. Tədbir Azərbaycanın və Fran sa -
nın dövlət himnlərinin ifası ilə başla -
yıb. Universitetin rektoru, AMEA-nın
müx bir üzvü Saleh Məhər rəmov təd -
bir d ə çıxış edərək xarici dillərin mü -
kəm məl tədrisinin dünyaya inteq ra -
si ya, ölkə lərarası siyasi, elmi, mədəni
əlaqələrin inkişafındakı rolundan,
fransız dilinin əsas beynəlxalq dillər -
dən biri olmasın dan danışıb. XIX
əsrin əvvəl lə rin dən tə mə li qoyulan
Azər baycan-Fran sa əla qə lə rinin bu-
günkü inkişa fın dan bəhs edən rektor
vurğulayıb ki, bu isti qa mətdə univer -
si tetdə görülən işlər elm, təhsil sahə -
sin də ölkələrarası əməkdaşlığı möh -
kəm ləndirmək baxımından mühüm
əhəmiyyət kəsb edir.
Fransız dili müəllimliyi ixtisa -
sı nın IV kurs tələbəsi Rüxsarə Qur-
banova Frankofoniyanın tarixi
haqqında məlumat verərək bildirib ki,
çox qədim tarixə malik, fransız dilin -
də danışanların bayramı olan Fran ko -
fo niya hər il dünyanın 53 ölkəsində
keçirilir. Fransız dilinin, mədəniy yə -
ti nin təbliği məqsədi daşıyan bu bay-
ramı 2015-ci ildə 284 milyon əhali
qeyd edib. 2050-ci ildə dünyanın 5
qitəsində 700 milyon əhali bu bayramı
keçirəcək. Naxçıvan Dövlət Univer -
si tetində Frankofoniya bayramının
qeyd olunması 1998-ci ildən etibarən
ənənə halını alıb. Bu işdə universitetin
Roman – german dilləri kafedrasının
müəllimlərinin danılmaz əməyi var.
Bu tədbirlər ənənəvi şəkildə, Fransa -
nın Azərbaycandakı fövqalədə və
səlahiyyəti səfirinin, səfirliyin nüma -
yəndələrinin iştirakı ilə keçirilmişdir.
Tədbirdə Fransız dili müəllim -
liyi ixtisasında təhsil alan tələbələrdən
Nuray Cəlilova, Həlimə Nəcəfova,
Afaq Rəhimli, Xanım Qurbanova,
Sona İbrahimli və digərlərinin ifasında
fransız dilində şeir və mahnılar
səsləndirilib. Azərbaycan dramaturgi -
ya sının banisi M.F.Axundovun “Sər -
gü zəşti-mərdi-xəsis” komediyasın-
dan fran sız dilində təqdim olunan səh -
nə lər alqışlarla qarşılanıb. Tələbə lər -
dən Elçin Bəhramlı, Orxan Qurbanov,
Sərxan Rüstəmov, Səfər Hüseynov,
Ruqiyyə Nəzərova, İlkanə İsmayıllı,
Kənarə Əliyeva və Qardaş Tağıza də -
nin fransız dilindəki səlist diksiyala-
rı, aktyorluq məharətləri rəğbətlə
qarşılanıb.
Frankofoniya bayramı qeyd olunub
N
axçıvan Dövlət Universitetinin
rektoru, AMEA-nın müxbir
üzvü Saleh Məhər rəmov və ali təhsil
ocağının bir qrup əməkdaşı İran İslam
Respublikasına iki günlük səfərləri
çərçivəsində Urmiya Universitetində
olublar. Səfər zamanı Urmiya
Universitetində fəaliy yət göstərən
Təbii tarix muzeyi, Biotexnologiya
Mərkəzi, doktorant və dissertantların
elmi tədqiqat Mərkəzi, Baytarlıq
eyni zamanda Texniki fənlər
fakültələrinin nəzdində fəaliyyət
göstərən laboratoriya və kabinələrlə
tanışlıq olub.
Rəsmi qəbul zamanı Urmiya
Universitetinin rektoru, professor
Rəhim Hobb Həqqi Naxçıvan Dövlət
Universitetinin rektoru, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmovu və
universitetin əməkdaşlarını salam-
layıb.
Görüşdə Azərbaycanda elmin,
təhsilin inkişafına göstərilən qayğıdan,
dünya elm, təhsil sisteminə inteqra-
siya baxımından beynəlxalq tərəf -
daşlığın əhəmiyyətindən bəhs edən
rektor, AMEA-nın müxbir üzvü Saleh
Məhərrəmov Naxçıvan Dövlət Uni-
versitetinin inkişaf yolu, strukturu,
maddi-texniki bazası, beynəlxalq
əlaqələri haqqında məlumat verib.
Görüş zamanı universitet lər arası
əmək daşlıq- Urmiya Universite tin də
açılacaq Azərbaycan dili və ədəbiyyatı
ixtisasına Naxçıvan Dövlət Universi -
teti tərəfindən müəllimlərin göndəril -
mə si, eyni zamanda Naxçıvan Dövlət
Universitetinin Baytarlıq təba bəti və
fars dili ixtisaslarında təhsil alan tələ -
bə lərin İran İslam Respublikasının Ur -
mi ya Universitetində təcrü bə keç -
mə ləri ilə bağlı razılaş malar əldə
olunub.
Məlumat üçün qeyd edək ki,
Urmiya Universitetinin fars dili ixti -
sası üzrə professoru Əlirza Müzəffəri
Naxçıvan Dövlət Universitetində
mütə madi olaraq ixtisas fənnini tədris
edir.
Mina Qasımova
Naxçıvan Dövlət Universitetinin əməkdaşları
Urmiya Universitetinə səfər ediblər
3 / GÜNDƏM
YENİ FİKİR
MART 2016
N
axçıvan Dövlət Universitetinin
Elmi Kitabxanasında “Naxçı-
vanda arıçılıq ənənələri və perspek -
tiv ləri” kitabının təqdimat mərasimi
keçirilib. Universitetin rektoru,
AMEA-nın müxbir üzvü Saleh
Məhərrəmov və universitet əməkdaş -
ları – biologiya üzrə fəlsəfə doktoru
Əli Tahirov və biologiya üzrə fəlsəfə
doktoru, dosent Elsəvər Əsədovun
birgə yazdıqları növbəti elmi nəşrin
təqdimatı ilə bağlı tədbiri universitetin
elmi işlər üzrə prorektoru, fizika-riya -
ziy yat üzrə fəlsəfə doktoru, dosent
Mübariz Nuriyev açıb. Prorektor
xatır ladıb ki, ölkəmizdə “Kənd təsər -
rü fatı ili” elan olunmuş 2015-ci ildə
aqrar iqtisadiyyatın, sahibkarlığın
inkişafına dövlət qayğısı daha da
gücləndirilmişdi. Qeyd olunub ki, ha-
zırda qeyri-neft sektoruna diqqətin ar-
tırılması ilə bağlı muxtar respub likada
da kənd təsərrüfatını inkişaf etdirmək
istiqamətində
mühüm
işlər
görülməkdədir. Yeni nəşr isə region
iqtisadiyyatının zəruri sahəsi sayılan
arıçılıqla bağlı sanballı elmi
ədəbiyyatdır.
Magistratura üzrə dekan,
biologiya üzrə elmlər doktoru Etibar
Məmmədov kitab haqqında ətraflı
məruzə edərək bildirib ki, monoq-
rafiyada dünyada, Azərbaycanda arı-
çılığın tarixi, Naxçıvanda arıçılıqla
bağlı zəngin təcrübə və perspek tiv -
lər dən bəhs olunur. Müəlliflər bu
təsərrüfat növünün əsas prinsiplərini,
mövsimi və aylıq işləri, arıçılıq məh -
sul larının bioloji tərkibini, arıların
xəsəlik və zərərvericilərinə qarşı
mü ba rizə üsullarını əhatəli şəkildə
tədqiq etmişlər. İnsan məşğuliy yə ti -
nin ən qədim növlərindən olan,
halallıq və zəhmət sevən bu təsərrüfat
növü haqqında, tarixi ipək yolu
üzərində yerləşən Naxçıvanda is-
tehsal olunan balın keyfiyyətinə görə
dünya bazarında şöhrət qazanması ilə
bağlı kitabda ətraflı məlumat verilir.
Kitab arıçılıqla yeni məşğul olanlar
üçün faydalı bələdçi rolu oynayacaq.
Baytarlıq təbabəti kafedrasının
müdiri, baytarlıq üzrə fəlsəfə doktoru
Yunis Rüstəmli, Baytarlıq ixtisasının
IV kurs tələbəsi Bahar Mustafazadə
çıxış edərək yeni nəşrin elmi məziy -
yət lərindən danışıblar. Kitab müva-
fiq ixtisasların bakalavr, magistrant
və doktorantları, baytarlıq, aqronom -
luq və ekologiya sahəsinin ixtisaslı
mütəxəssisləri üçün əhəmiyyətli elmi
mənbə kimi dəyərləndirilib. Kitabda
muxtar respublikada mövcud olan
müxtəlif arı növləri və onların inki-
şaf xüsusiyyətləri, arıçılıqda istifadə
olunan müxtəlif alət və avadanlıqlar,
Naxçıvan Muxtar Respublikasında
arıçılığın yem bazası haqqında da ma-
raqlı elmi məumatlar öz əksini tapıb.
Çıxışçılar müəllifləri təbrik edərək
gələcək elmi-pedaqoji fəaliyyətlərin -
də uğurlar arzulayıblar.
Müəlliflərdən biologiya üzrə
fəlsəfə doktoru, dosent Elsəvər
Əsədov, biologiya üzrə fəlsəfə
doktoru Əli Tahirov tədbirin təşkilat -
çı larına minnətdarlıq edərək mono -
qra fiyanın 3 il ərzində, muxtar res -
pub likanın müxtəlif bölgələrində
arıçılığın hazırkı vəziyyəti ilə bağlı
real faktlara, çoxsaylı yerli və xarici
elmi ədəbiyyatlara istinadən yazıl-
dığını bildiriblər.
Mehriban Sultan
Mətbuat şöbəsinin müdiri
Naxçıvan arıçılığından bəhs edən
elmi nəşr
Azərbaycan mətbuat aləmində
yeni qəzet
Q
ədim və özünəməxsus zəngin in-
kişaf yolu keçən milli mətbuat
tarixinin müxtəlif mərhələləri, ayrı-
ayrı mətbu nəşrlərimizin fəaliyyəti
son illər uğurla tədqiq və tədris edil -
mək dədir. Naxçıvan Muxtar Res-
publikasının Əməkdar jurnalisti,
Naxçıvan Dövlət Universitetinin
Jurna listika və dünya ədəbiyyatı ka-
fedrasının baş müəllimi, filologiya
üzrə fəlsəfə doktoru, Azərbaycan
Jur nalistlər Birliyinin üzvü Mehriban
Sultanın “Elm və Təhsil” nəşriy ya tın -
da çapdan çıxan “Milli mətbuat
tarixində “Yeni yol” qəzeti” adlı me -
to dik vəsaiti də bu mərama xidmət
edir.
Metodik vəsait 1922-1939-cu
illərdə fəaliyyət göstərmiş “Yeni yol”
qəzetinin nəşri tarixi, başlıca ideya və
məramı, Azərbaycan milli mətbuat
tarixindəki yeri, milli jurnalistika,
mədə niyyət və maarifimizin inkişa-
fındakı xidmətləri haqqındadır.
Məlum olur ki, 1922-1939-cu illərdə
latın əlifbası ilə nəşr olunan “Yeni
yol”da dövrün bir çox görkəmli şair
və yazıçılarına məxsus bədii-publi-
sistik nümunələr, tanınmış dilçi və
ədəbiyyatşünasların, elm xadimləri -
mizin məqalələri, görkəmli jurnalist -
lərin publisistik yaradıcılığı öz əksini
tapmışdır. Kitabda bu qəzetdə dərc
olunmuş, Azərbaycan bədii publi-
sistikasına aid, bu gün də öz aktual-
lığını qoruyub saxlayan çoxsaylı ma-
teriallar ilk dəfə araşdırılıb təhlil
olunmuşdur.
Müəllif “Yeni yol”u milli mət -
bu atın nadir incilərindən biri kimi
dəyər ləndirmişdir. Kitab bir daha təs -
diq edir ki, bu qəzetin nəşri tarxinin
öyrənilib üzə çıxarılması, elmi-ədəbi
ictimaiyyətə çatdırılması həqiqətən də
zəruri və aktualdır.
Təqdim olunan metodik vəsait -
də Yeni Əlifba Komitəsinin orqanı
olan “Yeni yol” qəzetinin timsalında
XX yüzilliyin 20-30-cu illərini əhatə
edən mətbuat tariximizin bu günə
qədər öyrənilməmiş problemləri araş-
dırılmışdır. “Yeni yol” qəzetinin nəşri
tarixi və inkişaf yolu ayrı-ayrı mərhə -
lə lər şəklində tədqiq olunmuş, qəzetin
başlıca ideya istiqaməti, məqsəd və
vəzifələri təhlil edilmişdir. Cəlil
Məmmədquluzadə, Məmməd Səid
Ordubadi, Əli Nəzmi, Bayraməli
Abbas zadə, Fərhad Ağazadə,
Məhəm məd ağa Şahtaxtlı kimi ədəbi
şəxsiyyətlərin, tanınmış jurnalistlərin
“Yeni yol”da dərc olunmuş, bu gün
üçün də öz aktuallığını qoruyub sax -
la yan bədii publisistika nümunələri ki-
tabda ilk dəfə tədqiq və təhlil olun -
muş dur. Müəllif “Yeni yol” qəzetinin
Azərbaycan maarif və mədəniy yə ti -
nin, milli jurnalistikanın inkişafındakı
yerini və rolunu elmi əsaslandırılmış
şəkildə müəyyənləşdirmişdir. Bura-
da “Yeni yol”un on yeddi il ərzində
çıxmış saylarında dərc olunmuş ma-
teriallar öyrənilmiş, çoxsaylı elmi
ədəbiyyat və arxiv materiallarına is-
tinad olunmuşdur.
Düşünürük ki, metodik vəsait
ali məktəblərin jurnalistika ixtisasında
təhsil alan bakalavr və magistrlər, təd -
qi qatçılar üçün əhəmiyyətli elmi
mən bə rolu oynayacaq. Müəllifə
bundan sonrakı elmi-pedaqoji fəaliy -
yə tində, publisistik yaradıcılığında
uğurlar arzu edirik.
Mətbuat tarixindən bəhs edən
yeni nəşr
XXI
əsr texnika, inteqrasiya,
informasiya əsri oldu -
ğun dan sürətlə dəyişən dünyada say-
sız-hesabsız informasiyanın çatdı-
rılması imkanları da dəyişilməkdədir.
Həyatımızın bütün sahələrində ol-
duğu kimi, təhsil sahəsində, tədris
prosesində də bu yeniliklərin tətbiqi
zərurəti yaranmışdır.
Zoologiya kafedrasının dosenti
Zərövşən Yaşar qızı Babayevanın təd -
qi qat sahəsi olan «Biologiyanın
tədrisində texnoloji innovasiyalardan
istifadənin perspektivləri» mövzu-
sunda yazdığı monoqrafiya biolo gi -
ya nın tədrisində yeni təlim texnolo-
giyalarının tətbiqi imkanları istiqa mə -
tin də yazılmış azsaylı tədqiqat işlərin -
dən biri kimi aktuallığı ilə seçilir. Mo-
noqrafiyanın tərtibi, istifadə olunan
illüstrasiyalar, tədqiqatın ümumiləş -
di ril miş şəkildə ingiliscə xülasəsi
aparılmış tədqiqatın müasir dövrün
yeni keyfıyyət dəyişikliklərindən
fay dalan dığını göstərir. Monoqrafı -
ya da verilən başlıqlara görə tədqiqatın
gedişi, dünya təcrübəsinə əsaslanma,
internet resurslarından lazımi istifadə
əsərin mühüm əhəmiyyətini artırır.
2004-cü ildən təhsilin yeni in-
formasiya vasitələri ilə zənginləş diril -
mə si sahəsində aparılan islahatlar,
təh sil müəssisələrinin sürətli infor-
masiya texnologiyaları, internet şəbə -
kə ləri ilə təmin edilməsində potensial
imkanların dəyərləndirilməsi, həmçi -
nin zəruri problemlərin həlli istiqa -
mə tində aparılmalı işlər də monoq-
rafiyada öz əksini tapmışdır. Bu ba-
xımdan Z.Y.Babayevanın «Biologi -
ya nın tədrisində texnoloji innovasi-
yalardan istifadənin perspektivləri»
mövzusunda yazdığı monoqrafıya
xüsusi aktuallığa və mühüm elmi
əhəmiyyətə malikdir. Z.Y.Babaye-
vanın uzunmüddətli tədqiqat işlərinin
nəticəsi olan bu monoqrafıya yeni
təlim texnologiyalarının, informasi-
ya texnologiyalarının ən son nəsli
olan qurğuların biologiyanrn tədri sin -
də (ali və orta məktəblərdə) tətbiqi
sahəsində aparılmış sanballı, əhatəli,
konkret nəticələrə əsaslanan ilk elmi-
tədqiqat işlərindən biri kimi aktuallığı
ilə fərqlənir.
Ali məktəbdə mühazirə, labo -
ra to riya və seminarların keçirilmə sin -
də informasiya texnologiyalarının
imkanlarından istifadənin perspektiv -
lə rini şəxsi təcrübəsində tətbiq edən
müəllif tələbələrin orta məktəblərdə
pedaqoji təcrübələri zamanı onların
elmi, bioloji və texnoloji biliklərinin
tətbiqi vəziyyətinə nəzarət etmək
imkanı qazanır. Bu da tədqiqatın
hər tərəfli aparılmasına və nəticələrin
müqayisəli araşdırılmasına zəmin
yaradır. Nəticədə tələbələri gələcək
müəllim kimi dünya standartlarına
uyğun hazırlamaqla, məktəb müəl -
lim lərinin də bu istiqamətdə məlumat
və təcrübələrinin artırılmasına, onlara
stimul verilməsinə şərait yaranır.
Naxçıvan Dövlət Universite-
tinin Zoologiya kafedrasının dosenti
Zərövşən Babayeva yeni təlim tex-
nologiyalarının biologiyanın tədrisin -
də tətbiqi istiqamətində Naxçıvan
Muxtar Respublikasında tədqiqat
apar mış ilk araşdırmaçıdır. O, infor-
masiya texnologiyalarının tədrisdə
tətbiqi imkanları, mövzunun təqdim
edilməsində texnologiyalardan istifa -
də nin yeri və həcmi, dərslərdə inte-
raktiv rejimin təşkili, tələbələrin tex-
nologiyalardan, internetdən istifadə -
sinə verilən tələbləri sistemli və
əhatəli şəkildə işləyib hazırlamışdır.
Müəllifın nəşr etdirdiyi metodik və
dərs vəsaitləri (Biologiyanın tədri -
sində yeni təlim texnologiyalarindan
istifadənin metodikasi-2009; Biologi -
ya nın tədrisində İKT- dən istifadə:
interaktiv və ənənəvi təlim-2011)
də tələbə və müəllimlər üçün metodik
göstərici hesab oluna bilər.
Bundan başqa, Z.Babayevanın
istifadəyə verdiyi biometod.net
saytında tələbə və müəllimlər üçün
zəngin material bazası toplanmış,
interaktiv dərslərin hazırlanması
üçün hazır nümunələr verilmişdir.
Biologiyanın tədrisində texnoloji
innovasiyalardan istifadə
Y
ola saldığımız 2015-ci ildə
Azərbaycan milli mətbuatının
ilk nümunəsi olan “Əkinçi”
qəzetinin 140 illik yubileyi
möhtərəm prezidentimiz İlham
Əliyevin sərəncamı ilə geniş bayram
səviyyəsində qeyd edildi.
Universitetimizdə də 22 iyul
tarixdə bu münasibətlə yüksək səviy -
yə li elmi konfrans keçirildi. Nax çıvan
Dövlət Universitetinin mətbuat şöbə -
si nin müdiri, filologiya üzrə fəlsəfə
doktoru Mehriban Sultan Naxçıvan
MR-in “Əməkdar jurnalisti” fəxri
adına layiq görüldü. Nəhayət, ilin son-
larında universitetimizin dosenti
“Azər bay can ədəbiyyatı” kafedrasının
müəl li mi filologiya üzrə fəlsəfə
doktoru Seyfəddin İbrahim oğlu Ey-
vazov yaddaqalan yubiley ilində
“İnam işığı” adlı çox tirajlı ictimai-
siyasi hüquq qəzetini təsis edərək oxu-
cuların görüşünə gəldi.
Əlli ilin qabaqcıl pedaqoqu
S.Eyvazov Azərbaycan Dövlət Peda -
qo ji İnstitutunda oxuduğu dövrdən
Şərur rayonunda buraxılan “Gənc
müəllim” və “İşıqlı yol” qəzetlərinin
səhifələrində müntəzəm çıxışlar
edirdi. Nəhayət, Azərbaycanın müs -
tə qil liyi illərində Ulu Öndərimiz
Heydər Əliyevin söz və mətbuat
azad lığını ölkədə tam bərqərar et mə -
si nin bəhrəsi olaraq 1993-cü il də
Şərur rayon ziyalıları tərəfindən
“İnam yolu” adlı qəzetin bir neçə
nömrəsi işıq üzü gördü.
Həmin qəzetdə aparıcı-məsul
şəxs olan Seyfəddin müəllim bunun
davamı olaraq 2015-ci ilin sonla-
rında “İnam işığı” qəzetini yenidən
nəşr etdirməyə müvəffəq oldu.
Qəzetin nəşri sevincinə uni-
versitetimizin ziyalıları da qoşulur,
bunu həmkarımızın böyük uğuru
kimi dəyərləndirir və qəzetə uzun -
ö mürlü olmasını diləyirik.
Qoy, “İnam işığı” XXI əsrdə
müstəqil Azərbaycanımızın İnamlı
və İlhamlı uğurlarına işıq saçsın!..
Həmkarımızı bir daha təbrik
edir, bu işdə ona müvəffəqiyyətlər
arzu edirik.
Abbas Hacıyev
Filologiya üzrə fəlsəfə dokto-
ru, “Universitet dünyası” muzeyinin
müdiri, Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliklərinin üzvü, qabaq -
cıl maarif xadimi
B
əşəriyyətin ən qədim şənlik lə rin -
dən, mərasimlərindən biri də
məhz Novruz bayramıdır. Xalqımızın
bu günə qədər yaşatdığı, qoruyub gə -
lə cək nəsillərə ötürdüyü, müqəddəs -
ləş dirdiyi bu bayram özündə dünya-
nın yaranma və yaşam sirlərindən
tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa
ümidini əks etdirir.
Novruz yeni gün, yeni həyat
mənasını daşımaqla həm də azərbay -
can lıların yeni ilidir. Çünki məhz
Novruzda həyat yenidən canlanır,
tor paq qış yuxusundan oyanır, bitkilər
baş qaldırır, ağaclar çiçəklənir, günəş
istisi artır, gecə ilə gündüz bərabərləşir
və beləliklə də yeni həyat başlayır.
Novruz bayramının mənşəyi
mətbuat tariximizdə
"Ziya" ("Ziyayi-Qafqaziyyə"),
"Kəşkül" kimi milli mətbu orqanla-
rının yaradıcısı Cəlal Ünsizadənin
1885-ci ildə nəşr olunan "Novoye
obozreniye" qəzetinin 515-ci sayında
Azərbaycan xalqının milli bayramla -
rın dan biri olan Novruz haqqındakı
"Nov ruzun mənası haqqında bir neçə
söz" adlı məqaləsi bu mənada diqqəti
cəlb edir. Məqalədə göstərilir ki, hər
bir xalqın müxtəlif bayramları, məra -
sim ləri vardır. Lakin onların heç biri
azər bay canlıların Bahar (Novruz) bay -
ramı kimi geniş yayılmayıb. Qədim
azərbaycanlılar baharın ilk gü nü nü -
ge cə ilə gündüzün bərabərliyi, ətrafda
hər şeyin canlandığı, təbiətin qış yu -
xu sundan oyandığı, qarın əridiyi,
çöl lərin, düzlərin yaşıllaşdığı vaxtı bö-
yük sevinc hissi ilə qarşılayırdılar...
Əc dad larımız uzun əsrlər bo yu
özlərinin bahar fəslinə məhəb bət -
lərini müqəddəsləşdirərək baharı
bolluq, məhsul bayramı, torpağın se-
vindiyi gün sayırdılar. Baharın ilk gü-
nünün bayram edilməsi yalnız azər -
bay canlılar arasında geniş yayılıb.
Daha sonra müəllif bahar bay-
ramı haqqında söhbətinə davam
edərək yazır: "Novruzdan qabaq dörd
çər şənbə günü dalbadal qadınlar şə -
hər kənarına gedir, axşamlar tonqal
qalayır və "Ağırlığım-uğurluğum
bur da qalsın!" - deyə üç dəfə tonqal
üstündən tullanırlar. Oğlanlar isə
mahnı oxuya-oxuya qonşuların
qapılarını gəzir.
Bayram
hazırlığı
və
ÇƏRŞƏNBƏLƏR
Bu bayrama insanlar hələ mart
ayı ilk qədəmlərini qoyandan hazır-
laşmağa başlayırlar. Bayrama hazırlıq
həyətlərdən başlayır. İnsanlar bir ay
öncədən həyətlərini, mənzillərini tə -
miz ləyir, ağacları rəngləyirlər. Və
bununla da sanki yeni ilə təmiz çıxır -
lar. Uzun əsrlər boyu formalaşan
inanca görə, yeni ili necə qarşılasan,
il boyu eyni şəkildə davam edəcəksən.
Bu səbəbdən də insanlar təkcə ev-
eşik lərini yır-yığış etmir, eyni zaman -
da uşaqlara və özlərinə təzə libas alır-
lar. Bayram günü yaxınlaşdıqca in-
sanlar biş-düşlərini edər, şirniyyatlarını
bişirər, çərəzlərini hazırlayarlar.
Novruz gününə aparan yol 4
çər şənbədən keçir. Bunlar su, od,
tor paq və yel çərşənbələridir. Sonuncu
həm də İlaxır çərşənbə adlanır. Bu gü -
nü müzə qədər yaşayan inanca görə,
su çərşənbəsində su və su mənbələri
təmizlənir və təzələnir. İkinci çərşən -
bə nin odla əlaqələndirilməsi də əbəs
yerə deyil. O, günəşin hərarətinin art -
ma sı ilə izah olunur. Üçüncü çərşən -
bə də torpaq oyanır. İlaxır çərşənbədə
isə küləyin köməyi ilə ağaclar tumur -
cuq layır. Nəticədə bütün bunların
vəhdəti ilə bütövlükdə təbiət canlanır,
yenilənir.
Çərşənbələrdə, xüsusən də
İlaxır çərşənbəsində və eyni zaman-
da bayram günündə hava qaralana ya-
xın tonqal qalanar və yaşından asılı
olmayaraq hər kəs onun üzərindən tul-
lanar. İnsanlar od üzərindən atlanaraq
bu sözləri deyərlər: "Ağırlığım, uğur-
luğum burda qalsın!!!", "Dərdim,
bə lam odda yansın". İnanca görə,
odun üzərindən tullandıqdan və nə -
zər də tutulan sözlər deyildikdən son-
ra onlar köhnə ilin dərdindən, bəla la -
rın dan, xəstəliklərindən qurtulacaq,
yeni ilə paklanmış, təmizlənmiş, sağ-
lam olaraq gedəcəklər.
İlaxır çərşənbədə və bayram
gü nü insanlar qəbir üstünə gedər,
va li deynlərinin və yaxınlarının məzarı
üzərinə gül qoyar, yasin oxutdurarlar.
Bu da dünyadan köçən əzizlərə
hörmət, keçmişini unutmamaq
mahiyyəti daşıyır.
Yumurta döyüşdürmək də
Novruzun gözəl oyunlarından biridir.
İnsanlar rənglənmiş bayram yumurta -
la rını döyüşdürər və bu zaman qırıl -
mayan yumurtanın sahibi qalib gələr.
Novruz süfrəsi, xörəkləri və
şirniyyatları
Bayram günü süfrəni bəzəyən -
də 7 cür nemət masaya qoyulur.
Bun lar su (təmizlik), güzgü (paklıq
mənasında, yəni insanlar ona yalan-
dan, paxıllıqdan, xudpəsəndlikdən
uzaq olsun deyə baxarlar), səməni
(təbi ətin oyanması), balıq (bu heyvan
çox çevik olduğundan insanların da
həyatda çevik olması arzulanır), alma
(xoş ətirli olduğu üçün), halva (şirin -
lik) və fincan içərisində qoyulan qı -
zıl dır (bu da var-dövlət rəmzidir).
Bundan əlavə, əvvəllər bayram xonça -
sın da 7 rəngdə şam yandırılması da
ən ə nələrdən sayılır. Son zamanlar
isə əsasən ailənin üzvlərinin sayı qə -
dər şam yandırılır. Şamı kimsə sön -
dür məməlidir, sona qədər yanmalı və
özü sönməlidir. Deyilənə görə, hər ya-
nan şam ailənin bir üzvünün həyat
yolunu göstərir.
Bayram süfrəsini rənglənmiş
yumurtalar da bəzəyir. Bu da canlı alə -
min yaranışına işarədir. Yumurta
adətən qırmızı rənglə boyanır. Qırmızı
rəng isə bəşəriyyətin şadyanalıq için -
də yaşamaq istəyinin təcəssümüdür.
Milli Kulinariya Mərkəzinin rəhbəri
Tahir Əmiraslanov hesab edir ki,
yu mur ta həm də cansızdan canlıya ke-
çidin simvoludur: "Yəni soruşurlar ki,
yumurta birinci yaranıb, yoxsa toyuq.
Cavab verilir ki, birinci yumurta ya-
ranıb. Çünki canlılar cansızdan əmələ
gəlib. Allah əvvəlcə torpağı yaradıb,
sonra ondan insanı və heyvanları
yaradıb. Yumurta isə həm canlıdır,
həm də cansız".
Yeddi rəqəmi azərbaycanlıların
düşüncəsinə görə müqəddəs olduğun -
dan süfrədə 7 cür xörək, 7 cür şirniy -
yat və 7 cür qovurğanın olması xalqı -
mız tərəfindən vacib sayılır. Müxtəlif
bölgələrdə bayram süfrəsi üçün hazır -
la nan yemək çeşidləri də fərqlidir.
Cənub bölgəsində xörək siyahısına
plov (aş), balıq ləvəngisi (süfrəyə balı -
ğın başının da qoyulması vacibdir),
qatıqlı tərə, göy küküsü, səbzi, yarpaq
dolması və şabalıdqovurma daxildir.
Şirniyyatlara isə şorqoğalı, şəkərbura,
paxlava, badambura, rulet (qatlama),
partdama, qəndçörək aiddir. Novru -
zun əsas atributu isə paxlava və şə kər -
buradır. Şəkərbura həm də ayın sim-
voludur. Şorqoğal isə günəşin sim-
voludur".
Qovurğada isə buğda, çətənə,
küncüt və boranı tumu olur. Eyni za-
manda noxud, mərci də əlavə olunur.
Novruzun daha bir tərəfi onun
simvolik personajları - Keçəl, Kosa
və Bahar qızı ilə bağlıdır. Keçəl tə biə -
tin oyanışdan əvvəlki dövrünü, Kosa
ruzi-bərəkəti, Bahar qızı isə bitki ör -
tü yünün cücərməsini xarakterizə edir.
İnanclar, xoş sözlər və fallar
Hər kəs Novruz bayramını öz
evində qeyd etməlidir. Əks təqdirdə
şəxs 7 il bayram axşamı evində ola
bilməyəcək. Novruzun əsas tələblərin -
dən biri də küsülülərin barışmasıdır.
Bu da xalqın birliyə, həmrəyliyə də -
vət olunması xarakterini daşıyır.
İlaxır çərşənbədə və bayram
günündə qeybətə yol verilməməsi və
yalnız xoş sözlər danışmaq tövsiyə
olunur. Çünki həmin günü cavan
oğlan və qızlar ürəklərində arzu tu-
taraq qulaq falına, yəni qonşuların
etdiyi söhbətə gizlincə qulaq asmağa
gedərlər. İnanca görə, pusulan qapı-
dan ilk eşidilən sözdən arzulanan
niyyətin baş tutub-tutmayacağı bəlli
olur. Əgər qulaq asan şəxs xoş söz
eşidərsə, onun da arzusu yeni ildə
yerinə yetəcək.
Novruzun ənənələrindən biri də
uşaqların qonşulara, qohumlara papaq
atmasıdır. Yeniyetmələr əsasən İlaxır
çərşənbədə papaq atarlar. Papaq atılan
evdə isə onun bayram nemətləri ilə
doldurular və sahibinə qaytarılar.
Bu nun da mənası var. İnanca görə, in-
sanlar bu addımları ilə bişirdiklərini
paylaşar və kasıb ailələrə əl tutarlar.
Çünki Novruz maddi vəziyyətindən
asılı olmayaraq hər kəsin şənləndiyi
bir bayramdır.
Bayram günü bütün mənzil lə -
rin qapıları açıq olar. Səhərisi isə
insan lar bir-birinin evinə gedərək
bayramlarını təbrik edərlər.
Bayramın səhərisi, hava yarı
işıqlanan zaman insanlar evlərdən
çıxar və axır suyun (adətən çayın)
yanına gedərək günəşi qarşılayarlar.
Bu zaman çayın suyu ilə əl-üzlərini
yuyarlar. İnanca görə, bu su ilə əl-
üzünü yumaq təmizlənmək,
paklanmaq deməkdir.
Axar suda təmizlənən insanlar
geri qayıdanda isə kuzələrdə həmin
sudan evlərinə gətirərlər. Bu su ilə
xəstələrinin əl-üzlərini yuyar və bu-
nunla da onların tezliklə şəfa tapa-
caqlarına inanarlar. Onu da qeyd
edək ki, çaydan gətirilən sudan həyət-
bacalarına və evlərinin dörd tərəfinə
səpərlər. Bu da bolluğun-bərəkətin ol-
masını arzulamaq anlamına gəlir.
Redaktor:
Şəhla Şirəliyeva
shshahla36@gmail.com
Qeydiyyat №330
Sifariş №
Tiraj 300
Ünvan: AZ 7012,
Naxçıvan şəhəri,
Universitet şəhərciyi
Telefonlar:
544-08-61 (13-60)
yenifikir.ndu@gmail.com
Dizayner:
Samir Tarverdiyev
“Əcəmi” Nəşriyyat-Poliqrafiya
Birliyində ofset üsulu ilə çap
olunmuşdur.
4/ SƏRBƏST
YENİ FİKİR
MART 2016
Novruz bayramı - milli mənəvi dəyərlərin
əbədiyaşarlıq rəmzidir
Məntiqi suallar
1) Bazara zənbildə yumurta aparan bir qadınla yoldan keçən
bir nəfər təsadüfən toqquşur.Nəticədə Zənbil qadının əlindən yerə
düşür və yumurtalar sınır.Yumurtaların haqqını ödəmək istəyən
günahkar qadından zənbildə nə qədəryumurta olduğunu soruşur.
Dəqiq bilmirəm, lakin mən yumurttaları zənbildən iki-iki , üç-üç ,
dörd-dörd , beş-beş, altı-altı çıxartdıqda hər dəfə zənbildə bir
yumutta qalırdı, amma yeddi- yeddi çıxartdıqda zənbildə heç nə
qalmırdı .Sizcə zənbildə neçə yumutta olub?
2) 10 kisədə xırda pullar var. 9 kisədəki pullar həqiqi (10
qramdır), ancaq bir kisədəki pullar saxtadır(11 qramdır). Bir dəfə
çəkməklə necə müəyyən etmək olar ki, hansı kisədəki pul saxtadır.
Bunu necə etmək olar?
3) Hündürlükləri bərabər olan iki şamı eyni zamanda yandırdılar.
Şamların biri 2 saat, ikincisi isə 8 saat yana bilər. Neçə saatdan sonra
biri o birindən iki dəfə hündür olar?
4) Bir gün iki dost şəxsi atlarıyla at yarışına çıxmaq qərarına
gəlirlər. Lakin hakim qəribə bir şərt qoyur ki, kimin atı axırda
gələrsə, o qalib olacaq. Hər iki dost start vəziyyətini alır, ancaq
hakim fiti çalandan sonra heç biri atı sürmək istəmir, çünki finişi
birinci keçən uduzacaq. Hakim onlara nə məsləhət gördü ki, oyunun
şərtlərini dəyişmədən yarış uğurla başa çatdı?
A
merikalı biokimyaçı və ney-
robioloqlar tərəfindən yara-
dılmış qurğu yeni bacarıqlara asan
və sürətli şəkildə yiyələnməyə im -
kan verir. Cihaz çoxlu sayda elek -
troddan ibarət futuristik şlemi
xatırladır və beynin müəyyən sa -
hə lərinə zəif elektrik cərə ya nının
verilməsini mümkün edir.
"Biz 6 kommersiya və
hərbi pilotun beyninin fəaliy -
yətini araşdırmışıq və daha son -
ra bu fəaliyyət modelini ye ni pi-
lotların beyninə yüklə mə yə ça-
lışmışıq" – doktor Metyu Fillips
deyib.
"ICTnews" Elektron Xəbər
Xidməti "newsland.ru" saytına
istinadən yazır ki, nəticədə gənc
pilotlar qrupu yeni bacarıqları daha
yaxşı və sürətli mənimsəyiblər.
Alimlərin fikrinə görə, gələcək -
də "beyin" üçün belə trenajor adiləşə
bilər. Bundan başqa, beynin elek-
trostimulyasiyası bəzi pasiyent lərə in-
sultdan sonra daha tez sağalmağa
kömək edə bilər.
Alimlər beyinə bilik yükləmək
üçün şlem yaradıblar
Ötən saydakı məntiqi sualların cavabları:
1) 16 ədəd qəpik yerləşir.
2) 750 azn-ə alıb - 600 azn-ə satıb, 500 azn-ə alıb - 600 azn-ə
satıb. Nəticə: alanda 1250 azn pul verib, satanda 1200 azn-ə satıb.
yəni 50 azn ziyandadır.
3) Ağaclar hərəsində 3 ağac olmaqla 3 sıra halında əkilir.
4) Baba, ata və oğul olduqları üçün iki oğlun pullarının cəmi
yalnız 150 manat artıb.
Dostları ilə paylaş: |